Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-659/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X7 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ona ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Əhmədova Tapdıq Əhməd oğlu ##.##.1964-cü il təvəllüdlüdür. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından müəyyən olunur ki, Dövlət Elmi-Tədqiqat və Layihə İnstutuna işə qəbul olmazdan öncə əmək stajı 3 il 6 ay 12 gün təşkil edir (kolxozçunun əmək kitabçası). O, ##.##.1983-##.##.1989-cu illərdə Lenin ordenli Kiyev Politexnik İnstutunun tələbəsi olmuş, ##.##.1989-##.##.1997-ci illərdə “Dövlətdəniznefqazlayihə” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda mühəndis və layihəçimühəndis vəzifələrində işləmişdir. ##.##.1997-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində proses üzrə operator vəzifəsinə qəbul edilmişdir. ##.##.1999-cu ildə Şirkətin təşkilati formasınının dəyişdirilməsi ilə əlaqədar olaraq BP Eksploreyşn (Kaspian Si) LTD Şikrətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə keçirilir. ##.##.1999- ##.##.2024-ci illərdə BP Eksploreyşn (Kaspian Si) LTD Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində proses üzrə operator, Hasilat üzrə Supervayzer, Əməliyyatlar üzrə Superinterdentin köməkçisi, əməliyyatlar üzrə məsləhətçi, sahə meneceri, menecer, əməliyyatlar qrupu rəhbəri, Nəqliyyat Parkının və Obyektləri İdarəetmə Qrupunun rəhbəri, İnfrastruktur qrupunun rəhbəri, Tullantıların İdarə olunması üzrə rəhbər vəzifələrində işləmişdir. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsin inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-Ə******/**** nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür vaşistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndinin (10.2) fəhlələr yarimbəndində (a) neft və qaz hasilatı üzrə operatorlar, rəhbərlər və mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyi “BP Exploration" LTD-nin ona dair ##.##.2024-cü il tarixli arayışında ##.##.1997-##.##.2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə proses üzrə operator, ##.##.2002- ##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində hasilat üzrə supervayzer, ##.##.2002- ##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə Superintendentin köməkçisi, ##.##.2003-##.##.2008-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə məsləhətçi, ##.##.2008-##.##.2014-cü il tarixləri arasındakı dövr ərzində quruda sahə meneceri, ##.##.2016-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində isə əməliyyatlar qrupunun rəhbəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi proses üzrə operator vəzifəsi yuxarıda qeyd olunan neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə, hasilat üzrə supervayzer, əməliyyatlar üzrə Superintendentin köməkçisi, əməliyyatlar üzrə məsləhətçi, quruda sahə meneceri, əməliyyatlar qrupunun rəhbəri vəzifələri isə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğun deyil. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Cavabdeh qarşı iddia qaldırarq “ona ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ##.##.1964- cü ildə doğulmuşdur. Əmək fəaliyyətinə 1983-cü ildən, əmək kitabçasında göstərilən müxtəlif müəssisələrdə çalışmaqla başlamış və hal-hazırda da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsdə direktor müavini vəzifəsində işləyir. Cavabdehin mübahisələndirdiyi xüsusilə güzəştli iş stajı olan ##.##.1997-ci il tarixdən ##.##.2002-ci il tarixədək proses üzrə operator (indiki hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) vəzifə adına uyğundur), ##.##.2002-ci il tarixdən ##.##.2002-ci il tarixədək Hasilat üzrə supervayzer (indiki Hasilat üzrə qurup rəhbəri (neft, qaz və ərizəni imzalayan şəxs haqqında məlumat: qaz kondesatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur), ##.##.2002-ci il tarixdən ##.##.2003- cü il tarixədək Əməliyyatlar üzrə Superintendentin köməkçisi (indiki Hasilat üzrə qurup rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur), ##.##.2003-cü il tarixdən ##.##.2008-ci il tarixədək Əməliyyatlar üzrə məsləhətçi (indiki Hasilat üzrə qurup rəhbəri (neft , qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur), ##.##.2008-ci il tarixdən ##.##.2014-cü il tarixədək Quruda Sahə meneceri (indiki əməliyyatlar üzrə sahə meneceri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəisi) vəzifə adına uyğundur), ##.##.2016-cı il tarixdən ##.##.2018-ci il tarixədək Əməliyyatlar qurupunun rəhbəri (indiki Hasilat üzrə qurupun rəhbəri (neft , qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur) işlədiyi vəzifələri hazırkı mübahisənin predmetini təşkil edir. İddiaçının bütün bu vəzifələrdə çalışmaqla əmək stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün lazım olan 12 il 6 aylıq xüsusi, zəruri olan 25 illik ümumi stajı və yaş həddi ##.##.2024-cü il tarixdə tamam olmuşdur. Hal-hazırda 40 ildən çox ümumi iş stajı var. Bununla bağlı hüquqmüəyyənedici sənədlər cavabdeh təşkilata göndərilməyinə baxmayaraq, əsassız olaraq müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtina məktubunda əsassız olaraq göstərilmişdir ki, guya yuxarıda qeyd edilən vəzifələr, siyahıda adı qeyd edilən neft, qaz və qaz kondensatı hasilat üzrə (neftqaz mədənlərinə) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsinə uyğun deyil. BP Eksploreyşn (Kaspian st) ltd şirkətinin AR Nümayəndəliyi tərəfindən verilmiş İddiaçı gördüyü işin xarakteri barəsindəki ##.##.2024-cü il tarixli arayışından görünür ki, yuxarıda qeyd edilən vəzifələri güzəştli şərtlərlə pensiya hüququ yaradan vəzifələrə uyğundur və eyni xarakterli funksiyanı daşıyır. Nəzərə almaq lazımdır ki, müvafiq sahədə əmək fəaliyyəti ilə məşğul olan işçilərin mənsubiyyəti prinsip olaraq həmin sahədə çalışan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan peşələrin funksional təyinatını və işin xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Belə ki, müvafiq sənaye sahəsində işləyən şəxslərin hamısı adları siyahıda nəzərdə tutulubtutulmamasından asılı olmayaraq zərərli sahədə çalışıblar. Həmin vəzifələrin siyahıda nəzərdə tutulmaması adları siyahıda nəzərdə tutulmuş vəzifələrə yaxın vəzifələrdə işləyən şəxslərin güzəştli şərtlərlə pensiya almaq hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz. Bu kimi peşə sahəsində olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ işçinin çalışdığı funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Burada həlledici məqam bu kimi işçilərin icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahında qeyd edilən neft və qaz hasilatı üzrə operator, neft, qaz və qaz kondensatı hasilat üzrə (neft-qaz mədənlərinə) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının müvafiq bölməsində nəzərdə tutulması həmin bölmənin adları keçməmiş peşələrə münasibətdə tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X8 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun İdarə Heyətinin qərarlarını, Fondun İdarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılıması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndinin (10.2) fəhlələr yarimbəndində (a) neft və qaz hasilatı üzrə operatorlar, rəhbərlər və mütəxəssislər yarimbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən "BP Exploration" LTD-nin iddiaçıya dair ##.##.2024-cü il tarixli arayışında ##.##.1997- ##.##.2002ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə proses üzrə operator, ##.##.2002- ##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində hasilat üzrə supervayzer, ##.##.2002- ##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə Superintendentin köməkçisi, ##.##.2003-##.##.2008-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə məsləhətçi, ##.##.2008- ##.##.2014-cü il tarixləri arasındakı dövr ərzində quruda sahə meneceri, ##.##.2016- ##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində isə əməliyyatlar qrupunun rəhbəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi proses üzrə operator vəzifəsi yuxarıda qeyd olunan neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə, hasilat üzrə supervayzer, əməliyyatlar üzrə Superintendentin köməkçisi, əməliyyatlar üzrə məsləhətçi, quruda sahə meneceri, əməliyyatlar qrupunun rəhbəri vəzifələri isə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğun deyildir. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il ## ###### tarixli icmal məktubunda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, güzəştli sosial sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı 60 yaşı tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2-1(112)-10271/2025-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən "BP Exploration" LTDnin iddiaçıya dair ##.##.2024-cü il tarixli arayışında ##.##.1997-##.##.2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə proses üzrə operator, ##.##.2002-##.##.2002ci il tarixləri arasındakı dövr ərzində hasilat üzrə supervayzer, ##.##.2002-##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə Superintendentin köməkçisi, ##.##.2003- ##.##.2008-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə məsləhətçi, ##.##.2008- ##.##.2014-cü il tarixləri arasındakı dövr ərzində quruda sahə meneceri, ##.##.2016- ##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində isə əməliyyatlar qrupunun rəhbəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndinin (10.2) fəhlələr yarimbəndində (a) neft və qaz hasilatı üzrə operatorlar, rəhbərlər və mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi proses üzrə operator vəzifəsi yuxarıda qeyd olunan neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə, hasilat üzrə supervayzer, əməliyyatlar üzrə Superintendentin köməkçisi, əməliyyatlar üzrə məsləhətçi, quruda sahə meneceri, əməliyyatlar qrupunun rəhbəri vəzifələri isə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğun deyildir. Müvafiq siyahıda göstərilmiş bölmədə iş stajının güzəştli hesab olunması üçün işçinin işlədiyi vəzifə bilavasitə həmin arayışda istinad olunan və yuxarıda qeyd edilən vəzifəyə aid olmalı idi. Hansı ki, iddiaçıya iş yerindən verilmiş arayışdan müəyyən olunduğu kimi, onun icra etdiyi vəzifə neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə, hasilat üzrə supervayzer, əməliyyatlar üzrə Superintendentin köməkçisi, əməliyyatlar üzrə məsləhətçi, quruda sahə meneceri, əməliyyatlar qrupunun rəhbəri vəzifələridir. Yəni sözügedən vəzifələr sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan vəzifəyə aid deyildir. Qanunvericiliyin məhkəmə tərəfindən bu şəkildə geniş təfsiri güzəştli şərtlərlə pensiya hüququnun hüdudlarının əsassız olaraq artırılmasına və dövlətin sosial təminat sisteminə əlavə maliyyə yükü yaranmasına gətirib çıxarır. Siyahıya daxil edilməmiş vəzifənin həmin siyahıya oxşar və ya mahiyyətcə yaxın hesab edilməsi hüquqi cəhətdən tamamilə əsassızdır. Beləliklə, məhkəmənin iddiaçının vəzifəsini mahiyyətcə oxşarlıq meyarı əsasında siyahıya uyğun hesab etməsi faktiki halların təhrif edilmiş şəkildə tətbiqi ilə nəticələnmiş və qanunvericiliyin əsassız şəkildə geniş təfsirinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi bu halları nəzərə almadan, yalnız müəssisə tərəfindən verilmiş arayışa istinad etməklə vəzifələrin uyğunluğu barədə səhv nəticəyə gəlmiş, bununla da maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Funksional fərqlilik mövcud olduğu halda eyniləşdirmə aparmaq hüquqi baxımdan mümkün deyildir. Siyahıya daxil edilməmiş fərqli ad və məzmuna malik vəzifələrin oxşarlıq və ya mahiyyətcə yaxınlıq meyarları əsasında siyahıya uyğun hesab edilməsi qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, iddiaçıya müəssisə tərəfindən verilmiş arayışdan da göründüyü kimi, onun icra etdiyi vəzifələr siyahıda birbaşa nəzərdə tutulmuş vəzifələrə aid deyildir. Müəssisə tərəfindən iddiaçıya verilmiş arayışın məzmunundan da aydın olur ki, iddiaçının faktiki olaraq icra etdiyi və tutduğu vəzifə siyahıda göstərilən vəzifələrlə eynilik təşkil etmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının vəzifələrini formal oxşarlıq meyarı ilə siyahıya uyğun hesab etmiş, bununla da işin faktiki hallarını düzgün qiymətləndirməmiş və maddi hüquq normalarını əsassız şəkildə geniş təfsir etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”na əsasən 11000000 - X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1100000a—15824 - neft və qaz hasilatı üzrə operatorlar 1100000b—24125 - neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na əsasən: Bölmə 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr neft və qaz hasilatı üzrə operatorlar b) rəhbərlər və mütəxəssislər: neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iş materiallarına əlavə edilmiş iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda iddiaçının həmin müəssidə işlədiyi işlərin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda qeyd edilən hansı peşə və vəzifələrə eynilik təşkil etməsi və uyğun olması qeyd edilmişdir. İddiaçının işlədiyi vəzifələrin və işlərin vəzifə təlimatlarına əsaslanaraq onların müvafiq siyahıdakı zərərli vəzifələrə uyğunluğu müəssisə tərəfindən təsdiq edilmişdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...iddiaçının işlədiyi proses üzrə operator vəzifəsi yuxarıda qeyd olunan neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə, hasilat üzrə supervayzer, əməliyyatlar üzrə Superintendentin köməkçisi, əməliyyatlar üzrə məsləhətçi, quruda sahə meneceri, əməliyyatlar qrupunun rəhbəri vəzifələri isə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğun deyildir. Müvafiq siyahıda göstərilmiş bölmədə iş stajının güzəştli hesab olunması üçün işçinin işlədiyi vəzifə bilavasitə həmin arayışda istinad olunan və yuxarıda qeyd edilən vəzifəyə aid olmalı idi. Hansı ki, iddiaçıya iş yerindən verilmiş arayışdan müəyyən olunduğu kimi, onun icra etdiyi vəzifə neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə, hasilat üzrə supervayzer, əməliyyatlar üzrə Superintendentin köməkçisi, əməliyyatlar üzrə məsləhətçi, quruda sahə meneceri, əməliyyatlar qrupunun rəhbəri vəzifələridir. Yəni sözügedən vəzifələr sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan vəzifəyə aid deyildir.”. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin apellyasiya baxışı zamanı "BP Exploration" LTD-yə sorğu verilərək iddiaçı ilə birlikdə işləmiş İsmayılov Tərlan Ənvər oğlu, Terequlov İbrahim Qaçımoviç və X1 işlədikləri vəzifələr barədə məlumat əldə edilmişdir. "BP Exploration" LTD-nin məhkəmənin sorğusuna cavab olaraq verdiyi ##.##.2026-cı il tarixli cavabdan müəyyən olunur ki, İddiaçı “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (“Şirkət”) ## ##### 1997-ci il tarixindən ## ###### 2024-cü il tarixinə kimi işləyib və Şirkətdə onun son vəzifəsi Quyular qrupu, Tullantıların idarə olunması üzrə rəhbər olmuşdur. İddiaçı Səngəçal Terminalında və Mərkəzi Azəri platformasında aşağıda qeyd olunan dövrlər ərzində əmək vəzifələrini zərərli əmək şəraitində növbəli rejimdə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq iş vaxtı) yerinə yetirib və buna görə də, əlavə müavinət almışdır: ##.##.1997 - ##.##.2002 - Proses üzrə operator (indiki Hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) vəzifə adına uyğundur)). ##.##.2002 - ##.##.2002 - Hasilat üzrə supervayzer (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)). ##.##.2002 - ##.##.2003 - Əməliyyatlar üzrə Superintendentin köməkçisi (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)). ##.##.2003 - ##.##.2008 - Əməliyyatlar üzrə məsləhətçi (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)). ##.##.2008 - ##.##.2014 - Quruda sahə meneceri ( indiki Əməliyyatlar üzrə sahə meneceri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəisi) vəzifə adına uyğundur)). ##.##.2016 - ##.##.2018 - Əməliyyatlar qrupunun rəhbəri (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur). İddiaçı yuxarıda sadalanan vəzifələr üzrə vəzifə təlimatları ##.##.2024-cü il tarixli Şirkət tərəfindən ona təqdim edilmiş arayışda əks etdirilib. Həmçinin Neft və qaz hasilatı üzrə operator və neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifə adları Şirkətin ştat cədvəlində mövcuddur. Həmin məktuba əlavə edilmiş şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlardan müəyyən olunur ki; İsmayılov Tərlan Ənvər oğlu – operator, hasilat üzrə supervayzer, sahə üzrə səlahiyyətli şəxs, əməliyyatlar üzrə planlaşdırıcı; Terequlov İbrahim Qaçımoviç - operator, hasilat üzrə supervayzer, əməliyyatlar qrupunun rəhbəri, hasilat üzrə qrupun rəhbəri; X1 - operator, hasilat üzrə supervayzer, əməliyyatlar qrup rəhbərinin müavini, əməliyyatlar qrupunun rəhbəri, hasilat üzrə qrupun rəhbəri vəzifələrində işləmişlər. Məhkəmə tərəfindən cavabdehə İsmayılov Tərlan Ənvər oğluna, Terequlov İbrahim Qaçımoviçə və X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib-edilməsi barədə sorğu ünvanlanmış və cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli qərarlarla müvafiq olaraq yuxarıda adları qeyd olunmuş şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh apellyasiya şikayətində “iddiaçının işlədiyi proses üzrə operator vəzifəsi yuxarıda qeyd olunan neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə, hasilat üzrə supervayzer, əməliyyatlar üzrə Superintendentin köməkçisi, əməliyyatlar üzrə məsləhətçi, quruda sahə meneceri, əməliyyatlar qrupunun rəhbəri vəzifələri isə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğun deyildir.” qeyd etsə də, eyni vəzifələrdə çalışmış yuxarıda adı qeyd olunan şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən də məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Eyni zamanda, məhkəmə tərkibi qeyd edir ki, "BP Exploration" LTD-nin məhkəmənin sorğusuna cavab olaraq verdiyi ##.##.2026-cı il tarixli cavabdan müəyyən olunur ki, iddiaçının işlədiyi - Proses üzrə operator indiki Hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator), Hasilat üzrə supervayzer - indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), əməliyyatlar üzrə Superintendentin köməkçisi - indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), əməliyyatlar üzrə məsləhətçi - indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), quruda sahə meneceri - indiki Əməliyyatlar üzrə sahə meneceri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəisi), Əməliyyatlar qrupunun rəhbəri - indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adlarına uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”na əsasən: 11000000 - X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1100000a—15824 - neft və qaz hasilatı üzrə operatorlar 1100000b—24125 - neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na əsasən: Bölmə 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr neft və qaz hasilatı üzrə operatorlar b) rəhbərlər və mütəxəssislər: neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri Qeyd olunanlardan görünür ki, iddiaçının işlədiyi yuxarıda qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda göstərilən vəzifələrə uyğun gəlir. Belə olan halda isə iddiaçının işlədiyi dövrlər cəmləndikdə, Qanunun 9.1-ci maddəsində tələb olunan 12 il 6 aylıq güzəştli staj şərti tam ödənilir. Başqa sözlə, iddiaçının güzəştli iş stajı ümumilikdə 12 il 6 aydan artıq, yəni 19 il 3 ay 7 gündür. 25 illik ümumi staj və 60 yaş həddi barədə isə mübahisə yoxdur. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənilmişdir Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-6)-659/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-659/2026
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver