Məhkəmə qərarları › İş №2-1(3-6)-6/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-6/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-6/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı Esmira Məmmədəli qızının, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçılar Esmira Məmmədəli qızının və iddiaçı1 cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 4əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçılar Esmira Məmmədəli qızı və iddiaçı1 cavabdeh cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək X3 və Esmira Məmmədəli qızının adlarına Səid Rüstəmov küçəsi, ev 34/36 (34-36) ünvanına verilmiş və məhkəməyə təqdim olunmuş çıxarışın S.Rüstəmov küçəsi (keçmiş Muxtadir) ev 34/36 (34-36) ünvanının texniki pasportunda qeyd olunan 247,8 kv.metr sahəni və hüquqi payların çıxarışda qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini bununla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixində DƏDRX-nin * saylı ünvan 1 36) ünvanında yerləşən bir mərtəbəli yaşayış evi tam məhv olduqdan sonra Esmira Məmmədəli qızının iştirakı və razılığı olmadan, X3 və Esmira Məmmədəli qızının adlarına verilmiş RX seriyalı ******* saylı çıxarışında evin yaşayış sahəsinin ümumi sahəsi, eskiz planı və hüquqi paylar qeyd olunmadığından sözügedən çıxarışda, evin texniki pasportuna uyğun olaraq çıxarışda qeyd etmək zərurəti yarandı. ##.##.2018-ci il tarixində torpaqların dövlət ehtiyacları üçün alınması məqsədi ilə köçürülməsi ilə əlaqədar evin alqı-satqı müqaviləsi bağlandıqdan sonra tamamilə məhv edildi. Lakin bacısı X3, əmlak məhv edildikdən sonra ##.##.2019-cu il tarixində Esmira Məmmədəli qızının xəbəri olmadan özünün 1/3 payı olmaqla və Esmira Məmmədəli qızının 2/3 payı olmaqla adlarına DƏDRX-nin verdiyi RX seriyalı ******* saylı çıxarışını almışdır, ancaq çıxarış reyestr xidməti haqqında qanununun tələblərinə zidd olaraq verilmişdir. Yəni çıxarışda evin yaşayış sahəsi, eskiz planı və hüquqi paylar qeyd olunmayıb. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etirazda göstərilmişdir ki, iddiaçıların iddia tələbində qeyd olunanlarla bağlı deyil, ünvan 3 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli ərizə ilə Idarəyə müraciət etmiş 233020621602 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış keçirilən zamanı məlum olmuşdur ki, mülk sökülmüşdür, mövcud deyil və mülkün tam yerini müəyyən etmək mümkün olmamışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Esmira Məmmədəli qızının adına 1/3 hissə, X3 adına 2/3 hissə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Inzibati Məhkəməsində *-*(***)-****/**** saylı iş üzrə iddiaçı Esmira Məmmədəli qızı ünvan 3 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi 450 kv.m torpaq sahəsinə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia qaldırmış, ##.##.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadı (hakim B.Cəlalov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin çıxardığı qərardad düzgün əsaslandırılmamışdır, qərardad qanuni sayıla bilməz. Maddi hüquq normaları iş üzrə düzgün tətbiq edilməmişdir, bununla da səhv nəticəyə gəlinmişdir. Qərardadın qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətləri yarandığı zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qərardadın əsaslığı dedikdə isə qərardadın iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qərardad, o zaman əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi, onda şərh olunsun, habelə qərardadda göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 14-cü maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Ancaq məhkəmə göstərilən maddənin tələblərini pozmuş, işin hərtərəfli tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə tərəfindən onun vərəsəliyi məhkəmə qaydasında qəbul etməyini, evin texniki pasportunun olmasını və qanunla çıxarışda evlərin ümumi sahəsi və hüquqi paylar göstərilməlidir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərkən sübutlara birtərəfli qaydada, yəni cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim etmədiyi halda onun xeyrinə qiymət vermişdir. Iddiaçıların məhkəmədən xahişi qanunun tələblərinə cavab verən çıxarışın onlara verilməsindən ibarətdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Esmira Məmmədəli qızı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər iddiaçı iddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın mümkünlük şərtinin ödənilməməsi əsası ilə mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli, Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Hazırkı inzibati işin faktiki hallarından görünür ki, iddiaçılar X3 və Esmira Məmmədəli qızının adlarına Səid Rüstəmov küçəsi, ev 34/36 (34-36) ünvanına verilmiş və məhkəməyə təqdim olunmuş çıxarışın S.Rüstəmov küçəsi (keçmiş Muxtadir) ev 34/36 (34- 36) ünvanının texniki pasportunda qeyd olunan 247,8 kv.metr sahəni və hüquqi payların çıxarışda qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş 011011005560-***** reyestr nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 3, fərdi yaşayış evi X3 1/3 hissədə ##.##.2019-cu il tarixdə, Esmira Məmmədəli qızının 2/3 hissədə ##.##.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, iddia tələbinin predmetini təşkil edən daşınmaz əmlak X3 1/3 hissədə, Esmira Məmmədəli qızının isə 2/3 hissədə paylı mülkiyyətində olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin iddiaçı iddiaçı1 həmin əmlaka dair hər hansı subyektiv hüququnun müəyyən edilməməsi və birgə iddiaçılığa yol verilməməsi qənaətinə gəlməsi haqlı və düzgün olmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçı Esmira Məmmədəli qızı hazırda mübahisələndirilən daşınmaz əmlaka münasibətdə təkbaşına subyektiv hüquq daşıyıcısı kimi çıxış edə bilməz. Belə ki, iddiaçı Esmira Məmmədəli qızının hazırkı tələbi paylı mülkiyyətində olan hissəsinə dair deyil, ümumilikdə bütün fərdi yaşayış evinin ünvanının texniki pasportunda qeyd olunan 247,8 kv.metr sahəni və hüquqi payların çıxarışda qeyd olunmasıdır. Onun hüquqi marağı ümumilikdə bütün fərdi yaşayış evinin dövlət reyestrində aparılmış qeydiyyatına dəyişiklik edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakı qanunvericilik normalarını diqqət önünə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. - 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. - 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. - 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. - 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Istinad olunan normalardan da aydın olur ki, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Hazırda isə iddiaçı Esmira Məmmədəli qızı belə iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüquqa malik deyil. Ən əsası isə məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddia predmetini təşkil edən daşınmaz əmlakın mövcud olmaması işin mübahisəsiz halıdır. Apellyasiya araşdırması zamanı iddiaçı Esmira Məmmədəli qızının verdiyi izahatlardan aydın olur ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/** saylı ## ###### 2010-cu il tarixli qətnaməsinin inzibati orqan tərəfindən icra edilməməsi səbəbindən hazırki mübahisənin yarandığını və əslində həmin qətnamənin inzibati orqan tərəfindən hazırki icraatda icra edilməsini tələb edir. Kollegiya bununla bağlı da diqqətə çatdırır ki, mülki iş üzrə qəbul edilmiş məhkəmə aktının icrasının inzibati məhkəmə icraatında iddia icraatı qaydasında tələb edilməsi də mümkünsüzdür. Həmçinin, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının hazırkı iddiası onun cavabdeh Idarəyə müraciətinə uyğun deyildir. Iddiaçı ünvan 3 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Idarəyə müraciət etmiş və cavabdeh inzibati orqan tərəfindən iddiaçıya imtina verilmiş, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasını mübahisələndirmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçılar Esmira Məmmədəli qızının və iddiaçı1 cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dəyişiklik edilməsi” barədə iddiasının mümkünlük şərtlərinə cavab vermədiyi üçün iddianı mümkün saymamaqla gəldiyi qənaəti düzgün və haqlı hesab edir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTICƏVI HISSƏ: Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar