Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-675/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından cavabdeh (ərizəçi) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən *** nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət olan 3897 “a” nömrəli bağ sahəsi iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin sahəyə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı işi üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarı ilə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən *** nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət olan 3897 “a” nömrəli bağ sahəsi iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin sahəyə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün ## ######## 2025-ci ildə Cavabdeh publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Hazırda cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, yeni açılmış hallar üzrə icraatın təzələnməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə ##.##.2025-ci il tarixində texniki baxış keçirilən zaman iddiaçı məhkəmə prosesi zamanı göstərdiyi sahəni deyil fərqli torpaq sahəsi göstərmişdir. İddiaçı tərəfindən faktiki göstərilən torpaq sahəsi Elektron kadastr məlumatlarına əsasən **** nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlir, həmçinin həmin sahəyə digər şəxs X1 **** nömrəli bağ sahəsinə aid order əsasında müraciəti olmuşdur. Eyni zamanda, X1 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massividə yerləşən *** nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət olan **** nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin sahəyə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə iddiası ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında e-*-*(***)-****/**** nömrəli məhkəmə işi mövcuddur, yekun məhkəmə qərarı çıxarılmayıb. Göründüyü kimi, yuxarıda qeyd olunan hal məhkəmə prosesi zamanı məlum olmamışdır. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2- *(***)-****/**** nömrəli qərarı ləğv edilməli və sonradan müəyyən edilən hallar nəzərə alınmaqla, işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir. İddiaçının vəkili və nümayəndəsi vəkil2 ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən ərizədə göstərilən X1 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massividə yerləşən *** nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət olan **** nömrəli bağ sahəsi ilə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massividə yerləşən *** nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət olan 3897 “a” nömrəli bağ sahəsi ilə tam fərqli qonşu sahələrini əhatə edir. Hər iki iş məhkəmə müstəvisində baxılmaqdadır. Hər iki iş üzrə iddiaçıların hüquqlarını məhkəmədə eyni nümayəndə və vəkil vəkil2 təmsil edir və onun tərəfindən cavabdehə texniki müayinə baxışı üçün təqdim olunmuş torpaq sahələri tam fərqli qonşu torpaq sahələrini əhatə edir. Hazırda, iddiaçıların özlərinə aid olan torpaq sahələrinə dair bir birinə qarşı mübahisələri mövcud deyil. X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 * saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massividə yerləşən *** nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət olan **** nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbinə dair e-*-*(***)-****/**** saylı inzibati iş üzrə cavabdeh tərəfindən məhkəməyə vermiş olduğu etirazda cavabdeh etiraf edir ki, X1 torpaq sahəsinə daxil olması üçün digər qonşu 3897 “a” torpaq sahəsindən yəni İddiaçı torpaq sahəsindən keçid edilməsi zərurəti vardır. Əgər hər iki iddiaçının torpaq sahəsi faktiki eyni sahəni əhatə edirsə və bu barədə cavabdeh məlumtsız idisə onda X1 dair inzibati işdə cavabdehin etirazında niyə qeyd olunurdur ki, hər iki bağ sahələri ayrıayrı bağ sahələrini əhatə edir Bundan başqa, e-*-*(***)-****/**** saylı inzibati iş üzrə cavabdehin etirazına cavab olaraq İddiaçı notariat qaydasında təsdiq edilmiş ərizə ilə X1 torpaq sahəsinə daxil olması üçün keçid verməsi öhdəliyini götürmüşdür. e-*-*(***)- ****/**** nömrəli inzibati iş üzrə İddiaçı cavabdehə göstərdiyi torpaq sahəsindən fərqli olaraq cavabdeh tərəfindən müxtəlif qonşu torpaq sahələri yəni üçüncü şəxs2 və üçüncü şəxs1 aid olan torpaq sahələrinin yerinə dair müayinə aktı tərtib etmiş məhz bu səbəbdən məhkəmə həmin şəxsləri zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb etmiş hazırda qeyd olunan şəxslərin mübahisələri məhkəmədə baxılmaqdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, nə üçüncü şəxlərin torpaq sahələrinin İddiaçı torpaq sahəsinə, nə də İddiaçı üçüncü şəxslərin torpaq sahəsinə dair iddiaları yoxdur və iddia edilən torpaq sahələri tam fərqli sahələrdir. Məhkəmə cavabdehin təqdim etdiyi zidiyyətləri halları müəyyən edilməsi məqsədi ilə yerində baxış keçirmiş üçüncü şəxslərin, İddiaçı, Elşad Hüseynovun torpaq sahələrinin ayrı torpaq sahələri olduğunu müəyyən etmişdir. Elşad Hüseynovun torpaq sahəsinin harada yerləşməsinə dair cavabdeh etirazında qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi barədə cavabdehin ərizəsi təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh (ərizəçi) ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə icraatının iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinə əsasən: -1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.” -100. (mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar), qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. - 101. yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. - 102. yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. - 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. - 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. -103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.” - 106. (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü): ”106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. -106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. - 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.” Göründüyü kimi, məhkəmə aktlarının yeni açılmış hallar üzrə yenidən baxılmasının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil edir. Lakin bu halda məhkəmə səhvləri araşdırılmır, yeni açılmış hallara əsasən əvvəllər qəbul olunmuş məhkəmə aktlarının ləğv olunması həll olunur. Məhkəmə aktının qanunsuzluğu və əsassızlığı yeni halların açılmasından asılı olur. Cavabdeh (ərizəçi) tərəfindən ərizədə göstərilmiş hallar yeni açılmış hallar kimi qiymətləndirilmir. Beləliklə, məhkəmə tərəfindən Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 100-ci maddəsində göstərilən əsaslardan heç biri müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçının “ məhkəmə qərarının ləğv edilməsi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və yeni qərar qəbul edilməsinə dair”ərizəsi təmin edilməməlidir Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizənin əsaslarına görə idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə ##.##.2025-ci il tarixində texniki baxış keçirilən zaman iddiaçı məhkəmə prosesi zamanı göstərdiyi sahəni deyil fərqli torpaq sahəsi göstərmişdir. İddiaçı tərəfindən faktiki göstərilən torpaq sahəsi Elektron kadastr məlumatlarına əsasən **** nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlir, həmçinin həmin sahəyə digər şəxs X1 **** nömrəli bağ sahəsinə aid order əsasında müraciəti olmuşdur. Bunla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Maddə 68.2 –ci maddəsi). Odur ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı işi üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarı iddiaçının bu qərar qüvvəsini aldıqdan sonra göstərdiyi başqa torpaq sahəsinə münasibətdə deyil, məhz mübahisə predmeti olmuş torpaq sahəsinə münasibətdə icra olunmalıdır. Beləliklə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı işi üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarı qüvvəsini aldıqdan sonra iddiaçının başqa torpaq sahəsi göstərməsi dəlili yeni açılmış hal kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-675/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-675/2026
28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver