Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-634/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat.
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 8859,44 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı bildirir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, vergi ödəyicisi kimi 1002264462 VÖEN nömrə ilə fəaliyyət göstərir. Cavabdeh iddiaçı barəsində kameral yoxlama aparmış, ## ###### 2023-cü il tarixdə barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli qərar qəbul edilmişdir. Qərarın təfsilat cədvəlinin 4-cü bəndində iddiaçının 9026,82 manat zərərlə işləməsi qeyd olunub, lakin, yoxlama nəticəsində iddiaçıya 8859,44 manat məbləğndə vergi hesablanmışdır. Cavabdehin ##.##.2023-cü il tarixli **************** saylı xəbərdarlıq məktubundan görünür ki, X1 ##.##.2023-cü il tarixli, 233902********** nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən qızıl zərgər məmulatlarının alınmasına dair ##.##.2022-ci il tarixli EBCH seriyalı ****** nömrəli elektron qaimə-fakturanı əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənəd kimi qəbul etmişlər. Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirlməsinə əsas vermədiyindən 2022-ci ildə ona təqdim olunmuş elektron qaimələr əsasında mədaxil olunacaq zərgər məmulatlarının ümumi dəyəri 185785 manat təşkil etsə də, 53324 manatlıq zərgər məmulatlarının əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən xərc sənədi kimi nəzə alınmamışdır. Cavabdeh ##.##.2023-cü il tarixli qərarla əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 53324 manat tərəfindən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşmanın yaranması qənaətinə gəlmiş və kameral yoxlama ilə müəyyən edərək 8859,44 manat məbləğində vergi hesblamışdır. 2022-ci ildə elektron qaimələr əsasında mədaxil olan malların ümumi dəyəri 53324 manat məbləğdə tərəfindən azaldılmışdır, yəni 185785 manat yox (185785,00 – 53324,00) 132461,00 manat təşkil etmişdir. Əlavə olaraq iddiaçı 2022-ci il müddətində müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən müştərilərin müvafiq girov biletləri üzrə 58985 qızıl zərgər məmulatlarını mədaxil etmişdir ki, nəticədə də, mədaxil etdiyi qızıl zərgər məmulatlarının ümumi dəyəri 191446,00 (132461,00 + 58985,00) manat olmuşdur. Sözügedən 58985 manatlıq qızıl zərgər məmulatlarının iddiaçı tərəfindən mədaxil olmasını sübut edən sənədlər – girov biletləridir. İddiaçının həmin dövr ərzində mədaxil etdiyi qızıl zərgər məmulatlarının ümumi dəyəri 191446 manat təşkil etmiş, bu da 2022-ci ilin gəlir vergisi bəyannaməsinin * №-li Əlavəsinin 1.1. kodlu (Əsas vəsaitlərin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövt ərzində daxil olmuşdur” sütununda tərəfindən əks olunmuşdur.
3. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı ləğv edilmiş və iddiaçı İddiaçı hesablanmış 8859 manat 44 qəpik vergi borcunun silinməsi qərara alınmışdır.
4. Sözügedən qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün məhkəməyə göndərilmişdir. Şikayətlə bağlı apellyasiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Bakı İnzibati Məhkəməsinin 2-1(112)- ****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı qəbul edildiyi zaman mübahisələndirilən ##.##.2023-cü il tarixli **************** nömrəli qərar ləğv olunmuş və ## ####### 2024cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəmə tərəfindən qərar qəbul edilən tarixdə hüquqi baxımdan qüvvədə olan və tərəflər arasında mübahisə predmetini təşkil edən hər hansı qərar mövcud deyildi. Bu hal, məhkəmənin maddi hüquq və prosessual norma əsasında düzgün hüquqi qiymətləndirmə aparmaq imkanını istisna edir. Məkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində təkrar baxışda iddiaçıya yardım edilərək mübahisələndirilən qərar müəyyən edilərək dəqiqləşmə barədə ərizə verilməsi təklif edilər bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməsi, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.”
5. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli *-**-*-*/*-*******/**** nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi və qanunsuz olaraq hesablanmış 9210.29 manat məbləğində vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı İddiaçı ##.##.2011-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış və əsas fəaliyyət növü lombardların fəaliyyəti olmuşdur. İddiaçı 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Aparılmış araşdırma zamanı iddiaçının gəlir və xərc məlumatları aşağıdakılar kimi olmuşdur: Gəlir: 2021-ci ilin sonuna mal qalığı – 251983,41 manat, 2022-ci il üzrə kassa apratı vasitəsi ilə satış – 114995,8 manat, yekun: 366979,21 manat. Xərc: e-qf əsasında alış – 185785,00 anat, icarə haqqı – 32640,00 manat, əmək haqqı – 37660.02 manat, digər xərclər – 5624,25 manat, yekun – 261709,27 manat. Yuxarıda qeyd edilənlərə baxmayaraq iddiaçı tərəfindən 2022-ci il üzrə ##.##.2025-ci il tarixdə təqdim edilmiş dəqiqləşmiş gəlir vergisi bəyannaməsində gəlir məbləğinin 27177,06 manat, xərc məbləğinin isə 15538,56 manat qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilənlərə baxmayaraq iddiaçı tərəfindən 2022-ci il üzrə ##.##.2025-ci il tarixdə təqdim edilmiş dəqiqləşmiş gəlir vergisi bəyannaməsində gəlir məbləğinin 27177,06 manat, xərc məbləğini isə 15538,56 manat qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2025-ci il tarixli 3-21- *-*/*-******/**** nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 6882,54 manat əlavə vergi məbləği hesablanaraq bu barədə vergi ödəyicisinə ##.##.2025-ci il tarixli 3-21- *-*/*-*******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, vergi orqanının qərarı əsasında riskli vergi ödəyicisi hesab X1 ##.##.2022-ci il tarixli EBCH seriyalı ****** nömrəli elektron qaiməfaktura əsasında 53324,00 manat məbləğində qızıl-zinət əşyaları əldə etmiş, lakin apardığı əməliyyatlar əmtəəsiz hesab edilmiş və nəticədə həmin məbləğ xərclərində nəzərə alınmamışdır. İddiaçının bu dəlilinə münasibətdə bildirirlər ki, iddiaçının bu dəlili həqiqəti əks etdirmir. Belə ki, ##.##.2022-ci il tarixdli EBCH seriyalı 878012 elektron qaimə-faktura əks olunan 53324,00 manat məbləğ iddiaçının xərclərində nəzərə alınmamışdır. Daha sonra iddiaçı ərizədə bildirir ki, “Əlavə olaraq 2022-ci il müddətində müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən müştərilərin müvafiq girov biletləri üzrə 58985,00 manat məbləğində qızıl zərgər məmulatlarını mədaxil etmişdir ki, nəticədə də, mədaxil etdiyi qızıl zərgər məmulatlarının ümumi dəyəri 191446,00 (132461,00 + 58985,00) manat olmuşdur. Sözügedən 58985,00 manatlıq qızıl zərgər məmulatlarının tərəfindən mədaxil olmasını sübut edən sənədlər - girov biletləridir ki, həmin biletlərin də ümumi siyahısını və onların fotokopiyasını onlara ##.##.2023-cü il tarixli 2319010855365400, 2319010855389600, **************** saylı məktublarla təqdim etmişdir.” Göründüyü kimi, iddiaçı girov biletlərini gəlir əldə edilməsi ilə bağlı xərc kimi göstərərək həmin biletlərdə göstərilən məbləğləri öz xərclərinə daxil etmişdir. Qeyd olunanlarla bağlı bildirirlər ki, əslində bu əməliyyat lombardın aktivlərinin uçotu və girov əməliyyatlarının qeydiyyatıdır, müştərilərin öhdəlikləri icra edib-etməmələri iddiaçı üçün vergi və maliyyə nəticəsi yaratmır. Girov biletləri yalnız əməliyyatın sənədli sübutudur və xərc kimi vergi uçotunda nəzərə alına bilməzdi. Belə ki, girov biletləri sənəd xarakteri daşıyır, yəni lombard tərəfindən verilən uçot sənədidir; girov biletləri və mədaxil edilən qızıl lombardın aktividir, xərc deyil; əgər müştərilər öhdəliklərini yerinə yetirməyiblərsə belə, bu maddi zərər və ya xərc əmələ gətirmir, sadəcə lombardın balansında aktiv transferi baş verir; lombard həmin vəsaiti gələcəkdə faiz gəliri əldə etmək məqsədilə verir, yəni bu, maliyyə aktivinin formalaşmasıdır, maddi xərc deyil. Beləliklə, vergi baxımından heç bir gəlir və ya xərc əmələ gəlmədiyi üçün girov biletləri üzrə verilən məbləğlər vergi məqsədləri üçün xərc kimi tanına bilməz. Vergi Məcəlləsinin 108.1 və 108.2-ci maddələrinə əsasən yalnız gəlir əldetmək məqsədilə çəkilən, sənədlər təsdiqlənən və iqtisadi cəhətdən əsaslandırılmış xərclər gəlirdədn çıxıla bilər. Lakin, iddiaçı gəlirini göstərmədən girov biletlərinin nominal məbləğini xərc kimi təqdim edir, bu isə həm vergi qanunvericiliyi, həm də, mühasibat uçotu baxımından əsassızdır. Göründüyü kimi, bu əməliyyatlarda “girov bileti” sadəcə müqaviləsənəd xarakteri daşıyır. Yəni, müştəriyə verilən qəbzdir, maddi xərc deyil.
7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin eddilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*-*/*-*******/**** nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və qanunsuz olaraq hesablanmış 9210.29 manat məbləğində vergi borcu silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir.
8. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildildirilmişdir ki, Cəbrayıl Bayramov lombard fəaliyyəti ilə məşğul olmuş və iddiaçıya satdığı qızıl-zinət əşyaları onun tərəfindən alınmamış, kredit götürmüş şəxslər tərəfindən girov qoyulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş girov biletləri də bunu təsdiq edir. Həmin şəxslər tərəfindən kredit borcu ödənilmədiyindən Cəbrayıl Bayramovun həmin əşyalar üzərində sərəncam vermək hüququ yaranmışdır. Belə olan halda həmin əşyalarla bağlı iddiaçı ilə Cəbrayıl Bayramov arasında aparılmış alqısatqı əməliyyatları əmtəəsiz əməliyyat hesab edilə bilməz”. Əsaslandırmadan da göründüyü kimi əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
11. Məhkəmənin ##.##.2026-cı ildə keçirilən iclasında iştrak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 izahat verərək, bildirmişdir ki, lombard təşkilatının mühasibi işləyir və vergi orqanı tərəfindən xərc sənədi kimi qəbul edilməyən lombard biletləri elektron qaimə faktura əsasında Cəbrayıl Bayramov tərəfindən İddiaçı təhvil verilmişdir. Qızıl zinyət əşyaları faktiki mövcud olmuşdur. Vergi orqanın iddia etdiyi kimi xərc sənədlərinin iki dəfə iddiaçı tərəfindən təqdim edilməsi həqiqətə uyğun deyil.
12. Məhkəmənin sonuncu iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin maddə 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nə əsasən: bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. bənd 4.1. Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan meyarlardan ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildiriş-xəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildiriş-xəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur. bənd 4.2. Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günü ərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-faktura ləğv edilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir. bənd 4.4. Aparılmış əməliyyat üzrə barəsində riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması bu Sənədin 4.5-ci bəndində nəzərdə tutulan tələblər nəzərə alınmaqla, vergi ödəyicisinin elektron qaydada təqdim etdiyi ərizəsi əsasında həyata keçirilir. Vergi ödəyicisinin ərizəsinə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması ilə bağlı və ya əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər əlavə edilir. Digər dövlət orqanından (qurumundan) daxil olan məlumata və ya vergi nəzarəti tədbirinin nəticəsinə əsasən riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vergi orqanının təşəbbüsü ilə həyata keçirilə bilər. bənd 4.5. Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir: 4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə; 4.5.2. aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə. -bənd 4.6. Bu Sənədin 4.7-ci bəndi nəzərə alınmaqla, bu Sənədin 4.4-cü bəndində nəzərdə tutulan ərizə daxil olduğu tarixdən etibarən 20 iş günü müddətində vergi orqanı tərəfindən baxılaraq vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması və ya bundan imtina olunması barədə qərar qəbul edilir və 1 (bir) iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir. bənd 4.7. Bu Sənədin 4.5.2-ci yarımbəndi ilə müəyyən edilmiş şərtə əməl edildikdə bu Sənədin 4.4-cü bəndində nəzərdə tutulan ərizənin daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində vergi ödəyicisinin aparılmış əməliyyat üzrə riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilir və 1 (bir) iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir. bənd 4.8. Bu Sənədin 4.5-ci bəndində göstərilən tələblərə tam və ya qismən əməl edilməməsi aparılmış əməliyyat üzrə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı müraciətinə imtina edilməsi üçün əsasdır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 302. Əşyanın lombardda girovu 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 302.3. Saxlanca qoyulan əşyalar lombarda verilir. 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2-ci maddələrinə əsasən)
21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-17-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
22. Hazırda mübahisənin predmetini iddiaçı tərəfindən girov biletlərinin gəlir əldə edilməsi ilə bağlı xərclərə daxil edilib-edilməməsi təşkil edir.
23. Qanunvericiliyin normalarından göründüyü kimi vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması üçün riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, yaxud da əməliyyatın həqiqiliyini təsdiq edən sənədlərin təqdim edilməsi zəruridir.
24. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu verilmişdir.
25. Belə ki, məhkəmə kollegiyasının sorğusuna verilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavab məktubundan görünür ki, vergi ödəyicisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən ##.##.2026-cı il tarixə riskli vergi ödəyicisi siyahısında müəyyən edilməmişdir. Vergi ödəyicisi tərəfindən ##.##.2022-ci il tarixdə elektron qaimə faktura məlumatlarına əsasən X1 (VÖEN: 1004297782) cəmi dəyəri 53.324,00 manat olan "qızıl sep 60,82 qr, 750 əyyar və s" mallar əldə edildiyi müəyyən edilmişdir. Qeyd edilən mallar X1 (VÖEN: 1004297782) alışında və idxalında müəyyən edilmədiyi üçün həmin əməliyyatlar riskli hesab edilmiş, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ına əsasən X1 (VÖEN: 1004297782) ##.##.2023-cü il tarixli 233902********** nömrəli qərara əsasən riskli vergi ödəyicisi siyahısına əlavə edilmişdir.
26. İşin faktiki hallarından göründüyü kimi iddiaçı girov biletlərini gəlir əldə edilməsi ilə bağlı xərc kimi göstərərək həmin biletlərdə göstərilən məbləğləri öz xərclərinə daxil etmişdir. İddiaçı həmçinin iddia ərizəsində riskli vergi ödəyicisi hesab olunan X1 ##.##.2022-ci il tarixli EBCH seriyalı ****** nömrəli elektron qaimə-faktura əsasında aldığı 53324,00 manat məbləğində qızıl-zinət əşyaları ilə bağlı əməliyyatların vergi orqanı tərəfindən əmtəəsiz əməliyyat hesab edilməsinə və nəticədə həmin məbləğin xərclərində nəzərə alınmadığında istinad etmişdir. Kameral yoxlama zamanı iddiaçının dövriyyəsinin 232.415,15 manat olması öz təsdiqini tapmışdır. Cavabdehin araşdırması zamanı 185.785 manat dəyərində qızıl zinyət əşyalarının əldə edilməsi, 53.324 manat dəyərində olan hissəsinin əmtəəsiz əməliyalar olduğu aşkar edilmişdir. 0İddiaçının təqdim etdiyi 58.995 manat girov biletləri cavabdeh təşkilat tərəfindən mal qalığı kimi saxlanılmış, 53.324 manat dəyərində olan e-qaimələr qızılların mənbəyi məlum olmadığından qəbul edilməmiş və həmin hərəkətlər ikiqat xərc kimi təqdim edilməsinə cəhd kimi qiymətləndirilmişdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən yalnız faktiki çəkilmiş və sənədləşdirilmiş xərclər gəlirdən çıxıla bilər. Bundan başqa oda nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 71-1 və 71-2ci maddələrinə əsasən girov biletləri xərci təstiq edən sənəd sayılmırlar. Girov biletləri o halda xərc sənədləri kimi qəbul edilə bilərdi ki, həmin biletlərdə qeyd olunmuş qızıl məmulatları satılmış olsun və satışdan əldə edilmiş gəlir üzrə vergilər ödənilmiş olsun . Başqa sözlə desək öhdəliyin icrası olaraq girov qoyulmuş qızıl əşyalar borc öhdəliyi aradan qaldırıldıqdan sonra sabiblərinə qaytarılılacağından həmin əşyaları xərc sənədlərinə daxil etmək yolverilməzdir. Bu səbəbdəndə vergi orqanı girov biletlərini xərc sənədi kimi qəbul etmədən iddiaçının barəsində ##.##.2025-ci il tarixli *-**-*-*/*- *******/**** nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərar qəbul etmişdir.
27. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı əldə etdiyi qızıl zinyət əşyalarını hamısının realizə (satılması) edilməsi ilə bağlı dəlillərini təqdim edə bilmədiyinə görə cavabdeh orqanın imtinası əsaslı və qanuni olmuşdur.
28. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmamalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 8859 manat 44 qəpik vergi borcunun silinməsi barədə İddiaçı iddiası təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.