Məhkəmə qərarları › İş №2-1(3-6)-676/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-676/2026

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-676/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçı X2 cavabdeh Cavabdeh qarşı ##.##.2016-cı il tarixdə anadan olmuş X4 yemək xərci üçün müavinətin ##.##.2016-cı il tarixdən etibarən verilməs və s. tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- *****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı X2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2016-cı il tarixdə anadan olmuş X4 yemək xərci üçün müavinətin (“məcburi köçkün” statusu alındığı) ##.##.2016-cı il tarixdən etibarən verilməsi; X4 ##.##.2016-cı il tarixdən yemək xərci üçün müavinətin bu günədək inzibati orqan tərəfindən verilməməklə, inzibati orqanın üzərinə düşən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ##.##.2016-cı il tarixdən bugünədək hesablanaraq X4 ödənilməsi və iddiaçı İddiaçı hüquqi müdafiə ilə bağlı vəkil xidmətləri üçün çəkdiyi 321 manat xərcin ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir (tələb dəqiqləşdirilmişdir). Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** saylı qərardadı ilə “Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda məcburi köçkünlərə yemək xərci ilə bağlı müavinətin verilməsi məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər ve onlara bəraber tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi" Qaydasına uyğun olaraq tənzimlənir. Lakin, sözügedən normativ hüquqi akt X4 doğulduqdan (##.##.2016-cı ildən) sonra qəbul edilmişdir. Belə olan halda Azərbaycan Respubilkasının Konstitusiyasının 149-cu maddəsinin VII bəndinin və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respubilkasının Qanunun 87.2-ci maddəsinin tələbləri baxımdan fiziki şəxslərin hüquqi vəziyyətini pisləşdirən və ağırlaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilə bilməz. Əksinə, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran və yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli 11 nomrəli qərarı iiə təsdiq ediimiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi" Qaydasının 2.15-ci bəndinə əsasən aylıq müavinət 2016-cı il ## ###### tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına ("məcburi köçkün" statusu saxlanılmaqla) şamil edilmir. Göründüyü kimi, hətta yeni qaydalar özü də dolayısı ilə qeyd edir ki, 2016-cı il ## ###### tarixinədək doğulmuş uşaqlara yemək xərci ilə əlaqədar aylıq müavinət onlara da şamil edilir. Digər tərəfdən "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi" Qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2017-ci il ## ###### tarixində təsdiq edilməmişdən əvvəl və hətta hazırda da Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2002-ci il ## ###### tarixli ** №-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair" Təlimat qüvvədə olmuşdur. Sözügedən Təlimatın 4.3-cü bəndinə əsasən, valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara yemək xərci üçün aylıq müavinət verilir. Hüseyn Zeynalovun atası (ailə başçısı) olan İddiaçı məcburi köçkün statusuna malik olduğundan Hüseyn Zeynalov yemək xərci müavinətindən məhrum edilə bilməzdi. Digər zəruri məsələ ondan ibarətdir ki, yemək xərci üçün müavinətin "valideynlərindən hər ikisi "məcburi köçkün" statusuna malik olan uşaqlara” verilməsi və yaxud "valideynlərindən biri "məcburi köçkün" statusuna malik olmayan uşaqlara" verilməməsi hətta Dövlət Komitəsinin 2002ci il ## ###### tarixli Təlimatında da "valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara" yemək xərci üçün müavinətin verilməsi bəndi mövcud olduğu halda da orda da qeyd edilmişdir. Bu ona görə belədir ki, qadın ərə getməmişdən əvvəl "məcburi köçkün" statusunda olmaqla yemək xərci üçün müavinəti alırdısa, sonradan "məcburi köçkün" statusu olmayan kişiyə ərə gedirsə, qadının "məcburi köçkün" statusu saxlanılsa da, ona yemək xərci üçün verilən müavinət dayandırılır və həmin ailədən dünyaya gəlmiş uşaqlar da belə bir hüquqa malik olmurlar. Göründüyü kimi ailə üzvlərinin "məcburi köçkün" statusunda yemək xərci üçün müavinətin verilməsi atanın (ailə başçısının) "məcburi köçkün" statusluğundan bir-başa asılı edir. Beləliklə, Hüseyn Zeynalov ##.##.2016-cı ildə doğularkən, anası "məcburi köçkün" statusunda olmasa da belə, atası (ailə başçısı) "məcburi köçkün" olmaqia yemək xərci üçün müavinət alırsa və Hüseyn atasının işğal olunmuş rayonunda doğulmasa da, belə valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olduğundan ona "məcburi köçkün" statusu verilməklə yemək xərci üçün də müavinət verilməlidir. Bakı Inzibati Məhkəməsi ##.##.2025-ci il tarixdə qəbul etdiyi və hazırda mübahisələndirilən qərarında qeyd edir ki: "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi" Qaydaları, Qayda qəbul olunanadək (yəni 2017-ci ilədək) aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə tətbiq edilməsi nəzərdə tutulub. Beləki, əks təqdirdə, Qaydadakı bəzi müddəaların (Qaydanın 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, "məcburi köçkün" statusuna malik olan şəxslərə aylıq müavinət verilir; 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Belə ki, 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikasının işğal olunmuş əraziləri azad olunmuşdur". Bakı Inzibati Məhkəməsi bu mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı işi üzrə qəbul etdiyi ##.##.2021-ci il tarixli Qərarına istinad etməklə əsas götürmüşdür. Bununla bağlı, əvvəla, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı işi üzrə qəbul etdiyi ##.##.2021-ci il tarixli Qərarın hazırki mübahisəyə hər hansı aidiyyəti yoxdur, bu işin motivləri ilə həmin işin motivlərindən fərqlidir. Ikincisi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2- *(***)-***/**** saylı işi üzrə qəbul etdiyi ##.##.2021-ci il tarixli Qərarı məhkəmələr üçün məcburi xarakter daşımır. Həm ona görə ki, Ali Məhkəmənin sözügedən qərarı məhkəmə təcrübəsinin vahidliyini təmin etməklə bağlı deyil, hər hansı fərdi işlə (kazual) bağlı qəbul edilib. Həmin işlə bağlı Ali Məhkəmənin gəldiyi nəticə digər başqa bir fədri iş (kazuai) üzrə tətbiq (istinad) edilə bilməz. Üçüncüsü, əvvəla 2017-ci ildə sözügedən Qaydalar qəbul edilən zaman Azərbaycan Respublikasının işğal olunmuş əraziləri hələ işğaldan azad olunmamışdır. Hətta, Bakı Inzibati Məhkəməsi öz qərarında da qeyd edir ki, ərazilər 2020-ci ilin noyabr ayında işğaldan azad olunub. Ərazilərimizin 2020-ci ilin noyabr ayında azad olunması ilə ərazilərimizn işğaldan azad olunmasından təxminən 4 il əvvəl qəbul edilmiş və qanuni qüvvədə olmuş Qaydaların bəzi müddəalarının əhəmiyyətinin itirməsinin hansı səbəbli əlaqəsi olması və ya məhkəmənin bununla nə demək istədiyi aydın deyil. Axı Azərbaycan Respublikası Ali Məhkəməsi ##.##.2021-ci il tarixli Qərarında məsələyə bu cür mövqe bildirməmişdir. Buna baxmayaraq. məhkəmənin yuxarıda çəkdiyi məsəlin yalnış olduğu, hüquq normasının düzgün təfsir (şərh) edilmədiyi aydın olunur. Belə ki, Qaydaların 1.1-ci müddəasında qeyd edilən məsələlər yeni qaydaların qəbul edildiyi 2017-ci ildən də əvvəl var idi, yəni bu müddəa həmişə mövcud olub. 1.1-ci maddədə yeganə dəyişiklik mötərizədə qeyd edilmiş dəyişiklik olmuşdur. Məsələ burasındadır ki, qaydalardan əvvəl təlimatlarda qeyd edilirdi ki, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, "məcburi köçkün" statusuna malik olan şəxslərə aylıq müavinət verilir. Yeni qaydalarda (1.1-ci maddədə) isə qeyd edilir ki, bu Qaydanın 2ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, "məcburi köçkün" statusuna malik olan şəxslərə aylıq muavinət verilir. Həm əvvəlki, həm də yeni qaydalardakı maddi hüquq normasından (1.1-ci maddədən) da aydın olur ki, hətta mümkündür ki, şəxs "məcburi köçkün" statusuna malik olsun, amma aylıq müavinət verilməsin. Maddənin də qeyd etdiyi kimi bu o halda mümkündür ki, "məcburi köçkün" statusuna malik olan şəxs ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatdadır, amma respublika ərazisində yaşamir, yəni təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə yaşayır və yaxud başqa ölkəyə müvəqqəti getmiş və təqvim ilində cəmi 182 günədək müddətdə geri qayıdan məcburi köçkünlərə (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir). Digər bir misal da çəkmək olar, hansı ki, elə hazırkı iddia tələbi ilə birbaşa əlaqəlidir. Belə ki, yeni Qaydaların 2.6-cı hissəsinə əsasən, valideynlərdən biri "məcburi köçkün" statusuna malik olmayan uşaqlara müavinət verilmir. Yuxarıda da qeyd edildiyi kimi yeni Qaydalar (1.1-ci maddə) vurğulayır ki, bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, "məcburi köçkün" statusuna malik olan şəxslərə aylıq müavinət verilir. Göründüyü kimi Qaydaların 2.6-cı hissəsində qeyd edilən istisna olunan şəxslər, məhz valideynlərdən biri "məcburi köçkün" statusuna malik olmayan uşaqlar nəzərdə tutulub. Hazırkı işdən də görünür ki, Hüseyn Zeynalovun atası, yəni iddiaçı İddiaçı "məcbur köçkün" statusuna malik olsa da, anası Günel Zeynalova isə "məcburi köçkün" statusuna malik deyil. Lakin, bu o anlama gəlmir ki, Hüseyn Zeynalova aylıq müavinət verilə bilməz. Məhkəmə iddianı təmin etməməklə ən əsası ona görə haqlı olmamışdır ki, X4 özü məcburi köçkün statusuna malik olan şəxs olmuşdur (bax. Yeni Qaydalar 2.15-ci maddə). Çünki, Hüseyn Zeynalov ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayır. Başqa sözlə atasının qeydiyyatda olduğu ünvanda qeydiyyatdadır və müvəqqəti atasının məskunlaşdığı ünvanda yaşayır. Bu səbəbdən Hüseyn Zeynalov məcburi köçkünlər üçün qanunvericiliklə nəzərdə tutulmuş sosial təminat növlərinin - o cümlədən yemək xərci üzrə aylıq müavinətin, kommunal və digər xidmətlərə görə dövlət büdcəsi hesabına edilən ödənişlərin subyekti hesab edilir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər (*səbəblərin üzrlü olmasına dair sübutlar təqdim etməmişlər). Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olaraq qəbul edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, X4 ##.##.2016-cı ildə doğulmuşdur. Onun atası X2 məcburi köçkün statusuna malikdir. Bununla yanaşı, Hüseyn Zeynalovun anası X5 məcburi köçkün statusuna malik deyil və bu işin mübahisələndirilməyən hallarındandır. Iddiaçı hesab edir ki, oğlunun 2016-cı ildə, yəni Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı qəbul edilməzdən əvvəl doğulması səbəbindən onun müavinət almaq hüququ əvvəlki qanunvericiliyə əsasən yaranmış, sonrakı tənzimləmə isə hüquqi vəziyyəti pisləşdirdiyindən bu hüququ aradan qaldıra bilməz. Apellyasiya baxışı zamanı iddiaçı tərəf xüsusilə Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin ## ###### 2002-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş Təlimatın 4.3-cü bəndinə istinad edərək, atasının ailə başçısı kimi məcburi köçkün statusuna malik olmasını uşağın müavinət almaq hüququ üçün kifayət hesab etmişdir. Lakin bu mövqe mübahisəli hüquq münasibətinin yarandığı tarixdə qüvvədə olan normativ tənzimləmənin tam və sistemli təhlilinə əsaslanmır. Hazırkı mübahisənin həllində ilkin olaraq cavablandırılmalı məsələ ##.##.2016-cı il tarixdə - Hüseyn Zeynalov doğulduğu anda onun yemək xərci üçün aylıq müavinət almaq hüququnun yaranıb-yaranmamasıdır. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin ## ###### 2010-cu il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” ## ###### 2011-ci ildən qüvvəyə minmişdir. Deməli, ##.##.2016-cı ildə doğulmuş Hüseyn Zeynalovun müavinət almaq hüququnun yaranması məsələsi ilk növbədə məhz 2010-cu il Təlimatının həmin tarixdə qüvvədə olan müddəaları əsasında müəyyən edilməlidir. Həmin Təlimatın IV bölməsi yemək xərci üçün aylıq müavinətin verildiyi şəxslərin dairəsini müəyyən etmişdir. Təlimatın 4.1-ci bəndində ümumi olaraq işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub respublika ərazisində yaşayan məcburi köçkün statuslu şəxslər, uşaqlara münasibətdə isə ayrıca və xüsusi norma kimi 4.2-ci bənddə hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlar nəzərdə tutulmuşdur. 4.3-cü bənd isə məcburi köçkün statusuna malik valideynlərindən birini və ya hər ikisini itirmiş, valideynlərin nikahı pozulduqda onlardan birinin himayəsində qalan və yaxud valideyn himayəsindən məhrum olmuş uşaqları əhatə etmişdir. Beləliklə, 2011-ci il ######ın #-dən qüvvədə olan tənzimləmə uşaqlara münasibətdə əvvəlki modeldən fərqli xüsusi hüquqi rejim müəyyən etmiş və valideynləri sağ olan, nikah münasibətlərində olan ailədə doğulmuş uşaq üçün hər iki valideynin məcburi köçkün statusuna malik olmasını müavinət almağın şərti kimi müəyyənləşdirmişdir. Hüseyn Zeynalovun anasının məcburi köçkün statusuna malik olmadığı mübahisəsiz olduğundan, o, ##.##.2016-cı ildə qüvvədə olan Təlimatın 4.2-ci bəndində müəyyən edilmiş şəxslər dairəsinə daxil olmamışdır. Bu nəticə Hüseyn Zeynalovun özünün ayrıca məcburi köçkün statusuna malik olubolmaması barədə mübahisənin həllindən də asılı deyildir. Hətta onun belə statusa malik olduğu fərz edilsə belə, 2010-cu il Təlimatının 4.1-ci bəndindəki ümumi norma uşaqlara münasibətdə ayrıca tənzimləmə müəyyən edən 4.2-ci bənddən ayrılıqda tətbiq edilə bilməz. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.4-cü maddəsinə görə eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət yarandıqda xüsusi norma tətbiq edilir. Başqa yanaşma qəbul edildiyi halda, uşaqlar üçün ayrıca “hər iki valideyni məcburi köçkün statusuna malik olan” şərtini təsbit edən 4.2-ci bəndin normativ məzmunu və müstəqil tənzimləyici funksiyası faktiki olaraq aradan qalxmış olardı. Bu baxımdan, 2010-cu il Təlimatının 5.12-ci bəndində aylıq müavinətin “hər iki valideyni məcburi köçkün statusuna malik olmayan uşaqlara” verilməməsinin göstərilməsi də fərqli nəticəyə gəlməyə əsas vermir. Sosial ödənişə subyektiv hüquq yalnız şəxsin istisna normasına düşməməsindən deyil, ilk növbədə həmin ödənişi almaq hüququ verən pozitiv hüquq normasının şərtlərinə cavab verməsindən yaranır. Başqa sözlə, 5.12-ci bənd müavinət almaq hüququ yaradan deyil, müavinətin verilmədiyi halları müəyyən edən normadır, uşaqlara münasibətdə hüquqyaradıcı şərt isə 4.2-ci bənddə təsbit edilmişdir. Apellyasiya şikayətinin əsas arqumentlərindən biri 2002-ci il Təlimatının 4.3-cü bəndinə əsaslanır. Həmin Təlimatda həqiqətən də valideynlərindən atası - ailə başçısı məcburi köçkün statusuna malik olan uşaqlara yemək xərci üçün aylıq müavinət verilməsi nəzərdə tutulmuşdur. Lakin bu normanın 2016-cı ildə baş vermiş hüquqi fakta münasibətdə üstün hüquqi əsas kimi götürülməsi mümkün deyildir. Əvvəla, 2002-ci və 2010-cu il Təlimatları eyni dövlət orqanı tərəfindən eyni predmet üzrə qəbul edilmiş normativ aktlardır. 2010-cu il Təlimatı həmin məsələni yenidən və kompleks şəkildə tənzimləmiş və ##.##.2011-ci ildən qüvvəyə minmişdir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5-ci maddəsi isə müəyyən edir ki, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 11-ci maddəsi də kolliziyanın aradan qaldırılmasında 10.2-10.5-ci maddələrdə müəyyən olunmuş qaydaların tətbiqini nəzərdə tutur. Ona görə də 2002-ci il Təlimatının formal olaraq ayrıca aktla hansı tarixdə qüvvədən düşmüş hesab edilməsi hazırkı mübahisə üçün həlledici əhəmiyyət daşımır. 2002-ci il Təlimatının 4.3-cü bəndində atanın məcburi köçkün statusunun kifayət hesab edilməsi ilə 2010-cu il Təlimatının uşaqlar üçün hər iki valideynin məcburi köçkün statusunu tələb edən 4.2-ci bəndi eyni faktiki hala paralel şəkildə tətbiq edilə bilməz. Birinci norma həmin halda müavinətin verilməsinə, sonrakı norma isə hüququn yaranmamasına gətirib çıxarır. Buna görə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.6-cı maddəsində nəzərdə tutulmuş - normaların eyni vaxtda tətbiqinin mümkün olduğu hallarda kolliziyanın mövcud olmaması - qaydası burada tətbiq edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətində irəli sürülən “Hüseyn Zeynalov doğulduğu vaxt 2002-ci il Təlimatının 4.3-cü bəndinə görə artıq müavinət almaq hüququ əldə etmişdir” arqumentinin normativ əsası yoxdur. ##.##.2016-cı ildə həmin hüququn yaranması üçün tətbiq olunmalı norma 2002-ci il Təlimatının 4.3-cü bəndi deyil, ##.##.2011-ci ildən qüvvədə olan 2010-cu il Təlimatının uşaqlara dair xüsusi müddəaları idi. Apellyasiya şikayətinin digər əsas dəlili ondan ibarətdir ki, Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli X3 doğulduqdan sonra qəbul edilmiş, onun hüquqi vəziyyətini pisləşdirmiş və buna görə də Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən geriyə tətbiq edilə bilməz. Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi isə geriyə şamil edilmir. Eyni yanaşma “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.1 və 87.2-ci maddələrində də təsbit olunmuşdur. Lakin hazırkı işdə həmin prinsip iddiaçının irəli sürdüyü hüquqi nəticəyə səbəb olmur. Mübahisəli ödəniş birdəfəlik hüquq deyil, hər ay ödənilən mütəmadi sosial ödənişdir. 2010-cu il Təlimatında da müavinət dövlət büdcəsi hesabına məcburi köçkünlərə hər ay ödənilən pul yardımı kimi müəyyən edilmişdir. Buna görə hüquqi münasibət zaman baxımından iki dövr üzrə qiymətləndirilməlidir: ##.##.2016-cı ildən ##.##.2016-cı ilədək olan dövrə 2010-cu il Təlimatı tətbiq olunur. Yuxarıda göstərildiyi kimi, həmin Təlimatın 4.2-ci bəndi baxımından Hüseyn Zeynalovun müavinət almaq hüququ yaranmamışdır. ##.##.2017-ci ildən sonrakı dövrə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydası tətbiq edilir. Qərarın özündə onun ## ###### 2017-ci ildən qüvvəyə minməsi müəyyən edilmişdir. Belə tətbiq 2017-ci il Qaydasının keçmiş münasibətlərə geriyə şamil edilməsi deyil, qüvvəyə mindiyi tarixdən sonra davam edən münasibətlərə tətbiqidir. Başqa sözlə, bu işdə 2017-ci il Qaydası vasitəsilə 2016-cı ildə yaranmış hüququn sonradan aradan qaldırılmasından söhbət gedə bilməz. Çünki iddiaçının müdafiə etdiyi həmin ilkin hüquq 2016-cı ildə qüvvədə olan 2010-cu il Təlimatının şərtlərinə əsasən ümumiyyətlə yaranmamışdır. Normativ aktların geriyə qüvvəsinin yolverilməzliyi prinsipi mövcud və qazanılmış hüququn sonradan pisləşdirilməsinin qarşısını ala bilər, lakin əvvəlki qanunvericiliyə əsasən yaranmamış subyektiv hüququ geriyə dönük şəkildə yaratmır. 2017-ci il Qaydasının məzmunu da eyni nəticəni təsdiqləyir. Qaydanın 1.1-ci bəndində ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub respublika ərazisində yaşayan məcburi köçkün statuslu şəxslərə müavinət verilməsi nəzərdə tutulsa da, həmin normanın özündə Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslərin istisna olduğu açıq göstərilmişdir. 1.2-ci bənd uşaqlara münasibətdə ayrıca olaraq hər iki valideynin məcburi köçkün statusuna malik olmasını nəzərdə tutur. Qaydanın 2.6-cı bəndi isə heç bir qeyri-müəyyənliyə yol vermədən aylıq müavinətin valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara şamil edilmədiyini müəyyən edir. Bu baxımdan apellyasiya şikayətində Qaydanın 2.15-ci bəndinə verilmiş şərh hüquqi baxımdan qəbul edilə bilməz. Həmin bəndə əsasən aylıq müavinət 2016-cı il ## ###### tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına, onların məcburi köçkün statusu saxlanılmaqla, şamil edilmir. Iddiaçı bu normadan əks nəticə çıxararaq, ## ###### 2016-cı ilədək doğulan bütün məcburi köçkün uşaqlarına müavinətin mütləq verilməli olduğunu irəli sürür. Bu nəticə normanın hüquqi təyinatına uyğun deyildir. Qaydanın 2.15-ci bəndi hüquq yaradan deyil, əlavə istisna müəyyən edən normadır. Uşağın ## ###### 2016-cı ilədək doğulması yalnız onu göstərir ki, həmin uşaq 2.15-ci bənddəki konkret istisnanın təsir dairəsinə düşmür. Lakin bu, uşağın avtomatik olaraq müavinət almaq hüququ əldə etməsi demək deyildir. Şəxs əvvəlcə Qaydanın 1-ci hissəsindəki hüquqyaradıcı şərtlərdən birinə cavab verməli, eyni zamanda 2-ci hissədəki digər istisnalardan heç birinə düşməməlidir. Hüseyn Zeynalov 2.15-ci bəndin təsir dairəsinə düşməsə də, onun valideynlərindən biri məcburi köçkün statusuna malik olmadığından 2.6-cı bənddə birbaşa nəzərdə tutulmuş istisnaya düşür. Beləliklə, istər ##.##.2016-##.##.2016-cı illər üzrə tətbiq olunmalı 2010-cu il Təlimatının 4.2-ci bəndinə, istərsə də ##.##.2017-ci ildən sonrakı münasibətlərə tətbiq olunan 2017-ci il Qaydasının 1.2 və 2.6-cı bəndlərinə əsasən iddiaçının oğluna müavinət təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mövcud olmamışdır. Bu səbəbdən normativ hüquqi aktların geriyə qüvvəsinin yolverilməzliyinə dair dəlil mübahisənin nəticəsinə təsir etmir. Apellyasiya icraatı zamanı iddiaçı tərəf 2011-ci ildən sonra valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan bəzi ailələrin uşaqlarına müavinət ödənildiyini bildirmiş və həmin şəxslərə dair məlumatların tələb edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bu vəsatəti təmin etmiş, müvafiq məlumatların alınması məqsədilə işə baxılmasını təxirə salmışdır. Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh bildirmişdir ki, 2011ci ilin yanvar ayından sorğu tarixinədək Zəngilan rayonu üzrə valideynlərindən birinin məcburi köçkün statusuna malik olmadığı ailələrdə doğulmuş uşaqlara vahid aylıq müavinət ödənilməmişdir. Beləliklə, iddiaçının bərabərlik prinsipinə istinadının əsasında duran faktiki ehtimal aparılmış əlavə araşdırma ilə təsdiqini tapmamışdır. Iddiaçı tərəf də bu rəsmi məlumatın əksini təsdiq edən konkret şəxsləri, onlara dair inzibati qərarları və ya faktiki ödəniş sənədlərini təqdim etməmişdir. Bundan başqa, məsələyə hüquqi baxımdan yanaşıldıqda da bərabərlik prinsipi iddia tələbinin təmin edilməsi üçün müstəqil əsas yaratmır. “Inzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsi inzibati orqanların qanunun tələblərinə riayət etməsini, 12.2-ci maddəsi eyni mühüm faktiki hallara malik işlər üzrə müxtəlif qərarların qəbul edilməməsini tələb edir. Eyni zamanda Qanunun 13.5-ci maddəsinə görə şəxsin inzibati orqana etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Bu normaların sistemli şərhindən irəli gəlir ki, bərabərlik prinsipi qanunsuz inzibati praktikanın başqa şəxsə münasibətdə təkrar edilməsini tələb etmək hüququ vermir. Hətta müqayisə edilən hər hansı başqa şəxsə qanunvericiliyin tələblərinə zidd olaraq müavinət ödənilməsi müəyyən edilsəydi belə, belə hal iddiaçı üçün qanunda nəzərdə tutulmayan sosial ödəniş hüququ yaratmazdı. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- *****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar