Məhkəmə qərarları › İş №2-1(3-6)-62/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-62/2026

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-62/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARILAN İCRAAT:

1. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

3. Qərardaddan narazı qalan iddiaçı X2 tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və iş materiallarının baxılması üçün birinci instansiya məhkəməsi tərəfindən icraata götürülməsi xahiş edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardad işin faktiki və hüquqi hallarının tam və obyektiv araşdırılmaması nəticəsində qəbul edilmişdir. Belə ki, iddiaçının səhhətində mövcud olan ciddi sağlamlıq problemləri səbəbindən məhkəmə iclaslarında şəxsən iştirak etməsi mümkün olmamışdır. Sözügedən hal iddiaçının iradəsindən asılı olmayan, obyektiv və üzrlü səbəbdir, məhkəmə tərəfindən nəzərə alınmalı idi. Bundan başqa iddiaçının maddi imkanlarının məhdud olması səbəbindən vəkillə hüquqi yardım müqaviləsi bağlamaq imkanı olmamışdır. Bu səbəbdən iddiaçı məhkəmə iclaslarında yalnız şəxsən iştirak etməyə məcbur olmuşdur. Eyni zamanda iddiaçının yerinə məhkəmə iclasında çıxış edə biləcək qanuni nümayəndəsi və ya digər səlahiyyətli şəxs də mövcud olmamışdır. Belə olan halda iddiaçının səhhətində problemlər səbəbindən məhkəmə iclasında iştirak edə bilməməsi onun hüquqlarının məhdudlaşdırılması ücün əsas ola bilməz və bu hal məhkəmə tərəfindən üzrlü səbəb kimi qəbul edilməlidir. İddiaçı iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəməyə ekspertiza təyin olunması barədə yazılı ərizə ilə müraciət etmişdir. Lakin məhkəmə həmin ərizəni qeydiyyata almadan, ona hüquqi qiymət vermədən iclası təxirə salmış və sonradan iddianın geri götürülmüş sayılması barədə qərar qəbul etmişdir. Bu hal Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə zidd olmaqla yanaşı, iddiaçının prosessual hüquqlarının pozulmasına səbəb olmuşdur. iddia manıwət etibarilə iddiaçının oz mülkiwətinə və əmlakına münasibətdə hüquqlarının tanınması və dövlət revestrində qevdivvata alınması ilə başlıdır ki. bu da qanunvericiliklə qorunan tamamilə qanuni və əsaslı tələblərdir. Məhkəmənin əsas vəzifəsi şəxslərin hüquq və azadlıqlarının qorunmasını təmin etmək olduğundan, iddiaçının bu tələbi formal prosessual səbəblərlə deyil, işin mahiyyəti üzrə araşdırılmalı və ədalətli qərar qəbul edilməli idi.

Tərəflərin izahatları

5. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehin nümayəndəsi hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə iddiaçı X2, üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1 iştirakı olmadan baxılmasını mümkün saymışdır.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

9. Hazırki işdən görünür ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı tələbi “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi” barədə olmuşdur.

10. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasına istinad edərək, iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

12. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır.

13. Qeyd olunan maddənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin geri götürülmüş sayılmasını qanunvericilik məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması ilə şərtləndirir.

14. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının # #### 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2011-ci il tarixli Qərarı).

15. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2014-cü il tarixli qərarında qeyd edilir ki, “məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Məhkəməyə müraciət etmək hüququ həmçinin “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi ** saylı X5 göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməsinin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüququn mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar.”

16. İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” # #### 2013-cü il tarixli Qərardadı).

17. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə # #### 2002-ci il tarixli Qərarı, § 25).

18. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır.

19. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır.

20. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər.

21. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır.

22. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır.

23. İş materiallarından görünür ki, ##.##.2025-ci il tarixə işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə ##.##.2025-ci il tarixli məhkəmə bildirişi (i.v.43) ünvanlanmışdır. İddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. (i.v.49) İddiaçı həmin tarixdə məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı üzrə məhkəmə iclası ##.##.2025-ci il tarixə təyin edilmiş və tərəflərə məhkəmə bildirişi göndərilmişdir. (i.v. 51) İş üzrə sədrlik edən hakimin iş yerinin dəyişdirilməsi səbəbilə ##.##.2025-ci il tarixli məhkəmə iclası təxirə salınaraq işin hazırlıq icraatı üzrə məhkəmə iclası ##.##.2025-ci il tarixə təyin edilmişdir. (i.v.99) İddiaçı ##.##.2025-ci il tarixli məhkəmə iclasında, həmçinin növbəti ##.##.2025-ci il tarixli məhkəmə iclasında da iştirak etməmişdir. Odur ki, iddiaçının iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı üzrə məhkəmə iclası ##.##.2025-ci il tarixə təyin edilmiş, iddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş (i.v. 121), lakin iddiaçı həmin bildirişi ##.##.2025-ci il tarixdə əldə etməsinə baxmayaraq (i.v. 122) qeyd edilən növbəti tarixdə (##.##.2025-ci il tarixdə) iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır. Belə olan halda məhkəmə düzgün olaraq iddiaçının açıq iradə ifadəsi olmasa da, onun davranışını prosesin davam etdirilməsindən qəsdən yayınma kimi qiymətləndirmiş və iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etmişdir.

24. İddiaçı apellyasiya şikayətində işin birinci instansiya məhkəməsində icratı zamanı məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi kimi “səhhətində mövcud olan ciddi sağlamlıq problemləri səbəbindən məhkəmə iclaslarında şəxsən iştirak etməsinin mümkün olmamasını və iddiaçının maddi imkanlarının məhdud olması səbəbindən vəkillə hüquqi yardım müqaviləsi bağlamaq imkanının olmamasını” göstərmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının həmin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı səhhətində mövcud olan ciddi sağlamlıq problemləri olduğunu bildirsə də həmin halı təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.

26. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 55.3 və 55.5-ci maddələrinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın geri götürülmüş sayılması və icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası eyni zamanda iddiaçıya izah edir ki, iddianın geri götürülmüş sayılması şəxsin eyni tələblə yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar