Məhkəmə qərarları › İş №2-1(3-6)-595/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-595/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-595/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “aktın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ****d saylı 0.10 ha torpaq sahəsinə dair X5 və Istismarı Birliyi tərəfindən verilmiş orderin ləğv olunaraq həmin torpaq sahəsinin X2 boş bağlar balansına daxil olması barədə ##.##.2002-ci il tarixli aktın etibarsız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh2 tərkibində fəaliyyət göstərən X5 və Istismarı Birliyi tərəfindən torpaq sahəsinin ayrılmasına dair ** nömrəli orderə əsasən cavabdeh2 ##.##.1993-cü il tarixli, **** saylı qərarına (sərəncama) əsasən ** nömrəli bağ tikinti kooperativi nəzdində Ləhiş bağ massivində yerləşən, 0.10 hektar torpaq sahəsi olan ****d saylı bağ sahəsi İddiaçı ayrılmışdır. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinin ##.##.2022-ci il, ************ saylı cavab məktubu ilə həmin torpaq sahəsi ilə əlaqədar olaraq İddiaçı adına verilmiş ** nömrəli orderin Idarənin arxivində mövcud olduğunu qeyd etmiş və təsdiq edilmiş surətini əlavə etmişdir. Bununla yanaşı ##.##.2022-ci il tarixli, A-**-*** nömrəli cavabdeh2 tərəfindən verilmiş arxiv arayışında cavabdeh2 Başçısının 1993-cü ilə dair sərəncamlar kitablarında Ləhiş bağ massivində yerləşən, 0.10 hektar torpaq sahəsi olan ****d saylı bağ sahəsinin İddiaçı ayrılması barədə **** saylı sərəncam (çıxarış) vardır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ****d saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi üçün Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə müraciət etmişdir. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən ## ### 2024-cü il tarixdə daxil olmuş cavab məktubu ilə imtina verilmişdir. Bununla əlaqədar, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabuncu rayonu, Ləhiş bağ massivində yerləşən ****d saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarışın verilmə öhdəliyinin cavabdeh orqan üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə ##.##.2025-ci il tarixli məhkəmə qərarı ## #### 2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Bakı Inzibati Məhkəməsinin qeyd olunan qərarı iddiaçıya təqdim olunduğunda, həmin qərarla tanış olan zaman müəyyən edilmişdir ki, iş materiallarında məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il ************ nömrəli məktubu mövcuddur. Həmin məktubla qeyd edilmişdir ki, cavabdeh2 Başçısının ##.##.1992-ci il tarixli, *** saylı sərəncamı rəhbər tutularaq tərtib edilmiş ##.##.2002-ci il tarixli ləğv olunma aktının surəti idarənin arxiv qovluğunda mövcuddur. 2002ci il tarixli aktdan görünür ki, Ləhiş bağ ərazisində 1988-1992-ci illər ərzində vətəndaşlara paylanmış hal-hazıra qədər istifadəsiz qalmış bağ sahələrinin aşkar olunması məqsədilə keçirilmişdir. Yoxlama zamanı bir çox bağ sahələrində abadlıq və tikinti, becərmə aparılmamış, antisanitariya halları aşkar olunmuşdur. Hətta verilmiş bağ sahələrinin ətrafı çəpərlənməmişdir və həmin bağ sahələri zibilxanalara çevrilmişdir. Həmin bağ sahələri sırasında 5-ci sırada ** saylı BTK-nın tərkibində İddiaçı verilmiş ****d saylı bağ sahəsi də göstərilmişdir. cavabdeh2 ##.##.1992-ci il tarixli sərəncamını əsas tutaraq yuxarıda göstərilən bağ sahələrinə dar verilmiş orderlərin ləğv oluaraq həmin bağ sahələrinin X2 boş bağlar balansına daxil olması məqsədə uyğundur. Lakin iddiaçı həmin qeyd olunan sənədlə məhkəmə gedişatında tanış ola bilmədiyindən və ona təqdim edilmədiyi səbəbindən, ##.##.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iş materiallarında məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il ************ nömrəli məktubunun və ona əlavə edilmiş sənədlərin surətinin rəsmi qaydada ona təqdim edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə əsasında, ##.##.2025-ci il tarixdə iş materiallarında olan həmin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il ************ nömrəli məktubu və məktubda qeyd edilmiş ləğv olunma aktının surəti iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Ləğv olunma aktında qeyd edilir ki, Ləhiş bağ ərazisində 1988-1992-ci illər ərzində vətəndaşlara paylanmış hal-hazıra qədər istifadəsiz qalmış bağ sahələrinin aşkar olunması məqsədilə keçirilmişdir. Halbuki, iddiaçı İddiaçı torpaq sahəsi 1993-cü ildə ayrılmışdır və həmin torpaq sahəsinin ayrılmasına dair ** nömrəli orderə əsasən cavabdeh2 ##.##.1993-cü il tarixli, **** saylı qərarı (sərəncam) vardır. Bununla yanaşı ##.##.2002-ci il tarixli aktda qeyd edilir ki, yoxlama zamanı bir çox bağ sahələrində abadlıq və tikinti, becərmə aparılmamış, antisanitariya halları aşkar olunmuşdur. Hətta verilmiş bağ sahələrinin ətrafı çəpərlənməmişdir və həmin bağ sahələri zibilxanalara çevrilmişdir. Həmin bağ sahələri sırasında 5-ci sırada ** saylı BTKnın tərkibində İddiaçı verilmiş ****d saylı bağ sahəsi də göstərilmişdir. cavabdeh2 ##.##.1992-ci il tarixli sərəncamını əsas tutaraq yuxarıda göstərilən bağ sahələrinə dair verilmiş orderlərin ləğv olunaraq həmin bağ sahələrinin X2 boş bağlar balansına daxil olması məqsədə uyğundur. Qeyd olunanlarla bağlı bildirilir ki, iddiaçıya məxsus bağ sahəsi onun istifadəsində olmuş və qeyd olunanlar tamamilə həqiqətə uyğun deyildir. Həmçinin, ##.##.2002-ci il tarixli aktın tərtib olunması və ümumiyyətlə belə bir aktın mövcudluğu barədə iddiaçının hər hansı bir xəbəri olmamışdır və X2 tərəfindən iddiaçı rəsmi məlumat daxil olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının mülkiyyətində olan bağ sahəsinə dar verilmiş orderin ləğv olunaraq həmin bağ sahəsinin X2 boş bağlar balansına daxil edilməsi barədə ##.##.2002-ci il tarixli akt tamamilə qanunsuzdur və bu səbəbdən etibarsız hesab olunmalı və ləğv edilməlidir. Halhazırda iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası tərəfindən icraatda baxılmaqdadır. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ****d saylı 0.10 hektar torpaq sahəsinə dair X5 və Istismarı Birliyi tərəfindən verilmiş orderin ləğv olunaraq həmin torpaq sahəsinin X2 boş bağlar balansına daxil olması barədə ##.##.2002-ci il tarixli aktın etibarsız hesab olunaraq ləğv edilməsi barədə iddiası etirazla qarşılanır. Iddiaçının iddia tələbində qeyd olunanlar ilə bağlı Idarəyə müraciəti daxil olmamışdır. Iddia tələbində qeyd olunan məsələlər Idarənin səlahiyyətləri xaricindədir. İddiaçı ##.##.2022-ci il tarixində 1122122169 nömrəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5051d” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Idarəyə müraciət etmiş, ona cavab məktubunda bildirilmişdir ki, ****d saylı torpaq sahəsinə dair təqdim edilən X5 və Istismarı Birliyi tərəfindən verilmiş orderin ləğv olunaraq həmin torpaq sahəsinin X2 boş bağlar balansına daxil olması barədə idarənin arxiv məlumatlarında ##.##.2002-ci il tarixli akt mövcuddur. Həmçinin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi digər fiziki şəxsin -Nardaran Invest MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.(005013050067) Eyni zamanda qeyd edilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa inventarlaşdırma işləri aparılan zaman torpaq sahəsinin iddiaçının istifadəsində olmadığı aşkar olunmuşdur. Belə ki, iddia olunan sahə Seabreeze aid ümumi ərazidə yerləşir və sahədə çoxsaylı tikililər (koteclər) mövcuddur. Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabuncu rayonu, Ləhiş bağ massivində yerləşən ****d saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarışın verilmə öhdəliyinin cavabdeh orqan üzərinə qoyulması barədə iddia tələbi Bakı Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə qarşı “orderin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı (hakim A.Əhədova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsi tərəfindən çıxarılmış qərardad qanunsuzdur və ləğv edilməlidir. Iddiaçıya məxsus bağ sahəsi onun istifadəsində olmuş və qeyd olunanlar təmamilə həqiqətə uyğun deyildir. Eyni zamanda həmin bağ sahəsi- Ləhiş bağ massivində yerləşən, 0.10 hektar torpaq sahəsi olan ****d saylı bağ sahəsi onun istifadəsinə verildiyi tarixdən iddiaçı tərəfindən dörd tərəfdən hasarlanmış və daxilində yarımtikili var idi. Həmçinin, ##.##.2002-ci il tarixli aktın tərtib olunması və ümumiyyətlə belə bir aktın mövcudluğu barədə iddiaçının hər hansı bir xəbəri olmamışdır və X2 tərəfindən iddiaçıyarəsmi məlumat daxil olmamışdır. Iddiaçının mülkiyyətində olan bağ sahəsinə dar verilmiş orderin ləğv olunaraq həmin bağ sahəsinin X2 boş bağlar balansına daxil edilməsi barədə ##.##.2002-ci il tarixli akt tamamilə qanunsuzdur və bu səbəbdən etibarsiz hesab olunmalı və ləğv edilməlidir. Hesab edirlər ki, hazırkı iş üzrə iddiaçıya məxsus ****d saylı bağ sahəsinə dair verilmiş orderlərin ləğv olunaraq həmin bağ sahələrinin X2 boş bağlar balansına daxil olması ilə bağlı arxiv qovluğunda olan ##.##.2002-ci il tarixli akt inzibati aktdır və qanunsuz olduğundan həmin inzibati akt ləğv olunmalıdır. Lakin Bakı Inzibati Məhkəməsi öz qərardadında qeyd edir ki, “bağlar təsərrüfatına aid arxiv qovluğunda aşkar edilmiş bu akt bağlar idarəsinin təsərrüfat şöbəsi və mühəndislər tərəfindən tərtib edilmiş sənəd olmaqla müstəqil olaraq bağın ayrılmasını nəzərdə tutan icra hakimiyyətinin qərarını ləğv edən inzibati akt deyil, bağ sahəsinin istifadədə olmaması barədə faktiki vəziyyəti ifadə edən yerli müayinə aktı qismində çıxış edir. Sözügedən akt inzibati akt hesab edilmədiyindən onun ləğv edilməsi də inzibati məhkəmə icraatının predmetini təşkil etmir”. Halbuki qeyd edilir ki, məhz həmin aktın nəticəsində iddiaçıya torpaq sahəsinin ayrılmasına dair cavabdeh2 ##.##.1993-cü il tarixli, **** saylı qərarına (sərəncam) əsasən ** nömrəli order ləğv edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, “hazırkı aktı mübahisələndirməyə idiaçının hüquqi marağı da müəyyən olunmur”. Bununla bağlı bildirilir ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## ##### 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Elə bu səbəbdən də, hazırkı iş üzrə iddiaçının hazırkı aktı mübahisələndirməyə hüquqi marağı vardır, çünki həmin inzibati aktın ləğvi iddiaçının öz məqsədinə çatmaq üçün doğru vasitədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddiaya mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli, Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı ****d saylı bağ sahəsi ilə bağlı arxiv qovluğunda olan ##.##.2002-ci il tarixli aktın ləğvini mübahisələndirir. Iş materiallarına əlavə olunmuş ##.##.2002-ci il tarixli aktdan görünür ki, Ləhiş bağ ərazisində 1988-1992-ci illər ərzində vətəndaşlara paylanmış hal-hazıra qədər istifadəsiz qalmış bağ sahələrinin aşkar olunması məqsədilə yoxlama keçirilmişdir. Yoxlama zamanı bir çox bağ sahələrində abadlıq və tikinti, becərmə aparılmamış, antisanitariya halları aşkar olunmuşdur. Hətta verilmiş bağ sahələrinin ətrafı çəpərlənməmişdir və həmin bağ sahələri zibilxanalara çevrilmişdir. Həmin bağ sahələri sırasında 5-ci sırada ** saylı BTKnın tərkibində İddiaçı verilmiş ****d saylı bağ sahəsi də göstərilmişdir. cavabdeh2 ##.##.1992-ci il tarixli sərəncamını əsas tutaraq yuxarıda göstərilən bağ sahələrinə dair verilmiş orderlərin ləğv olunaraq həmin bağ sahələrinin X2 boş bağlar balansına daxil olması məqsədə uyğundur. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, birinci intansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bağlar təsərrüfatına aid arxiv qovluğunda aşkar edilmiş bu akt bağlar idarəsinin təsərrüfat şöbəsi və mühəndislər tərəfindən tərtib edilmiş sənəd olmaqla müstəqil olaraq bağın ayrılmasını nəzərdə tutan icra hakimiyyətinin qərarını ləğv edən inzibati akt deyil, bağ sahəsinin istifadədə olmaması barədə faktiki vəziyyəti ifadə edən yerli müayinə aktı qismində çıxış edir. Sözügedən akt inzibati akt hesab edilmədiyindən onun ləğv edilməsi də inzibati məhkəmə icraatının predmetini təşkil etmir. Belə ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” ## #### 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Inzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, qeyd edilən Qərar əsasında belə nəticə hasil olur ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Bundan əlavə iş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabuncu rayonu, Ləhiş bağ massivində yerləşən ****d saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarışın verilmə öhdəliyinin cavabdeh orqan üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin icraatında olmuş *-*(***)-****/**** nömrəli inzibati iş üzrə məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçının Ləhiş bağ massivində yerləşən ****d saylı bağ sahəsinə dair orderin arxiv nüsxəsi və orderin verilməsinə əsas olmuş cavabdeh2 ##.##.1993-cü il tarixli **** nömrəli qərar dövlət arxivində mövcud olsa da, ona ayrılmış torpaq sahəsi faktiki olaraq mərzləşdirməmiş, hasarlama işləri aparmamış, torpaq sahəsinin naturada iddiaçının istifadəsində olduğu müəyyən olunmamışdır. Sözügedən bağ sahəsinin iddiaçının sahibliyində olmamasının digər sübutu kimi məhkəmə hazırkı inzibati iş üzrə mübahisələndirilən ##.##.2002-ci il tarixli aktdakı məlumata istinad etmiş və hesab etmişdir ki, iddiaçı tərəf iddia etdiyi ****d saylı bağ sahəsinin ən geci ##.##.2002-ci il tarixdən onun faktiki sahibliyində olmasını sübut edə bilməmişdir. Həmçinin qeyd olunan inzibati iş üzrə müəyyən olunmuşdur ki, iddiaçının naturada ****d saylı bağ sahəsi kimi iddia etdiyi faktiki sahə 005013046978-11303 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.035 ha torpaq sahəsi və üzərində 195.6 kv.m bağ evi olmaqla vahid əmlakla üst-üstə düşür. Başqa sözlə, hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi digər şəxsin xüsusi mülkiyyətindədir, həmin mülkiyyətə dair reyestr qeydləri qüvvədədir, ləğv edilməmişdir. Qeyd edilən əsaslara görə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının hüquqi marağı hazırda mübahisələndirdiyi bağlar idarəsinin ##.##.2002-ci il tarixli aktının ləğvi ilə əhatə olunmur. Belə ki, adıçəkilən akt iddia olunan bağ sahəsinin iddiaçının faktiki istifadəsində və hüquq sahibliyində olması ilə bağlı təkzib ediləcək sübut növü olub yalnız həmin bağa dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı inzibati iş üzrə, yaxud eyni bağa dair üçüncü şəxsin adına aparılmış reyestr qeydiyyatının mübahisələndirildiyi halda iddiaçı tərəfin əsassızlığını irəli sürəcəyi və məhkəmənin həmin inzibati işlər üzrə sübuta baxıb hüquqi qiymət verəcəyi dəlil kimi çıxış edə bilər. Başqa sözlə, bir iş üzrə sübut kimi çıxış edəcək hüquqi faktın müstəqil qaydada məhkəmə icraatında mübahisələndirilməsi prosessual qanunvericiliyə əsasən yolverilməzdir. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, mübahisələndirilən akt hətta inzibati akt kimi qəbul edilsə belə, bu aktın hazırkı halda inzibati məhkəmədə mübahisələndirilməsi də mümkün deyildir. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə, yəni 2002-ci il tarixli aktın ləğvi ilə bağlı məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın ## ###### 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in ## #### 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, # ###### 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti IPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni # ###### 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ## ###### 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, IPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yekunda məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

NƏTICƏVI HISSƏ:

Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar