Məhkəmə qərarları › İş №2-1(3-6)-607/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-607/2026

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-607/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis Idarəsinə (üçüncü şəxs: Üçüncü şəxs) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı Inzibati Məhkəməsinin e- *-*(***)-*****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Üçüncü şəxs mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Üçüncü şəxs Üçüncü şəxs iddiaçının keçmiş əridir və onların nikahı 1995-ci ilin dekabr ayında pozulub. Buna baxmayaraq Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda qalmaqdadır. Halbuki o, hələ nikah dövründə, 1986-cı ildən həmin evdə yaşamır. Hazırda onun bu evə dair heç bir hüququ yoxdur. Iddiaçı Yasamal RPI-nə ərizə ilə müraciət edərək Üçüncü şəxs ünvan 3 ünvanına qeydiyyatının ləğv olunmasını xahiş edib. Lakin cavabdeh ##.##.2025-ci il tarixli məktubunda iddiaçının ərizəsinə cavab olaraq bildirib ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, cavabdeh Üçüncü şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaqdan imtina edib və məhkəməyə müraciət etməyi tövsiyə edib. Cavabdehin imtina məktubu iddiaçıya ##.##.2025-ci ildə təqdim olunub. Iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, Oktyabr rayon XDS IK-nin ##.##.1989-cu il tarixli **/* №-li qərarına əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 14,5 kv.m olan 1 otaqlı mənzilə dair ailə üzvü 3 nəfər (iddiaçı özü, qızı Xəyalə, oğlu Əliağa) olmaqla iddiaçı İddiaçı ilə kirayə müqaviləsinin bağlanması qərara alınıb. Yasamal rayon IHB-nin ##.##.1999-cu il tarixli *** №-li sərəncamı ilə həmin mənzilin yaşayış sahəsi 27 kv.m olmaqla 1 otaqdan ibarət olması təsdiq edilib. ##.##.2003-cü ildə mənzil iddiaçının adına özəlləşdirilib və həmin tarixdə ona mənzilə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilib. Iddiaçı ##.##.2003-cü ildə mənzilin 2/1 hissəsini X1. Hazırda mənzilin 1/2 hissəsi iddiaçının mülkiyyətindədir. III şəxs Üçüncü şəxs iddiaçının keçmiş əridir və onların nikahı ##.##.1995-ci ildə pozulub. Baxmayaraq ki, tərəflərin ailə münasibətləri 1986-cı ildən faktiki olaraq kəsilmişdi, Üçüncü şəxs həmin ildən (1986-cı il) qeyd olunan mənzildə yaşamayıb və ##.##.1996-cı ildə başqa şəxslə nikaha daxil olub. Iddiaçı III şəxsin xahişi ilə ##.##.2005-ci ildə onu öz mənzilinə qeydiyyata alınmasına razılıq verib və III şəxs mənzilə qeydiyyata alınıb. Qeydiyyata alındıqdan sonra da heç vaxt iddiaçının mənzilində yaşamayıb. Hazırda onun bu evə dair heç bir hüququ yoxdur. İ instansiya məhkəməsi iddianı rədd edərkən III şəxsin yaşayış sahəsindən istifadə hüququnun olub-olmaması ilə bağlı məsələnin mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğuna əsaslanıb, iddiaçıya üçüncü şəxsə qarşı mülki icraat qaydasında istifadə hüququ ilə bağlı məsələ üzrə iddia ilə məhkəməyə müraciət etməsi, daha sonra qeydiyyatdan çıxarılma məsələsinin həlli üçün aidiyyəti polis idarəsinə müraciət etmək hüququnu izah edib. III şəxs Üçüncü şəxs iddiaçının mülkiyyətində olan mənzildə hüququnun olması barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Iddiaçı ilə III şəxsin nikahının ##.##.1995-ci ildə pozulması, mənzilin ##.##.2003-cü ildə özəlləşdirilməklə iddiaçının mülkiyyətinə keçməsi, III şəxsin mənzilə mülkiyyətçi kimi iddiaçının razılığı ilə ##.##.2005-ci ildə qeydiyyata alınması, qeydiyyatda olsa da orda yaşamaması işin mübahisəsiz halıdır. III şəxs ##.##.2005-ci ildə iddiaçının mənzilinə qeydiyyata alınarkən həm həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 53cü maddəsinə və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə iddiaçının (mənzil mülkiyyətçisinin) ailə üzvü olmayıb. Bu tarixdə III şəxs başqa şəxslə nikahda idi və onun iddiaçı ilə nikahı qeydiyyata düşməzdən 10 il əvvəl – 1995-ci ildə ləğv olunmuşdu. Belə olan halda iddiaçının ailə üzvü olmayan III şəxsin yalnız mənzilə qeydiyyatına əsaslanaraq həmin mənzilə hətta ehtimal olunan hüququndan söhbət gedə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarının 2-ci bəndinə əsasən bu Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh Bakı şəhər Yasamal rayon Polis Idarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə inzibat iş üzrə məhkəmə iclasında iştiraklarının olmadan baxılmasına və qərar çıxarılmasına etiraz etmədikləri bildirilmişdir. Iddiaçı isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Hazırkı iddia öhdəliyin icrasına dair iddiadır. Inzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Iddiaçı inzibati orqana müraciət etmiş, inzibati orqan müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları diqqətə çatdırır: Işin araşdırılmış hallarından müəyyən edilir ki, hazırkı mübahisədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyildir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ######## 2020-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarının təsviri əsaslandırıcı hissəsində aydın formada göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə nəzər yetirir: - ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən əmlak iddiaçının xüsusi mülkiyyətindədir. - AZ-İ seriyalı ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Üçüncü şəxs ilə X2 arasında olan nikah ##.##.1995-ci il tarixdə ləğv edilmişdir. - Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan ## #### 2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və aidiyyəti üzrə mülki məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən ** saylı Mənzil Kommunal Istismar Sahəsi tərəfindən *-**-**-**/*-***/**** nömrəli ## ######## 2025-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, üçüncü şəxs həmin mənzildə qeydiyyatda olsa da, faktiki həmin ünvanda yaşamır. - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş *- **-*-**/*-*****/**** nömrəli ## ####### 2025-ci il tarixli məktubda bildirilmişdir ki, Üçüncü şəxs sözügedən mənzildən istifadə və mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin yaşayış sahəsinə aid olan ünvanın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından asılı olmayaraq digər yaşayış sahələrinə verilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sorğuya əlavə olunmuş sənədlərdən görünür ki: Oktyabr rayon XDS IK-nin ##.##.1989-cu il tarixli, **/* nömrəli qərarına əsasən ünvan 2 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. Işin hallarından müəyyən olunur ki, iddiaçı hazırkı iddia tələbini qaldırmaqla mülkiyyətində olan daşınmaz əmlakda keçmiş ərinin 1989-cu ildən yaşamaması və aralarındakı nikahın 1995-ci ildən pozulması faktına istinad edərək qeydiyyatdan çıxarılmasını xahiş edir. Qeyd edildiyi kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Işin faktiki hallarından göründüyü kimi üçüncü şəxs Üçüncü şəxs həmin evdə faktiki olaraq yaşamasa da onun ünvan 4 ünvanında yerləşən mənzilə dair əmlak hüquqlarının olması istisna edilmir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq diqqətə çatdırır ki, iddiaçının mülkiyyətində olan əmlaka üçüncü şəxsin istifadə hüququnun hal-hazırda mövcud olub-olmaması, yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər və hal-hazırda mövcud olan istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əmlak iddiaçının xüsusi mülkiyyətində olsa da və 3-cü şəxs həmin əmlakda hal-hazırda yaşamasa da iddiaçının əmlak üzərindəki ilkin hüquqlarının 1989-cu ildə meydana gəlməsi, iddiaçı ilə 3-cü şəxs arasında birgə nikahın 1995-ci ilədək davam etməsi, faktiki olaraq üçüncü şəxsin əmlakla bağlı hüquqlarının mövcud olub-olmamasına dair mülki hüquq icraatında qiymətləndirmə aparılmasını zəruri edir. Başqa sözlə desək, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün mütləq qaydada onun istifadə hüququna mülki məhkəmə qətnaməsi ilə xitam verilməli və ya itirilmiş hesab edilməli və ya olmadığı müəyyən edilməli və yalnız bundan sonra onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması mübahisəsinə qiymət veriləcəkdir. Məhkəmə kollegiyası həmçinin “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə əsaslanaraq oxşar işlər üzrə məhkəmə təcrübəsini nəzərdən keçirir. Belə ki, sözügedən Qanunun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Bununla bağlı qeyd edilir ki, oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə əsasən nəinki istifadə hüququnun itirilmiş sayılması və ya xitamı eləcə də, istifadə hüququnun olmadığı halda belə həmin məsələyə qiymət verilməsi mülki icraat qaydasında işə baxan məhkəmənin səlahiyyətlərinə aid edilmişdir ki, istifadə hüququnun mövcud olmamasını belə inzibati məhkəmələr yox, mülki icraat qaydasında işə baxan məhkəmə dəyərləndirməli, əgər istifadə hüququ ümumiyyətlə olmamışdırsa iddia rədd edilməlidir ki, həmin rədd qərarı şəxsin qeydiyyatdan çıxarılması əsası qismində çıxış edə bilir. Odur ki, iddiaçıya üçüncü şəxslərə qarşı mülki icraat qaydasında istifadə hüququ ilə bağlı məsələ üzrə iddia ilə məhkəməyə müraciət etməsi, daha sonra qeydiyyatdan çıxarılma məsələsinin həlli üçün aidiyyəti polis idarəsinə müraciət etmək hüququ izah edilir. Diqqətə çatdırılır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, hazırkı işdə iddiaçı 3-cü şəxslərin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun keçmiş ailə üzvlərinin yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıbyaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olub- olmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olubolmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulubpozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Odur ki, məhkəmə kollegiyası bildirir ki, iddiaçı mülki qaydada məhkəməyə müraciət etməklə, üçüncü şəxslərin sözügedən əmlaka dair hüquqlarını mübahisələndirməli, daha sonra inzibati orqana, zərurət olarsa isə inzibati məhkəməyə müraciət etməlidir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərardadında kassasiya şikayətinin qəbulundan imtina onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qeydiyyatdan çıxarılması istənilən şəxsin istifadə hüququnun olubolmaması ümumi məhkəmədə müəyyən edilməli, əgər istifadə hüququ olmadığı müəyyən edilməklə iddia rədd edilərsə və ya istifadə hüququ itirilərsə onda hazırkı növ iddia təmin edilir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarları). Hazırkı işdə iddiaçı evdənqeydiyyatdan çıxarmaq istədiyi şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi və ya istifadə hüququndan məhrum edilmə ilə əlaqədar iddia ilə ümumi məhkəməyə müraciət etmədən inzibati orqana müraciət etmiş və aldığı imtinadan sonra isə inzibati məhkəməyə iddia vermişdir. Bu tip işlərdə nəticə iddianın rədd olunması ilə yekunlaşmalı olduğundan məhkəmələr iddianı rədd etmişlər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsının Inzibаti-Prоsеssuаl Məcəlləsinin: - 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 85 və 110cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar