Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-604/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X25 (sədrlik edən və məruzəçi), X28 və X21 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı “borcun silinməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:
1. Iddiaçı İddiaçı sahibkarlıq fəaliyyəti nəticəsində 2021-ci ilin 2-ci rübü üzrə 30.594,00 manat sadələşdirilmiş vergi, 2021-ci ilin iyul ayı üzrə 228.104,31 manat qeydiyyatsız əlavə dəyər vergisi və 2021-ci il üzrə 42.185,84 manat gəlir vergisi olmaqla, ümumilikdə 300.884,15 manat (üç yüz min səkkiz yüz səksən dörd) manat 15 (on beş) qəpik məbləğində həmin Məcəllənin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə istintaq aparılmışdır.
2. Cinayət işi üzrə məhkəmə mühakimə icraatı zamanı tələb edilən mülki iddianın ödənilməsi təmin edilmiş, 20.000 manat Baş Prokurorluğun depozit hesabına köçürülmüş, cəmi 240.383,14 manat edilmiş ödəniş və Məhkəmənin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə iş üzrə "xxxx" MMC (VOEN: 1403427061) tərəfindən ödənilmiş 60.501,01 manat nəzərə alınaraq vergi ödəyicisi İddiaçı şəxsi hesab vərəqəsindən silinmiş, (240.383,14+60.501,01=300884,24) vurulmuş ziyan ödəndiyindən iddiaçı Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilmiş iş üzrə icraata xitam verilmişdir.
3. Iddiaçının ##.##.2025-ci il çap taixinə aid şəxsi hesab vərəqinə əsasən faiz borcu 87.651,93, cəmi ödənilməli borc 87.751,93 (100 manat maliyyə sanksiyası və 87651,93 manat faiz borcu) manat öz əksini tapmışdır.
BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:
4. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq hesablanmış 87651.93 manat faiz borcunun İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsi tətbiq edilməklə İddiaçı həmin Məcəllənin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmiş, ittiham aktında və mütəxəssis rəyində qeyd olunan hazırki iş üzrə “xxxx” MMC (VÖEN: 1403427061) tərəfindən ödənilmiş 60.501,01 manat nəzərə alınaraq vergi ödəyicisi İddiaçı (VÖEN:1500302162) şəxsi hesab vərəqəsindən silinməsinə, X15 tərəfindən Baş Prokurorluğun depozit hesabına köçürülmüş və hesabda saxlanılmış 20.000 manat, təqsirləndirilən şəxs İddiaçı tərəfindən Baş Prokurorluğun depozit hesabına köçürülmüş və hesabda saxlanılan 100.000 manat, cəmi 120.000 (yüz iyirmi min) manat vergi ödəyicisi İddiaçı (VÖEN:1500302162) hesabına köçürülsün və ziyanın ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Belə ki, İddiaçı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondanötrü ki, İddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə baş idarəsi tərəfindən verilmiş ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq külli miqdarda vergidən yayınmaq məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 77.3, 96.1, 101.3, 155.1, 157.3.1, 159.1, 161.1 və 218.1.1-ci maddələrinin tələblərinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəməli, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmalı, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etməli, vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğu halda həmin tələbləri yerinə yetirməyərək bu qaydaları pozmaqla ## #### 2021-ci il tarixdən ## #### 2021-ci il tarixədək olan dövr ərzində Bakı şəhərində faktiki olaraq həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində vergitutma obyekti olan vergilərin hesablanaraq dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq, həmin əməliyyatlar nəticəsində yaranan dövriyyədən müvafiq tədiyyələr üzrə vergiləri hesablayıb dövlət büdcəsinə ödəməli olmasına baxmayaraq, elektron alış aktları əsasında 16 fiziki şəxs, o cümlədən X1 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 89.424,50 manat dəyərində 195,250 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 64.542,25 manat dəyərində 149,750 ton çəkidə, X8 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 39.872,20 manat dəyərində 85,197 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 21.426,91 manat dəyərində 45,784 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 17.151,26 manat dəyərində 36,648 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 30.948,84 manat dəyərində 66,130 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 15.860,99 manat dəyərində 33,891 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 21.997,40 manat dəyərində 47,003 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 15.163,67 manat dəyərində 32,401 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 19.349,46 manat dəyərində 41,345 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 13.418,50 manat dəyərində 28,672 ton çəkidə, X19 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 24.910,00 manat dəyərində 53,000 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 22.057,34 manat dəyərində 47,232 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 26.431,39 manat dəyərində 56,237 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 10.290,18 manat dəyərində 21,894 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 38.226,98 manat dəyərində 81.334 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 37.745,23 manat dəyərində 80,309 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 34.742,93 manat dəyərində 74,396 ton çəkidə, X16 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 14.177,55 manat dəyərində 30,165 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 1.454,36 manat dəyərində 3,591 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 5.197,69manat dəyərində 11,602 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 14.628,90 manat dəyərində 31,460 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 7.343,28 manat dəyərində 15,792 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 15.399,08 manat dəyərində 32,764 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 98.850,55 manat dəyərində 229,855 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 41.764,20 manat dəyərində 88,860 ton çəkidə, X14 adına ##.##.2021- ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 163.332,13 manat dəyərində 393,571 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 36.115,74 manat dəyərində 76,842 ton çəkidə, X9 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 40.261,14 manat dəyərində 85,662 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 33.926,01 manat dəyərində 72,183 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 65.787,78 manat dəyərində 139,974 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 7.072,56 manat dəyərində 15,048 ton çəkidə, ##.##.2021ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 24.354,93 manat dəyərində 51,819 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 24.642,57 manat dəyərində 52,431 ton çəkidə, X6 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 6.686,69 manat dəyərində 14,227 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 22.368,24 manat dəyərində 47,592 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 64.100,95 manat dəyərində 136,385 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 18.408,96 manat dəyərində 39,168 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 52.347,66 manat dəyərində 111,378 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 23.341,61 manat dəyərində 49,663 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 6.345,94 manat dəyərində 13,502 ton çəkidə, X10 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 32.611,89 manat dəyərində 69,387 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 27.114,77 manat dəyərində 57,691 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 28.890,43 manat dəyərində 61,469 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 11.624,98 manat dəyərində 24.734 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 23.921,12 manat dəyərində 50,896 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 5.029,47 manat dəyərində 10,701 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 39.866,34 manat dəyərində 84,822 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 25.565,70 manat dəyərində 54,980 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 3.604,86 manat dəyərində 8,583 ton çəkidə, X2 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 102.085,88 manat dəyərində 217,204 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 44.012,21 manat dəyərində 93,643 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 23.825,24 manat dəyərində 50,692 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 20.925,81 manat dəyərində 44,523 ton çəkidə, X7 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 100.018,35 manat dəyərində 212,805 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 60.425,55 manat dəyərində 128,565 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 33.225,71 manat dəyərində 70,693 ton çəkidə, X3 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 142.477,68 manat dəyərində 303.144 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 27.590,88 manat dəyərində 58,704 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 16.986,74 manat dəyərində 36,142 tonçəkidə, X11 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 114.675,81 manat dəyərində 264,840 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 29.068,90 manat dəyərində 67,918 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 30.342,73 manat dəyərində 64,559 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 12.670,51 manat dəyərində 29,604 ton çəkidə, X17 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 32.480,92 manat dəyərində 75,890 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 15.159,33 manat dəyərində 35,419 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 9.606,46 manat dəyərində 22,445 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 32.544,26 manat dəyərində 76,038 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 52.700,92 manat dəyərində 123,133 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 7.033,23 manat dəyərində 15,805 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 48.166,26 manat dəyərində 112,538 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 1.070,23 manat dəyərində 2,405 ton çəkidə, X20 adına ##.##.2021-cii l tarixli ****** nömrəli elektron alış aktı ilə 33.644,65 manat dəyərində 78,609 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 16.184,73 manat dəyərində 41,078 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 16.299,91 manat dəyərində 36.629 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 39.887,89 manat dəyərində 93,196 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 6.902,78 manat dəyərində 16,128 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 17.420,03 manat dəyərində 40,701 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 12.363,64 manat dəyərində 28,887 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 34.974,88 manat dəyərində 81,717 ton çəkidə, X12 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 199.036,00 manat dəyərində 468,320 ton çəkidə, X4 adına ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 57.940,72 manat dəyərində 136,331 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 54.678,59 manat dəyərində 127,964 ton çəkidə, ##.##.2021-ci il tarixli ****** nömrəli elektron alış aktı ilə 36.953,09 manat dəyərində 86,339 ton çəkidə və ##.##.2021-cii l tarixli ****** nömrəli elektron alış aktı ilə 11.881,71 manat dəyərində 27,761 ton çəkidə olmaqla cəmi 3.025.050,34 manat dəyərində 6.713,67 ton çəkidə qara metal qırıntılarını dövlət büdcəsinə daha az məbləğdə vergi ödəməklə daha çox gəlir əldə etmək məqsədi ilə ardıcıl 12 aylıq dövr üzrə ümumi dövriyyənin 200.000 manatdan az olmasını təmin etməklə əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmaması üçün qeyd olunan 16 nəfər fiziki şəxslər arasında bölməklə ümumi dövriyyəni gizlədib cinayətdən xəbərsiz olan X15 və X5 vasitəsilə ## #### 2021-ci il tarixdən ## #### 2021-ci il tarixədək ünvan 1 ünvanında fəaliyyət göstərən “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə satılmasına nail olaraq malların satılması ilə bağlı tərtib edilmiş alış aktlarında adları göstərilən fiziki şəxslərə pul vəsaitinin ödənilməsi ilə bağlı hər hansı rəsmi sənəd tərtib olunmadan metal qırıntılarının dəyəri olan 3.025.050,34 manat pul vəsaiti “xxxx” MMC tərəfindən nağd qaydada ona ödənilməklə qeyd edilən məbləğdə pul vəsaitini əldə edərək göstərdiyi sahibkarlıq fəaliyyəti nəticəsində 2021-ci ilin 2-ci rübü üzrə 30.594,00 manat sadələşdirilmiş vergi, 2021-ci ilin iyul ayı üzrə 228.104,31 manat qeydiyyatsız əlavə dəyər vergisi və 2021-ci il üzrə 42.185,84 manat gəlir vergisi olmaqla, ümumilikdə 300.884,15 manat (üç yüz min səkkiz yüz səksən dörd) manat 15 (on beş) qəpik məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Qərarda göstərilmişdir ki, Ibtidai istintaq dövründə təqsirləndirilən şəxs İddiaçı tərəfindən vurulmuş ziyanın əvəzi kimi 100.000 manat pul vəsaiti Baş Prokurorluğun depozit hesabına köçürülmüşdür. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs İddiaçı tərəfindən vurulmuş ziyanın əvəzi kimi 120.398,14 manat pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Beləliklə də, ittiham aktında və mütəxəssis rəyində qeyd olunan “xxxx” MMC (VÖEN: 1403427061) tərəfindən hazırki iş üzrə ödənilmiş 60.501,01 manat nəzərə alınaraq vergi ödəyicisi İddiaçı (VÖEN:1500302162) şəxsi hesab vərəqəsindən silinməli, X15 tərəfindən Baş Prokurorluğun depozit hesabına köçürülmüş və hesabda saxlanılmış 20.000 manat, təqsirləndirilən şəxs İddiaçı tərəfindən Baş Prokurorluğun depozit hesabına köçürülmüş və hesabda saxlanılan 100.000 manat, cəmi 120.000 (yüz iyirmi min) manat fiziki şəxs İddiaçı (VÖEN:1500302162) hesabına köcürülməli və onun vergi borcuna hesablanmalıdır. Beləliklə də İddiaçı vergi borcu təmamilə ödənilmiş hesab olunmaqla iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qərarı tam şəkil icra olunmasına baxmayaraq, halhazırda İddiaçı şəxsi hesab vərəqəsində 87751.93 AZN ödənilməli borc göstərilməkdədir. Bu borcun hansı səbəbdən yaranması bizə məlum deyildir. Bununla əlaqədar olaraq tərəfimizdən ## ##### 2025-cü il tarixdə AR Dövlət Vergi Xidmətinə müraciət edilərək, İddiaçı şəxsi hesab vərəqəsində əsassız olaraq göstərilmiş 87751.93 AZN borcun silinməsinə köməklik göstərilməsini əks halda məhkəməyə müraciət olunacağını göstərilmişdir. Azərbaycan Respublikasının Cavabdeh ## ##### 2025-ci il tarixli, 3-21-2-3/2-İ-2122-43/2025 nörməli cavab məktubunda sadəcə şəxsi hesab vərəqəsi üzrə faiz hesablanmasının açıqlanması barədə çıxarış göndərilmiş, faiz borcu silinməmişdir. Şəxsin vergi və digər növ məsuliyyətinin fərqləndirilməsi məsələsi həll edilərkən nəzərə alınmalıdır ki, bir hüquq münasibətinin eyni zamanda həm vergi, həm də qeyri-vergi münasibəti kimi tövsif olunması, həmçinin vergi ödəyicisi tərəfindən törətdiyi əmələ görə vergi məsuliyyətinə və digər məsuliyyətə cəlb olunması yolverilməzdir. Buna görə də, vergi orqanının üzə çıxardığı əməl vergi ödəyicisinin VM-in 57, 58 və 60-cı maddələrində müəyyən olunmuş vergi xətaları çərçivəsində törədildikdə bu əməlin vergi qanunvericiliyinin pozulması ilə bağlı olan vergi hüquq pozuntusu kimi tövsif olunması VM-in müddəalarına müvafiq olaraq, CMin 213-cü maddəsində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət törədildikdə isə həmin Məcəllənin müddəalarına müvafiq olaraq həll olunmalıdır.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı şəxsi hesab vərəqəsinə əsasən ##.##.2025-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 87751,93 manat (o cümlədən maliyyə sanksiyası 100,00 manat və hesablanmış faizlər üzrə 87651,93 manat) borcu mövcuddur. Bununla əlaqədar bildiririk ki, vergi ödəyicisinə vergilər ilə bağlı hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyasının yaranmasından 5 illik müddət keçməmişdir. Vergi ödəyicisi bildirir ki, vergilərin ödənilməsindən yayınmasına dair cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə (vurulmuş ziyan istintaq dövründə ödəndiyindən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 2.1-ci maddəsi tətbiq edilməklə İddiaçı həmin Məcəllənin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Buna uyğun olaraq onun borcunun olması mümkün deyildir və cavabdeh tərəfindən qanunvericiliyinin tələblərinə zidd olaraq hesablanmış 87651,93 manat faiz borcu silinməlidir. Iddiaçı İddiaçı Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə istintaq aparılmış və onun sahibkarlıq fəaliyyəti nəticəsində 2021-ci ilin 2-ci rübü üzrə 30.594,00 manat sadələşdirilmiş vergi, 2021-ci ilin iyul ayı üzrə 228.104,31 manat qeydiyyatsız əlavə dəyər vergisi və 2021-ci il üzrə 42.185,84 manat gəlir vergisi olmaqla, ümumilikdə 300.884,15 manat (üç yüz min səkkiz yüz səksən dörd) manat 15 (on beş) qəpik məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığı müəyyən edilmişdir. Iş üzrə Bakı şəhəri X18 və Uçotun Təşkili Baş Idarəsi mülki iddiaçı kimi tanınmış və baş idarə tərəfindən 300.884,15 manat məbləğində mülki iddia tələbi irəli sürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə icraat dövründə İddiaçı tərəfindən ümumilikdə 240.383,14 manat ödəniş edilmiş və Məhkəmənin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə iş üzrə "xxxx" MMC (VOEN: 1403427061) tərəfindən ödənilmiş 60.501,01 manat nəzərə alınaraq vergi ödəyicisi İddiaçı şəxsi hesab vərəqəsindən silinmişdir. Nəticədə (240.383,14+60.501,01=300884,24) vurulmuş ziyan (mülki iddia məbləği) ödəndiyindən İddiaçı cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Hazırda vergi ödəyicisinin cinayət tərkibi yaradan borcu yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən vergi cinayətlərinə görə məhkum olunmuş şəxsdən yalnız cinayət nəticəsində vurulmuş zərər tutulmalı olduğundan, həmin şəxsdən maliyyə sanksiyalarının və faizlərin tutulmasına yol verilmir. Vergi cinayətlərinə dair qəbul olunmuş hökmün mülki iddiaya aid olan hissəsi maliyyə sanksiyalarının və faizlərin tutulması ilə eyni predmeti təşkil etmədiyindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci maddəsinə uyğun olaraq həmin faizlər və maliyyə sanksiyalarının tutulması həmin Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında həyata keçirilir. Yəni cinayət işi üzrə iddaçı İddiaçı əsas vergi borcları üzrə istintaq aparılmış və mülki iddianın ödənilməsi təmin edilmişdir. Iddiaçının vergilər üzrə hazırda mövcud olan 87751,93 manat (o cümlədən maliyyə sanksiyası 100,00 manat və hesablanmış faizlər üzrə 87651,93 manat) borcu qanunvericiliyin tələblərinə uyğun tələb edilməkdədir.
7. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə idda tələbi rədd olunmuşdur.
8. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin ## ###### 2011-ci il tarixli qərarının nəticə hissəsində göstərilmişdir ki, Vergi cinayətlərinə görə məhkum olunmuş şəxsdən yalnız cinayət nəticəsində vurulmuş zərər tutulmalı olduğundan, həmin şəxsdən maliyyə sanksiyalarının və faizlərin tutulmasına yol verilmir. Vergi cinayətlərinə dair qəbul olunmuş hökmün mülki iddiaya aid olan hissəsi maliyyə sanksiyalarının və faizlərin tutulması ilə eyni predmeti təşkil etmədiyindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci maddəsinə uyğun olaraq həmin faizlər və maliyyə sanksiyalarının tutulması həmin Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında həyata keçirilir. Halbuki, 1- Iddiaçı İddiaçı məhkum olunmamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. 2- AR Konstitusiya Məhkəməsinin qeyd olunan qərarı ## ###### 2011-ci il tarixdə qəbul edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsi dəyişiklik ## ####### 2017-ci il tarixdə qəbul edilmişdir. Nəticə olaraq bildirmək istəyirəm ki, iddiaçı vergi cinayətinə görə məhkum edilmədiyi üçün birinci instansiya məhkəmə tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1- ci maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin ## ###### 2011ci il tarixli qərarına əsas gətirilməsi qanunvericiliyin tələblərinə ziddir. Şəxsi hesab vərəqindən göründüyü kimi 06.02.23-cü il tarixə İddiaçı cəmi 12,32 manat əsas borcu olmuş, faiz borcu mövcud olmamışdır. 11.12.23-cü il tarixdə isə Baş Prokurorluğun məktubuna əsasən 300.859,3 manat vergi məbləği və buna müvafiq olaraq 109.847,55 manat faiz məbləği şəxsi vərəqəyə işlənilmişdir. Bundan sonra, 60.501,01 manat məbləğində ödəmə mənbəyində vergi nəzərə alınmaqla, faiz məbləği 87.652,03 manata endirilmişdir. Qeyd edək ki, Baş Prokurorluğun məktubu (ittiham aktı) müvafiq məhkəmə qərarı ilə təsdiq olunmadığından, həmin sənədə əsasən, ## ###### 2023-cü il tarixdə şəxsi hesab vərəqəsinə 300.859,3 manat vergi məbləğinin işlənilməsi Azərbaycan Respublikası Konstitusiyasına və Azərbaycan Respublikası Vergi Məcəlləsinə zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 5-ci hissəsinə əsasən məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu baxımdan məhkəmə qərarı olmadan, ittiham aktına (və ya prokurorluğun qərarına) əsasən vergi məbləğinin şəxsi hesab vərəqəsinə işlənilməsi qanunsuz olmuşdur. Vergi orqanı Nərimanov rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli *(***)-**/**** saylı qərarı qanuni qüvvəyə mindikdən sonra, vergi məbləğinin şəxsi hesab vərəqəsinə işlənilməsi məsələsinə baxa bilərdi ki, bu zaman da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1- ci maddəsində nəzərdə tutulmuş 3 illik müddət (vergi öhdəliyi yuxarıda qeyd olunduğu kimi 2021-ci lin 2-ci rübünə və iyun ayına aid olmuşdur) ötürülmüşdür. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Məhkəmə bu zaman İddiaçı ödənişlərini nəzərə almaqla onun barəsində cinayət işinin icraatına xitam vermişdir, lakin bu hal 3 illik müddət keçdikdən sonra vergi orqanı tərəfindən İddiaçı faiz hesablanmaqla onun məsuliyyətə cəlb edilməsi üçün əsas sayıla bilməzdi. Vergi Məcəlləsinin 56.1-ci maddəsində istisna halı kimi nəzərdə tutulan Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları ilə bağlı hal da hazırkı situasiyaya tətbiq edilə bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, A.Ismayıova vergilər Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlaması ilə deyil, prokurorluq orqanı qərarının icrası ilə əlaqədar mütəxəssis qismində təyin olunmuş Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi tərəfindən verilmişi rəy əsasında hesablanmışdır. Vergi orqanının əməkdaşı olan mütəxəssis araşdırması vergi yoxlaması kimi qəbul edildiyi halda belə, vergi orqanı tərəfindən faizlər yenə düzgün hesablanmamışdır. Belə ki, Vergi Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə və cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Hazırkı halda isə mütəxəssis rəyi ## #### 2023-cü il tarixdə tərtib edildiyindən, məhz həmin tarixdən faizlərin hesablanması məsələsinə baxıla bilərdi. İddiaçı tərəfindən vergilərin bir hissəsi bu tarixədək və qalan məbləğ isə 2023-cü ilin ## ### tarixinədək ödənildiyindən, faiz məbləği yalnız 2 ay üçün hesablana bilərdi (şəxsi hesab vərəqəsində isə tam bir il üçün hesablanmışdır). Mütəxəssis rəyinin məhkəmə qərarı ilə təsdiq edilməli olduğunu nəzərə aldıqda isə, faiz məhkəmə qərarının verildiyi ## ####### 2024-cü il tarixldən hesablanmal idi (lakin əsas vergi borcu bu tarixədək artıq ödənilmiş olduğundan, vergi ödəyicisinə hər hansı faiz də hesablana bilməzdi). VM-nin 59.2.-cu maddəsinə əsasən Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə və cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Beləliklə də İddiaçı vergi borcu təmamilə ödənilmiş hesab olunmaqla iş üzrə icraata xitam verilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
Tərəflərin izahatları
11. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iş üzrə cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Inzibati məhkəmə icraatının iştirakçısı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə da iş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
12. Iddiaçı İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 78.2. Vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
14. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI
15. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
16. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
17. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir, iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ vardır, iddianı qaldırmamışdan öncə inzibati orqana həmin tələblə müraciət etmiş, imtina almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də ödənildiyi üçün iddia mümkün iddiadır.
18. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “Azərbaycan Respublikası Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq hesablanmış 87651.93 manat faiz borcunun İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Işə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “hazırkı şəxsi hesab vərəqədə öz əksini tapmış silinməsi tələb edilən borc maliyyə sanksiyası 100,00 manat və hesablanmış faizlər üzrə 87651,93 manat borc olmaqla Konstsitusiya Məhkəməsinin Qərarındakı mövqeyə də uyğun olaraq vergi cinayətlərinə dair qəbul olunmuş hökmün (qərarın) mülki iddiaya aid olan hissəsini təşkil etmir. Başqa sözlə, əsas borcun ödənilməsi həmin borca görə hesablanmış faiz borcu və maliyyə sanksiyasını silinməsinə əsas vermir.”
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
20. Iş materiallarından görünür ki, cinayət işi üzrə məhkəmə mühakimə icraatı zamanı tələb edilən mülki iddianın ödənilməsi təmin edilmiş, 20.000 manat Baş Prokurorluğun depozit hesabına köçürülmüş, cəmi 240.383,14 manat edilmiş ödəniş və Məhkəmənin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə iş üzrə "xxxx" MMC (VOEN: 1403427061) tərəfindən ödənilmiş 60.501,01 manat nəzərə alınaraq vergi ödəyicisi İddiaçı şəxsi hesab vərəqəsindən silinmiş, (240.383,14+60.501,01=300884,24) vurulmuş ziyan ödəndiyindən iddiaçı Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilmiş iş üzrə icraata xitam verilmişdir. ##.##.2024-cü il tarixli qərarı ilə iş üzrə "xxxx" MMC (VOEN: 1403427061) tərəfindən ödənilmiş 60.501,01 manat nəzərə alınaraq vergi ödəyicisi İddiaçı şəxsi hesab vərəqəsindən silinmiş, (240.383,14+60.501,01=300884,24) vurulmuş ziyan ödəndiyindən iddiaçı Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilmiş iş üzrə icraata xitam verilmişdir. Iddiaçının ##.##.2025-ci il çap taixinə aid şəxsi hesab vərəqinə əsasən faiz borcu 87.651,93, cəmi ödənilməli borc 87.751,93 (100 manat maliyyə sanksiyası və 87651,93 manat faiz borcu) manat öz əksini tapmışdır.
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.
22. Cinayət işi üzrə qəbul edilmiş qərarla da müəyyən edilir ki, iddiaçı barəsində olan cinayət işinin xitamı qərarı bəraətverici hallarla bağlı olmamışdır. Iddiaçının həqiqətən də vergi borcu olduğu müəyyən edilmişdir. Iddiaçının vergi borcu olduğundan vergi orqanın iddiaçıya faiz hesablaması düzgün olmuşdur. Iddiaçı da cinayət işində olduğu kimi vergi borcu ilə yanaşı həmin məbləğə münasibətdə hesablanmış 87651,93 manat faiz borcunu da ödəməlidir.
23. Belə olan halda hazırki vəziyyətdə iddiaçının tələbi əsassızdır və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur.
24. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev