Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-581/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X5 və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştrakı olmadan, Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin faktiki halları
1. Qaradağ rayonu Korgöz bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubu ilə bələdiyyə ərazisindən 600.0 kv. metr torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə X1 ayrılması barədə sənədlər məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş: Qaradağ rayon Korgöz bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli protokolundan çıxarışın surətindən görünür ki, Qaradağ rayon Korgöz bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Qaradağ rayonu Korgöz bələdiyyəsi ilə X1 arasında bağlanmış ##.##.2007-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Korgöz bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı əsasında Bakı şəhəri Qaradağ rayonu Korgöz bələdiyyəsi ərazisində yerləşən ümumi sahəsi 600 kv.m olan torpaq sahəsi iddiaçıya satılmışdır. Torpaqların alqısatqısına dair aktdan görünür ki, Qaradağ rayon Korgöz bələdiyyəsinin ##.##.2007ci il tarixli, ** nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi X1 təhvil verilmişdir.
2. Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Qaradağ rayonu Korgöz bələdiyyəsinin arxiv sənədləri o, cümlədən ##.##.2007-ci il tarixli, ** saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
3. Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən Qaradağ rayonu X7 torpaq sahəsinin ayrılması haqqında sərəncamın əldə edilməsi üçün onun düzgün tarixi və nömrəsi barədə məlumat təqdim olunduqdan sonra müraciətə baxıla bilər. Eyni zamanda bildirilir ki, Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin ayrıc aktları Bakı Şəhər Icra Hakimiyyətinin arxivində saxlanılmır.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə yaxınlığda ************ və 002013005940 reyestr nömrəsi ilə qeydiyyatdan keçən sahələr mövcuddur. Arxiv məlumatlarına əsasən yuxarıda qeyd olunan ************ reyestr nömrəli torpaq sahəsinə dair çıxarış vətəndaş tərəfindən təhvil alınmadığından və arxivləşdirilmədiyindən müvafiq sənədlərin surətinin təqdim edilməsi mümkün olmamışdır. Lakin 002013005940 reyestr nömrəsi qeydiyyatdan keçən torpaq sahəsi Bakı şəhəri, Qaradağ rayon Icra Hakimiyyətinin *** saylı ##.##.2000-ci il tarixli Sərəncamı əsasında ayrılmışdır.
5. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə yaxınlığında ************ və 002013005940 reyestr nömrəsi ilə qeydiyyatdan keçən sahələr mövcuddur. Sahəyə bitişik özəl sahə mövcud deyil. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi, perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını mümkün deyildir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat.
6. Iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, Qaradağ rayonu, Korgöz Bələdiyəsinin ərazisində yerləşən ona məxsus 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq, məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi ilə əvəz edilmişdir.
8. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, *-**/*-*- F***/**** nömrəli əmri ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi nəzərə alınaraq məhkəmə iclasının qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ####### 2007-ci il tarixli ** saylı Qaradağ rayonu, Körgöz bələdiyəsinin qərarı, ## ###### 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 600 kv m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün iddiaçıya alqısatqı yolu ilə satılmış və həmin torpağa dair müvafiq ödəniş bələdiyyənin hesabına ödənmişdir. Qeyd edilən vaxtdan həmin torpaq sahəsi faktiki iddiaçının sahibliyində və mülkiyyətindədir. Iddia ərizəsinə əlavə edilmiş ## ####### 2007-ci il tarixli ** saylı Korgöz bələdiyəsinin qərarı ilə 600 kv metr ha torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul edilmişdir. Iddia ərizəsinə əlavə edilmiş ## ###### 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Korgöz bələdiyyəsinin qərarı ilə 600 kv.metr ha torpaq sahəsi 768 manat müqabilində ona alqı-satqı yolu ilə satılmışdır. Iddia ərizəsinə əlavə edilmiş ## ###### 2007-ci il tarixli qəbzə əsasən 768 manat ödəniş edilmişdir. Korgöz bələdiyəsinin sədrinin və Qaradağ RIH-in aparatının təsdiq etdiyi sxemə əsasən 600 kv metr torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Cavabdehin məktubu imtina sayılır və həmin imtinası əsassızdır. Belə ki, uzun müddətdir ki, həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir və mövcud sənədlərə əsasən onun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən bütün müvafiq icra hakimiyyətlərinə sənədsiz yaşayış və qeyri-yaşayış sahələrin qeydiyyata alınması və bu barədə müvafiq çıxarışların vətəndaşlara verilməsi nəzərdə tutulmuşdur.
10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Torpaq sahəsinin mülkiyyətə ayrılmasına dair bələdiyyənin qərarı deyil, protokoldan çıxarış təqdim edilmişdir. Həmçinin elektron məhkəmə informasiya sistemindən əldə olunan Milli Arxiv Idarəsinin ##.##.2023-cü il tarixli, *-**-*F/*-*****/**** saylı məktubunda Qaradağ rayonu Korgöz Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən ##.##.2007-ci il tarixli, ** saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi məlum olmuşdur. Həmçinin qeyd olunan torpaq sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.
11. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
12. Iddiaçı X1 apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildildirilmişdir ki, ## ####### 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Qaradağ rayonu, Korgöz Bələdiyəsinin qərarı ilə 600 kv. metr torpaq sahəsi 768 manat müqabilində torpağı əldə etməyi və bu günə kimi həmin qərarın qüvvədə olması, müqavilənin etibarsız hesab edilməməsi və torpağın yalnız iddiaçının mülkiyyətində bu günə kimi olması və onunla bağlı dövlət, bələdiyyə və hər hansı fiziki şəxsin tələbi olmaması, torpaqdan sahiblik və istifadə etməyi həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün ciddi əsaslardır. Eyni zamanda məhkəçmə cavabdeh orqandan mütəxəssis rəyi alaraq ədalətlilik prinsipinə zidd hərəkət etmişdir. Belə ki, cavabdeh orqan iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmamasında maraqlı orqandır və onun mülki işin materiallarına təqdim etdiyi “rəy” cavabdeh orqanın marağlarına uyğundur. Ona görə də, məhkəmə həmin rəydə sözügedən torpaq sahəsinin “dövlət mülkiyyəti” olmasına dair hissəsinə tənqidi yanaşmalı idi və həmçinin bələdiyə qərarına əsasən torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilibverilməməsi, həmin qərarın qüvvədə olub-olmaması araşdırdıqdan sonra ədalətli qərar qəbuletməli idi.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
f) Proses iştirakçılarının izahatları
14. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbələri barədə hər hansı bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
15. “Inzibati Icraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (IPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
22. Işin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
23. Belə ki, iddiaçı Qaradağ rayonu, Korgöz Bələdiyəsinin ərazisində yerləşən ona məxsus 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, müvafiq çıxarışın və texniki pasportun verilməsini tələb edir.
24. Cavabdeh orqan isə təqdim edilmiş torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmədiyini, torpaq sahəsinin mülkiyyətə ayrılmasına dair bələdiyyə qərarını deyil, protokoldan çıxarışın təqdim edildiyini və Korgöz Bələdiyyəsinin arxiv sənədlərinin, o cümlədən ##.##.2007-ci il tarixli, ** saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyini bildirərək, imtina cavabı vermişdir.
25. Iddia tələbinin bərabərlik prinsipi ilə bağlı iddiaçının gətirdiyi arqumentə münasibətdə məhkəmə kollegiyası qeydə edir ki, qonşuluqda yerləşən və 002013005940 reyestr nömrəsi qeydiyyatdan keçən torpaq sahəsi dövlət torpaq sahəsinə aid olduğundan Bakı şəhəri, Qaradağ rayon Icra Hakimiyyətinin *** saylı ##.##.2000-ci il tarixli Sərəncamı əsasında ayrılmışdır. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, qeyd olunan ərazidə yerləşən torpaq sahələri bələdiyyənin torpaq sahələrinə aid olmamışdır.
26. Işin apellyasiya baxışı zamanı Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Idarəsinə müvafiq sorğu göndərilmiş və verilmiş cavab məktubundan məlum olmuşdur ki, Qaradağ rayonu keçmiş Korgöz bələdiyyəsinin (Azərbaycan Respublikasının ##.##.2024-cü il tarixli **-VIIQ nömrəli Qanunu ilə Korgöz, Buta və Qızıldaş bələdiyyələrinin birləşməsi yolu ilə yeni Qızıldaş bələdiyyəsi yaradılmışdır) ##.##.2007-ci il tarixli ** saylı iclas qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır.
27. Iş materiallarından göründüyü kimi iddiaçı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Körgöz bələdiyyəsinin ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə iclas protokolundan çıxarışı, torpaqların alqı-satqısına dair aktı təqdim etmişdir.
28. Lakin, qanunvericiliyin normalarından göründüyü kim “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinin iddiaçıya torpaq ayrıldığı dövrdə (##.##.2007-ci il tarixdə) qüvvədə olmuş redaksiyasına əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi ilə şərtləndirilmişdir.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsi Korgöz bələdiyyəsi tərəfindən ayrılsa da, iddiaçı həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair əsaslı dəlili mövcud deyil. Müvafiq torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi kimi Qaradağ rayon Korgöz bələdiyyəsi tərəfindən ayrıldığından, təqdim edilən sənədlərin səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılması və torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunması barədə cavabdehin imtinasının qanuni olması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
30. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
31. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası IPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına verilə bilər.