Məhkəmə qərarları › İş №2-1(3-6)-606/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-606/2026

03.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-606/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi ilə iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı "yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi" haqqında iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı "yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı Inzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti ilə birlikdə məhkəməyə ərizə də verərək qərardan apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməmiş hesab olunmasını xahiş etmişdir. Cavabdeh həmin ərizədə qeyd etmişdir ki, göstərilən apellyasiya şikayəti "Elektron məhkəmə" sisteminə həmin sistemdə texniki problemlər olduğundan gec yerləşdirilmiş və buna görə də apellyasiya şikayəti üzrə müddətin ötürülməmiş hesab edilməsi zərurəti yaranmışdır. Belə ki, apellyasiya şikayəti ##.##.2025-ci ildə veriləcəyi halda, "Sima Token" proqram təminatı vasitəsilə giriş zamanı yaranan problemlərə görə cavabdeh elektron məhkəmə sistemindən istifadə edə bilməmişdir. Həmçinin, cavabdeh müddətin üzrlü hesab edilməsinə dair ərizənin apellyasiya şikayəti ilə birlikdə məhkəməyə elektron qaydada çatdığını zənn etsə də, sonradan elektron məhkəmədə həmin ərizənin çatmamasına dair məhkəmə bildirişindən məlumat almışdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiyanın mümkün sayılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Sadalanan normalardan görünür ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı halda, həmin şəxs məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər. Ərizəyə prosessual müddətin buraxılmasında həmin şəxsin təqsirinin olmamasını təsdiq edən sübutlar əlavə edilməlidir. Müəyyən edilmişdir ki, cavabdeh Bakı Şəhəri Cavabdeh "Elektron məhkəmə" informasiya sistemində ##.##.2023-cü ildə yaradılmış elektron kabineti mövcuddur. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci tarixli qərarı ##.##.2025-ci ildə cavabdehin məhz həmin elektron kabinetinə yerləşdirilmiş, apellyasiya şikayəti isə ##.##.2026-cı ildə, yəni 10 gün buraxıldıqdan sonra məhkəməyə göndərilmişdir. Cavabdehin ərizəsindən görünür ki, o, apellyasiya şikayətinin "Elektron məhkəmə" informasiya sisteminə gec yerləşdirildiyini inkar etmir, lakin bunu həmin sistemdə texniki problemlərin olması, "Sima Token" proqram təminatı vasitəsilə giriş zamanı yaranan problemlərə görə sistemdən istifadə edə bilməməsi ilə izah edir və bu səbəbdən müddətin ötürülmədiyini bildirir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli məktubları ilə cavabdehə izah edilmişdir ki, prosessual müddət cavabdehin təqsiri olmadan buraxılmışdırsa, o, məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər və ərizəyə prosessual müddətin buraxılmasında onun təqsirinin olmamasını təsdiq edən sübutları əlavə etməlidir. Məktublarda cavabdehə bu da bildirilmişdir ki, onun məhkəməyə ünvanladığı ərizədə qeyd etdiyi hal, yəni "Elektron məhkəmə" sistemində texniki problemlərin olması və "Sima Token" proqram təminatı vasitəsilə giriş zamanı problemin yaranması sübuta yetiriləcəyi təqdirdə, bu, apellyasiya şikayəti verilməsi müddətinin ötürülməmiş hesab edilməsinə deyil, müddətin bərpa olunmasına əsas verə bilər. Bunun üçün isə məhkəməyə həmin məzmunda ərizə verilməlidir. Digər tərəfdən, cavabdeh istinad etdiyi texniki problemlərin mövcud olduğunu və həmin problemlərin ##.##.2026-cı ilədək davam etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin cavabdeh məhkəmənin məktublarına, ümumiyyətlə, cavab verməmiş, məhkəməyə müddətin bərpasına dair ərizə, yaxud da texniki problemlərin yaranmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdehin dəlilinin yoxlanılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən aşağıdakı məlumatın əldə edlməsi üçün Azərbaycan Respublikası Məhkəmə-X2 sorğu edilmişdir: - ##.##.2025-ci ildən ##.##.2026-cı ilədək olan müddətdə "Sima Token" proqram təminatında texniki xətanın baş verib-verməməsi, hər hansı fasilənin olub-olmaması, e-*-*(***)-*****/**** nömrəli iş üzrə apellyasiya şikayətinin yüklənməsində cavabdehdən asılı olmayan hər hansı texniki maneənin olubolmaması, texniki xəta olduğu halda, hansı tarixlərdə davam etməsi, nasazlıq dövründə istifadəçilər üçün apellyasiya şikayətinin alternativ göndərmə üsullarının mövcud olub-olmaması və bu üsullar barədə istifadəçilərə məlumat verilb-verilməməsi. Azərbaycan Respublikası Məhkəmə-X4 ##.##.2026-cı il tarixli cavabında göstərilmişdir ki, ##.##.2025-ci ildən ##.##.2026-cı ilədək olan müddətdə Bakı Şəhəri Cavabdeh "Elektron məhkəmə" informasiya sistemindəki kabinetində şikayətlərin yerləşdirilməsi, imzalanması və göndərilməsi ilə bağlı hər hansı texniki nasazlıq qeydə alınmamışdır. Göründüyü kimi, cavabdeh Bakı Şəhəri Cavabdeh "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə apellyasiya şikayətinin göndərilməsi ilə bağlı problem olduğunu iddia etsə də, müəyyən olundu ki, yuxarıda göstərilən müddətdə elektron kabinetdə hər hansı texniki nasazlıq baş verməmişdir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti müddət buraxılmaqla verildiyinə və müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi müəyyən edilmədiyinə, eləcə də cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermədiyinə görə onun apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh Bakı Şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar