Məhkəmə qərarları › İş №2-1(3-6)-637/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-637/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-637/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: X13 (sədrlik edən və məruzəçi), X18 və X9 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:

1. Iddiaçı İddiaçı ##.##.1965-ci il təvəllüdlüdür.

2. Т-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1985-ci il tarixdən ##.##.1986-cı il tarixədək iqtisadçı; ##.##.1986-cı il tarixdən ##.##.1987-ci il tarixədək mühasibatçı; ##.##.1989-cu il tarixdən ##.##.1991-ci il tarixədək iqtisadçı; ##.##.1991-ci il tarixdən ##.##.1991-ci il tarixədək mühasibatçı; ##.##.2001-ci il tarixdə Rentgen şöbəsinin tibbi qeydiyyatçısı təyin edilmiş, ##.##.2005-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və həmin şöbəyə sanitar vəzifəsinə təyin edilmişdir.

3. Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçının ümumi iş stajı 23 il 03 ay təşkil edir. Işlədiyi vəzifə “Rentgendiaqnostikada rentgen trubkalarının və trubkalı rentgen aparatının bilavasitə otaqların təmizliyi və dezinfeksiyalanmasını” təmin etməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 a bəndində müəyyən edilmiş sahənin və xüsusiyyətləri ilə eynidir.

4. Ionlaşdırıcı şüa mənbələrinin təsir əhatəsində işləyən heyətin fərdi dozimetrik nəzarətinin nəticələrinə dair ##.##.2024-cü il tarixli, *** nömrəli protokolundan görünür ki, iddiaçının adı həmin siyahıda yer almışdır.

5. Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “X2” publik hüquqi şəxs tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, ##.##.1965-ci il təvəllüdlü İddiaçı ##.##.2001-ci il tarixindən Şüa diaqnostika (şöbənin əvvəlki adı Rentgen) şöbəsinə tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmişdir. ##.##.2005-ci il tarixində isə Şüa diaqnostika şöbəsinə sanitar vəzifəsinə keçirilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. İddiaçı tutduğu vəzifə və gördüyü işlər insan sağlamlığına zərərli işlər kateqoriyasına daxildir, eləcə də onun gördüyü işlər güzəştli şərtlərlə pensiya hüququna imkan verir. Iddiaçının tutduğu vəzifə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-ixtisas sorğu kitabça”sının təsdiq edilməsi barədə ## #### 2017-ci il tarixli * saylı qərarına əsasən kiçik tibb heyətinə aiddir. onun Şüa diaqnostika şöbəsində ##.##.2024-cü il tarixinə olan əmək stajı 23 il 06 ay 08 gündür. Aylıq əmək haqqı 480,10 AZN təşkil edir. Onun əmək haqqına insan sağlamlığı üçün təhlükəli və ağır olan əmək şəraitinə görə 56,10 AZN məbləğində əlavə ödənilir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat:

6. Iddiaçı İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin ##.##.2024- cü il tarixli inzibati aktının qanunsuz hesab edilməsi və güzəştli şərtlərlə pensiya hüququnun təmin edilməsi barədə müraciətinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2001-ci il tarixdən ##.##.2005ci il tarixədək X2 X3 Rentgen şöbəsində tibbi qeydiyyatçı, ##.##.2005-ci il tarixdən hazıradək həmin rentgen şöbəsində sanitar qadın vəzifəsində çalışır. Xəstəxanada çalışdığı sosial sığorta və iş stajı 23 il 3 ay təşkil edir. Iddiaçı rentgen diaqnostika şöbəsində rentgen trubkalarının, trubkalı rentgen aparatlarının və bilavasitə otaqların təmizliyini təmin edir. Həmin vəzifədə zərərli işdə işlədiyinə görə hər ay 15% əlavə əmək haqqı alır, habelə hər 3 aydan bir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ X10 Sanitariya-gigiyena, fizikikimyəvi, toksikoloji və radioloji müayinələr üzrə laboratoriyasında ionlaşdırıcı şüa mənbələrinin təsiri əhatəsində işləyən heyətin fərdi dozimetrik nəzarətindən keçir. Insan sağlamlığı üçün zərərli işdə çalışdığı üçün və nəticə etibarı ilə güzəştli pensiya hüququna malik olduğuma görə onun tərəfindən cavabdehə müraciət olunaraq güzəştli şərtlərlə pensiya təyin olunması xahiş olunmuşdur

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi “X2” PHŞ-in arayışında ##.##.2001-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində Rentgen şöbəsində tibbi qeydiyyatçı, ##.##.2005-ci tarixdən bugünədək sözügedən şöbədə sanitar vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının arayışda istinad olunan, işlədiyi sahə və vəzifələr siyahıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. AR Nazirlər Kabinetinin ## ###### 2007- ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda xüsusilə diqqət çəkən məqamlardan digəri isə, Siyahıda göstərilən bir sıra yarımbəndlərdə “kiçik tibb işçisi” vəzifəsi ilə yanaşı, həm də “sanitar” vəzifəsinin qeyd olunmasıdır (Nümunə olaraq, sözügedən Siyahının 19-cu bölməsinin “ə” yarımbəndində vəzifə üzrə işin xüsusiyyətinin eyniliyindən asılı olaraq, pataloqoanatomik bölmələrdə, proyektorlarda, morqlarda kiçik tibb bacıları (sanitar işçiləri) birgə qeyd edilmişdir). Lakin rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları yarımbölməsinə münasibətdə xüsusi olaraq, sanitar vəzifəsi həmin yarımbəndə daxil edilməmişdir. Bu isə açıq formada göstərir ki, “sanitar və ya qeydiyyatçı” vəzifəsi, sözügedən yarımbənddə qeyd olunan “kiçik tibb bacısı” vəzifəsi ilə hər hansı uyğunluq təşkil etmir. Bundan başqa, “X2” PHŞ-a məxsus olan arayışın son hissəsində qeyd olunur ki, Rentgen şöbəsində tibbi qeydiyyatçı və sanitar vəzifələri sözügedən Siyahının “19-a” bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir. Yuxarıda qeyd olunan bənddə nəzərdə tutulan, “vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində fəaliyyət göstərən kiçik və orta tibb heyəti” ilə iddiaçının fəaliyyət göstərdiyi “sanitar və qeydiyyatçı” vəzifələrinin eyniliyi sual doğuran növbəti məqam hesab edilə bilər. Çünki, arayışda qeyd olunan vəzifə üzrə işin xüsusiyyətlərində sözügedən Siyahının “19-a” bəndi ilə hər hansı uyğunluq təşkil etmədiyi görünür.

9. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

10. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-ixtisas sorğu kitabça”sının təsdiq edilməsi barədə ## #### 2017-ci il tarixli * saylı Kollegiya qərarında sanitar qadın vəzifəsi kiçik tibb bacısı vəzifəsi ilə birlikdə kiçik tibb heyyəti vəzifəsinə aid edilmişdir. Qeyd olunan maddi normaların mənasından açıq və aydın şəkildə müəyyən olunur ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinin, ə) yarım bəndində qeyd olunanrentgen bölmələrində (kabinetlərində) məşğul olan şəxslərə aid tibb heyətinin tərkibinə daxil olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Həmçinin, ddiaçının işlədiyi Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “X2” publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, 2- ***/** saylı icmal məktubuna uyğun şəkildə tərtib edilmiş ##.##.2024-cü il tarixli, **-*-**/*-****/**** nömrəli məktubla iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun olduğunun bir daha təsdiq edir. Belə ki. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, 2- ***/** saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Buna görə də, iddiaçı tərəf olaraq hesab edirik Bakı Inzibati Məhkəməsi *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Hazırkı mübahisəyə dair məhəmə praktikası formalaşmış və məhkəmə təcrübəsində bu kimi iddia tələbləri əsaslı olduğundan təmin edilməmkdədir. Belə ki, iddia tələbimizlə bağlı oxşar eyni tələb üzrə BakıApellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ***/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv olunaraq iddiaçı X4 iddiası təmin edilmiş cavabdeh inzibati orqanın ## ####### 2020-ci il tarixli, *********** saylı imtinası qanunsuz hesab edilsin, X4 ##.##.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərarda Bakı Apellyasiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur:Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Hazırki mübahisə üzrə cavabdeh tərəfindən pensiyanın təyin edilməsindən imtina edilməsinə əsas olaraq iddiaçının ##.##.2001-ci il tarixdən bu günədək “xxxx” QSC-də işlədiyi tunel fəhləsi peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı göstərilmişdir. Göstərilənlərin nəzərə alınmasını, Bakı Inzibati Məhkəməsi *-*(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsinin hörmətləi məhkəmə kollegiyasında xahiş edir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş və iddia tələbi təmin olunmuşdur.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat:

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSINDƏ ICRAAT

Tərəflərin izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil1 iddia tələbinin və apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBIQ EDILƏN HÜQUQ

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; ... 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. ##.##.2022-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu (qüvvədən düşmüşdür):

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

69. Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tərixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

22. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

24. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. IPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir.

25. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Cavabdeh iddiaçının güzəştli iş stajının olmamasına istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsə də işə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Lakin kassasiya instansiyası məhkəməsinin mövqeyi fərqli olmuşdur.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 5.2-ci bəndinə əsasən # #### 2024 - ## #### 2025 dövrlər arasında qadınların pensiya yaş həddi 64 yaşdır.

28. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına görə güzəştli şərtlərlə yaşa görə pensiya təyini üçün yaş həddi 5 il azaldılmaqla təyin edilir. Iddiaçı da ##.##.1965-cü il təvəllüdlü olduğundan onun pensiya yaşı 59 yaşı kimi müəyyən olunur.

29. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 59y aşa çatması; 2) həmin vaxtadək 20 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın ** nömrəli ## ###### 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması.

30. Iş materiallarında olan hərbi biletdən görünür ki, ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1985-ci il tarixdən ##.##.1986-cı il tarixədək iqtisadçı; ##.##.1986-cı il tarixdən ##.##.1987-ci il tarixədək mühasibatçı; ##.##.1989cu il tarixdən ##.##.1991-ci il tarixədək iqtisadçı; ##.##.1991-ci il tarixdən ##.##.1991ci il tarixədək mühasibatçı; ##.##.2001-ci il tarixdə Rengen şöbəsinin tibbi qeydiyyatçısı təyin edilmiş, ##.##.2005-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və həmin şöbəyə sanitar vəzifəsinə təyin edilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçının 20 ildən artıq ümumi iş stajı mövcuddur.

31. Cavabdeh inzibati orqan hazırda iddiaçının ümumi iş stajını deyil, güzəştli iş stajını mübahisələndirir. Cavabdeh hesab edir ki, iddiaçının “X2” PHŞ-nin arayışında ##.##.2001-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində Rentgen şöbəsində tibbi qeydiyyatçı, ##.##.2005-ci tarixdən bugünədək sözügedən şöbədə sanitar vəzifələrində işlədiyi sahə və vəzifələr əmək şəraiti xüsusilə zərərli və ağır olan sahə və vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyil.

32. Iş materiallarında olan Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçının ümumi iş stajı 23 il 03 ay təşkil edir. Işlədiyi vəzifə “Rentqendiaqnostikada rentqen trubkalarının və trubkalı rentgen aparatının bilavasitə oraqların təmizliyi və dezinfeksiyalanmasını” təmin etməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 a bəndində müəyyən edilmiş sahənin və xüsusiyyətləri ilə eynidir. -Ionlaşdırıcı şüa mənbələrinin təsir əhatəsində işləyən heyətin fərdi dozimetrik nəzarətinin nəticələrinə dair ##.##.2024-cü il tarixli, *** nömrəli protokolundan görünür ki, iddiaçının adı həmin siyahıda yer almışdır.

33. Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “X2” publik hüquqi şəxs tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, ##.##.1965-ci il təvəllüdlü İddiaçı ##.##.2001-ci il tarixindən Şüa diaqnostika (şöbənin əvvəlki adı Rentqen) şöbəsinə tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmişdir. ##.##.2005-ci il tarixində isə Şüa diaqnostika şöbəsinə sanitar vəzifəsinə keçirilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. İddiaçı tutduğu vəzifə və gördüyü işlər insan sağlamlığına zərərli işlər kateqoriyasına daxildir, eləcə də onun gördüyü işlər güzəştli şərtlərlə pensiya hüququna imkan verir. İddiaçı tutduğu vəzifə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-ixtisas sorğu kitabça”sının təsdiq edilməsi barədə ## #### 2017-ci il tarixli * saylı qərarına əsasən kiçik tibb heyətinə aiddir. İddiaçı Şüa diaqnostika şöbəsində ##.##.2024-cü il tarixinə olan əmək stajı 23 il 06 ay 08 gündür. Aylıq əmək haqqı 480,10 AZN təşkil edir. Onun əmək haqqına insan sağlamlığı üçün təhlükəli və ağır olan əmək şəraitinə görə 56,10 AZN məbləğində əlavə ödənilir.

34. Işin ilkin apellyasiya baxışı zamanı müvafiq orqanlara sorğular verilmişdir. - ## ### 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Icbari Tibbi Sığorta X7 ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi X3 (TƏBIB) tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 7.1.12-ci bəndinin tələbinə əsasən müxtəlif profilli rentgen, radioloji və rentgen-radioloji şöbələrdə, laboratoriyalarda qruplarda və kabinetlərdə, rəhbər, həkim, orta və kiçik tibb heyəti (sanitar) vəzifələrində çalışan işçiləri ion şüalanması mühitində və ya radioaktiv maddələrlə daima işləyən mütəxəssislər sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə məruz qalan şəxslər hesab olunur, müqabilində vəzifə maaşının 15%-i miqdarında əlavə haqq ödənilməsi həyata keçirilir. - Həmin qurumun ## #### 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Mərkəzin Şüa diaqnostika şöbəsində sanitar qadın vəzifəsində çalışan iddiaçı digər şöbələrdə təmizlik işlərini həyata keçirmir. Göründüyü kimi, Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları vəzifəsində işləyən şəxslərin adları qeyd edilmişdir.

35. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, 2-1(102)-2926/2025 il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmə kollegiyası ilk öncə bildirir ki, iş materiallarında müəssisə tərəfindən verilmiş güzəştli arayışda iddiaçının güzəştli stajı ilə bağlı mübahisələndirilən hallara tam aydınlıq gətirilməmişdir. Xüsusilə də iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün istinad etdiyi və işlədiyi peşənin funksionallığının nədən ibarət olduğu, həmin vəzifədə işləməsinin “zərərli işdə çalışma” kimi qəbul edilməsinin mümkünlüyü, vəzifə təlimatı baxımından peşənin qiymətləndirilməsi üçün zəruri olan məlumatlar kifayət qədər toplanmamışdır. Bu isə məhkəmənin iş üzrə mühüm əhəmiyyət kəsb edən halları obyektiv və hərtərəfli araşdırmasına mane olmuşdur. Qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması ona dəlalət edir ki, işçinin əmək funksiyasının, yəni işçinin yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin güzəştli olub-olmamasını işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Zərərli əmək şəraitində işçinin işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir.

37. Bundan başqa, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tibb və sosial təminat müəssisələri bölməsində rentgenlaborantları, o cümlədən rentgen cərrahiyyəsi, angioqrafiya və flüroqrafiya kabinetlərinin, rentgen şöbələrinin (kabinetlərinin) orta tibb heyəti, həmçinin rentgen cərrahiyyəsi, angioqrafiya kabinetlərində daimi məşğul olan orta tibb heyəti və rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları vəzifələri nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının işlədiyi sanitar vəzifəsindən (peşəsindən) başqa tibbi qeydiyyatçı peşəsini onun siyahıda olmaması əsası ilə güzəştli staj illərinə ümumiyyətlə daxil etməmişdir. Apellyasiya instansiya məhkəməsinin icraatı zamanı isə mübahisələndirilən peşələrdən ancaq sanitar peşəsinin vəzifə öhdəlikləri əldə edilmiş və kiçik tibb bacısı ilə sanitar peşələri üzrə vəzifə öhdəlikləri müqayisəli şəkildə təhlil aparmış və “həm sanitar (və ya qeydiyyatçı), həm də kiçik tibb bacısı təhlükəli mühitdə işlədiklərinə görə güzəştli şərtlərlə əmək pensiyası ilə təmin edilmək hüquqlarına malik olması” nəticəsinə gəlmişdir. Beləliklə mübahisələndirilən qərarda tibbi qeydiyyatçı peşəsinə ümumiyyətlə qiymət verilməyərək tibbi qeydiyyatçı və sanitar peşələrinə sanki vahid peşə kimi yanaşmaqla bu peşələrin vəzifə öhdəlikləri eyni qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının tibbi qeydiyyatçı kimi ##.##.2001-##.##.2005-ci illərdə işləməsinə münasibətdə də vəzifə təlimatı baxımından vəzifə öhdəlikləri təhlil edilməklə həmin vəzifənin zərərli peşə sayılıb-sayılmamasına qiymət verilməlidir. Bundan başqa, mübahisələndirilən qərardan göründüyü kimi, cavabdehin apellyasiya şikayətinə qarşı etirazındakı dəlillərinin bəzilərinə ümumiyyətlə apellyasiya məhkəməsi tərəfindən qiymət verilməmişdir. Məsələn, həmin dəlillərindən biri kimi göstərilmişdir ki, güzəştli pensiya hüququ proyektorlarda, morqlarda və sair yerlərdə çalışan kiçik tibb bacıları ilə yanaşı, sanitar işçilərinə münasibətdə də tanınmış, lakin bu hüquq bütün rentgenologiya bölməsində çalışan işçilərdən kiçik tibb heyətinə şamil edilməyərək ancaq rentgen kabinetlərində işləyən və xəstələrə qulluq edən kiçik tibb bacılarına aid edilmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi bu dəlilə heç bir münasibət bildirməmişdir. Məhz bu hallar aydınlaşdırıldıqdan sonra iddiaçının mübahisəli dövrün güzəştli staj kimi sayılıb-sayılmaması məsələsinə düzgün qiymət verilə bilər.”

36. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan işin təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin adı çəkilən qərarında göstərilənlərlə bağlı “X2” X3ə sorğu məktubları göndərilmiş çalışdığı rentgen şöbəsində tibbi qeydiyyatçı və sanitar vəzifələri üzrə əmək funskiyalarının nələrdən ibarət olması, bundan əlavə iddiaçının öz əmək funksiyalarından kənar hər-hansı, xüsusi ilə rentgen şöbələrində (kabinetləri) işlər yerinə yetirib-yetirməməsi, yetirdiyi təqdirdə həmin işlərin nələrdən ibarət olması və əlavə olaraq Icbari Tibbi Sığorta X7 ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx” X3in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası”nın 7.1.12-ci bəndinin tələbinə əsasən müxtəlif profilli rentgen, radioloji və rentgen-radioloji şöbələrdə, laborotoriyalarda, qruplarda və kabinetlərdə rəhbər, həkim, orta və kiçik tibb heyəti (sanitar) vəzifələrində çalışan işçilərə ödənilməsi nəzərdə tutulan aylıq vəzifə maaşının 15% həcmində əlavə haqqın iddiaçıya ödənilib-ödənilməməsi barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi tələb olunmuşdur.

37. Həmin sorğuya cavab olaraq “X2” X3in ##.##.2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki, "X2" PHŞ-in Şüa diagnostika şöbəsində sanitar vəzifəsində çalışan İddiaçı ITSDA-in ##.##.2020-ci il tarixi ** nömrəli qərariı ilə təsdiq edilmiş "TƏBIB-n tabeliyində olan tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyin ödənilməsi qaydalarının 7.1.12-ci bəndinin tələblərinə əsasən ödənilməsi nəzərdə tutulan aylıq vəzifə maaşınin 15% həcmində olavə haqqinin ödənilməsi ilə maaş alır.

38. Həmin sorğuya cavab olaraq “X2” X3in ##.##.2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki, “X2” PHŞ-in Şüa diaqnostika şöbəsində sanitar vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirinin ## ######## 2012-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə” Təlimatına riayət olunmaqla əmək funksiyasını yerinə yetirir və Icbari Tibbi Sığorta X7 ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxxn” X3 tabeliyində olan tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydalarının 7.1.12-ci bəndinin tələblərinə əsasən ödənilməsi nəzərdə tutulan aylıq vəzifə maaşının 15% həcmində əlavə haqqının ödənilməsi ilə maaşın alır və əmək funksiyalarından kənar hər-hansı işlər yerinə yetirmir.

39. Həmin məktuba əlavə edilmiş tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatların əsasən Sanitar qadının və tibb qeydiyyatçısının vəzifə öhdəliklərinə daxildir: Sanitar qadının vəzifə öhdəlikləri: - Sanitar qadımn otaqları, dəhlizləri, pilləkənləri yığışdırır; - Mebelin, xalca materiallarının tozunu təmizləyir; - divarları, döşəmələri, pilləkənləri, pəncərələri əl ilə və ya maşın və aparatların köməyi ilə supurur və yuyur; - Zibil və tullantıları yığır və müəyyən olunmuş yerə çatdırır; - Duşxana, qarderob və digər umumi istifadə yerlərində təmizlik və dezinfeksiya işlərini aparır; - Yuyucu və dezinfeksiyaedici məhlulları hazırlayır; - Yuyucu vasitələri, inventarları və silgi materiallarını əldə edir; - Yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət edir. Tibb qeydiyyatçısının vəzifə öhdəlikləri: - Qeydiyyatcı tibbi xidmətlər göstərilməsi ucun tibb təşkilatına müraciət etmiş xəstələrin qeydiyyatını aparır; - Əmək qabiliyyətsizliyi vərəqələrinin rəsmiləşdirilməsində və qeydiyyata alınmasında iştirak edir.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir.

42. X2 PHŞ-nin iddiaçıya təqdim etdiyi güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda iddiaçının işlədiyi sanitar və tibbi qeydiyyatçı vəzifəsinin AR NK-nın ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinə uyğun olduğu göstərilsə də, konkret hansı yarımbənddəki peşəyə uyğunluğu dəqiq göstərilməmişdir.

43. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020ci il tarixli, 2- ***/** saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

44. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## #### 2017-ci il tarixi, * №-li Qərarı ilə təsdiq olunmuş Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-X6 sanitar qadın (sanitar) vəzifəsi kiçik tibb heyətinə aiddir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 19-cu bölmədə nəzərdə tutulan Tibb və sosial təminat müəssisələri bölməsində yalnız müəyyən tibb bölmələrində, o cümlədən vərəm və infeksion xəstəxanalarında, leprozoriyalarda, psixiatrik və onkoloji bölmələrdə işləyən kiçik tibb heyətinin bu hüquqdan yararlanması nəzərdə tutulmuşdur. Bu zaman, kiçik tibb işçilərinin kateqoriyasına daxil olan əməkdaşların hansı fəaliyyətin icra etməsinin müəyyən edilməsi mühüm rol oynayır ki, bunun müəyyən edilməsi “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-X6” əsasında həyata keçirilir. Istinad olunan Siyahının 19-cu bölməsindəki Tibb və sosial təminat müəssisələri bölməsində aşağıda göstərilən vəzifələr güzəştli şərtlərlə pensiya hüququna təminat verir: a) vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində orta tibb heyəti; kiçik tibb heyəti b) leprozoriyalarda: orta tibb heyəti; kiçik tibb heyəti c) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində: orta tibb heyəti; kiçik tibb heyəti ç) sosial təminat sisteminin psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərində: orta tibb heyəti; kiçik tibb heyəti d) işlənmiş duz şaxtalarında yerləşən yeraltı xəstəxanalarda: həkimlər, orta və kiçik tibb heyati; xəstəxanaların şaxtalarını normal vəziyyətdə saxlamaq üçün yer altında daim işləyən fəhlələr e) yanıq və irin bölmələrində: həkimlər, orta və kiçik tibb heyəti ə) onkoloji müəssisələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində: həkimlər, orta və kiçik tibb heyəti; uşaq onkoloji bölmələrində orta tibb heyəti; iş yerində radioaktiv maddələrin aktivliyi 226 radiy 0,1 milliküridən az olmamaqla və ya radioaktiv maddələrin miqdarı radiozəhərliliyi üzrə on ekvivalent olan işlərdə daim və bilavasitə işləyən tibb müəssisələrinin işçiləri; pataloqoanatomik bölmələrdə, proyektorlarda, morqlarda kiçik tibb bacıları (sanitar işçiləri); rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları; xidməti vəzifələri yerinə yetirərkən, QIÇS virusuna tutulmuş tibb və əczaçılıq işçiləri Nəzərə alınmalıdır ki, sanitar (qadın) əmək funksiyası müəyyən prinsip əsasında xarakterizə olunmuşdur ki onlar müəssisənin sanitar-gigiyena rejiminə uyğun olaraq otaqlarda və dəhlizlərdə təmizlik işlərini yerinə yetirir. Dərman, alət və avadanlıq alınarkən onların şöbəyə daşınması üçün böyük tibb bacısına (qardaşına) köməklik göstərir. Təsərrüfat bacısından yataq dəstlərini, təsərrüfat inventarını və yuyucu vasitələri alır və onların düzgün saxlanılmasını və istifadə olunmasını təmin edir. Hər yemək qəbulundan sonra yataq xəstələrinin çarpayıyanı stollarını yığışdırır. Palata tibb bacısının (qardaşının) göstərişi ilə xəstələri müalicə-diaqnostika kabinetlərinə müşayiət edir. Kuryer funksiyasını yerinə yetirir, tibb müəssisələrində əczaçılıqda istifadə olunan qabları yuyur. Qızdırıcı, su təchizatı, kanalizasiya sistemlərində və elektrik cihazlarında olan nasazlıqlar barədə təsərrüfat bacısına (qardaşına) xəbər verir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi sanitar vəzifəsi faktiki olaraq kiçik tibb heyətinə aid olsa da, qanunverici yalnız rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacılarına güzəştli şərtlərlə pensiya hüququ verir.

47. Işin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Sanitar qadının və tibb qeydiyyatçısının vəzifə öhdəliklərinə otaqların, dəhlizlərin, pilləkənlərin yığışdırılması, mebelin, xalca materiallarının tozunun təmizlənməsi, divarların, döşəmələrin, pilləkənlərin, pəncərələrin əl ilə və ya maşın və aparatların köməyi ilə süpürülməsi və yuyulması, zibil və tullantıların yığılamsı və müəyyən olunmuş yerə çatdırılması, duşxana, qarderob və digər ümumi istifadə yerlərində təmizlik və dezinfeksiya işlərinin aparılması, yuyucu və dezinfeksiyaedici məhlulların hazırlanması, yuyucu vasitələrin, inventarların və silgi materiallarının əldə edilməsi, yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət edilməsi, tibb təşkilatına müraciət etmiş xəstələrin qeydiyyatının aparılması və əmək qabiliyyətsizliyi vərəqələrinin rəsmiləşdirilməsində və qeydiyyata alınmasında iştirak edilməsi daxildir.

48. Beləliklə, müəyyən olunur ki, iddiaçının konkret vəzifəsi rentgenologiya bölməsində sanitar kimi qeydə alınmışdır və onun fəaliyyət sahəsi, əmək funksiyası və iş yeri qeyd olunan siyahıda əksini tapmamışdır.

49. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı kiçik tibb bacısı olmamaqla yanaşı, onun vəzifələrində (əmək funksiyalarında) xəstələrə qulluq etmək nəzərdə tutulmadığından həmin vəzifə ona güzəştli şərtlərlə pensiya hüququ vermir. 50 Beləliklə, iddiaçının tələb olunan güzəştli əmək stajı olmadığından cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozulmamışdır.

51. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır.

52. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

53. Hazırki vəziyyətdə iddiaçı onun istədiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir.

54. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar