Məhkəmə qərarları › İş №2-1(3-6)-672/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-672/2026

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-672/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İmaməliyeva Gültəkin Niyazi qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının ##.##.2002-ci il tarixli, *** saylı sərəncamı ilə əlavə edilmiş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən X5 kitabında ##.##.2013-cü il tarixdı 36392 nömrə ilə uçota alınmış A№ ****** saylı torpaq sahəsinin plan və ölçüsü sənədi üzrə iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi yolunun sağ hissəsində “Kamaz” avtomərkəzinin qarşısında yerləşən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X7 və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Zəruri qaydada cəlb edilmiş 3-cü şəxs X1 şirkətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3” şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının *** nömrəli ##.##.2002-ci il tarixli “Vətəndaş G.N.İmaməliyevaya Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” Sərəncamı ilə Biləcəri qəsəbəsi, Xırdalan-Binəqədi yolunun sağ hissəsində “Kamaz” avtomərkəzinin qarşısında yerləşən 600,0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün, əlavə edilmiş cizgi əsasında vətəndaş İmaməliyeva Gültəkin Niyazi qızına ayrılması qərara alınmışdır. Sərəncama ayrılmış torpaq sahəsinin cizgisi əlavə edilmişdir.

2. Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialının ## #### 2017-ci il tarixli İ-89 nömrəli məktubu ilə İmaməliyeva Gültəkin Niyazi qızına Binəqədi RİH-nin arxiv fondu üzrə ##.##.2002-ci il tarixli *** saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş cizgi sənədinin təsdiq edilmiş ksero surətləri təqdim edilmişdir.

3. Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- ****/**** nömrəli ## ####### 2013-cü il tarixli Qərarı ilə iddia tələbinin təmin edilməsi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının ##.##.2002-ci il tarixli, *** nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi yolunun sağ hissəsində “Kamaz” avtomərkəzinin qarşısında yerləşən 600 kv.m torpaq sahəsinin İmaməliyeva Gültəkin Niyazi qızının adına plan və ölçüsünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə olunması qərara alınmışdır. İmaməliyeva Gültəkin Niyazi qızına fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsinin planı və ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli ************ nömrəli məktubunda qeyd edilmişdir ki, ##.##.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlayyihətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il ######ın #-dən etibarən həyata keçirir. ##.##.2023-cü il tarixlin “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, faktiki göstərilən torpaq sahəsi bir tərəfdən mişar daşı hasarla, üç tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarı ilə sərhədlənib, torpaq sahəsi üzərində bir ədəd yarım/zirzəmili/iki mərtəbəli/mansardlı yaşayış evi, kölgəlik mövcuddur, faktiki göstərilən torpaq sahəsi Xırdalan-Binəqədi yolunun sağ tərəfində yol kənarı ərazisində yerləşir.

5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məhkəməyə ünvanladığı ## ###### 2023-cü il tarixli **-*/*-****-**/**** saylı sorğuya cavab məktubunda qeyd edilmildir ki, torpaq sahəsinin (600 kv.m) yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı istisna olunur.

6. Dövlət Neft Şirkətinin (SOCAR) məhkəməyə ünvanladığı ## ###### 2023-cü il tarixli **-*/*-****/**** saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı İmaməliyevə Gültəkin Niyazi qızının iddiasına dair tələb olunan məlumatların məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız məktubunuza baxılmış, qoşmada olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft- qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X4 haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X3” Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinə daxil edilmişdir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin 1,5 metr məsafəsindən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan 50 mm-lik yerüstü orta təzyiqli qaz kəməri keçir.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli 3-21-3-30/2-9209/2024 ************ nömrəli məktubu ilə məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 702.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oil). Sahə Dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda göstərilən torpaq sahəsi Binəqədi-Xırdalan avtomobil yolunun 6-7 metr məsafəsində yerləşir. Bundan başqa torpaq sahəsinin ilkin yerləşmə cizgisində mövqeyini təyin edən istinad və məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən və konfiqurasiyası tamamilə fərqli olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ### 2024-cü il tarixli 3-16- **/*- **/**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 702.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oil). Sahə Dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda göstərilən torpaq sahəsi Binəqədi-Xırdalan avtomobil yolunun 6-7 metr məsafəsində yerləşir. Bundan başqa torpaq sahəsinin ilkin yerləşmə cizgisində mövqeyini təyin edən istinad və məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən və konfiqurasiyası tamamilə fərqli olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

9. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən ## ### 2025-ci il tarixli 3-21-3-30/2- *****/**** nömrəli məktub ilə məhkəməyə mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən qeydiyyatdan keçmiş torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat.

10. İddiaçı İmaməliyeva Gültəkin Niyazi qızı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq “Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının ##.##.2002-ci il tarixli, *** saylı sərəncamı ilə əlavə edilmiş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən X5 kitabında ##.##.2013-cü il tarixdı 36392 nömrə ilə uçota alınmış A№ ****** saylı torpaq sahəsinin plan və ölçüsü sənədi üzrə iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi yolunun sağ hissədində “Kamaz” avtomərkəzinin qarşısında yerləşən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmənin ##.##.2023-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ##.##.2024-cü il tarixli Qərardadı ilə “X3” şirkətinin Azərbaycan Respublikasındakı filialı məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2002-ci il tarixli, *** saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi yolunun sağ hissəsində «Kamaz» avtomərkəzinin qarşısında yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün, əlavə edilmiş cizgi əsasında iddiaçının adına ayrılmışdır. Sərəncamın kötüyü Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində mövcuddur. 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə müraciət edərək torpaq sahəsinə plan və ölçüsünün verilməsini tələb etdi, müraciətinə imtina cavabı verildi və iddiaçı * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdi, məhkəmə tərəfindən iddiaçının iddia tələbi təmin edildi və bu barədə ##.##.2013-cü il tarixli, 2inz(81)- ****/**** saylı qərar verildi. Həmin qərar qüvvəyə mindi və icra edilərək X5 kitabında ##.##.2013-cü il tarixdə 36392 nömrə ilə uçota alınmış A № ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verildi. Hazırda torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsini tələb edir. Bununla əlaqədar, cavabdehə ##.##.2022-ci il tarixli ərizə ilə ##.##.2022-cı il tarixdə poçtla müraciət etdi, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı cavabdehin imtina məktubunu əsassız hesab edərək qeyd edir ki, * saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin ##.##.2013-cü il tarixli, *inz(**)-****/**** saylı qərarı ilə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2002-ci il tarixli, *** №-li sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi yolunun sağ hissəsində «Kamaz» avtomərkəzinin qarşısında yerləşən 600 kv.m torpaq sahəsinin İmaməliyeva Gültəkin Niyazi qızının adına plan və ölçüsünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə olunmuşdur. Həmin məhkəmə qərarı İPM-in 1.2-ci maddəsinə istinadən MPM-in 82.3-cü maddəsinə əsasən hazırkı işdə hüququmüəyyənedici sənədin qüvvədə olması və icra edilməli olması hissəsində preyudisial əhəmiyyətə malikdir.

13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən torpaq sahəsinin ayrılmasına dair Binəqədi rayon İcra Hakimiyyəti başçısının *** saylı sərəncamı ##.##.2002-ci il tarixlidir. Həmçinin elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşir. Eyni zamanda göstərilən torpaq sahəsi Binəqədi-Xırdalan avtomobil yolunun 6-7 metr məsafəsində yerləşir. Bundan başqa, torpaq sahəsinin yerləşmə cizgisində mövqeyini təyin edən istinad və məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən və konfiqurasiyası tamamilə fərqli olduğundan təqdim edilən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya ************ nömrəli, ##.##.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

14. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının ##.##.2002ci il tarixli, *** saylı sərəncamı ilə əlavə edilmiş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən X5 kitabında ##.##.2013-cü il tarixdı 36392 nömrə ilə uçota alınmış A№ ****** saylı torpaq sahəsinin plan və ölçüsü sənədi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi yolunun sağ hissəsində “Kamaz” avtomərkəzinin qarşısında yerləşən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçı İmaməliyeva Gültəkin Niyazi qızının adına qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3” şirkəti ayrı-

15. ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

16. Üçüncü şəxs “X3” şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ,İmaməliyeva Gültəkin Niyazi qızının hazırki iddia predmeti olan torpaq sahəsi əslində, dövlət mülkiyyətində və SOCAR-ın daimi istifadəsinə olan torpaq sahəsi olmaqla, məlum “X4 haqqında” saziş (bundansonra “Saziş”) üzrə neftqaz əməliyyatlarının aparılması məqsədilə “X3” şirkətinin Azərbaycan Respublikasındakı filialı qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir.

17. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilindədir, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X4 haqqında” Sazişə əsasən "X3” Şirkətinə verilmiş kontrakt sahəsidir. Həmçinin, torpaq sahəsinin 1.5 metr məsafəsində “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-50 mm-lik yerüstü orta təzyiqli qaz xətti keçir. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə dair yazılı etiraz daxil olmamışdır.

f) Proses iştirakçılarının izahatları

19. Məhkəmədə zəruri qaydada cəlb edilmiş 3-cü şəxs X1 şirkətinin nümayəndəsi X2 apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

22. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ndan:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il ######un ##-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il ######un ##-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il ######un ##-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991ci il ######ın #-dan 1995-ci il ######ın ##-dək qəbul edilmiş qərar; 2.3. 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənziltikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə).

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

24. Apellyasiya şikayətlərində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-23-cü bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalıdır.

28. Belə ki, iddiaçı Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının ##.##.2002-ci il tarixli, *** saylı sərəncamı ilə əlavə edilmiş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən X5 kitabında ##.##.2013-cü il tarixdı 36392 nömrə ilə uçota alınmış A№ ****** saylı torpaq sahəsinin plan və ölçüsü sənədi üzrə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarışın verilməsini tələb edir.

29. Cavabdeh orqan isə torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə və Binəqədi-Xırdalan avtomobil yolunun 6-7 metr məsafəsində yerləşdiyini, rayon icra hakimiyyətinin 2002-ci ildə torpaqayırma səlahiyyətinin olmaması, torpaq sahəsinin yerləşmə cizgisində mövqeyini təyin edən istinad və məsafələr, perimetrik ölçülər qeyd edilmədiyini və konfiqurasiyası tamamilə fərqli olduğundan təqdim edilən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirməyin mümkün olmadığını bildirərək, imtina cavabı vermişdir.

30. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, mübahisələndirilən ərazi SOCAR-ın daimi istifadəsində olmaqla, Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X4 haqqında” Sazişə əsasən “X3” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neftqaz əməliyyatlarının aparılması məqsədi ilə istifadə oluna bilər.

31. Göründüyü kimi iddiaçı hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd kimi Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2002-ci il tarixli, *** saylı sərəncamını və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş planı və ölçüsünü təqdim etmişdir.

32. Nəzərə alınmalıdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsində olan keçid müddəalarda qeyd edilmişdir ki, 2001-ci il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədəbələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il ######ın #-dən etibarən həyata keçirir.

33. Qeyd olunan maddi hüquq normasından məlum olur ki, ## ###### 2001-ci ildən etibarən yerli icra hakimiyyətləri tərəfindən fərdi yaşayış evinin tikintisi üçün vətəndaşlara torpaq sahələrinin ayrılması səlahiyyəti mövcud olmamış, həmin səlahiyyətlər ərazi üzrə müvafiq bələdiyyələr tərəfindən həyata keçirilmişdir.

34. “İnzibati İcraat haqqında” Azərbaycan Respublkası Qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Lakin burada o da nəzərə alınmalıdır ki, həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2002-ci il tarixli, *** saylı sərəncamı “İnzibati İcraat haqqında” Azərbaycan Respublkası Qanununun 64.2-ci maddəsinin tələbləri baxımından etibarlı sayılmasına baxmayaraq özündə inzibati aktın etibarsızlıq aspektlərini birləşdirən ##.##.2002-ci il tarixli sərəncamın Binəqədi Rayon İcra Hakimiyyətinin özü tərəfindən geri çəkilməməsi və ya ləğv edilməməsi nəticəsində həmin inzibati aktın əsasında gələcək qanunsuz hərəkətlərin davam etdirilməsinin qarşısının alınması qanun pozuntusu kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş əhəmiyyətsiz inzibati aktın icrası barədə DƏDKR PHŞ üzərinə məhkəmə tərəfindən öhdəliyin qoyulması “İnzibati İcraat haqqında” Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş Qanunçuluq prinsipinə ziddir.

36. Bundan başqa iş materiallarından görünür ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft- qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, həmçinin sözügedən torpaq sahəsinin 1,5 metr məsafəsindən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan 50 mm-lik yerüstü orta təzyiqli qaz kəməri keçir.

37. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanının müddəalarına uyğun həll edilməlidir. Həmin Fərmanının 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

38. Göründüyü kimi hüquq o zaman qeydə alına bilər ki, torpaq sahəsi verilən zaman həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsin.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunması barədə cavabdehin imtinası qanuni və əsaslıdır.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

41. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmamalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3” şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının ##.##.2002-ci il tarixli, *** saylı sərəncamı ilə əlavə edilmiş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən X5 kitabında ##.##.2013-cü il tarixdı 36392 nömrə ilə uçota alınmış A№ ****** saylı torpaq sahəsinin plan və ölçüsü sənədi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi yolunun sağ hissəsində “Kamaz” avtomərkəzinin qarşısında yerləşən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçı İmaməliyeva Gültəkin Niyazi qızının adına qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsinə həvalə edilməsi barədə iddia təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar