Məhkəmə qərarları › İş №2-1(3-6)-660/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-660/2026

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan★Respublikası★adından Qərar Bakı★şəhəri İş★№★2-1(3-6)-660/2026 13.05.2026 BAKI★APELLYASIYA★MƏHKƏMƏSI Giriş hissə: Hakimlər★Aytən★Pənah★qızı★Oruczadənin★sədrliyi★və★məruzəsi★ilə, X1★və★Fərid★İlham★oğlu★Mədətlidən★ibarət★tərkibdə, Abbaslı★Sücayət★Hafiz★qızının★katibliyi★ilə, İddiaçının★nümayəmdəsi★və★vəkili★Vəkil, Cavabdehin★nümayəndəsi★Nümayəndə★iştirakları★ilə, İddiaçı İddiaçı İbrahim qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş *-**-*/*-*-*****/**** saylı ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı★qəbul★etdi.★ Təsviri hissə: İddiaçı İddiaçı İbrahim qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya məbləğinin azaldılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və əvvəlki (2015-ci ildə təyin edilmiş) pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını★xahiş★etmişdir. Sonradan iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş *-**-*/*-*-*****/**** saylı ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi★barədə★qərar★qəbul★edilməsi”★kimi★icraata★qəbul★edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2002-2005-ci illər ərzində Azərbaycan Respubikası Prezidenti İşlər İdarəsinin Prezident İqamətgahında kadr üzrə aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı # ###### 2025-ci il tarixli *-*-*/*-******/*/**** saylı məktubunda iddiaçının pensiyası 1580.00 manatdan 1164.59 manata qədər azaltmışdır. Pensiyasının azaldılması barədə aktı tələb etdiyi zaman ona # ###### 2025-ci il tarixli *-*-*/*-******/*/**** saylı məktubla cavab verilmişdir. Görünən odur ki, inzibati orqanın qərarı hələ hazır deyil. Məktubla öz işlərini görmüş hesab etmişlər. Əsas kimi göstərilmişdir ki, guya iddiaçının 2002-2005-ci illərdə işlədiyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Prezident İqamətgah”ında işlədiyi vəzifənin hal hazırda dövlət qulluğunda inzibati deyil, köməkçi vəzifə olmasıdır. Bu baxımdan azaldılma aparılmışdır. # ###### 2012-ci il tarixli *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti # ###### 2012-ci il, № ***, “Azərbaycan” qəzeti, # ###### 2012-ci il, № ***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № **, maddə 1078) ilə 5-ci hissə ləğv edilmişdir. Cavabdeh tərəf bunu əsas götürmüşdür. Bütün bunlar əsassızdır. Çünki cavabdeh orqan nəzərə almamışdır ki, 2002-2005-ci illərdə (əmək fəaliyyətində olduğum dövrdə) Fərmanın həmin maddəsi qüvvədə olmuş və həmin maddəyə əsasən"aparıcı mütəxəssis"vəzifəsi aparıcı məsləhətçi vəzifəsi hesab olunmuş və həmin vəzifə inzibati vəzifə hesab olunurdu. Həmin norma 2012-ci ildə qüvvədən düşüb. Bu o deməkdir ki həmin norma qüvvədən düşsə də, hüquq münasibətlərinin yarandığı dövrdə (2002-2005) norma qüvvədə olub. İddiaçının işlədiyi dövrdə İnzibati Prosessual Məcəllə qüvvədə olmadığından, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəaları tətbiq edilə bilər. İnzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Qanunvericiliyin normalarından da görünür ki, iddiaçı 2002-2005-ci illər ərzində Azərbaycan Respubikası Prezidenti İşlər İdarəsinin Prezident İqamətgahında Aparıcı mütəxəssis vəzifəsində işləmiş, həmin vəzifə aparıcı məsləhətçi vəzifəsi ilə eynilik təşkil etmişdir. 2012-ci il tarixdə qanunda edilmiş dəyişiklik iddiaçının pensiyasına tətbiq edilə bilməz. Çünki həmin vaxtı qüvvədə olan qanunvericiliyin müddəaları tətbiq edilməlidir. Lakin Cavabdeh orqan qanunun tələbini görməzlikdən gəlməklə qanunvericiliyin tələbini kobud surətdə pozmaqla pensiyanı azaltmışdır. Halbuki, inzibati aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər, cavabdeh bunu öz məktubunda əsaslandıra bilməmişdir. Ümumiyyətlə inzibati aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gün barədə ona məlumat verməmiş, bununla bağlı hər hansı sübuta söykənməmişlər. Buda onu deməyə əsas verir ki, pensiyanı təyin edən orqan bu günləri məsuliyyəti öz üzərindən atmağı üstün tutmuş və vətəndaş olaraq iddiaçının hüqularını pozmuşdur. Görünən odur ki, pensiya təyinatından 10 il keçmişdir. İnzibati orqan pensiyanı azaltmaq üçün heç bir qanuni qərar çıxara bilməzdi.★ Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, cavabdehin mövqeyi qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Pensiya işinə aid sənədlərdə iddiaçıya Fondun Zəngilan rayon şöbəsi tərəfindən # ###### 2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. # ###### 2015-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə İddiaçı vəzifə maaşı 595,00 manat, qulluq stajına görə əlavəsi 59,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 185,94 manat, digər növ əlavələri isə 204,97 manat olmaqla orta aylıq əmək haqqısı 1045,41 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinin # #### 2017- ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, 9 il 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1045,41 manat) 53 faizi-554,07 manat məbləğində hesablanmışdır. Qanunun 26.3-cü maddəsinin # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il ####un #-cək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş “2017- ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin # #### 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 9 il 26 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 30 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar # #### 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 660,00 manat, qulluq stajına görə əlavəsi 66,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 206,25 manat, ;digər növ əlavələri 224,47 manat olmaqla iddiaçının orta aylıq əmək haqqısı 1156,72 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # #### 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1045,41 manat) ilə # #### 2018- ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1156,72 manat) arasındakı fərq məbləğinin (111,31 manat) 30 faizi-33,39 manat # #### 2018-ci il tarixinədək hesablanmış pensiyasının (554,07 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 587,46 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar # ######## 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 990,00 manat, qulluq stajına görə əlavəsi 99,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 309,38 manat, digər növ əlavələri 323,47 manat olmaqla iddiaçının orta aylıq əmək haqqısı 1721,85 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # ######## 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiyi vəzifə üzrə iddiaçının orta aylıq əmək haqqısı (1156,72 manat) ilə # ######## 2019- cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1721,85 manat) arasındakı fərq məbləğinin (565,13 manat) 30 faizi-169,54 manat # ######## 2019-cu il tarixinədək hesablanmış pensiyasının (587,46 manat) üzərinə əlavə olunmaqla pensiyası 757,00 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2022-##.##.2022-ci il tarixləri arasındakı dövr ərtində müvafiq kart hesabına hər ay 1042,25 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə İddiaçı 1958,72 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar # ###### 2023cü il tarixindən İddiaçı əmək pensiyası 955,10 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2023-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1315,01 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə İddiaçı 4318,92 manat artıq pul vəsaiti ödənilib. Əmək pensiyalarının növbəti dəfə # ###### 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar pensiyasının həmin tarixdən 1062,07 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2024-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına hər ay 1462,29 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə İddiaçı 4802,64 manat artıq pul vəsaiti ödənilib. Cari il üzrə əmək pensiyalarının irdeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası★#★######★2025-ci★il★tarixindən★1148,10★manat★məbləğində★hesablanmalı★olduğu halda, ##.##.2025-##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1580,74 manat məbləğində köçürülüb. Buna görə də ona həmin dövr üzrə ümumilikdə 3461,12 manat artıq pul vəsaiti ödənilib. İddiaçıya pensiya üzrə yalnız son üç il üçün ümumilikdə 14541,40 (1958,72+4318,92+4802,64+3461,12) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bundan başqa, maddi yardım üzrə ##.##.2022- ##.##.2022-ci il tarixləri arasındakı dövr üçün ona 195,90 manat artıq pul vəsaiti ödənilib. Həmin 195,90 manat vəsait cari ilin sentyabr və oktyabr aylarında hissə-hissə iddiaçının əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilib. Mərkəzi Filiala daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya kapitalına əsasən iddiaçının əmək pensiyası ## ####### 2025-ci il tarixində 1164,59 manat məbləğində müəyyən edilib, həmçinin ##.##.2022- ##.##.2025-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanıb. Nəticədə İddiaçı pensiya üzrə artıq ödənilmiş pul vəsaiti 14541,40 manatdan 13970,42 manata azaldılıb. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. İddiaçıya vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün İddiaçı ## #### 2025-ci il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. İddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala ## ###### 2025-ci il tarixində gəlmiş və ona pensiyası ilə bağlı bütün məlumatlar ətraflı izah olunmuşdur. Lakin mülahizələrinin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Sonra isə iddiaçınin verdiyi şifahi məlumata əsasən tərəfimizdən müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidi yyəti üzrə sorğu verilmiş, cavab olaraq göndərilmiş məktub ilə əlaqədar iddiaçı Mərkəzi Filiala yenidən dəvət olunmuşdur. İddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala ## ######## 2025-ci il tarixində gəlmiş və ona müvafiq sorğu barədə ətraflı məlumat verilmişdir. Lakin mülahizənin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Daha sonra isə qanunvericiliyin tələblərinə uyğun qaydada əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" ## ###### 2019-cu il tarixli, *** nömrəli Fərmanın 1.2ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. İnzibati orqan tərəfindən yenidən hesablanma barədə qərar qəbul edilərkən iddiaçıya ödənilən pensiya məbləğinin artıq hesablandığı müəyyən edilmiş və pensiya məbləği yenidən hesablanaraq həqiqətən ödənilməli olan məbləğ müəyyən edilmişdir. Bu zaman arada yaranan fərqin iddiaçıya ödənilən əmək pensiyasının məbləğindən çıxarılmasında inzibati orqan haqlı olduğu kimi, əsassız olaraq artıq hesablanmış məbləğin iddiaçının əmək pensiyasına əlavə olunmaqla ödənişinin davam etdirilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “üç ulduz” fərqləndirici nişanı təyin edilmiş, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarında da qeyd edildiyi kimi “şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki★idarəçiliyi★həyata★★keçirən★orqanların★fəaliyyətindəki★əsas★məqsəd★sosial★ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı”. Həmçinin sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçir Iməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictmai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır, pu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Cavabdeh Mərkəzi Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam olaraq riayət edilmişdir. Bu səbəbdən hesab edirik ki, cavabdehin hərəkətləri inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. 1 illik müddətin tətbiqi məsələsinə gəldikdə: İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İddiaçıya vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçı barəsində # #### 2025-ci il tarixində inzibati icraata başlanılmış, həmin inzibati icraatın gedişində iddiaçının pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün İddiaçı ## #### 2025-ci il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. İddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala ## ###### 2025-ci il tarixində gəlmiş və ona pensiyası ilə bağlı bütün məlumatlar ətraflı izah olunmuşdur. Lakin ## ###### 2025ci il tarixli mülahizələrinin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Sonra isə iddiaçının verdiyi şifahi məlumata əsasən tərəfimizdən müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq göndərilmiş məktub ilə əlaqədar iddiaçıya ##.##.2025-ci il tarixində məktub göndərilərək Mərkəzi Filiala yenidən dəvət olunmuşdur. İddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala ## ######## 2025-ci il tarixində gəlmiş və ona müvafiq sorğu barədə ətraflı məlumat verilmişdir. Lakin mülahizənin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Daha sonra isə tərəfimizdən qanunvericiliyin tələblərinə uyğun qaydada əmək pensiyasının yenidən hesablanması haqqında ## ######## 2025-ci★il★tarixli★*-**-*/*-*-*****/****★nömrəli★inzibati★akt★qəbul★edilmişdir. Göründüyü kimi tərəfimizdən “İnzibati icraat haqqında’ Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsi ilə nəzərdə tutulmuş bir illik müddət ötürülməmişdir. Cavabdeh göstərilənlərə★əsasən★iddia★tələbinin★rədd★edilməsini★məhkəmədən★xahiş★etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı★ilə★(hakim★M.Hacıbəyova)★iddia★təmin★edilmişdir.★ Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini★xahiş★etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçıya vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün İddiaçı ## #### 2025-ci il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. İddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala ## ###### 2025-ci il tarixində gəlmiş və ona pensiyası ilə bağlı bütün məlumatlar ətraflı izah olunmuşdur. Lakin mülahizələrinin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Sonra isə iddiaçının verdiyi şifahi məlumata əsasən müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq göndərilmiş məktub ilə əlaqədar iddiaçı Mərkəzi Filiala yenidən dəvət olunmuşdur. İddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala ## ######## 2025-ci il tarixində gəlmiş və ona müvafiq sorğu barədə ətraflı məlumat verilmişdir. Lakin mülahizənin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Daha sonra isə qanunvericiliyin tələblərinə uyğun qaydada əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilmişdir. Göründüyü kimi, “İnzibati İcraat Haqqında” Qanunun tələblərinə tam əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda həmin inzibati aktın qəbulunu şərtləndirən hər bir hal həm yazılı həm də şifahi şəkildə həm vətəndaşın özünə münasibətdə həm də məhkəmə icraatı zamanı tam əsaslandırılmışdır. Göründüyü kimi tərəfimizdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsi ilə nəzərdə tutulmuş bir illik müddət ötürülməmişdir.★ Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə (inventarizasiya zamanı) araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, onun qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı barəsində hal-hazırda mübahisələndirilən inzibati aktları qəbul etsə də, qərarı ona təqdim etməmişdir. İş materiallarına baxdıqda Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Şahin Əliyevin imzası ilə göndərilən sorğuya cavabın hal-hazırda “Prezident İqamətgah”ı statusunu daşımayan təşkilati hüquqi formasını 2009-cu ildən dəyişərək Qonaq Evi statusu alan "Ulduz” Qonaq Evindən gəldiyi və cavabın hal-hazırda həmin vəzifədə çalışan şəxs üçün verildiyi görünür. O, Qonaq Evində deyil “Prezident İqamətgah”ında işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı # ###### 2025-ci il tarixli *-*-*/*-******/*/**** saylı məktubunda guya ki, əsaslandığı bütün qanunvericilik aktları o, əmək pensiyasına çıxdıqdan sonra qəbul edilmiş və ya sonradan dəyişiklik edilmiş qanunvericilik aktlarıdır. Belə ki, onun əmək pensiyası əmək pensiyasına çıxarkən # ###### 2015-ci ildə # #### 2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqınında” qanuna əsasən qanunvericiliyin tələblərinə tam riayət etməklə hesablanmışdır. # #### 2017-ci ilədən sonra “Əmək pensiyaları haqqınında” qanuna edilmiş dəyişikliyi 2015-ci ildə əmək pensiyasına çıxmış şəxsə tətbiq etmək nə qədər hüquqidir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə görə Qanunlar geriyə qüvvəyə malik★deyil.★Şəxsin★vəziyyətini★yaxşılaşdırdığı★halda★bu★qanun★geriyə★tətbiq★edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının★ləğv★edilməsini★və★iddia★tələbinin★təmin★edilməməsini★xahiş★etdi.★ Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin★qərarının★dəyişdirilmədən★qüvvədə★saxlanılmasını★xahiş★etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.★ Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir,★şikayətin★mümkün★sayılmaması★üçün★əsaslar★yoxdur.★ Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi★göstərilmişdir★(İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin★qərarı★dəyişdirilmədən★saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar★qəbul★edildiyi★tarixdən★2★ay★müddətində★qaldırıla★bilər.★★ Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia prosessual★müddətə★əməl★edilməklə★qaldırılmışdır.★ Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Pensiya işi materiallarından müəyyən edilir ki, iddiaçıya ilk dəfə ##.##.2008-ci il tarixində pensiya təyinatı aparılmış, daha sonra ərizəsi əsasında 0# ###### 2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin ## ######## 2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə iddiaçının təyin edilmiş əmək pensiyası inventarlaşdırma səbəbindən yenidən hesablanmışdır. Yenidən hesablamanın əsası kimi sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən pensiya hesablanması üçün əsas götürülən dövr üzrə qulluq keçdiyi vəzifə maaşının★düzgün★müəyyən★edilməməsi★göstərilmişdir.★ İş★materiallarında★olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İbrahim★qızı★##.##.1952-ci★il★təvəllüdlüdür. - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu sektorunun **** nömrəli ##.##.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı İbrahim qızı Zəngilan rayonundan məcburi köçkün kimi 7-ci mikrorayon, ev 18a, mənzil★76-da★qeydiyyatdadır. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının *-**-*/*-*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə İddiaçı İbrahim qızının pensiya məbləği yenidən hesablanmış, 1580.74 manatdan 1148.10 manata azaldılmış və 14541,40 manat artıq ödəmə★müəyyən★edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ######## 2025-ci il tarixli aktında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş Adilə İbrahim qızı Mahmudovaya vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraat başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs ##.##.2025-ci il tarixli *-**-*/*-M-******/**** nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub, maraqlı şəxs ##.##.2025-ci il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul ediolib, maraqlı şəxs vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən pensiya hesablanması üçün əsas götürülən dövr üzrə qulluq keçdiyi vəzifə maaşının düzgün müəyyən edilmədiyi barədə ətraflı məlumat verildi. Daha sonra onun yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib★edildi. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Ulduz” Qonaq Evi”nin cavabdeh inzibati orqana ünvanlanan *-*-**/*-**/**** nömrəli ## ######## 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.2002-##.##.2005-ci il tarixlərində Adilə İbrahim qızı Mahmudovanın “Prezident İqamətgahı”nda (2009-cu ildən “Ulduz” Qonaq Evi adlandırılıb) tutduğu kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsi hal-hazırda “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun Yardımçı vəzifələrinin birinci təsnifatı üzrə baş mütəxəssis★kadrlar★üzrə★vəzifəsinə★uyğundur. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçıya vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçı barəsində # #### 2025-ci il tarixində inzibati icraata başlanılmış, həmin inzibati icraatın gedişində iddiaçının pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun qaydada inzibati icraat aparılmış və əmək pensiyasının yenidən hesablanması haqqında ## ######## 2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli inzibati akt qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci★maddəsi★ilə★nəzərdə★tutulmuş★bir★illik★müddət★də★ötürülməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmış, qanuni və əsaslı olaraq iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının *-**-*/*-*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarının★ləğv★edilməsi★nəticəsinə★gəlmişdir. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə ilə bağlı qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: “İnzibati★icraat★haqqında”★Azərbaycan★Respublikası★Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını,★prinsiplərini★və★prosedur★qaydalarını★müəyyən★edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi★nəticələr★yaradan★qərar,★sərəncam★və★ya★digər★növ★hakimiyyət★tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində★həyata★keçirilən★fəaliyyət;★ 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində★qəbul★edilmiş★inzibati★akt★qanunsuz★sayılır;★ 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi★andan★yaranmış★hüquqi★nəticələri★aradan★qaldırır.★ 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə★tutulmuş★məhdudiyyətlər★daxilində★ləğv★oluna★bilər 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın★qanunla★qorunması★hüququna★malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna★istinad★edə★bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati★aktın★qəbul★edilməsinə★nail★olduqda;★ 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi★halda.★ 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına★uyğun★olaraq★müəyyən★edilir;★ 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış★hüquqi★nəticələri★aradan★qaldırmır;★ 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan★tərəfindən★tam★və★ya★qismən★ləğv★oluna★bilər;★ 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə★bilər:★ 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın★özündə★bu★barədə★müvafiq★qeyd★olduğu★halda;★ 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə★etmədiyi★və★ya★lazımi★qaydada★və★müddətdə★istifadə★etmədiyi★halda;★ 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi★andan★yaranmış★hüquqi★nəticələri★aradan★qaldırmır;★ 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən★hallar★məlum★olduğu★gündən★1★il★ərzində★ləğv★edilə★bilər. Qanunvericilik normalarından aydın göründüyü kimi, istər qanunsuz əlverişli inzibati aktın, istərsə də qanuni əlverişli inzibati aktın ləğv olunması ilə bağlı şərtlər nəzərdə tutulmuşdur. Hazırki iş üzrə nə əmək pensiyasının yenidən hesablanması barədə qərarda, nə də məhkəmələrə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir.★ Göründüyü kimi, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə ona pensiya təyininə müdaxilə etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmiş və bundan 10 ildən çox müddət keçdikdən sonra cavabdeh həmin pensiyasının düzgün müəyyən olunmadığına istinad etmişdir. İşin mahiyyətinə diqqət yetirilsə qeyd edilməlidir ki, inzibati orqan 2015-ci ildə təyinatı aparılan pensiya barədə 2025-ci ildə icraat açaraq-təzələyərək pensiya hesablanmasında əsas götürülən dövr üzrə iddiaçının qulluq keçdiyi vəzifə maaşının düzgün müəyyən edilmədiyini bildirir. Pensiya işi materiallarından görünür ki, 9 il 26 gün qulluq stajına görə pensiya məbləği hesablanan zamanı götürülən dövr ##.##.2003- ##.##.2005-ci illər arasındakı dövrdür. İnzibati icraat zaman inzibati orqan aidiyyəti sorğular ünvanlayaraq ##.##.2002-ci il tarixdən ##.##.2005-ci il tarixələri arasındakı dövr ərzində Azərbaycan Respubikası Prezidenti İşlər İdarəsinin Prezident İqamətgahında Aparıcı mütəxəssis vəzifəsində fəaliyyət müddətinin dövlət qulluğunda iş stajına aid edilib edilməməsi barədə məlumat təqdim edilməsini xahiş etmiş və sorğuya cavab olaraq həmin vəzifənin hal-hazırda “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun Yardımçı vəzifələrinin birinci təsnifatı üzrə baş mütəxəssis kadrlar üzrə vəzifəsinə uyğun olduğu★bildirilmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin 2003-cü il # ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunun 5-ci hissəsi -keçid müddəalarında qeyd edilirdi ki, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında (1-ci və 2-ci kateqoriya dövlət orqanları istisna olmaqla) və onların bölmələrində müvafiq təsnifatlar üzrə mövcud olan baş idarə, idarə, departament və müstəqil şöbə rəisləri - şöbə müdirinə, şöbə rəisləri - sektor müdirinə, baş mütəxəssis vəzifələri baş məsləhətçi və ya böyük məsləhətçi vəzifələrinə, aparıcı mütəxəssis vəzifələri aparıcı məsləhətçi vəzifələrinə, mütəxəssis vəzifələri isə məsləhətçi vəzifələrinə uyğunlaşdırılır. # ###### 2012-ci il tarixli★***★nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı★(“Respublika” qəzeti # ###### 2012-ci il, № ***, “Azərbaycan” qəzeti, # ###### 2012-ci il, № ***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № **, maddə 1078)★ilə 5-ci hissə-keçid müddəaları ləğv edilmişdir. Halbuki iddiaçı işlədiyi dövrdə həmin vəzifə dövlət qulluğunda aparıcı məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Cavabdehin yanaşması “qazanılmış hüquq” konsepsiyasına ziddir. Sonradan qanunvericilikdə★dəyişiklik★iddiaçının★ziyanına★şərh★edilə★bilməz. Göründüyü kimi inzibati orqanın ilkin inzibati aktı qanuni inzibati akt hesab olunur. Bununla★belə★inzibati★orqan★istər★qanunsuz,★istərsə★də★qanuni★inzibati★aktın★ləğvi zamanı★qanunvericilikdə★nəzərdə★tutulmuş★müddət★kriteriyasına★əməl★etməlidir. Bir daha diqqətə çatdırılır ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının düzgün təyin edilmədiyi barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına★şərh★edilə★bilməz. Oxşar işlər üzrə müəyyənləşdirilmiş məhkəmə praktikasından aydın olduğu kimi inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına★aid★olduğunu★müəyyənləşdirməkdən★ibarətdir.★ Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları★düzgün★tətbiq★etməlidir.★ Məhkəmə kollegiyası həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda qeyd edilən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü★il★tarixli★qərarında★(★★★)★öz★əksini★tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati★akt)★qəbul★etməyə★haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata★keçirilməsi★məqsədlərinə★xidmət★edir. “İnzibati icraat haqqında” Qanunda təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir★olunmalıdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qərarı★dəyişdirilmədən★saxlanılmaldır. Azərbaycan★Respublikası★İnzibati★Prosessual★Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan★sonra★qiymətləndirilir;★ 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin★mövqeyi★üçün★əsas★olmuş★səbəblər★göstərilməlidir;★ 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları★faktlar★və★sübutlarla★əsaslandırılmalıdır. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı★apellyasiya★tələbi★həddində★dəyişdirilə★bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini★rəhbər★tutaraq,★Məhkəmə★kollegiyası★ QƏRARA ALDI: Cavabdeh tərəfindən★verilmiş★apellyasiya★şikayəti★təmin★edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı★dəyişdirilmədən★saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına★kassasiya★şikayəti★verilə★bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar