Məhkəmə qərarları › İş №2-1(3-6)-631/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-631/2026

12.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-631/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “torpaq sahəsinə dair yerləşmə sxeminin tərtib olunması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “torpaq sahəsinə dair yerləşmə sxeminin tərtib olunması” dair Bakı Inzibati Məhkəməsinin 2-1(112)-10048/2025 nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:

1. Abşeron rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli ** nömrəli qərarından arxiv çıxarışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti Işlər Idarəsi təsərrüfat idarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərinə fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1990-cı il tarixli *** nömrəli qərarı ilə 150 ailə üçün 15 hektar həyətyanı torpaq fondu ayrılmışdır və siyahıda iddiaçı İddiaçı adı da qeyd edilmişdir.

2. Abşeron Rayon Icra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən verilmiş ##.##.1992-ci il tarixli arayışından görünür ki, İddiaçı Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ##### 1991-ci il tarixli ** nömrəli qərarı fərdi yaşayış evinin tikintisinə 0.10 ha torpaq sahəsi verilmişdir.

3. Iddiaçı nümayəndəsi vasitəsilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə Abşeron rayonu * nömrəli südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin sonuncu ##.##.2024-cü təqdim edilmiş sənədlərin surət olması və, torpaq sahəsinə dair sovxoz direktorunun əmrinin, əmrin arxiv arayışının və yerləşməsini müəyyən etməyə imkan verən sənədin (yerləşmə cizgisi) təqdim edilməməsi əsası ilə imtina olunmuşdur.

4. Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh hazırki tələblə müraciət etmiş, cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, tərəvəzçiliksüdçülük sovxozu ərazisində istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab edilmişdir.

BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:

5. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Abşeron XDS-nin ## ##### 1991-ci il tarixli, ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisinə görə ona ayrılmış 0,10 ha torpaq sahəsinin yerləşmə sxeminin tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin əsl cavabdeh Bakı şəhəri Cavabdeh ilə əvəz olunmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin ## ###### 1990-cı il tarixli *** saylı qərarı ilə 150 ailəyə, hər birinə 0,10 hektar olmaqla torpaq sahəsi ayrılmışdır. ## ##### 1991-ci il tarixli ** saylı əmrlə iddiaçıya da Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunda 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldığı gündən iddiaçı tərəfindən mişar daşları ilə hasara alaraq istifadəsində olmuşdur. Iddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.

8. Cavabdeh tərəfindən məkhəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddiaçıya torpaq sahəsi Abşeron Rayon Icra Hakimiyyətinin qərarına əsasən ayrılmışdır. Tərəvəzçilik-Südçülük sovxozundan ayrılan torpaq sahələrinə dair sənədlər Milli Arxiv Idarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Torpaq sahəsi Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən ayrıldığından və torpaq sahəsinin ayrılması barədə Cavabdeh hər hansı məlumatlar mövcud olmadığından Cavabdeh hazırki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Məlum olduğu kimi, sovxoz ərazilərindən torpaq sahələri sovxoz rəhbərliyinin müvafiq əmrlərinə əsasən yalnız sovxoz işçilərinə ayrılmışdır. Iddiaçının həqiqətən də sovxoz işçisi olması və ona torpaq sahəsinin hansı əsaslarla ayrılması məhkəmə tərəfindən araşdırılmalıdır. Eyni zamanda iddiaçıya ayrılmış Abşeron Rayon Icra Hakimiyyətinin idarəçiliyində olan Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin Cavabdeh təhvil verilməsi barədə rəsmi sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada Cavabdeh təhvil verilməmişdir. Odur ki, iddianın mümkünsüz hesab edilməsi xahiş edilir.

9. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-10048/2025 nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, Abşeron rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçı İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,10 hektar sahəsi olan torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

10. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

11. Apellyasiya şikayəti iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, hər hansı formada xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti Rayon Icra Hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

Tərəflərin izahatları

13. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı İddiaçı və cavabdeh Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinin nümayəndəsinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

14. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

15. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının # ###### 1991-ci il tarixli Torpaq Məcəlləsi (## ###### 2001-ci il tarixli **-IIQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür): 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

16. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il № *** fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (Icra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

17. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

19. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

21. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2024-cü il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. Iddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 38.2-ci, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.

22. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “Abşeron rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçı İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,10 hektar sahəsi olan torpaq sahəsinə dair plan-cizginin verilməsi” barədədir. Işə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iş üzrə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində göstərilən sahənin Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsinin X5 ayrıcı daxilində, yəni Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşdiyi qeyd edilmişdir. Göründüyü kimi həmin ərazi hazırda Bakı şəhərinin (Xəzər rayonunun) inzibati ərazisində yerləşir. Bu səbəbdən həmin sahə ilə bağlı yerləşmə cizgisinin verilməsi səlahiyyəti də hazırkı iş üzrə cavabdehə məxsusdur.”

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. Abşeron rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli ** nömrəli qərarından arxiv çıxarışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti Işlər Idarəsi təsərrüfat idarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərinə fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1990-cı il tarixli *** nömrəli qərarı ilə 150 ailə üçün 15 hektar həyətyanı torpaq fondu ayrılmışdır və siyahıda iddiaçı İddiaçı adı da qeyd edilmişdir.

25. Hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil.

26. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

27. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.

28. Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi Icrimai-X2 birinci instansiya məhkəməsinin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubu ilə Azərbaycan SSR Nazirlər Soveti Işlər Idarəsinin Tərəvəzçilik-Südçülük sovxozunun ##.##.1991-ci il tarixli **/k saylı əmrinin təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir.

29. Abşeron Rayon Icra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin birinci instansiya məhkəməsinin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubu ilə Abşeron rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli ** nömrəli qərarından arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir.

30. Birinci instansiya məhkəməsinə təqdim ounan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0,10 ha olsa da, faktiki olaraq hasardaxili 0,1241 ha təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 0,1241 ha torpaq sahəsinin koordinatları əlavə olunub. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahə Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsinin X5 ayrıcı daxilində yerləşir (Xəzər rayonu, Buzovna qəsəbəsi). Digərqeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşmür. Sahəyə dair yerləşmə cizgisi və ya təsdiq edilmiş sxem təqdim edilmədiyindən naturadakı vəziyyətlə sənəd üzrə vəziyyət arasında uyğunluğunu və ya uyğunsuzluğunu müəyyən etmək mümkün olmadı.

31. Beləliklə, həmin məktubdan da görünür ki, Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsinin X5 ayrıcı daxilində, yəni Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşdiyi qeyd edilmişdir ki, həmin ərazi hazırda Bakı şəhərinin (Xəzər rayonunun) inzibati ərazisində yerləşir.

32. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli **** saylı sərəncamına əsasən Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon Icra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama *-** nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon Icra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır.

33. Göründüyü kimi, əvvəllər Abşeron Rayon Icra Hakimiyyətinin istifadəsində olan torpaqların bir qismi, həmçinin iddiaçıya ayrılmış torpaq sahəsi sonradan Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış və hazırda inzibati ərazi hüdudları baxımından Bakı şəhər Xəzər rayonuna aid edildiyi müvafiq qurum tərəfindən təsdiq olunur. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini məhz Bakı şəhər Cavabdeh münasibətdə təmin etməkdə haqlı olmuşdur.

34. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir.

35. Hazırki işdə iddiaçının istədiyi inzibati aktın qəbulundan imtina edən cavabdeh inzibati orqanın həmin inzibati aktın qəbulunu istisna edən halları əsaslandıra bilməməsini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (*-*(***)-****/**** saylı ##.##.2022-ci il tarixli qərar).

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin 2-1(112)-10048/2025 nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

38. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin 2-1(112)-10048/2025 nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar