Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-670/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı və onun vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin qəbul etdiyi ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qəbul etdiyi ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 1964-cü ildə anadan olmuş, ## ###### 2016-ci il tarixində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Əmək pensiyası təyin edildikdən sonra iddiaçı işləməkdə davam etmiş və hal-hazırda da işləyir. ## ###### 2022-ci il tarixində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 72-yə bölünməklə əmək pensiyası yenidən hesablanmışdır. Cavabdeh tərəfindən pensiyanın məbləği 2024-cü ilin iyul ayından azaldılmışdır. Iddiaçı ## #### 2025-ci il tarixdə cavabdehə müraciət edərək pensiyanın azaldılması səbəbi barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona ## #### 2025-ci il tarixli, *-**-*/*-M-******/**** saylı məktub ünvanlanaraq bildirilmişdir ki, iddiaçıya ##.##.2022-ci il tarixdən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası ## ###### 2022-ci il tarixdən yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanılan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən olunub. Iddiaçı cavabdehin fərdi hesabının sığorta hissəsində toplanılan pensiya kapitalını 156 aya bölünməklə yenidən hesablanması barədə qərarı ilə aşağıdakı səbəblərdən razı deyil. Belə ki, Azərbaycan Respublikasının ## #### 2022-ci il tarixindən qüvvəyə minmiş ## ### 2022-ci il tarixli, 530- VIQD saylı Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2-ci cümləsi Qanundan çıxarılıb. Həmin dəyişiklikdən sonra əmək pensiyası fərdi hesabın sığorta hissəsində toplanılan pensiya kapitalına uyğun olaraq 72-yə bölünməklə yenidən hesablanır. Iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı əmək pensiyası ##.##.2022-ci il tarixində “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 1213,12 manat məbləğində müəyyən edilmişdir (##.##.2023-cü il tarixinə indeksləşdirilmə nəzərə alınmaqla 1229,78 manat). Inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında ##.##.2022-ci il tarixindən əmək pensiyası yenidən hesablanaraq 898,08 manat məbləğində müəyyən edilməli olduğu halda, 1213,12 manat məbləğində müəyyən edildiyi aşkar olunub. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun ##.##.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Pensiyanın yenidən hesablanması hüququ ##.##.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. Iddiaçı İddiaçı ##.##.2022ci il tarixindən əvvəl, yəni ##.##.2016-cı il tarixində pensiya təyin olunmuş, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (43099,68:156 ay (65 il-58 il = 84 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünüb. Nəticədə iddiaçıya ümumilikdə 6946,30 manat artıq pul vəsaiti ödənilib. Iddiaçıya artıq ödənilmiş 6946,30 manat pul vəsaitindən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 2025-ci ilin yanvar ayı üçün E.Mahmuduya hesablanmış 94,50 manat çıxılaraq büdcəyə bərpa edilib. Qalıq 6851,80 manat artıq ödənilmiş vəsaitin iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının alınması məqsədilə mümkün qədər qısa müddətdə Mərkəzi Filiala yaxınlaşmalı olduğu bildirilmişdir. Iddiaçı tərəfindən ##.##.2024-cü il tarixində vətəndaşa yazılmış dəvət məktubunda inzibati icraat başlandığı, həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən vətəndaşın müraciəti əsasında ##.##.2022-ci il tarixindən əmək pensiyasının yenidən hesablanaraq 898,08 manat (indeksləşdirilmə nəzərə alınmaqla hazırda 1166,72 manat) məbləğində müəyyən edilməli olduğu halda, 1213,12 manat məbləğində müəyyən edilərək aşkar olunduğu bildirilib. Bundan sonra iddiaçının pensiyası yenidən hesablanaraq ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** saylı qərar qəbul edilmişdir. Göründüyü kimi “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsi ilə nəzərdə tutulmuş 1 illik müddət nəinki ötürülməmişdir, hətta iddiaçının pensiyası barədə qanunvericiliyə zidd olan məqamlar cavabdehə məlum olduğu andan etibarən E.Mahmudov barəsində qəbul edilən qərarın arasında cəmi 11 gün müddət vardır. Göstərilənlərlə əlaqədar, iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 1261,23 manat məbləğində müəyyən olunması nəzərdə tutulub. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı barədə cavabdeh Cavabdeh “Əmək pensiyasının təyin edilməsi haqqında ##.##.2024-cü il tarixli, *-**-*/*-*- *****/**** saylı qərarının ləğv edilməsi qərara alınmıışdır. Cavabdeh Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ... şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan suiistifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə “Inzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almalı idi. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qərarın 33-cü bəndində qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, “Inzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan qeyd olunan xüsusatları hazırkı mübahisəyə münasibətdə iddiaçının artıq ödəmənin qanunsuz olduğunu bilməsində və ya ən azından bilməli olmasında ifadə olunan davranışı inzibat icraat hüququnun müddəaları və şəxsin etimad hüququ baxımından qiymətləndirilərkən, həmçinin iddiaçının vəzifəsi, statusu, peşəsi, təhsil və bilik səviyyəsi, eləcə də bununla bağlı digər hallar da nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. İddiaçı müraciətinə əsasən onun pensiyası Mərkəzi Filial tərəfindən ##.##.2022-ci il tarixində işləyən pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanmışdır. Sonradan pensiya məbləğinin yanlış hesablandığı məlum olmuş, əmək pensiyasının yenidən hesablanmasına dair inzibati icraata başlanılaraq ##.##.2024-cü il tarixində dəvət məktubu göndərilməklə mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün Mərkəzi Filiala gəlməsi xahiş olunmuşdur, həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən vətəndaşın müraciəti əsasında ##.##.2022-ci il tarixindən əmək pensiyasının yenidən hesablanaraq 898,08 manat (indeksləşdirilmə nəzərə alınmaqla hazırda 1166,72 manat) məbləğində müəyyən edilməli olduğu halda, 1213,12 manat məbləğində müəyyən edilərək aşkar olunduğu bildirilib. Bundan sonra iddiaçının pensiyası yenidən hesablanaraq ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** saylı qərar qəbul edilmişdir. Göründüyü kimi tərəfimizdən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsi ilə nəzərdə tutulmuş 1 illik müddət nəinki ötürülməmişdir, hətta iddiaçının pensiyası barədə qanunvericiliyə zidd olan məqamlar cavabdehə məlum olduğu andan etibarən E.Mahmudov barəsində qəbul edilən qərarın arasında cəmi 11 gün müddət vardır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, iddiaçıya 2016-cı ildə pensiya təyin edilmiş, 2022-ci ildə 37.1-ə əsasən pensiya yenidən hesablanmışdır. 2024-cü ildə isə yenidən hesablanılaraq pensiyanın məbləği 45.2-ci maddəsinə əsasən azaldılmışdır. Ali Məhkəmənin sonuncu qərardadına əsasən apellyasiya şikayətimizin geri götürülməsi məsələsi ilə bağlı qeyd edilməlidir ki, sistemə apellyasiya şikayətinə əlavə ərizəsini göndərilib. Bakı Inziabti Məhkəməsi qərarında etimad hüququna toxunmuş, lakin əvvəlki hüquqi mövqeyə toxunmamışdır. Əvvəlki hüquqi mövqeyinə görə isə 45 maddənin ikinci cümləsi pensiya təyini qaydasını müəyyən edir, yenidən hesablanmaya aid edilmir, yenidən hesablaqnma 37.3-ci maddəsinə əsasən aparılır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və onun vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsinin qərarında 67-ci maddəsinə isitnad etməyi, etimad hüququna əsaslanmağı o demək deyildir ki, bu məsələnin başqa hüquqi əsası yoxdur. 2022-ci ildə yenidən hesablama edərək, 72-yə bölmüş, daha sonra isə belə qənaətə gəliblər ki, 72-yə yox, 156-ya bölünməlidir. Yəni cavabdeh orqanı 2022-ci ildə hesablama apararkən bilirdi ki, 45.2-ci maddə ilə bağlı keçid müddəa mövcuddur. Deməli bu halda cavabdeh 1 illik iddia müddətin ötürmüş hesab olunur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı ##.##.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-M-******/**** saylı cavab məktubunda bildirmişdir ki, “... aparılmış araşdırma zamanı, sizə vaxtilə əmək pensiyası təyin edilərkən pensiya məbləğinizin düzgün hesablanmadığı müəyyən edilib. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 27-ci maddəsinin ##.##.2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, ##.##.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170.00 manat götürülməklə ##.##.2006-c! i! tarixindən sonrakı dövre ferdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Pensiya ill işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, ##.##.2006-сi tarixinədək ümumi iş stajınız 22 il 5 ay 19 gün təşkil edir. Bununla əlaqədar, ##.##.2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 26,53 manat (22,47 il x 170 manat : 144 ay) hesablanaraq ##.##.2016-cı il tarixinə indeksləşdirilib 51,18 manat müəyyən edilərək, üzərinə ##.##.2006- ##.##.2016-cı il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 33016,32 manat pensiya sığorta kapitalınıza uyğun 229,28 (33016,32:144) manat 110,00 manat baza hissəsi əlavə edilərək ##.##.2016-cı il tarixinə 390,46 (51,18+229,28+110,00) manat (indeksləşdirilərək ##.##.2022-ci il tarixinə 621,80 manat) əmək pensiyası təyin edilməli olduğu halda, 392,50 manat (indeksləşdirilərək ##.##.2022-ci il tarixinə 625,14 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək sizə ödənilib. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (##.##.2022-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının ##.##.2022-ci ii tarixindən qüvvəyə minmiş ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Həmçinin araşdırma zamanı, sizə ##.##.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası təyin olunduqdan sonra 6 il işlədiyinizə görə əmək pensiyanız ##.##.2022-ci il tarixindən yenidən hesablanarkən fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (65 il-58 il)=84 ay+(144 ay-72 ay)) bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən edilib. Belə ki, 43099,68 manat pensiya sığorta kapitalınız 156 aya bölünməklə 276,28 (43099,68:156) manat qanuni əmək pensiyanızın (621,80 manat) üzərinə əlavə edilərək pensiya məbləğiniz 898,08 (621,80+276,28) manata artırılmalı olduğu halda, 42334,56 manat pensiya sığorta kapitalı 72 aya bölünməklə 587,98 (42334,56:72) manat düzgün olmayan əmək pensiyanızın (625,14 manat) üzərinə əlavə edilərək pensiya məbləğiniz 1213,12 (625,14+587,98) manata artırılmaqla sizə ödənilib. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən sizə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün sizə ##.##.2024-cü il tarixində məktub göndərilməklə ##.##.2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Mülahizənizin dinlənilməsi üçün Mərkəzi Filiala##.##.2024-cü il tarixində gəlmisiniz. Qəbul zamanı sizə qanunvericiliyin tələbləri bildirilmiş və mülahizələriniz dinlənərək tərtib edilmiş akt birgə imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, sizə artıq ödənilmiş 6946,30 manat pul vəsaitindən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 2025-ci ilin yanvar ayı üçün sizə hesablanmış 94,50 manat çıxılaraq büdcəyə bərpa edilib. Qalıq 6851,80 manat artıq ödənilmiş vəsaitin əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 1261,23 manat təşkil edir”. Göründüyü kimi, hazırkı mübahisənin hüquqi predmeti cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə əvvəllər qəbul edilmiş, ona cari pul ödənişi formasında əlverişli hüquqi nəticə yaratmış inzibati aktı sonradan dəyişdirməsi, həmin akt əsasında ödənilən pensiya məbləğini azaltması və artıq ödəmə müəyyən etməsi ilə bağlıdır. Bu baxımdan işə yalnız “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin tətbiqi prizmasından deyil, həm də “Inzibati icraat haqqında” Qanunun qanunsuz əlverişli inzibati aktın ləğvi, etimadın qorunması, hüquqi müəyyənlik və inzibati orqanın əvvəlki aktına münasibətdə ləğvetmə səlahiyyətinin müddət hədləri barədə müddəaları əsasında qiymət verilməlidir. Iş materiallarından görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ##.##.2016-cı il tarixdən təyin edilmiş, bundan sonra iddiaçı işləməkdə davam etmiş və ##.##.2022-ci il tarixdə işləyən pensiyaçı kimi onun pensiyasının yenidən hesablanması üçün əsas yaranmışdır. Cavabdeh inzibati orqan tərəfindən ##.##.2023-cü il tarixli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanmış, pensiya məbləği artırılmış və bu akt əsasında iddiaçı uzun müddət ərzində artırılmış pensiya almışdır. Sonradan cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarla əvvəlki hesablamanı səhv hesab etmiş, pensiya məbləğini azaltmış, artıq ödəmə müəyyən etmiş və faktiki olaraq ##.##.2023-cü il tarixli əlverişli inzibati aktın yaratdığı hüquqi vəziyyəti aradan qaldırmışdır. Belə olan halda mübahisələndirilən ##.##.2024-cü il tarixli qərar iddiaçı üçün əlverişsiz hüquqi nəticə doğuran inzibati akt olmaqla yanaşı, mahiyyət etibarilə əvvəlki əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi xarakteri daşıyır. Inzibati orqan əlverişli inzibati aktın qanunsuz olduğunu iddia etdikdə belə, həmin aktı istənilən vaxt və istənilən əsasla ləğv etmək səlahiyyətinə malik deyildir. “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsi qanunsuz əlverişli inzibati aktın ləğvini xüsusi məhdudiyyətlərə tabe edir. Həmin məhdudiyyətlərin məqsədi şəxsin dövlət orqanının rəsmi qərarına əsaslanaraq formalaşdırdığı hüquqi vəziyyətin sabitliyini, hüquqi müəyyənliyi və dövlət orqanına etimadı qorumaqdır. Cavabdehin apellyasiya şikayətində əsas dəlili ondan ibarətdir ki, pensiyanın ##.##.2022-ci il tarixdən yenidən hesablanması zamanı iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 72 aya deyil, 156 aya bölünməli idi. Lakin bu dəlil, hətta cavabdehin hesablamaya dair mövqeyi ayrıca müzakirə predmeti kimi qəbul edilsə belə, mübahisələndirilən inzibati aktın qanuniliyini avtomatik təsdiq etmir. Çünki inzibati orqan əvvəlki əlverişli aktı dəyişdirərkən yalnız maddi hesablamanın düzgünlüyünü deyil, həmin aktın ləğvinə dair inzibati icraat qanunvericiliyinin bütün şərtlərini də gözləməli idi. Birinci instansiya məhkəməsi haqlı olaraq etimad hüququna və ləğvetmə səlahiyyətinin müddət hədlərinə istinad etmişdir. Iddiaçı pensiyanın hesablanması ilə bağlı inzibati orqana yanlış məlumat verməmiş, hər hansı sənədi saxtalaşdırmamış, inzibati orqanı aldatmamış, habelə pensiyanın hesablanmasının qanunsuz olduğunu bildiyini və ya kobud ehtiyatsızlıq nəticəsində bilməli olduğunu təsdiq edən sübut iş materiallarında müəyyən edilməmişdir. Əmək pensiyasının hesablanması xüsusi bilik, pensiya işi üzrə məlumat bazasına çıxış, normativ dəyişikliklərin ardıcıllığının və keçid müddəalarının peşəkar təhlilini tələb edən mürəkkəb inzibati-hüquqi hesablamadır. Belə hesablamanın düzgün aparılması sığortaolunanın deyil, məhz pensiyanı təyin edən və yenidən hesablayan inzibati orqanın vəzifəsidir. Bu səbəbdən iddiaçının ona rəsmi qaydada hesablanmış və ödənilmiş pensiya məbləğinə etimad göstərməsi qanunla qorunan etimad kimi qiymətləndirilməlidir. Şəxsin dövlət orqanının qəbul etdiyi rəsmi qərarın məzmununa inanması, həmin qərar əsasında müntəzəm pensiya ödənişi alması və öz sosial-iqtisadi vəziyyətini buna uyğun qurması normal və qanuni davranışdır. Inzibati orqanın sonradan öz hesablamasını səhv hesab etməsi, özlüyündə, şəxsin bu etimadını aradan qaldırmır. Əks yanaşma dövlət orqanının səhvini vətəndaşın üzərinə yükləmiş olar ki, bu da hüquqi müəyyənlik, sosial dövlət və qarşılıqlı etimad prinsipləri ilə ziddiyyət yaradar. Apellyasiya şikayətində iddiaçının pensiya məbləğinin artıq hesablandığını bilməli olması barədə mövqe də əsaslı hesab edilə bilməz. Şəxsin aldığı pensiya məbləğinin əvvəlki pensiya ilə müqayisədə artması onun hesablamanın qanunsuz olduğunu bildiyini sübut etmir. Əksinə, iddiaçının pensiyası məhz işləyən pensiyaçı kimi qanunda nəzərdə tutulmuş altı illik müddət başa çatdıqdan sonra yenidən hesablanmışdır. Bu hal pensiyanın artmasını iddiaçı üçün hüquqi baxımdan izaholunan və gözlənilən etmişdir. Belə şəraitdə pensiya məbləğinin artması faktı “kobud ehtiyatsızlıq” kimi qiymətləndirilə bilməz. Kobud ehtiyatsızlıq yalnız qanunsuzluğun açıq-aşkar, adi diqqət göstərən şəxs üçün dərhal görünən və inkarolunmaz olduğu hallarda mövcud ola bilər. Hazırkı işdə isə tətbiq edilməli normanın məzmunu, keçid müddəalarının təsir dairəsi və məhkəmə təcrübəsinin mövqeyi özü hüquqi mübahisə predmetidir. Mübahisəli və müxtəlif təfsirlərə açıq olan hüquqi vəziyyətdə şəxsin inzibati orqanın qərarına etimad etməsi onun vicdansız davranışı kimi qiymətləndirilə bilməz. Inzibati orqanın ##.##.2024-cü il tarixli qərarı qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulan bir illik müddətə riayət etməsi də sübuta yetirilməmişdir. Həmin normaya görə qanunsuz inzibati akt onun ləğvini şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Bu müddətin başlanğıcı inzibati orqanın öz subyektiv mülahizəsi ilə müəyyən etdiyi audit və ya araşdırma tarixi deyil, aktın ləğvini şərtləndirən halların inzibati orqana məlum olduğu və ya onun xidməti vəzifəsi çərçivəsində məlum olmalı olduğu vaxtdır. Iddiaçının doğum tarixi, pensiyanın ilk təyin edildiyi tarix, güzəştli şərtlərlə pensiyaya çıxması, işləyən pensiyaçı kimi altı illik müddətin başa çatması, fərdi hesab üzrə pensiya kapitalı və tətbiq edilən bölünmə müddəti cavabdehin öz sərəncamında olan pensiya işi materialları əsasında müəyyən edilmişdir. Başqa sözlə, cavabdehin sonradan səhv hesab etdiyi bütün məlumatlar ##.##.2023-cü il tarixli qərarın qəbul edildiyi vaxt da məhz həmin inzibati orqanın sərəncamında olmuşdur. Cavabdeh apellyasiya şikayətində qanunsuzluğun ona yalnız 2024-cü ilin iyul ayında məlum olduğunu bildirsə də, bu halı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Inzibati orqanın öz daxilində gecikmiş araşdırma aparması bir illik müddətin axımını yenidən başlatmır. Əks halda, “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş müddət təminatı real hüquqi məzmununu itirər və inzibati orqan istənilən əlverişli aktı sonradan “yeni aşkar edilmiş səhv” adı ilə müddətsiz qaydada ləğv edə bilərdi. Bu isə hüquqi sabitlik və hüquqi müəyyənlik prinsiplərinə uyğun hesab oluna bilməz. Iş materiallarından görünür ki, əlverişli hüquqi vəziyyət yaradan ##.##.2023-cü il tarixli qərardan ##.##.2024-cü il tarixli mübahisələndirilən qəraradək bir ildən artıq müddət keçmişdir. Cavabdeh isə ləğvetməni şərtləndirən halların ona məhz 2024-cü ilin iyul ayında məlum olduğunu və həmin halların daha əvvəl məlum olmasının mümkün olmadığını sübut etməmişdir. Halbuki həmin faktlar pensiya işinin tərkibində olan və bilavasitə cavabdehin yoxlamalı olduğu məlumatlardan ibarət olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin cavabdehin ləğvetmə səlahiyyətindən qanunla müəyyən edilmiş müddət hədləri daxilində istifadə etmədiyi barədə qənaəti işin hallarına və qanunun məqsədinə uyğundur. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin əvvəlki redaksiyasının tətbiqi ilə bağlı dəlillər də birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Həmin dəlillər, mahiyyəti üzrə, pensiyanın hesablanması qaydasına dair hüquqi mövqedir. Lakin hazırkı işdə cavabdehin üzərinə düşən əsas sübut yükü yalnız hesablamanın başqa cür aparılmalı olduğunu göstərməkdən ibarət deyildi. Cavabdeh həm də əvvəlki əlverişli inzibati aktın ləğvi üçün “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğunu, etimad hüququnu aradan qaldıran halları və bir illik müddətə riayət edildiyini sübut etməli idi. Apellyasiya şikayətində bu hallar hüquqi və faktiki baxımdan əsaslandırılmamışdır. Apellyasiya şikayətinə əlavədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadına istinad edilməsi də hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirmir. Həmin istinad, əvvəla, mübahisələndirilən inzibati aktın qəbul edildiyi tarixdə cavabdehin “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə riayət edib-etməməsi məsələsini aradan qaldırmır. Ikincisi, yeni hüquqi mövqenin mövcudluğu inzibati orqanın artıq formalaşmış əlverişli hüquqi vəziyyəti müddətsiz və etimad hüququnu nəzərə almadan ləğv etmək səlahiyyəti yaratmır. Üçüncüsü, həmin qərardadın özündə də əvvəlki hüquqi mövqelərə uyğun qəbul edilmiş məhkəmə aktlarının yalnız yeni hüquqi mövqeyə istinad edilməklə ləğv edilməməli olduğu yanaşması ifadə olunmuşdur. Bu baxımdan sonradan formalaşdırılmış və ya dəyişdirilmiş hüquqi yanaşma, xüsusilə də birinci instansiya məhkəməsinin qərarından sonra irəli sürülmüş olduqda, hazırkı işdə əvvəlki aktın ləğvi üçün zəruri olan inzibati-hüquqi şərtlərin mövcudluğunu əvəz edə bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, əmək pensiyası şəxsin sosial təminat hüququ ilə birbaşa bağlı olan, onun yaşayışını təmin edən müntəzəm pul ödənişidir. Belə ödənişin məbləğinin inzibati orqanın öz səhvinə istinadla azaldılması və əvvəlki dövr üzrə artıq ödəmə müəyyən edilməsi şəxsin sosial vəziyyətinə ciddi təsir göstərir. Bu cür müdaxilə yalnız qanunla nəzərdə tutulmuş aydın, sübuta yetirilmiş və proporsional əsaslar olduqda mümkün sayıla bilər. Cavabdehin qərarında və apellyasiya şikayətində isə iddiaçının etimadının niyə qorunmamalı olması, dövlət marağı ilə şəxsin sosial təminat hüququ arasında hansı balansın aparılması, artıq ödəmənin məhz iddiaçının təqsirli və ya vicdansız davranışı nəticəsində yaranması kimi hallar əsaslandırılmamışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-670/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-670/2026
03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver