Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-635/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və X9 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Ərizəçi cavabdeh4, digər ərizəçi X4 nümayəndəsi X12, Tərcüməçi Bağırova-X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə, Çebotaryeva Qalina Borisovnaya, X11, X3rşı “mənzil-kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Çebotaryeva Qalina Borisovnaya tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə, Çebotaryeva Qalina Borisovnaya, X11, X3rşı iddia ərizəsi ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən ** nömrəli evin ** saylı mənzilinə dair mənzil-kirayə müqaviləsinin iddiaçı ilə bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *in(**)-****/**** nömrəli, ## #### 2013-cü il tarixli qərarı ilə iş üzrə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən ** nömrəli evin ** saylı mənzilinə dair mənzil-kirayə müqaviləsinin iddiaçı İddiaçılə bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Çebotaryeva Qalina Borisovna ##.##.2024-cü ildə apellyasiya şikayəti verərək, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- ****/**** nömrəli, ## #### 2013-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh Çebotaryeva Qalina Borisovnaya apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə də müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, 2- *(***)- ****/**** nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır. Cavabdeh Çebotaryeva Qalina Borisovnaya kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Çebotaryeva Qalina Borisovna tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. İş üzrə cavabdeh Çebotaryeva Qalina Borisovna yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2013-cü il tarixli, *-(**)-****/**** saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılması, ##.##.2013-cü il tarixli həmin məhkəmə qərarının ləğv edilməsi, iş üzrə X5 2013-cü ildə qaldırdığı inzibati iddianın təmin edilməsindən imtina edilməsi barədə yeni məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı çıxarıldıqdan sonra iş üçün həlledici əhəmiyyətə malik olan, 2013-cü ildə nə ərizəçiyə, nə də məhkəməyə məlum olmayan və məlum olması mümkün olmayan hallar etibarlı şəkildə aşkar edilmişdir, o cümlədən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (Nizami Rayon Polis İdarəsinin Pasport Qeydiyyatı Şöbəsi) rəsmi cavabı 2006-cı ildə Çebotaryov D.B.-nin mübahisəli yaşayış sahəsi üzrə qeydiyyata alınması üçün qanuni əsas olan sənədlərin mövcud olmadığını təsdiq edir; Nizami Rayon İcra Hakimiyyəti rəsmi sorğuya cavab olaraq 2013-cü ildə sosial kirayə müqaviləsinin yenidən rəsmiləşdirilməsinin qanuniliyini təsdiq edən heç bir sənəd təqdim etməmişdir, bu isə inzibati orqanın üzərinə düşən sübutetmə vəzifəsinin yerinə yetirilmədiyini göstərir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə mümkün sayılmamışdır. Ərizəçi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin mümkün sayılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun əsaslandırmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə bildirişi hakim tərəfindən ##.##.2026-cı il tarixdə (cümə günü) imzalanmışdır. 17 və 18 yanvar tarixləri isə istirahət günləri olmuşdur. Məhkəmə tərəfindən korrespondensiyanın qeydiyyata alınaraq poçt xidmətinə təqdim edilməsi azı 1-2 iş günü tələb edir. Odur ki, ##.##.2026-cı il tarixli məhkəmə iclası zamanı iş materiallarında mənim imzam və qəbul tarixi olan çatdırılma bildirişi mövcud olmamışdır. Məktub poçt şöbəsinə yalnız ##.##.2026-cı il tarixdə daxil olmuşdur ki, bu da zərfin üzərindəki poçt ştampı ilə təsdiq olunur. Odur ki, ərizəçi məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmədiyindən iş materialları ilə tanış olmaq, etirazlar təqdim etmək, sübutlar vermək, vəsatətlər qaldırmaq imkanından məhrum edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçilər apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *in(**)-****/**** nömrəli, ## #### 2013-cü il tarixli qərarı ilə iş üzrə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən ** nömrəli evin ** saylı mənzilinə dair mənzilkirayə müqaviləsinin iddiaçı İddiaçılə bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Çebotaryeva Qalina Borisovna ##.##.2024-cü ildə apellyasiya şikayəti verərək, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- ****/**** nömrəli, ## #### 2013-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh Çebotaryeva Qalina Borisovnaya apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə də müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır. Cavabdeh Çebotaryeva Qalina Borisovnaya kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Çebotaryeva Qalina Borisovna tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnziabti Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı yeni açılmış hallarla bağlı ərizəni İPM-nin 103.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ilə ötürməklə ##.##.2025-ci il tarixdə vermişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərardadının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-635/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-635/2026
09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver