Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-663/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və X10 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil1, Cavabdehin nümayəndəsi X9, Üçüncü şəxsin nümayəndəsi X8 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 300 kv.m torpaq sahəsinin mülkiyyət hüququ ilə mərhum Musayev Həsən Hüseyn oğluna məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından üçüncü şəxs Üçüncü şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin imtinasının qanunsuz hesab edilməsi və iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvanında yerləşən 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 300 kv.m torpaq sahəsinin mülkiyyət hüququ ilə mərhum Musayev Həsən Hüseyn oğluna məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə Üçüncü şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası Musayev Həsən Hüseyn oğlu Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinə ərizə ilə müraciət edərək, uzun müddət bağ sahəsi kimi istifadə etdiyi, 15-20 illik meyvə ağacları əkdiyi və qulluq etdiyi 300 kv.m torpaq sahəsində fərdi yaşayış evi tikməyə icazə verilməsini xahiş etmişdir. Həmçinin göstərilən əraziyə xidmət edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin * nömrəli evlər idarəsinin rəhbərliyi məktubla rayon icra hakimiyyətinə müraciət edərək, qeyd edilən sahənin mərhum atası Musayev Həsən Hüseyn oğlu tərəfindən uzun müddət istifadə edildiyini və göstərilən sahədən heç bir kommunikasiya xəttinin keçmədiyini qeyd edərək, fərdi yaşayış evinin tikintisini məqsədəuyğun olduğu hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti yuxarıda qeyd edilənləri nəzərə alaraq, özünü ##.##.1996-cı il tarixli, *** saylı Sərəncamına əsasən Bakı şəhər XDS-nin 8-ci sessiyası 20-ci çağırışının “Bakı şəhərində fərdi yaşayış tikintisinin qaydaya salınmasına dair görülən tədbirləri haqqında” və Bakı şəhər XDS-nin “Bakı şəhəri Kirov (hazırda Binəqədi) rayonu ərazisində fərdi yaşayış tikintisinin operativ həll edilməsi haqqında” **/** nömrəli, ##.##.1988-ci il tarixli qərarına əsasən - Bakı şəhər sakini təqaüdçü Musayev Həsən Hüseyn oğluna Biləcəri qəsəbəsində uzun müddət bağ kimi istifadə etdiyi 300 kv.m olan torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılması qərara alınmışdır. Keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1996-cı il tarixli, *** saylı Sərancamına əsasən Musayev Həsən Hüseyn oğluna Binəqədi qəsəbəsi, Biləcəri qəsəbəsində fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış 300 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət Torpaq Kadastr kitabında ##.##.2021-ci il tarixdə 27416 nömrə ilə uçota alınmışdır. Iddiaçının atası Musayev Həsən Hüseyn oğlu ##.##.2019-cu ildə vəfat etmişdir. Bundan sonra iddiaçı tərəfindən ərizə ilə Bakı şəhəri * saylı notariat ofisinə ərizə ilə müraciət edərək, ##.##.2019-cu il tarixdə vəfat etmiş atası Musayev Həsən Hüseyn oğlundan qalmış miras əmlaka (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 300 kv.m torpaq sahəsi) dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri * saylı notariat ofisi miras əmlak üzərində (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 300 kv.m torpaq sahəsi) miras qoyan Musayev Həsən Hüseyn oğlunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından iddiaçıya miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməkdən imtina edilmişdir. Hazırda iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə müraciət edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş olunsa da, cavabdeh inzibati orqan müraciətinə cavab olaraq ##.##.2023-cü il tarixli, ************ saylı məktubla bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, ##.##.2023-cü il tarixli, və ********** nömrəli, ##.##.2023-cü il tarixli müraciətlərinizə baxılmış, müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin imtinası əsassız və qanunsuzdur. Iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş Binəqədi rayon Icra Hakimiyyəti Başçısının ##.##.1996-cı il tarixli, *** nömrəli sərəncamı mərhum Musayev Həsən Hüseyn oğlunun adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhumun vərəsəsinə daşınmaz əmlaka dair çıxarışın tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq, təqdim edilmiş yerləşmə cizgisi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Üçüncü şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı öz ərizəsində, maddi sübut kimi Bakı şəhəri, Binəqədi Rayonun Icra Hakimiyyətinin *** saylı ##.##.1996-cı il tarixli Sərəncamını, qoşmaya əlavə etmişdir. Vətəndaşın iddiasına görə, *** saylı ##.##.1996-cı il tarixli Sərəncam ilə iddiaçının mərhum atasının (Musayev Həsən Hüseyn oğlu) adına fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. Iddiaçı tərəfindən təqdim olunmuş Bakı şəhəri Binəqədi Rayonun Icra Hakimiyyəti tərəfindən verilmiş *** saylı ##.##.1996-cı il tarixli Sərəncamı etibarsız inzibati aktdır. Belə ki, Binəqədi rayonu Bakı şəhəri, Binəqədi rayonu Icra Hakimiyyətinin X6 Hüseyn oğluna fərdi yaşayı evinin tikintisi üçün ayrılmış *** saylı ##.##.1996-cı il Sərəncamı Sazişin qüvvəyə mindiyi ## ### 2005-ci il tarixdən əvvəl qəbul edildiyi üçün etibarsızdır. Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, vahid elektron kadastr baza məlumatların əsasən göstərilən sahə Üçüncü şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının sərhədləri daxilində yerləşir. Həmçinin bunun davamı kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2025-ci il tarixli ekspert rəyində qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Üçüncü şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının sərhədləri daxilində yerləşir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 300 kv.m torpaq sahəsinin mülkiyyət hüququ ilə mərhum Musayev Həsən Hüseyn oğluna məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı hazırkı iddia predmeti olan torpaq sahəsi əslində, dövlət mülkiyyətində və SOCARın daimi istifadəsinə olan torpaq sahəsi olmaqla, məlum “X4 haqqında” saziş üzrə neftqaz əməliyyatlarının aparılması məqsədilə Üçüncü şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində Bakı ş, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşir. Dövlət mülkiyyətində və SOCAR-ın daimi istifadəsində olan torpaq sahəsi olmaqla, məlum “X4 haqqında” Saziş üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədilə Üçüncü şəxs şirkətinin qanuni istifadəsinə verilmiş ərazidə müvafiq icazələr almadan inşa işləri aparan vətəndaşın hər hansı mülkiyyət hüquqları yoxdur və ola bilməz. Bakı Inzibati Məhkəməsi bu hallara qiymət verməmişdir. Üçüncü şəxs şirkəti hər hansı fiziki şəxs və ya hər hansı digər fəaliyyət növü ilə məşğul olan hüquqi şəxs deyil, məhz adından da göründüyü kimi, ## ######## 2004-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“xxxx”), X1 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti (“Podratçılar”) arasında imzalanmış və ## ##### 2005ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı *** saylı Qanuna əsasən qanun statusunu almış “X4 haqqında” Saziş üzrə ona Dövlət tərəfindən verilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli, ## ####### 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri əsasında kontrakt sahəsinin hüdudları daxilində, o cümlədən bu ərazidə yerləşən mübahisəli toraq sahəsində neft-qaz əməliyyatları aparmaq səlahiyyətlərinə malik olan bir əməliyyat şirkətidir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.4-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı qanunsuzdur və kobud prosessual pozuntulara yol verilməklə qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilrək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etiraz: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti tam əsassızdır. Torpaq sahəsinin mərhum Musayev Həsən Hüseyn oğluna ayrıldığı gündən onun vəfatınadək və həmçinin onun ölümündən sonra Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin ##.##.1996-cı il tarixli, *** saylı Sərancamın (qərarın) məzmunu və nəticələri hər hansı bir subyekt (dövlət orqanı, hüquqi və ya fiziki şəxs) tərəfindən mübahisələndirilməmişdir. Torpaq sahəsinin ayrıldığı ərazidə bir dənə də olsun neft quyusu qazılmamışdır. Torpaq sahəsinə ən yaxında yerləşən neft quyusu 4-5 kilometr aralıqda yerləşməklə istifadəsi dayandırılmışdır. Həmçinin torpaq sahəsinin dörd bir yanında ayrı-ayrı fiziki şəxslərin mülkiyyətində olan yüzlərlə fərdi yaşayış evləri, çox mənzilli və 20 mərtəbəli yaşayış binaları tikilib, ərazidə məktəblər, bağçalar, marketlər və sair iaşə obyektləri fəaliyyət göstərir. Necə ola bilərki, bu qədər evlər, binalar, yüzlərlə marketlər, məktəblər və sair iaşə obyektləri Üçüncü şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilsin və onların hər biri ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar alınsın və bunların hər biri qanunsuz olsun?! Hesab edir ki, Üçüncü şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının apellyasiya şikayətində göstərdiyi bütün hallar uydurma və əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Iddia tələbi öhdəliyin icrası haqqında iddiadır. IPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı vaxtilə atasına fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış və onun istifadəsində olan torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Iddia mümkün iddiadır və mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ####### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (* nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Işin faktiki hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti yuxarıda qeyd edilənləri nəzərə alaraq, özünü ##.##.1996-cı il tarixli, *** saylı Sərancamına əsasən Bakı şəhər XDS-nin 8-ci sessiyası 20-ci çağırışının “Bakı şəhərində fərdi yaşayış tikintisinin qaydaya salınmasına dair görülən tədbirləri haqqında” və Bakı şəhər XDS-nin “Bakı şəhəri Kirov (hazırda Binəqədi) rayonu ərazisində fərdi yaşayış tikintisinin operativ həll edilməsi haqqında” **/** nömrəli, ##.##.1988-ci il tarixli qərarına əsasən - Bakı şəhər sakini təqaüdçü Musayev Həsən Hüseyn oğluna Biləcəri qəsəbəsində uzun müddət bağ kimi istifadə etdiyi 300 kv.m olan torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılması qərara alınmışdır. Keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1996-cı il tarixli, *** saylı Sərancamına əsasən Musayev Həsən Hüseyn oğluna Binəqədi qəsəbəsi, Biləcəri qəsəbəsində fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış 300 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət Torpaq Kadastr kitabında ##.##.2021-ci il tarixdə 27416 nömrə ilə uçota alınmışdır. Iddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək sözügedən torpaq sahəsi üzərində hüququn mərhum atasına məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında və üçüncü şəxs apellyasiya şikayətində o hala istinad etmişdir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi vahid elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Əvvəla iş materiallarında olan sənədlər nəzərdən keçirilir. - Binəqədi Rayon Icra Hakimiyyəti başçısının *** nömrəli ##.##.1996-cı il tarixli “X6 Hüseyn oğluna Biləcəri qəsəbəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” Sərəncamı ilə Bakı şəhər sakini təqaüdçü Musayev Həsən Hüseyn oğluna Biləcəri qəsəbəsində uzun müddət bağ kimi istifadə etdiyi 300 kv.m olan torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılması qərara alınmışdır. - Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının vəkil vəkil2 ünvanladığı *-**-*F/*-*****/**** nömrəli, # ######## 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Musayev Həsən Hüseyn oğlu barəsində Binəqədi rayonu IH-nin arxiv fondu üzrə ##.##.1996-cı il tarixli *** saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Əlavə olaraq sərəncamın təsdiq edilmiş surəti təqdim edilmişdir. - Musayev Həsən Hüseyn oğluna Binəqədi rayon Icra Hakimiyyəti başçısının *** nömrəli, ##.##.1996-cı il tarixli sərəncamı ilə ayrılmış 300 kv.m torpaq sahəsinin planı və ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmişdir. - Ədliyyə Nazirliyi Bakı şəhəri * saylı Notariat ofisinin **** nömrəli, ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı, Bakı şəhəri * saylı notariat ofisinə ərizə ilə müraciət edərək, ##.##.2019-cu ildə vəfat etmiş atası- Musayev Həsən Hüseyn oğlundan qalmış miras əmlaka (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 300 kv.m torpaq sahəsi) dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) **-*/*-****/**** nömrəli, ##.##.2023-cü il tarixli məkubunda məhkəməyə bildirilmişdir ki: “Müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X4 haqqında” Sazişə əsasən “X3” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Sazişin təsdiq olunduğu Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli 901- IIQ nömrəli Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1 -ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). SOCARın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir.” - Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin 3-21-3-30/2-42587/2024 ************ nömrəli, ##.##.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 300.0 kv.m təşkil edir, torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə X7 Şirkətinin sərhədləri daxilinə düşür. - Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü tarixli qərardadına əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş **/**** nömrəli ## #### 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki: Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin yerquruluşu üzrə mühəndisi Orxan Səmədzadənin tərtib etdiyi ## ####### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 300.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə X7 Şirkətinin sərhədləri daxilinə düşür. Inzibati işin faktiki hallarından görünür ki, iddiaçının mərhum atasına 300 kv.m torpaq sahəsi Binəqədi Rayon Icra Hakimiyyəti başçısının *** nömrəli ##.##.1996-cı il tarixli sərəncamına əsasən ayrılmışdır. Dövlət orqanı olan Bakı şəhəri Binəqədi rayonu Icra Hakimiyyəti Başçısının sözügedən inzibati aktı hal-hazırda da qüvvədədir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın sərəncamı əsasında ayrılmışdır. Həmin inzibati akt mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi hasara alınmış, torpaq sahəsinin üzərində fərdi ev mövcuddur. Ərazidə fərdi yaşayış evləri mövcuddur. 3-cü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş ərazinin ortofoto görüntüsündən də görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin ətrafında çoxsaylı fərdi yaşayış evləri mövcuddur. Həmin sahənin hazırda neft qaz əməliyyatları aparılması ilə əlaqədar olan sahə olması öz təsdiqini tapmır. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrıldığı zaman həmin ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi ilə bağlı cavabdeh və üçüncü şəxs tərəfindən sübutlar məhkəməyə təqdim edilmədiyindən qeyd edilən əsasla iddiaçının torpaq sahəsinə dair mərhum atasına məxsus arayışın verilməsindən cavabdehin imtinası və hazırda 3-cü şəxsin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq qeyd edir ki, iddiaçının mərhum atasının mübahisəli torpaq sahəsi üzərində ilkin hüquq əldə etdiyi, lakin qazandığı hüququ dövlət qeydiyyatına almaması, onun həmin hüquqdan məhrum olmasına gətirib çıxarmır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum Musayev Həsən Hüseyn oğluna məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvanında yerləşən 300 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışının və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Beləliklə, torpaq sahəsinin mərhum Musayev Həsən Hüseyn oğluna məxsus olmasına dair arayış almaq üçün qanunvericiliyə uyğun olaraq hüquqmüəyyənedici sənədlər mövcuddur və inzibati orqana təqdim edilmişdir. Arayışın verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Üçüncü şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-663/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-663/2026
01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver