Məhkəmə qərarları › İş №2-1(3-6)-598/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-598/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-598/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X10 və X7 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## #### 2026 -cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. İddiaçı əlillik vəziyyəti ** saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının “Bel oma fəqərələrinin osteoxondozu” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində ##.##.2013-cü il tarixdən ##.##.2014-cü il tarixədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

2. Daha sonra ##.##.2014-cü il tarixdən ##.##.2015-ci il tarixədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə, ##.##.2015-ci il tarixdən ##.##.2016-cı il tarixədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə "təkrar”, ##.##.2016cı il tarixdən ##.##.2021-ci il tarixədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq, ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ##.##.2025-ci il tarixli T***/**** saylı rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı ##.##.2024-cü il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda müayinə olunarkən “Bel fəqərələrin yayılmış osteoxondrozu, yayılmış spondilyozu, ağrı sindromu ilə, bel fəqərələrinin fəqərəarası disklərin yırtığı, kökcülc ağrıları ilə, ağrıların aşağı ətrafa irradiasiyası, yerişin çətinləşməsi (M42; M43; M54.1; G54.1; R52.0; R26.8)” diaqnozu, 15.03.-##.##.2024-cü il tarixlərində “X2” phş-də ilə stasionar müalicədə olarkən ona “Diskogen radikulopatiya, beloma fəqərələrinin osteoxondrozu, limblərində Şmorl düyümləri və vertebral kanalın stenozu. yayılmış spondilyozu, fəqərəarası disklərin yırtığı, davamlı ağrı sindromu, yerişin və hərəki funksiyanın pozğunluğu, aşağı ətrafların neyropatiyası, hipertoniya xəstəliyi II mərhələ, hər iki diz oynağının artrozu, vegetativ damar distoniyası- M54.1; M42; M43; R52.0; R26.8; İ10; M17; G90” diaqnozu qoyulmuşdur. Qərardadın 2-ci bəndində və yarım bəndlərində olan suallar meyarların təyini ilə əlaqədar olduğundan onların həlli məhkəmətibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X16- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

4. İddiaçı barəsində verilən ##.##.2024-cü il tarixli, P********SPD nömrəli göndərişə əsasən Əsas diaqnoz və ağırlaşmaları: “M54.1 - Radikulopatiya. Diskogen radikulpatiya; R52.2 – Digər daimi ağrı. Davamlı ağrı sindromu; M43 – Digər deformasiyaedən dorsopatiyalar, Şmoril düyünləri və vertebral kanalın stenozu yayılmış spondilyozu; fəqərəarası disklərin yırtığı; G62– Digər polinevropatiyalar; R26 – Hərəkətin və yerişin pozulmaları” qeyd olunmuşdur.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X16-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarına əsasən İddiaçı müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ** saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının “Bel oma fəqərələrinin ostroxondozu" diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, 01,07.2013-cü il tarixindən 01,07.2014-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə üçüncü dərəcə “İlkin"; ##.##.2014-cü il tarixindən ##.##.2015ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; ##.##.2015-ci il tarixindən ##.##.2016-cı ıl tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə 'təkrar'; ##.##.2016-cı ıl tarixindən ##.##.2021-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq, ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, sonuncu müraciəti əsasında Bakı Baş Səhiyyə idarəsi tərəfindən "Radikulopatiya. Diskoqerı radikulpatiya. Qonartroz. Hər iki diz oynağının artrozu" diaqnozu ilə rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli P********SPD nömrəli göndəriş əsasında vətəndaşın əlillik vəziyyəti DTSERA-da komissiya şəraitində qiymətləndirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, *-**-*/*-*-****/**** nömrəli qərara əsasən barəsində "Diaqnozun təsdiqim tapmaması”na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, ##.##.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. ##.##.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri hərəkət məhdudluğundan, yerişin çətinləşməsindən, bel nahiyəsində, diz oynağında ağrılardan olmuş, anamnestik olaraq X2 dəfələrlə ambulator və stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında X11 və Ortopediya institutunun ##.##.2024-cü il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “Bel fəqərələrin yayılmış osteoxondrozu, yayılmış spondilyozu, ağrı sindromu ilə. Bel fəqərələrinin fəqərəarası disklərin yırtığı, kökcük ağrıları ilə oynaqların aşağı ətrafa irradiyyasiyası, yerişin çətinləşməsi." şəklində göstərilmiş, X2 ## ##.2024- ##.##.2024-cü il tarixli epıkrizinə əsasən diaqnoz “Diskogen radikulopatiya ağrı sindromu ilə. Bel-oma fəqərələrinin osteoxondrozu. Şmorle düyünləri və vertebral kanalın stenozu yayılmış spondilyozu. fəqərəarası disklərin yırtığı, davamlı ağrı sindromu, yerişin və hərəki funksiyanın pozğunluğu. Aşağı ətrafların neyropatiyası. Hipertoniya xəstəliyi II mərhələ. Hər iki diz oynağının artrozu. Vegetativ damar distoniyası.” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, həkimnevroloq müayinəsinin nəticəsi "Vətər refleksləri D=S, canlıdır. Parez, atrofiya, atoniya qeyd edilmir. Bel-oma nahiyyəsində paravertebral nöqtələr ağrılıdır. Yerişi - əsayla qoruyucudur. Əlillik təyinatına əsas verən ağırlaşmalar müşahidə edilmir.” kimi qiymətləndirilmiş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən hər iki diz oynaqlarında qeyri-stabillik müşahidə edilməmiş, açma funksiyası və bükmə funksiyası tam olmuş, kontraktura, hərəkət məhdudluğu kimi hallar izlənilməmiş, əlillik təyinatına əsas verən dayaq hərəkət pozğunluğu, nevroloji defislt və heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Əyani müayinə zamanı, İddiaçı ətraflı müayinə edilməsi üçün həkim-ekspertlər tərəfindən X11 və Ortopediya institutuna göndəriş verilmiş, 18.11,2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Bel fəqərələrinin yayılmış osteoxondrozu. yayılmış spondilyozu, ağrı sindromu Hə. Bel fəqərələrinin fəqərəarası disklərin yırtığı, kökcük ağrıları İlə. Ağrıların aşağı ətrafa irradiyasıyası. Sağ bud-çanaq oynaqlarının koksartrozu. ağrı sindromu ilə. Sol diz oynağının arxa buynuzunun grade II degeneraslyası, horizontal yırtığı, oatellofemoral oynağının artrozu. ağrı sindromu ilə, yerişin çətinləşməsi." şəklində göstərilmiş, orada aparılmış hər iki diz oynaqlarının Rentgenoqrafiyası müayinəsinin nəticəsi 'Hər iki diz oynağının konqruentlıyı normaldır. Sümüklərdə kobud patoloji dəyişiklik izlənilmədi." kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmamışdır. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən ##.##.2024-cü il tarixli P********SPD nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

6. İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1978-ci il təvəllüdlüdür. İddiaçının belində “bel onurğa fəqərələrinin osteoxondrozu” xəstəliyi vardır. Bununla bağlı bir sıra müalicələr aparılsa da, nəticə etibarı ilə sağlamlığı ilə bağlı heç bir müsbət nəticə əldə edilməmiş və ##.##.2016-cı ildə iddiaçıya 2-ci dərəcəli əllik “bel onurğa fəqərələrinin ostexondrozu” diaqnozu ilə bağlı təyin edilmişdir. ##.##.2021-ci ildə isə yenidən müayinə olunduqdan sonra iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlillik ləğv edilmişdir. Əlilliyinin ləğv edilməsi səbəbi isə “əlillik əlamətinin təyin etməməsi” olmuşdur. İddiaçı yaranmış vəziyyətlə dəfələrlə aidiyyatı quruma müraciət etsə də, nəticə etibarı ilə heç bir müsbət nəticə əldə edə bilməmişdir. Sonuncu müəyinə zamanı iddiaçıya “Radikulopatiya. Diskogen radikulpatiya. Qonartroz (diz oynağının artrozu). Hər iki diz oynağının artrozu” diaqnozu qoyulmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən iddiaçının sağlamlığı ilə bağlı qəbul etdiyi qərar əlilliyin təyin olunmasına imkan vermir. İddiaçı isə sağlamlığında olan xəstəliklə bağlı əmək fəaliyyəti göstərə bilmir. Eyni zamanda, iddiaçı onkoloji xəstəlikdən, mədə bağırsaq xəstəliklərindən, fərəqərələrin yırtığı və onurğadan bir sıra xəstəlikdən, ayarlarında əyilmədən, keyləşmədən, diz qapaqlarında lokal xpondromalyasiya, göz xəstəlikləri və s xəstəlikdərdən əziyyət çəkir.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ** saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının “Bel oma fəqərələrinin ostroxondozu” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində ##.##.2013-cü il tarixdən ##.##.2014-cü il tarixədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə üçüncü dərəcə “ilkin”; ##.##.2014-cü il tarixindən ##.##.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; ##.##.2015-ci il tarixindən ##.##.2016-cı il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə "təkrar”; ##.##.2016cı il tarixindən ##.##.2021-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq, ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, sonuncu müraciəti əsasında Bakı Baş Səhiyyə İdarəsi tərəfindən “Radikulopatiya. Diskogen radikulpatiya. Qonartroz. Hər iki diz oynağının artrozu.” diaqnozu ilə rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli P********SPD nömrəli göndəriş əsasında vətəndaşın əlillik vəziyyəti DTSERA-da komissiya şəraitində qiymətləndirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, 3-17-4/3-3- ****/**** nömrəli qərara əsasən barəsində “Diaqnozun təsdiqini tapmaması”na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, ##.##.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. ##.##.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri hərəkət məhdudluğundan, yerişin çətinləşməsindən, bel nahiyəsində, diz oynağında ağrılardan olmuş, anamnestik olaraq X2 dəfələrlə ambulator və stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, X11 və Ortopediya İnstitutunun ##.##.2024cü il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “Bel fəqərələrin yayılmış osteoxondrozu, yayılmış spondilyozu, ağrı sindromu ilə. Bel fəqərələrinin fəqərəarası disklərin yırtığı, kökcük ağrıları ilə oynaqların aşağı ətrafa irradiyyasiyası, yerişin çətinləşməsi.” şəklində göstərilmiş, X2 ##.##.2024-##.##.2024-cü il tarixli epikrizinə əsasən diaqnoz “Diskogen radikulopatiya ağrı sindromu ilə. Bel-oma fəqərələrinin osteoxondrozu. Şmorle düyünləri və vertebral kanalın stenozu yayılmış spondilyozu, fəqərəarası disklərin yırtığı, davamlı ağrı sindromu, yerişin və hərəki funksiyanın pozğunluğu. Aşağı ətrafların neyropatiyası. Hipertoniya xəstəliyi II mərhələ. Hər iki diz oynağının artrozu. Vegetativ damar distoniyası.” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, həkimnevroloq müayinəsinin nəticəsi “Vətər refleksləri D=S, canlıdır. Parez, atrofiya, atoniya qeyd edilmir. Bel-oma nahiyyəsində paravertebral nöqtələr ağrılıdır. Yerişi - əsayla qoruyucudur. Əlillik təyinatına əsas verən ağırlaşmalar müşahidə edilmir.” kimi qiymətləndirilmiş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən hər iki diz oynaqlarında qeyri-stabillik müşahidə edilməmiş, açma funksiyası və bükmə funksiyası tam olmuş, kontraktura, hərəkət məhdudluğu kimi hallar izlənilməmiş, əlillik təyinatına əsas verən dayaq hərəkət pozğunluğu, nevroloji defisit və heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Əyani müayinə zamanı, İddiaçı ətraflı müayinə edilməsi üçün həkimekspertlər tərəfindən X11 və Ortopediya İnstitutuna göndəriş verilmiş, ##.##.2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Bel fəqərələrinin yayılmış osteoxondrozu, yayılmış spondilyozu, ağrı sindromu ilə. Bel fəqərələrinin fəqərəarası disklərin yırtığı, kökcük ağrıları ilə. Ağrıların aşağı ətrafa irradiyasiyası. Sağ bud-çanaq oynaqlarının koksartrozu, ağrı sindromu ilə. Sol diz oynağının arxa buynuzunun grade II degenerasiyası, horizontal yırtığı, patellofemoral oynağının artrozu, ağrı sindromu ilə, yerişin çətinləşməsi.” şəklində göstərilmiş, orada aparılmış hər iki diz oynaqlarının Rentgenoqrafiyası müayinəsinin nəticəsi “Hər iki diz oynağının konqruentliyi normaldır. Sümüklərdə kobud patoloji dəyişiklik izlənilmədi.” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmamışdır. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən ##.##.2024-cü il tarixli P********SPD nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı ##.##.2024-cü il tarixli, P********SPD nömrəli tibbi göndəriş əsasında orqanizmin funksiyalarının 65-80 faizədək pozulması ilə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 6.1.10.2-ci bəndinə əsasən) əlilliyin təyin edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

10. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Sözügedən hal, yəni Diaqnozun təsdiqini tapmaması halıiddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X15-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkimrəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “M54.1 Radikulopatiya, Radikulopatiya.Diskogen radikulpatiya”diaqnozu qeyd edilmişdir. Ağırlaşma R52.2 Digər daimi ağrı, Digər daimi ağrı Davamlı ağrı sindromu. Yanaşı xəstəliklər “G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları” diaqnozu qeyd edilmişdir. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında Məhkəmə-Tibbi və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

11. Apelyasiya şikayəti iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni Diaqnozun təsdiqini tapmaması halıiddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X15-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkimrəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “M54.1 Radikulopatiya, Radikulopatiya.Diskogen radikulpatiya”diaqnozu qeyd edilmişdir. Ağırlaşma R52.2 Digər daimi ağrı, Digər daimi ağrıDavamlı ağrı sindromu. Yanaşı xəstəliklər “G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları” diaqnozu qeyd edilmişdir. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında Məhkəmə-Tibbi və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

Tərəflərin izahatları

12. Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.

13. İddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətininin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

14. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ##.##.2024cü il tarixli P*********PD nömrəli göndəriş əsasında ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faizədək pozulması ilə 2 il müddətinə əlilliyin təyin edillməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

15. Məhkəmənin qərardadı ilə iddia tələbi dəqiqləşmiş məzmunda icraata qəbul olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

17. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.

18. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81- 100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

23. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia onun mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir və mümkün iddiadır. Belə ki, ##.##.2024-cü il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirilmiş, lakin iddiaçının əlillik təyinatı aparılmamışdır. İddiaçı isə ##.##.2024-cü il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-*- *****/**** nömrəli qərarına əsasən iddiaçının əlillik təyinatından imtina olunmuşdur.

24. İşin mahiyyətinə gəldikdə hazırda iddiaçının tələbi “İddiaçı ##.##.2024-cü il tarixli, P********SPD nömrəli tibbi göndəriş əsasında ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faizədək pozulması ilə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 6.1.10.2ci bəndinə əsasən) 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçıda olan xəstəliyin tələbdə qeyd edildiyi kimi 2-ci qrup əlilliyə, yəni yeni qaydalarla orqanizmin funksiyalarının minimum 61 faiz pozulması ilə əlilliyin təyininə (65-80 faiz, 2 il) əsas olması üçün, yəni iddianın uğurlu olması üçün Əsasənamənin 6.1.10.2-ci bəndində göstərilən ağırlıq dərəcəsi (başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları) müəyyən edilməlidir ki, ən azından şəxsin yerişinin pozulması, çəliklə hərəkət etməsi, çəliksiz ayaqüstə durarkən müvazinətini saxlaya bilməməsi ekspert rəyi ilə öz təsdiqini tapır və bu, qeyd edilən yürüşün və durmanın pozuntuları əlamətlərinə uyğundur.”

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

26. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı əlillik vəziyyəti ** saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının “Bel oma fəqərələrinin ostroxondozu" diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, ##.##.2013-cü il tarixdən ##.##.2014-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə üçüncü dərəcə “İlkin"; ##.##.2014-cü il tarixindən ##.##.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; ##.##.2015ci il tarixindən ##.##.2016-cı ıl tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; ##.##.2016-cı ıl tarixindən ##.##.2021-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq, ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır.

27. İddiaçı barəsində tərtib olunan sonuncu ##.##.2024-cü il tarixli, P********SPD nömrəli göndərişə əsasən Əsas diaqnoz və ağırlaşmaları: “M54.1 - Radikulopatiya. Diskogen radikulpatiya; R52.2 – Digər daimi ağrı. Davamlı ağrı sindromu; M43 – Digər deformasiyaedən dorsopatiyalar, Şmoril düyünləri və vertebral kanalın stenozu yayılmış spondilyozu; fəqərəarası disklərin yırtığı; G62– Digər polinevropatiyalar; R26 – Hərəkətin və yerişin pozulmaları” qeyd olunmuşdur.

28. Daha sonra ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarına əsasən dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən ##.##.2024-cü il tarixli P********SPD nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

29. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün məhkəmənin qərardadları ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Həmin qərardada əsasən Birliyin ##.##.2025-ci il tarixli T***/**** saylı rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı ##.##.2024-cü il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda müayinə olunarkən “Bel fəqərələrin yayılmış osteoxondrozu, yayılmış spondilyozu, ağrı sindromu ilə, bel fəqərələrinin fəqərəarası disklərin yırtığı, kökcülc ağrıları ilə, ağrıların aşağı ətrafa irradiasiyası, yerişin çətinləşməsi (M42; M43; M54.1; G54.1; R52.0; R26.8)” diaqnozu, 15.03.-##.##.2024-cü il tarixlərində “X2” phş-də ilə stasionar müalicədə olarkən ona “Diskogen radikulopatiya, beloma fəqərələrinin osteoxondrozu, limblərində Şmorl düyümləri və vertebral kanalın stenozu. yayılmış spondilyozu, fəqərəarası disklərin yırtığı, davamlı ağrı sindromu, yerişin və hərəki funksiyanın pozğunluğu, aşağı ətrafların neyropatiyası, hipertoniya xəstəliyi II mərhələ, hər iki diz oynağının artrozu, vegetativ damar distoniyası-M54.1; M42; M43; R52.0; R26.8; İ10; M17; G90” diaqnozu qoyulmuşdur. Qərardadın 2-ci bəndində və yarım bəndlərində olan suallar meyarların təyini ilə əlaqədar olduğundan onların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nm 1-ci bəndinə görə Dövlət Tibbi- Sosial Ekspertiza və X16-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

30. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ##.##.2025-ci il tarixli T***/**** saylı rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: M54.1-Radikulopatiya, diskogen radikulopatiya, Ağırlaşma: R52.2-Digər daimi ağrı, davamlı ağrı sindromu, M43-Digər deformasiya edən dorsopatiyalar, Şmorl düyünləri və vertebral kanalın stenozu, yayılmış spondilyozu, fəqərəarası disklərin yırtığı, G62-Digər polinevropatiyalar, R26-Hərəkətin və yerişin pozulmaları; Yanaşı xəstəliklər: M17-Qonartroz (diz oynağının artrozu), qonartroz (diz oynağının artrozu), hər iki diz oynağının artrozu, G90-Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, M42-Onurğanın osteoxondrozu” diaqnozu ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Şəxsin ##.##.2025-ci tarixdə məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakılar qeyd edilmişdir: yerişi pozulmuş, çəliklə hərəkət edir, çəliksiz ayaqüstə durarkən müvazinətini saxlaya bilmir. Vətəndaş İddiaçı ##.##.2025-ci il tarixdə X2 daxil olmuş və ona “XBT-10 kodu üzrə: M54.1, M42, G50, R52.2, R26, G62, İ10, G90, M23.5- Diskogen radikulopatiya, Bel-oma fəqərələrinin osteoxondrozu. Fəqərə limblərində lokal Şmorl düyünləri, vertebral kanalın stenozu. Davamlı ağrı sindromu. Yeriş və hərəkət funksiyasının pozulması, polineyropatiya. Hipertoniya. Vegetativ damar distoniyası. Hər iki diz oynağının xroniki qeyri-stabilliyi” diaqnozu qoyulmuşdur. Qərardadın müvafiq yarımbəndlərində göstərilən hallar meyarların təyininə aid olduğundan onların həlli məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

31. Beləliklə, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu ##.##.2024cü il tarixli, P********SPD nömrəli tibbi göndəriş iddiaçıya qoyulan - Əsas diaqnoz və ağırlaşmaları: “M54.1 - Radikulopatiya. Diskogen radikulpatiya; R52.2 – Digər daimi ağrı. Davamlı ağrı sindromu; M43 – Digər deformasiyaedən dorsopatiyalar, Şmoril düyünləri və vertebral kanalın stenozu yayılmış spondilyozu; fəqərəarası disklərin yırtığı; G62 – Digər polinevropatiyalar; R26 – Hərəkətin və yerişin pozulmaları” qeyd olunmuşdur ki, iddiaçıya qoyulan əsas diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ##.##.2025-ci il tarixli T***/**** saylı rəyində öz təsdiqini tapmışdır. İddiaçıda müşayiət olunan həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.10.2-ci bəndində nəzərdə tutulmuşdur.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə 2022-ci il ####un #-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir.

33. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

34. “Əlilliyin müəyyən olunması Meyarları”nın 6.1.10-cu bəndində R25-R29 XBT kodu altında nəzərdə tutulan “Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr” əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi göstərilsə də, sadəcə diaqnozun iddiaçıda öz təsdiqini tapması əlilliyin təyininə əsas vermir. Əlilliyin təyini üçün həmin xəstəlik Meyarların ya 6.1.10.1-ci, ya da 6.1.10.2-ci və ya 6.1.10.3-cü bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir.

35. Belə ki, Meyarların 6.1.10-cu bəndinə əsasən iddiaçıya əlilik təyin olunması üçün həmin bənddə nəzərdə tutulmuş xəstəliklə yanaşı ağırlaşmalar da olmalıdır. Belə ki, buna müvafiq olaraq iddiaçıda Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələrlə yanaşı ya başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları (6.1.10.1.) ya başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları (6.1.10.2.) və ya başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi (6.1.10.3.) ağırlaşmaları da müşahidə olunmalıdır.

36. Həm iddiaçı barəsində tərtib olunmuş sonuncu ##.##.2024-cü il tarixli, P********SPD nömrəli göndərişdə, həm də ekspert rəyindən də görünür ki, iddiaçı hazırda “Əlilliyin müəyyən olunması Meyarları”nın 6.1.10-cu bəndində R25-R29 XBT kodu altında nəzərdə tutulan “Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr” xəstəliyindən əziyyət çəkir.

37. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ##.##.2025-ci il tarixli T***/**** saylı rəyində iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı qeyd olunmuşdur ki, iddiaçının yerişi pozulmuş, çəliklə hərəkət edir, çəliksiz ayaqüstə durarkən müvazinətini saxlaya bilmir.

38. Bundan başqa işin apellyasiya baxışı zamanı espert rəyini tərtib etmiş məhkəmətibbi eksperti X6 izahatında bildirmişdir ki, “iddiaçıya “Diskogen radikulopatiya, bel-oma fəqərələrinin osteoxondrozu, limblərdə Şmorl düyümləri və vertebral kanalın stenozu, fəqərələrarası disklərinyırtığı, davamlı ağrı sindromu, yerişin və hərəki funksiyaların pozğunluğu, aşağı ətrafların neyropatiyası, hipertoniya xəstəliyi, hər iki diz oynağının artrozu, vegetativ damar distonsiyası dioqnozu qoyulmuşdur ki, bu da onun Dövlət Tibbi- Sosial Ekspertiza komissiyasının qiymətləndirməsinə müvafiq olaraq tərtib edilmiş Forma- 88-lə demək olar ki, eyniyyət təşkil edir. İddiaçı hazırda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. İddiaçı çəliklə hərəkət edir və çəliksiz müvazinətini saxlaya bilmir. İradi motorikanın əhəmiyyətli pozulması nevroloji əlamət olduğundan ona yalnız stasionar yatış etməklə nevropatoloq tərəfindən qiymət verilə bilər. Piramit çatışmazlıq tarazlıq və koordinasiyanın pozulmasının əlamətləridir. Diskogen radikulopatiya onurğanın fəqərələrarası disklərin arasından keçən sinirlərin xəstəliyidir.

39. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçının sağlamlıq vəziyyəti Meyarların 6.1.10.2-ci bəndinə uyğundur.

6.1.10.2-ci başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli 65-80 2 il pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları

40. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi İddiaçı ##.##.2024-cü il tarixli, P********SPD nömrəli tibbi göndəriş əsasında orqanizmin funksiyalarının 65-80 faizədək pozulması ilə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 6.1.10.2-ci bəndinə əsasən) əlilliyin təyin edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsini müəyyən etsə də əlilliyin hansı tarixdən və hansı müddətə təyin olunmasını müəyyən etməmişdir.

41. Bununla bağlı iddiaçıya hüquqi yardım göstərilmiş və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ##.##.2024-cü il tarixli P*********PD nömrəli göndəriş əsasında ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faizədək pozulması ilə 2 il müddətinə əlilliyin təyin edillməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

42. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir.

43. Nəzərə alınmalıdır ki, Əllilliyin qiymətləndirilməsi vahid məqsədə yönələn zəncirvari, ardıcıl və birinin digərindən asılılığı ilə müşayiət edilən, lakin hər biri müstəqil inzibati icraat qaydasında həyata keçirilən iki mərhələni əhatə edir: - əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi; - tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməklə, əlilliyin müəyyən edilməsi və ya bundan imtina edilməsi ilə bağlı yekun qərar qəbul edilməsi.

44. Şəxsə göndəriş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən verilir.

45. Göndərişin rəsmiləşdirilərək müvafiq reyestrə daxil edilməsi ilə əlilliyin qiymətləndirilməsi prosesinin sonrakı mərhələsi olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə tənzimlənən tibbi-sosial ekspertiza fəaliyyəti başlanır.

46. Həmin Qaydaya əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X16-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyası tərəfindən göndəriş əsasında şəxsin əlilliyi qiymətləndirilir, əlilliyin müəyyən olunması və ya səbəblərini göstərməklə imtina edilməsinə dair qərar qəbul edilir.

47. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalda da qeyd olunmuşdur ki, “məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna ## #### 2021-ci il tarixdə əlavə edilmiş 3.3-1-ci maddəyə əsasən 6 ay ərzində əlilliyin qiymətləndirilməsi həyata keçirilmişsə, birbaşa qanunun göstərişinə görə şəxsə 6 ay daxilində əlilliyin hansı tarixdən təyin edilməsindən asılı olmayaraq o, əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Ona görə də, 6 ay ərzində aparılmış əlillik təyinatı zamanı əlilliyə görə edilən ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitdiyi tarixdən davam etdirilməlidir.”

48. İş materiallarından müəyyən olunur ki, ##.##.2024-cü il tarixli P*********PD nömrəli tibbi göndəriş əsasında iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş və iddiaçının sağlım vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək Radikulopatiya, Radikulopatiya. Disgogen radikulpatiya. Qonartoz (diz ayağının artrozu) Qonartroz ((diz ayağının artrozu) Hər iki oynağın artrozu. diaqnozu ilə əlillik təyinatından imtina edilmişdir. ##.##.2024-cü il tarixdə imtina barədə qərar qəbul etmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya sonuncu göndəriş əsasında verilmiş imtina qərarının tarixindən yəni ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.10.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin olunmalıdır.

50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli, P********SPD nömrəli tibbi göndəriş əsasında ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faizədək pozulması ilə 2 il müddətinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 6.1.10.2ci bəndinə əsasən) əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir.

51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

52. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1c maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı İddiaçı ##.##.2024-cü il tarixli, P********SPD nömrəli tibbi göndəriş əsasında ##.##.2024-cü il tarixdən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 6.1.10.2-ci bəndinə əsasən) orqanizmin funksiyalarının 65-80 faizədək pozulması ilə 2 (iki) il müddətinə əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar