Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-640/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əmək pensiyasının yenidən hesablanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Səyəvuş qızının və mütəxəssis X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya ##.##.2002-ci il tarixində güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı cavabdeh DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması tələbi ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ##.##.2017-ci il tarixli, 2-1(81)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2018-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında ##.##.2024-cü il tarixli qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 3253,68 manat, hesablamadan sonra 3728,56 manat məbləğində müəyyən olunmuşdur.
5. Cavabdehin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ##.##.2002-ci il tarixdə xidmət illərinə görə pensiya təyin edilmişdir. Mərkəzi Filiala təqdim edilmiş ##.##.2017ci il tarixli ZE-***** nömrəli yeni məlumat vərəqinə əsasən iddiaçı ##.##.2017-ci il tarixdən hərbi xidmətdən tərxis olunduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən onun əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı əmək pensiyasının fərdi şəxsi hesabında toplanmış pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün ##.##.2022-ci il tarixdə Mərkəzi Filiala yenidən müraciət etmişdir. O, ##.##.2017-ci il tarixdən etibarən əmək fəaliyyətini davam etdirdiyindən müraciət etdiyi ##.##.2022-ci il tarixinə əmək pensiyaçısı kimi 6 il və daha çox işləmədiyinə görə, yaxud işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının həmin tarixdən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İddiaçının Mərkəzi Filiala müraciət etdiyi # ###### 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı 34198,20 manat təşkil etmişdir. Həmin 34198,20 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (34198,20:72 ay (144 ay – 72 ay) = 474,98 manat) həmin tarixədək mövcud olmuş pensiyanın (3253,58 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 3728,56 (3253,58+474,98) manat məbləğində hesablanmışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sığorta hesabında ##.##.2006-cı il tarixdən ##.##.2014-cü il tarixədək olan müddət ərzində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ##.##.2002-ci il tarixdən hərbi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası iddiaçıya AR Əmək və ƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Pensiya təyin olunduqdan sonra iddiaçı 6 ildən çox işləmişdir və hazırda da işləyir (2004-ci ilin may ayından bu günə qədər əmək fəaliyyəti ilə məşğuldur). İddiaçı cavabdehə ərizə ilə müraciət edərək pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində fərdi hesabında qeydə alınmış qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciətinə ##.##.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab etmişdir.
8. Cavabdeh ##.##.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli 3-17- 1/2- Ə*****/**** nömrəli cavab məktubu ilə əmək pensiyasının yenidən hesablandığı qeyd olunmuşdur. İddiaçının əmək pensiyası ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarla qulluq stajına görə əmək pensiyasına əlavə artım qədər azaldılmamaqla yenidən hesablanmışdır. Nəticə etibarilə, qanunvericilik normalarının tələlərinə əsasən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
9. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2006-cı il tarixdən ##.##.2014-cü ilədək olan dövrdə fərdi hesabında toplanmış pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə 2006-cı il tarixdən sonra fərdi hesabında toplanan (yenidən hərbi xidmətə qayıtdığı 2014-cü il tarixədək) 54356,62 manat məbləğində pensiya kapitalı əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmamışdır. Faktiki olaraq sığortaolunanın hesabından çıxarışından iddiaçı İddiaçı 2006- 2014-cü illərdə işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi (54356,62 manat) işin mübahisəsiz halıdır. İddiaçıya aid pensiya işindən görünür ki, iddiaçının əmək pensiyası ilk dəfə 2017-ci il tarixdə yenidən hesablanmışdır. Cavabdeh pensiyanın yenidən hesablanması zamanı 2006-2014-cü illər tarixində toplanmış pensiya kapitalının nəzərə alındığını sübut edə bilməmişdir. Belə ki, iddiaçıya ilk dəfə əmək pensiyası 2002-ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra məlumat vərəqəsinə əsasən təyin edilmişdir. Növbəti dəfə əmək pensiyası 2014-2017-ci illərdə hərbi xidmətdən növbəti dəfə tərxis olunduqdan sonra yenilənmiş məlumat vərəqinə (sonuncu təminat xərcliyinə) əsasən əmək pensiyası (ancaq xidmət dövrü nəzərə alınmaqla) yenidən hesablanmış və bu zaman (sonuncu təminat xərcliyinə əsasən) məhz hərbi xidmət dövrü (məlumat vərəqi) nəzərə alınmışdır. Qeyd edilən dövrdə və sonrakı illər üzrə pensiyanın və pensiya kapitalının məhz istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsi aparılmışdır (toplanmış pensiya kapitalı nəzərə alınmamışdır). Növbəti dəfə iddiaçının əmək pensiyası hərbi xidmətdən ikinci dəfə tərxis olunduqdan sonra (2017- ci ildən) əmək fəaliyyətinə davam etdirməsi ilə əlaqədar # ###### 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış 34198,20 manat pensiya sığorta kapitalına əsasən yenidən hesablanmışdır. Odur ki, iddiaçının həmin dövr ərzində (2006-2014-cü illər) topladığı pensiya kapitalının əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması hüququ mövcuddur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat b) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # #### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
ç) Kassasiya instansiya məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 0# #### 2025ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, “....25. Belə ki, işin hallarından görünür ki, iddiaçıya ilk dəfə əmək pensiyası ##.##.2002-ci ildə təyin edilmişdir. Lakin iş materiallarından həmin pensiyanın təyin edilməsi, pensiya məbləğinin hesablanması zamanı nəzərə alınan məbləğlər və təyin edilmiş pensiya məbləği müəyyən edilmir. Eləcə də, iddiaçının mübahisələndirdiyi 2002- 2014-cü illərdə harada işləməsi, konkret olaraq həmin dövrdə hansı məbləğdə pensiya kapitalını toplaması barədə məlumatlar iş materiallarında mövcud deyil.... 27. Belə ki, işin hazırkı materialları ilə müəyyən edilir ki, iddiaçıya hərbi qulluqçu kimi ##.##.2002ci ildən əmək pensiyası təyin edildikdən sonra o, əmək fəaliyyətinə davam etmiş (2002-2014-cü illərdə hansı qurumda işləməsi iş materiallarından müəyyən edilmir), 2014-2017-ci illərdə isə yenidən hərbi qulluqçu kimi işləmiş və ##.##.2017-ci ildə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı bundan sonra da əmək fəaliyyətini davam etdirmişdir.... 28. Məhkəmə kollegiyası yuxarıda göstərilən işin hallarına istinadən qeyd edir ki, iddiaçının ##.##.2017-ci ildə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından bir gün sonra ##.##.2017-ci ildən “Əmək pensiyaları haqqında” Qanunda köklü dəyişikliklər edilmiş və qanunvericiliyə əmək pensiyaları ilə bağlı yeni tənzimləmələr gətirilmişdir. Eləcə də, iddiaçıya 2017-ci ildən sonra yeni məlumat vərəqi əsasında əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) məhkəmə qərarı (* saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı) əsasında aparılmışdır. 29. Buna baxmayaraq, iş materiallarında iddiaçıya 2017-ci ildən əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) zamanı 2002-2014-cü illər üzrə toplanmış pensiya kapitalının nəzərə alınıb-alınmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır....”
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarında yuxarıda qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müvafiq olaraq göndərilmiş sorğulara cavab iddiaçının pensiya işi və məlumat vərəqəsi məhkəməyə təqdim olunmuşdur.
18. Həmin sənədlərdən müəyyən olunmuşdur ki: -iddiaçı ##.##.2002-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqına Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ##.##.2002-ci il tarixində ona xidmət illərinə görə pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2014-cü il tarixli *** nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 1998-ci il tarixli **** nömrəli şəxsi heyət üzrə əmri (R İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamına keçirilməsi) və Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 1998-ci il tarixli, **** nömrəli şəxsi heyət üzrə əmri (Müdafiə nazirinin sərəncamında “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktika Kafedrasının rəisi təyin olunması barədə) ləğv olunmuş, xidməti zərurətlə əlaqədar olaraq, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini vəzifəsinin icraçısı R İddiaçı xidmət mənafeyi naminə (səhhətinə görə) ##.##.1998-ci il tarixdən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktika Kafedrasının Rəisi təyin olunmuş hesab edilmişdir. -Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində ##.##.2014-cü il tarixli ***** nömrəli məlumat vərəqəsi tərtib edilərək iddiaçının vəzifəsi (tarif dərəcəsi) Baş Qərargah Rəisinin Birinci müavini vəzifəsinin icraçısı qeyd edilməklə, təminat xərcliyi həmin vəzifə maaşına müvafiq olaraq hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş və iddiaçının əmək pensiyası həmin məlumat vərəqəsinə əsasən yenidən hesablanmışdır.
19. Həmçinin, pensiya işindən aşağıdakılar müəyyən olunmuşdur: –İddiaçıya ilk dəfə ##.##.2002-ci ildə pensiya təyin olunub, məbləği- 405,18 manat, –Yenidən hesablanıb-##.##.2008-ci ildə, məbləği-644,10 manat, –Yenidən hesablanıb-##.##.2014-cü ildə, məbləği-1457,75 manat (##.##.2010- ##.##.2014-cü illər də nəzərə alınmaqla) -##.##.2017-ci il tarixli ZE-***** nömrəli yeni məlumat vərəqinə əsasən iddiaçı ##.##.2017-ci il tarixdən hərbi xidmətdən tərxis olunduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən onun əmək pensiyası yenidən hesablanmışdır. –Yenidən hesablanıb-##.##.2024-cü ildə, məbləği-3728,56 manat
20. Təkrar apellyasiya baxışı zamanı həmçinin məhkəməyə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı təqdim olunmuşdur.
21. Həmin Qərardan müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ##.##.2002-ci il tarixdə ehtiyata buraxılarkən təyin edilmiş əmək pensiyası ilə 2014-cü il tarixdə təyin edilmiş əmək pensiyası arasındakı fərqin ##.##.2002-ci il tarixdən ##.##.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya ##.##.2002-ci il tarixdə ehtiyata buraxılarkən təyin edilmiş əmək pensiyası ilə 2014-cü il tarixdə təyin edilmiş əmək pensiyası arasındakı ödənilməmiş pensiya məbləği fərqinin ##.##.2007-ci il tarixdən ##.##.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
23. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci 03 iyun tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam şəkildə təmin olunmamasını xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməsi, iş üzrə iddianın təmin olunmuş hissəsində yeni qərar qəbul edilməsi, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya ##.##.2002- ci il tarixdə ehtiyata buraxılarkən təyin edilmiş əmək pensiyası ilə 2014-cü il tarixdə təyin edilmiş əmək pensiyası arasındakı ödənilməmiş pensiya fərqinin ##.##.2007-ci il tarixdən ##.##.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində iddia tələbi təmin olunmaması qərara alınmışdır.
27. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi iddiaçıya ##.##.2002-ci il tarixdə ehtiyata buraxılarkən təyin edilmiş əmək pensiyası ilə 2014-cü il tarixdə təyin edilmiş əmək pensiyası arasındakı fərqin ##.##.2002-ci il tarixdən ##.##.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə olmuşdur.
28. Hazırkı iş üzrə iddiaçının nail olmaq istədiyi məqsəd fərdi sığorta hesabında ##.##.2006-cı il tarixdən ##.##.2014-cü il tarixədək olan müddət ərzində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasıdır.
29. Odur ki, məhkəmə Kollegiyası hazırkı mübahisəyə mahiyyəti üzrə baxılmalı olması qənaətinə gəlmişdir.
ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
d) Apellyasiya şikayətinin dəlilləri
30. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki şikayətdə olduğu kimi iddiaya dair yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır.
e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz təqdim edilmişdir. ə) Prosses iştirakçılarının izahatları
32. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
33. Məhkəmə Kollegiyasının iclasında cavabdehin mütəxəssisi bildirmişdir ki, iddiaçı 2017ci ildə tərxis olunmuşdur ki, sığorta kapitalı və sonuncu vəzifə maaşı əsasında pensiya yenidən hesablanmışdır.Sonrakı dövrlərdə müraciəti olub, “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əsasən 6 ili tamam olmadığından 2023-cü ildə hesablanmayıb.Lakin 2024-cü ildə 6 ili tamam olduğundan iddiaçının pensiyası yenidən hesablanıb.İddiaçının işləməyi ilə bağlı hər il, o cümlədən 2010-2013-cü illər artımlar olub pensiyada.
34. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il ######ın #-dən tez olmamaqla bu Qanunun 32.1-1- ci maddəsinə uyğun ödənilir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1- 1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” ##.##.2020-ci il tarixli, **/**** nömrəli Qərardadı
37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020- ci il və ## ####### 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixl qərarı
38. “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarı
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya şikayətində cavabdeh tərəfindən qərar bütövlükdə mübahisələndirildiyindən Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı tam olaraq yoxlanılır.
41. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
43. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin hallarından görünür ki, iddiaçının tələbi 2006-2014-cü illərdə işlədiyi müddətdə topladığı pensiya kapitalının əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmaması ilə bağlıdır.
44. Cavabdehin məhkəmələrə ünvanlandığı məktublarda isə qeyd edilir ki, cavabdeh iddiaçının # ###### 2024-cü il tarixində etdiyi müraciətə əsasən onun əmək pensiyasını yenidən hesablamış və bu zaman pensiya kapitalı nəzərə alınmışdır. Təkrar apellyasiya baxışı zamanı işin hallarından o da müəyyən olunmuşdur ki, -
45. iddiaçı ##.##.2002-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqına Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ##.##.2002-ci il tarixində ona xidmət illərinə görə pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2014-cü il tarixli *** nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 1998-ci il tarixli **** nömrəli şəxsi heyət üzrə əmri (R İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamına keçirilməsi) və Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 1998-ci il tarixli, **** nömrəli şəxsi heyət üzrə əmri (Müdafiə nazirinin sərəncamında “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktika Kafedrasının rəisi təyin olunması barədə) ləğv olunmuş, xidməti zərurətlə əlaqədar olaraq, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini vəzifəsinin icraçısı R İddiaçı xidmət mənafeyi naminə (səhhətinə görə) ##.##.1998-ci il tarixdən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktika Kafedrasının Rəisi təyin olunmuş hesab edilmişdir. -Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində ##.##.2014-cü il tarixli ***** nömrəli məlumat vərəqəsi tərtib edilərək iddiaçının vəzifəsi (tarif dərəcəsi) Baş Qərargah Rəisinin Birinci müavini vəzifəsinin icraçısı qeyd edilməklə, təminat xərcliyi həmin vəzifə maaşına müvafiq olaraq hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş və iddiaçının əmək pensiyası həmin məlumat vərəqəsinə əsasən yenidən hesablanmışdır. -Həmçinin, ##.##.2017-ci il tarixli ZE-***** nömrəli yeni məlumat vərəqinə əsasən iddiaçı ##.##.2017-ci il tarixdən hərbi xidmətdən tərxis olunduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən onun əmək pensiyası yenidən hesablanmışdır.
46. Həmçinin, pensiya işindən aşağıdakılar müəyyən olunmuşdur: –İddiaçıya ilk dəfə ##.##.2002-ci ildə pensiya təyin olunub, məbləği- 405,18 manat, –Yenidən hesablanıb-##.##.2008-ci ildə, məbləği-644,10 manat, –Yenidən hesablanıb-##.##.2014-cü ildə, məbləği-1457,75 manat (##.##.2010- ##.##.2014-cü illər də nəzərə alınmaqla) –Yenidən hesablanıb-##.##.2024-cü ildə, məbləği-3728,56 manat
47. İddiaçı “Azərbaycan Həvəskarlar Futbol Federasiyası” İctimai Birliyində birliyin prezidenti olmasını bildirsə də, iş materiallarından görünür ki, birlik qeyri-kommersiya təşkilatı olmaqla iddiaçı könülü əsaslarla fəaliyyət göstərmişdir.
48. Beləliklə, işin araşdırılmış faktiki hallarına münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, yuxarıda göstərilən müvafiq dövrlər üzrə iddiaçının əmək pensiyası yenidən hesablanmış və bu zaman pensiya kapitalı nəzərə alınmışdır.
49. İşin faktiki hallarına tətbiq edilən hüquq normalarına münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının nail olmaq istədiyi məqsəd fərdi sığorta hesabında ##.##.2006-cı il tarixdən ##.##.2014-cü il tarixədək olan müddət ərzində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsidir.
50. Beləliklə, iddiaçının tələbi pensiyanın təyin edilməsi ilə bağlı deyil, təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədardır. Bu zaman, şəxsə yenidən hesablanmış pensiya məbləğinin əvvəlki hansı dövrlər üzrə ödənilməsi məsələsinə məhz, pensiyanın yenidən hesablanması zamanı əvvəlki dövrlər üzrə ödəməni müəyyən edən normanın tələbinə əsasən qiymət verilməlidir.
51. Bu halda, iddiaçının tələbi üzrə tətbiq edilməli olan norma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il və ## #### 2022- ci il tarixli qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsidir. Məhz həmin norma pensiyanın yenidən hesablanması tələbinə münasibətdə əvvəlki dövrlər üzrə 3 illik ödəmə məhdudiyyəti nəzərdə tutmuş və ##.##.2019-cu il tarixdən qüvvəyə minmişdir.
52. Odur ki, iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı ##.##.2019-cu il tarixindən sonra cavabdehə müraciət etdiyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il və ## #### 2022-ci il tarixli qərarlarında da vurğulandığı kimi, Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmaqla ödənilməlidir
53. Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ # #### 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir.
54. Həmin Qanuna ## ###### 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2ci maddə isə inzibati orqana 2019-cu il ######ın #-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir.
55. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il ######ın #-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Müvafiq olaraq Qanunun 32.1-1-ci maddəsinin tələbləri, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti 2019-cu il ######ın #-dən sonra əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara şamil edilir. Ona görə də, məhkəməl iddianı təmin etməkdə haqlı olmamışlar.
56. İşin hallarından göründüyü kimi, iddiaçı ##.##.2019-cu il tarixdən sonra (yəni ##.##.2023-cü il tarixdə) müvafiq inzibati orqana müraciət etdiyindən, habelə əvvəllər müraciətinin olması barədə iş materiallarında heç bir sübut olmadığından, iddiaçıya münasibətdə pensiyanın yenidən hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanuna ##.##.2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilməlidir.
57. Məhkəmə Kollegiyası vurğulayır ki, tələb olunan ##.##.2006-cı il tarixdən ##.##.2014cü il tarixədək olan dövr Mərkəzi Filiala müraciət edilən ##.##.2023-cü il tarixdən qanunvericiliklə müəyyən edilmiş 3 il müddətdən daha çox dövrü əhatə edir.
58. Həmçinin qeyd edilməlidir ki, qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinin tələbinə əsasən, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Göründüyü kimi, sözügedən norma təyin edilmiş pensiya üzrə ödənilməli olan məbləğlərin pensiya təyin edən orqanın təqsiri üzündən vaxtında pensiyaçıya ödənilmədiyi hallarda, həmin məbləğlərin keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməli olduğunu təsbit edir. Hazırkı iş üzrə isə tərəflər ödəmənin aparılmalı olduğu dövr və məbləğlərlə bağlı mübahisə edirlər. Daha dəqiq desək, iş üzrə pensiyanın təyin edilməsi ilə bağlı pensiya təyin edən orqanlar tərəfindən hər hansı təqsirin olması müəyyən olunmur.
59. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında məhkəmə anoloji mövqedən çıxış etmişdir.
60. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv olunaraq iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.