Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-613/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi və s.”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X7 və X11 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı ##.##.1964-cü il tarixdə anadan olmuşdur.
2. Hərbi biletindən görünür ki, ##.##.1982-##.##.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur.
3. Əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır.
4. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur.
5. SOCAR “Qaz İxrac” İdarəsi Abşeron Magistral X2 tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı ##.##.1997-ci il tarixindən ##.##.2010-cu il tarixinədək və ##.##.2015-ci il tarixindən halhazırki vaxta qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X2 Böyükşor Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışır. Peşə təlimatına əsasən qaz paylayıcı stansiyanın operatoru İddiaçı əmək funksiyaları aşağıdakı kimi qeyd olunub: Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sisteminə, qazpaylayıcı stansiyalarda və nəzarət-paylayıcı məntəqələrində boru kəmərləri kommunikasiyalarına xidmət edilməsi; İstehlakçılara qaz verilməsi, rejimin təmin edilməsi; Qoyulmuş rejimə uyğun olaraq cihazların, armaturların və aparatların başqa lazım olan rejimlərə keçirilməsi; Armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi; Təzyiq tənzimləyicilərini və qazın uçotu cihazlarının sazlanması və yoxlanması; Yazıcı cihazların kartoqramlarının işlənməsi və alıcılara verilən qazın miqdarının hesablanması; Cihazların dövlət yoxlamasına vermək üçün hazırlanması; Qaz paylayıcı məntəqələrdə (QPM) avadanlıq və kommunikasiyaların cari və orta təmirində iştirak edilməsi; Avadanlığın, kommunikasiyanın, otaqların və qazpaylayıcı stansiyanın (QPS), QPM ərazisinin təmiz saxlanılması; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarından irəli gələn tələbləri bilmək və onlara riayət etmək; “X3”, “Hədəf sıfır” və “Qənaətcil İstehsalat Konsepsiyasının Alətlərinin Tətbiqi – 5S” normativ sənədlərdə nəzərdə tutlan tələblərə əməl etmək; Əməliyyatların Bütövlüyünün İdarəetmə Sistemində (SOIMS) nəzərdə tutulan tələblərinə əməl etmək; Müəssisə üzrə tətbiq edilən Beynəlxalq İdarəetmə Sistemlərinin tələblərinə əməl etmək və davamlı təkməlləşdirmə planlarının hazırlanmasında təkliflər vermək; Ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji normativ sənədlərin tələblərinə əməl etmək; Fəaliyyət zamanı formalaşan təhlükələrin müəyyən edilərək risklərin və ekoloji aspektlərin qiymətləndirilməsində yaxından iştirak etmək; Odorantın və toztutucular üçün yağın uçotunun aparılması; Sahə üzrə tətbiq edilən Beynəlxalq standartların tələblərinə riayət etmək; Sahə rəisi tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək və onlara riayət etmək. İşlədiyi müddət qaz paylayıcı stansiyanın operatoru peşəsi 23 il 1 ay təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə ##.##.2007-ci il ** saylı nömrəli və ##.##.2024-cü il tarixli ** nömrəli qərarda göstərilmişdir: a) Fəhlələr 10.2 və 1.2.1.1.4 bəndinin qaz paylayıcı stansiyanın operatoru peşəsinə uyğundur. Pensiya işindən görünür ki:
6. Əmək pensiyasının təyin edilməsi haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki, iddiaçıya ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir.
7. ##.##.2024-cü il tarixli aktdan görünür ki, yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraat başlanmış, iddiaçıya güzəştli iş stajı olmadığı halda ##.##.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuşdur.
8. Əmək pensiyasının dayandırılması haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki, iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır.
9. Əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsi haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki, iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin ## ######## 2024- cü il tarixli qərarlarının ləğv edilməsi, pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir.
12. İddia ərizəsinin məzmunundan göründüyü kimi İddiaçı 1985- cı ildən əmək fəaliyyətinə başlamışdır. SOCAR "Qaz İxrac İdarəsi Abşeron Magistral X2 "nin məktubuna əsasən sosial sığorta stajı 20 il, 8 ay, 20 gündür. Qaz İxrac İdarəsinin X4 X9 İstismar Sahəsində qaz paylayıcı stansiya operatoru vəzifəsində çalışır. İddiaçı 60 yaşdan güzəştli şərtlərlə pensiyaya çıxmaqla əlaqədar olaraq cavabdehə müraciət etmiş, ona pensiya təyin olunmuşdur. Lakin daha sonra cavabdeh iddiaçının pensiyasını dayandırmış və güzəştli iş stajının olmadığına əsaslanmışdır. İddiaçı hesab edir ki, bu əsassızdır və onun hüquqlarının pozulmasına səbəbdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndində (10.2) fəhlələr yarımbəndində (a) qazpaylayıcı stansiyanın operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı, iddiaçıya pensiya təyin olunarkən təqdim olunan sənədlərdə ##.##.1997-##.##.2006-cı il, ##.## 2008-##.##.2010-cu il və ##.##.2015-##.##.2024-cü il tarixləri arasındakı dövrlər ərzində “X4 Kəmərləri" sahəsində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd olunub. İşlədiyi “X4 Kəmərləri” sahəsi yuxarıda qeyd edilən Qərar ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması gedişində iddiaçının əmək fəaliyyəti ilə bağlı halların aydınlaşdırılması məqsədilə onun işlədiyi müəssisəyə müvafiq sorğu göndərilmiş, daxil olmuş cavab məktubundan müəyyən edilmişdir ki, İddiaçı ##.##.1997-ci il tarixindən ##.##.2010-cu il tarixinədək, habelə ##.##.2015-ci il tarixindən hazırkı vaxta qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X2 Böyükşor Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru vəzifəsində fasiləsiz olaraq çalışmışdır. Müəssisə tərəfindən təqdim edilmiş peşə təlimatına əsasən, iddiaçının əmək funksiyaları qaz paylayıcı stansiyalarında və nəzarət-paylayıcı məntəqələrində texnoloji proseslərin aparılması və təhlükəsiz istismarının təmin edilməsi ilə birbaşa bağlı olmuşdur. Belə ki, onun vəzifə öhdəliklərinə aparatlara, tənzimləmə, ölçmə və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sistemlərinə və boru kəmərləri kommunikasiyalarına xidmət göstərilməsi, istehlakçılara qazın verilməsi və rejimin təmin edilməsi, təzyiq tənzimləyicilərinin və qazın uçotu cihazlarının sazlanması və yoxlanılması, qaz sızmalarının və texniki nasazlıqların aşkar edilməsi, eləcə də qaz paylayıcı məntəqələrdə avadanlıqların cari və orta təmirində iştirak edilməsi daxil olmuşdur. Bununla yanaşı, iddiaçı əmək fəaliyyəti zamanı əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi, ekoloji tələblər, beynəlxalq idarəetmə sistemləri və müvafiq normativ sənədlərlə müəyyən edilmiş qaydalara riayət etməyə borclu olmuşdur. Sorğuya cavab məktubundan, həmçinin müəyyən edilmişdir ki, iddiaçının qaz paylayıcı stansiyanın operatoru peşəsi üzrə faktiki iş stajı ümumilikdə 23 il 1 ay təşkil edir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndində (10.2) fəhlələr yarımbəndində (a) qazpaylayıcı stansiyanın operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı, iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi sənədlərdə ##.##.1997-##.##.2006-cı il, ##.##.2008-##.##.2010-cu il və ##.##.2015-##.##.2024-cü il tarixləri arasındakı dövrlər ərzində “X4 Kəmərləri” sahəsində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi “X4 Kəmərləri” sahəsi yuxarıda qeyd edilən Qərar ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə iddia ərizəsinə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
d) Proses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun: 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
24. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
27. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı işin faktiki hallardan görünür ki, iddiaçıya ##.##.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan yenidən inzibati icraat başlanılaraq iddiaçının güzəştli iş stajının mövcud olmaması əsas götürülməklə ##.##.2024-cü il tarixdə həmin pensiyanın dayandırılması və pensiyanın ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh orqan iddiaçının güzəştli iş stajına malik olmadığını əsaslandıraraq, iddiaçının ##.##.1997–##.##.2006-cı il, ##.##.2008– ##.##.2010-cu il və ##.##.2015–##.##.2024cü il tarixləri arasındakı dövrlərdə “X4 Kəmərləri” sahəsində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində çalışdığı müddətləri güzəştli iş stajına aid etməmişdir. Bu mövqe onunla əsaslandırılmışdır ki, qeyd olunan vəzifə Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahələrinə aid deyildir.
28. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması birbaşa olaraq iddiaçının güzəştli iş stajına malik olubolmamasının müəyyən edilməsindən asılıdır. Bu baxımdan, iddiaçının qeyd olunan vəzifədə işlədiyi dövrlərin mahiyyəti və funksional xüsusiyyətləri üzrə hərtərəfli araşdırılmalıdır.
29. Qeyd olunmalıdır ki, ## ###### 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na * nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
30. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
31. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
32. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
33. Beləliklə, iddiaçının güzəştli iş stajının mövcudluğu ilə əlaqədar mübahisənin həlli baxımından güzəştli iş stajına dair arayışın mövcudluğu zəruridir ki, iş materiallarından da göründüyü kimi məhkəməyə və inzibati orqana həmin arayış təqdim edilmişdir. Lakin, cavabdeh tərəf həmin arayışda qeyd edilən məlumatların mötəbərliyini qəbul etməmiş, iddiaçının güzəştli iş stajının mövcud olmaması barədə mövqe nümayiş etdirmişdir.
34. Məhkəmə araşdırması gedişində iddiaçının əmək fəaliyyəti ilə bağlı halların aydınlaşdırılması məqsədilə onun işlədiyi müəssisəyə müvafiq sorğu göndərilmiş, daxil olmuş cavab məktubundan müəyyən edilmişdir ki, İddiaçı ##.##.1997-ci il tarixindən ##.##.2010-cu il tarixinədək, habelə ##.##.2015-ci il tarixindən hazırkı vaxta qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X2 Böyükşor Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru vəzifəsində fasiləsiz olaraq çalışmışdır. Müəssisə tərəfindən təqdim edilmiş peşə təlimatına əsasən, iddiaçının əmək funksiyaları qaz paylayıcı stansiyalarında və nəzarətpaylayıcı məntəqələrində texnoloji proseslərin aparılması və təhlükəsiz istismarının təmin edilməsi ilə birbaşa bağlı olmuşdur. Belə ki, onun vəzifə öhdəliklərinə aparatlara, tənzimləmə, ölçmə və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sistemlərinə və boru kəmərləri kommunikasiyalarına xidmət göstərilməsi, istehlakçılara qazın verilməsi və rejimin təmin edilməsi, təzyiq tənzimləyicilərinin və qazın uçotu cihazlarının sazlanması və yoxlanılması, qaz sızmalarının və texniki nasazlıqların aşkar edilməsi, eləcə də qaz paylayıcı məntəqələrdə avadanlıqların cari və orta təmirində iştirak edilməsi daxil olmuşdur. Bununla yanaşı, iddiaçı əmək fəaliyyəti zamanı əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi, ekoloji tələblər, beynəlxalq idarəetmə sistemləri və müvafiq normativ sənədlərlə müəyyən edilmiş qaydalara riayət etməyə borclu olmuşdur. Sorğuya cavab məktubundan, həmçinin müəyyən edilmişdir ki, iddiaçının qaz paylayıcı stansiyanın operatoru peşəsi üzrə faktiki iş stajı ümumilikdə 23 il 1 ay təşkil edir.
35. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli və ##.##.2024-cü il tarixli ** nömrəli qərarları ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında “fəhlələr” bölməsi üzrə 10.2 və 1.2.1.1.4 yarımbəndlərində nəzərdə tutulan peşələr arasında qaz paylayıcı stansiyanın operatoru vəzifəsinin də əhatə olunduğu göstərilmişdir.
36. Beləliklə, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda qaz paylayıcı stansiyanın operatoru peşəsinin müvafiq Siyahıya uyğunluğu açıq və dəqiq şəkildə təsdiq edilmiş, təqdim edilmiş məlumatların mötəbərliyinə şübhə yaradan hər hansı hal və ya səhv məlumat müəyyən olunmamışdır. Bu isə iddiaçının qeyd olunan dövrlər üzrə güzəştli iş stajına malik olmasına dair mövqeni əsaslandıran mühüm sübut kimi qiymətləndirilməlidir.
37. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur.
38. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajı 12 il 06 aydan çox təşkil edir ki, göstərilən bu hal cavabdeh tərəfindən qəbul edilmiş qərarların əsassız olduğunu və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi üçün əsas yaradır.
39. Qeyd olunanları nəzərə alaraq məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin olunmalıdır.
40. Apellyasiya şikayətində göstərilmişdir kİ, məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndində (10.2) fəhlələr yarımbəndində (a) qazpaylayıcı stansiyanın operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı, iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi sənədlərdə ##.##.1997-##.##.2006-cı il, ##.##.2008-##.##.2010-cu il və ##.##.2015-##.##.2024-cü il tarixləri arasındakı dövrlər ərzində “X4 Kəmərləri” sahəsində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi “X4 Kəmərləri” sahəsi yuxarıda qeyd edilən Qərar ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.
41. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə yanaşı, əlavə olaraq onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (***)-****/**** saylı, ##.##.2026-cı il tarixli Qərarında məhkəmənin mövqeyi olaraq göstərilmişdir ki, “...28. Məhkəmə araşdırmaları zamanı təqdim edilmiş əmək kitabçası, müəssisə arayışları və vəzifə təlimatları əsasında müəyyən olunmuşdur ki, iddiaçı uzun müddət qazpaylayıcı stansiyanın operatoru vəzifəsində çalışmışdır. Müvafiq arayışda həmin vəzifənin əmək şəraitinin xüsusilə zərərli və ağır işlərə aid olduğu, habelə Nazirlər Kabinetinin qeyd edilən Qərarı ilə təsdiq olunmuş Siyahının 10.2-ci bəndinin (a) yarımbəndinə- qazpaylayıcı stansiyanın operatorları vəzifəsinə uyğun gəldiyi göstərilmişdir. 29. Məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə pensiya hüququnun müəyyən edilməsində əsas meyar vəzifənin adının formal uyğunluğu deyil, faktiki icra olunan əmək funksiyalarının Siyahıda nəzərdə tutulmuş işlərin xarakteri ilə eyniyyət təşkil edib-etməməsidir. Təqdim olunmuş vəzifə öhdəliklərindən görünür ki, iddiaçının yerinə yetirdiyi işlər qazın qəbulu, tənzimlənməsi, uçotu, təzyiqin saxlanılması, avadanlıqların istismarı və təhlükəsizlik qaydalarına riayət olunması kimi bilavasitə istehsalat prosesi ilə bağlı və yüksək riskli fəaliyyət sahəsini əhatə etmişdir. Bu isə həmin vəzifənin Siyahıda nəzərdə tutulmuş güzəştli iş kateqoriyasına aid edilməsini təsdiq edir......”
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.