Məhkəmə qərarları › İş №2-1(3-6)-656/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-656/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-656/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı1 cavabdeh Bakı şəhər Nizami rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “qeydiyyata götürülmə”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X15 və X12 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı iddiaçı1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin ##.##.2025-ci il tarixli *-**-**/*-Ş*****/Y nömrəli məktubunda qeyd edilmişdir ki, göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri üzrə və olduğu yer uzrə qeydiyyat haqqında “Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş sənədini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakin dövlət reyesterindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud AR qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və mülkiyyət sahibinin razılıq ərizəsini QMB-nə təqdim edilməlidir. Göstərilən sənədlər olmadıqda qeydiyyata alınma mümkün deyildir.

2. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli “iddiaçı X3 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər iddiaçı1, X6, iddiaçı2 və X7 cəlb olunmaqla) mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbi üzrə ##.##.2023-cü il tarixli Qərarı ilə iddianın təmin edilməsi üçüncü şəxslər iddiaçı1, X6, iddiaçı2 və X7 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

3. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı “iddiaçı iddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi” tələbi üzrə ##.##.2024-cü il tarixli Qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı, 16 yanvar 2025-cü il tarixli Qərarı ilə iddiaçı iddiaçı1 apellyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli Qərarı ilə iddiaçı iddiaçı1 kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı, 16 yanvar 2025-cü il tarixli Qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

6. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Nizami Rayon Polis İdarəsinə qarşı “iddiaçıların ünvan 3 ünvana qeydiyyata götürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddiaçı1 1989-cu ildən Bakı Maşınqayırma Zavodunda ilkin “Çilingər”, daha sonra Körpülü Kran sürücüsü” vəzifəsində işləmiş, 1992-cu ildə ailə qurmuş, o zaman Bakı Keşlə Maşınqayırma Zavodun ailəli işçilər üçün müəyyən edilmiş yataqxanasının *** saylı mənzili iddiaçının ailəsinə Orderlə verilmişdir. İddiaçı ailəsi ilə birlikdə 2002-ci ilə kimi həmin mənzildə yaşamış və 2002-ci ildə övladının xəstəliyi ilə əlaqədar Lerik rayonuna 10 günlük getmişdir. Geri məlum olmuşdur ki, ona məxsus mənzil Zəngilan rayonundan məcburi köçkün İsmayılov Ruslan İsa oğlu və onun ailəsi tərəfindən zəbt olunduğunu görmüşdür. O zaman iddiaçı bu barədə yataqxanın və zavodun rəhbərliyinə müraciət edərək mənzili boşaldılmasına köməklik edilməsini xahiş etmişdir. Zavodun rəhbərliyi onu sakitləşdirmiş və tezliklə onları çıxaracağını bildirsələrdə, lakin çıxarmamışlar. Belə ki, həmin vaxtı ona bildirmişlər ki, “Məcburi qaçqın və köçkünlərin yaşadıqları mənzildən, onların geri qayıdana kimi çıxarılmaması barədə” Fərmanına əsas gətirərək onları çıxarmaq mümkün olmamışdır. Lakin buna baxmayaraq müxtəlif instansiyalara müraciət edərək ona köməklik edilməsini xahiş etsə də nəticəsi olmamışdır. İddiaçının qeydiyyatı həmin evə olduğu üçün daimi, həmin yataqxanaya gəlib getmiş, arayışlar almış, evin kommunal xərclərini ödəmiş və hər dəfə mənzilin nə vaxt boşaldılacağını soruşmuşdur. İddiaçı ailəsi ilə birlikdə artıq 20 ildən çoxdur kirayədə yaşayırlar. 2015-ci ildə bədbəxt hadisə zamanı iddiaçı1 ağır kəllə beyin xəsarətləri almış və uzun müddət yataq xəstəsi olmuşdur. O zaman iddiaçı mənzilini özbaşnalıqla zəbt edən Ruslan İsa oğlunu çıxarılması ilə məşğul ola bilməmişdir. Bina Birliyin balansına verildikdən sonra inventarizasiya aparılmış və binanın 4-cü mərtəbəsində *** saylı otaq ** saylı, binanın 5- ci mərtəbəsindəki *** saylı mənzil *** saylı nömrə ilə nömrələnmişdir”. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-13944/2023 sayh ##.##.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “ məhkəmə sorğusna cavab olaraq * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məktubunda görünür ki, iddiaçı1 1989-cu ildən Keşlə Maşınqayırma zavodunda işləmiş və həmin məssisə tərəindən ona Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi ** saylı binada otaq verildikdən sonra qeydiyyata düşmüşdür. 2002-ci ildə övladının xəstəliyi ilə əlaqədar Lerik rayonuna getdiyi zaman onun mənzilində Zəngilan rayonu məcburi köçkün İsamyılov Ruslan İsa oğlu ailəsi ilə birlikdə məskunlaşmışdır. Maşınqayırma zavodunda işlədiyi dövrdə order əsasında qeydiyyata düşmüş iddiaçı1 Ümudəli oğlu Özbəkistan küçəsi ** saylı bina Birliyin balansına 31.03.20027-ci ildən qəbul edildiyi vaxtdan orderdə göstərilən mənzildə yaşamamışdır. Bina Birliyin balansına verildikdən sonra inventarizasiya aparılmış və binanın 4-cü mərtəbəsində *** saylı otaq ** saylı binanın 5- ci mərtəbəsindəki *** saylı mənzil *** saylı nömrə ilə nömrələnmişdir”. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 3869/2024-saylı ##.##.2024-cü il tarixli Qərarının 8-ci səhifəsində göstərilmişdir ki,“ işin hallarından müəyyən olunur ki, iddiaçı iddiaçı1 ##.##.1989- ##.##.2000-ci illərdə Bakı Keşlə Maşınqayırma Zavodunda işləmiş və ona işlədiyi dövrdə Bakı Keşlə Maşınqayırma Zavodunun balansında olan ünvan 1 ünvanında yerləşən yataqxana binasında , 4-cü mərtəbəsində *** saylı mənzil 3 nəfər ailə tərkibində yaşaması üçün verilmişdir. iddiaçı1 ##.##.2004-cü il tarixdən, X5, iddiaçı2 ##.##.2011-ci il tarixində Bakı şəhəri Nizami rayonu Özbəkistan küçəsi ** saylı evin *** saylı mənzilində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İşin hallarından müəyyən olunur ki, yataqxana binası dövlət mənzil fonduna aid edildikdən və cavabdehin balansına qəbul edildikdən sonra balansaxlayıcı tərəfindən aparılmış inventarizasiya zamanı sıralama ardıcıllığına uyğun olaraq binanı 4-cü mərtəbəsində yerləşən *** saylı otaq 69 sayla, 5-ci mərtəbəsində yerləşən *** saylı otaq 105 sayla nömrələnmişdir.” ** saylı Mənzil Kommunal İstismarı Sahəsinin ##.##.2025-ci il tarixli *** saylı Arayışında göstərilmişdir ki, “verilir iddiaçı1 ondan ötrü ki, həqiqətəndə əvvəllər qeydiyyatda olduğu Özbəkistan küçəsi ev 21 otaq 105 sayh otaq Bakı şəhəri MKTD-nin * saylı XT MKTB-nin balansına qəbul edildikdə aparılmış inventarizasiya zamanı sıralama ardıcıllığına uyğun olaraq ** saylı nömrələnmişdir. Bina balansa qəbul edildikdən halhazıra kimi həmin otaqda Zəngilzn rayonundan məcburi köçkün kimi 4 nəfər ailə üzvləri ilə (özü , avadı və iki uşağı) İsmayılov Rusalan İsa oğlu yaşayır. Həmin 69 sayh otağa aid heç bir sərəncam və ya başqa bir sənəd yoxdur. ” Bununla əlaqədar iddiaçının Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciətinə bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin ##.##.2025-cü il 3-15-52/2-Ş22662/15 sayh məktubu qeyd edilmişdir ki, “guya qeydiyyata düşmək üçün mülkiyyət hüququnu təsdiq edən müvafiq sənəd təqdim edilməməsi səbəbindən Polis İdarəsini İnzibati binasına qeydiyyata götürülməyi mümkün deyildir. ” Hazırda iddiaçının şəxsiyyət vəsiqəsi öz qüvvəsini itirdiyindən, o hər hansı bir dövlət orqanına, o cümlədən pensiyası ilə bağlı məsələnin həll edilməsi üçün müraciət edə bilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir

9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçıların ünvan 3 ünvanına nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla yaşaması və bunun nəticəsi olaraq iddiaçılar cavabdeh orqana və ya məhkəməyə qanunla tələb olunan sənədləri ( fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qediyyatı barədə sənədləri) təqdim edə bilməmişdirlər.

11. İş materiallarında qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- *****/**** nömrəli ##.##.2023-cü il tarixli Qərarında iddiaçı2 və iddiaçı1 ünvan 3 ünvanına dair əmlak hüquqları olmayan şəxslər olması öz əksini tapmışdır.

12. Bundan əlavə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(112)- ****/**** saylı ##.##.2024-cü il tarixli Qərarı ilə iddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi barədə iddiası rədd edilmiş, yəni, iddiaçıların hazırki mübahisəli mənzilə dair hüquqlarının mövcud olmaması öz təsdiqini tapmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan iddiaçılar apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(*-*)-***/**** saylı, ## ##### 2026-cı il tarixli Qərardadı ilə iddiaçı iddiaçı2 apellyasiya şikayəti ona münasibətdə mümkün sayılmaması qərara alınmışdır.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, yataqxana binası dövlət mənzil fonduna aid edildikdən və cavabdehin balansına qəbul edildikdən sonra balansaxlayıcı tərəfindən aparılmış inventarizasiya zamanı sıralama ardıcıllığına uyğun olaraq binanın 4-cü mərtəbəsində yerləşən *** saylı otaq ** saylı, binanın 5-ci mərtəbəsindəki *** saylı mənzil *** saylı nömrə ilə nömrələnmişdir ” ** saylı Mənzil Kommunal İstismarı Sahəsinin ##.##.2025-ci il tarixli *** saylı Arayışında göstərilmişdir ki , “Verilir iddiaçı1 ondan ötrü ki, həqiqətəndə əvvəllər qeydiyyatda olduğu Özbəkistan küçəsi ev 21 otaq *** saylı otaq Bakı şəhəri MKTD-nin * saylı XT MKTB-nin balansına qəbul edildikdə aparılmış inventarizasiya zamanı sıralama ardıcıllığına uyğun olaraq ** saylı nömrələnmişdir. Bina balansa qəbul edildikdən hal-hazıra kimi həmin otaqda Zəngilan rayonundan məcburi köçkün kimi 4 nəfər ailə üzvləri ilə (özü, arvadı və iki uşağı) İsmayılov Ruslan İsa oğlu yaşayır. Həmin ** saylı otağa aid heç bir sərəncam və ya başqa bir sənəd yoxdur. ” Lakin , işə baxan məhkəmə yuxarıda göstərilən halları nəzərə almamış və iş üzrə əsassız qərar qəbul etmişdir. Bununla əlaqədar iddiaçının Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciətinə bildirilmişdir ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin ##.##.2025-cü il tarixli, *-**-**/*-Ş-*****/** saylı məktubu qeyd edilmişdir ki, “ guya iddiaçının qeydiyyata düşməyi üçün mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədin təqdim edilməməsi səbəbindən onun Polis İdarəsinin inzibati binasına qeydiyyata götürülməyi mümkün deyildir.” Hazırda iddiaçının şəxsiyyət vəsiqəsi öz qüvvəsini itirdiyindən o, hər hansı bir dövlət orqanına, o cümlədən pensiya ilə bağlı məsələnin həll edilməsi üçün müraciət edə bilmir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanuna əsasən: - 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. - 2. şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5. yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(*-*)-***/**** saylı, ## ##### 2026-cı il tarixli Qərardadı ilə iddiaçı iddiaçı2 apellyasiya şikayəti ona münasibətdə mümkün sayılmadığından Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı yalnız iddiaçı iddiaçı1 münasibətdə yoxlanılır.

23. İddiaçı iddiaçı1 apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs (şəxslər), üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər.

27. İşin faktiki hallarına əsasən iddiaçı ünvan 3 ünvanına nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla yaşaması və bunun nəticəsi olaraq cavabdeh orqana və ya məhkəməyə qanunla tələb olunan sənədləri ( fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qediyyatı barədə sənədləri) təqdim edə bilməmişdir.

28. Bundan əlavə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(112)- ****/**** saylı ##.##.2024-cü il tarixli Qərarı ilə iddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi barədə iddiası rədd edilmiş, yəni, iddiaçının hazırki mübahisəli mənzilə dair hüquqlarının mövcud olmaması öz təsdiqini tapmışdır.

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı, 16 yanvar 2025-cü il tarixli Qərarı ilə iddiaçı iddiaçı1 apellyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli Qərarı ilə iddiaçı iddiaçı1 kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı, 16 yanvar 2025-cü il tarixli Qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

31. Məhkəmə işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə hərəkəti (hərəkətsizliyi) qanunauyğun olmuşdur, belə ki, iddiaçının ünvan 3 ünvanına mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə (və ya kirayə) müqaviləsi və qanuni əsaslarla yaşamasıına dair digər sənədlər təqdim edilmədiyi halda cavabdehin iddiaçının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata almasından imtinası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

32. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

33. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “....27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 28. İddiaçı 1992-ci ildə orderlə ona və ailə üzvlərinə verilmiş yataqxananın 105-ci mənzilinin nömrəsinin dəyişdirilərək 69 nömrə verildiyinə görə ** nömrəli mənzilə kirayə müqaviləsi bağlanması üçün cavabdeh tərəfindən sərəncam verilməsini xahiş edir. 29. İddiaçının kirayə müqaviləsini bağlamaq üçün sərəncam verilməsini istədiyi yataqxana binası 2007-ci ildən cavabdehin balansındadır və iddiaçı cavabdehlə əmək münasibətlərində olmamışdır.

30. Mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, istehsalat müəssisələrinə məxsus yataqxanada mənzil sahəsi verilməsinə əsas şəxsin yataqxananın mənsub olduğu müəssisədə işləməsidir. Keşlə “ünvan 4 ünvanında yerləşən yataqxanaya dair verilən order öz təyinatına görə mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq onun işlədiyi dövr üçün yataqxananın *** saylı otağında ailəsi ilə birlikdə yaşamaq üçün verilən sənəddir. Başqa sözlə, order yalnız iddiaçının yataqxanadakı yaşayış sahəsindən iş dövründə müvəqqəti istifadə etməsi üçün nəzərdə tutulmuşdur və əmək münasibətləri xitam verildikdə yataqxanada mənzil verilməsi istisna edilir. 31. İddiaçının işə əlavə olunmuş əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, o, maşınqayırma zavodunda ##.##.2000-ci il tarixə qədər işləmiş, həmin tarixdə onunla əmək münasibətlərinə xitam verilmişdir. İddiaçının dəlillərindən görünür ki, 2002-ci ildən artıq o, yataqxanadan ailəsi ilə birlikdə çıxıb getmiş, faktiki olaraq bir daha orada yaşamamışdır. Lakin konkret halda, 20 il keçdikdən sonra yataqxanada yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilsə də, cavabdehdən sıra nömrəsi 69a dəyişdirilmiş həmin otağa dair onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsini tələb edir. 32. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, cavabdeh tərəfindən mübahisəli yaşayış sahəsinə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanması barədə sərəncam verilə bilməz. Çünki, yataqxana dövlətin mülkiyyətinə və cavabdeh orqanın balansına verilsə də, xüsusi təyinatlı mənzillər kateqoriyasına aid olması və yataqxana tipli bina kimi qalması, həm də iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil qanunvericiliynə müvafiq olaraq növbəlik qaydasında qeydə alınmaması –bütün bunlar cavabdeh departamentin yataqxanada mübahisələndirilən otağa (mənzilə) dair iddiaçı ilə kirayə müqaviləsi bağlanılması barədə sərəncam verilməsi öhdəliyini mümkün etmir. 33. Mənzil qanunvericiliyinə görə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. İddiaçı həm cavabdehlə, həm də sonuncu iş yeri üzrə əmək münasibətlərində olmadığından cavabdehin hərəkətlərində qanuna uyğun olmayan hal olmamışdır.”

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı iddiaçı iddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı iddiaçı iddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar