Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-678/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin tibb müəssisəsinin H********LXV saylı tibbi göndərişi əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarı ləğv etməklə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı 2-ci dərəcəli müddətsiz əlilliyin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Respublika Neyrocərrahiyyə Xəstəxanasının ## ####### 2021-ci il tarixli **** nömrəli arayışında qeyd edilmişdir ki, xəstə 1974-cü il təvəllüdlü, İddiaçı, ##.##.1993cü ildən ##.##.1993-cü ilədək Respublika Neyocərrahiyə Xəstəxanasında stasionar müalicədə olmuşdur.
2. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ##.##.2022-ci il tarixli **** nömrəli arayışında qeyd edilmişdir ki, Milli ordunun sabiq əsgəri İddiaçı həqiqətən ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: keçirilmiş başbeynin damarlarının revmavaskulitindən sonrakı nəticələr.
3. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2024-cü il tarixli Qərarı ilə İddiaçı atılan mərmilərin partlaması nəticəsində aldığı və yaralanma “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” qərara alınmışdır.
4. “xxxx” X1 ##.##.2024-cü il tarixli, **** №-li Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *- **/*-*-***/**** saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə F07.0
5. Bakı * nömrəli X7 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, H00237288LXV Forma 88 göndərişdən görünür ki, İddiaçı ##.##.2024-cü ildən ##.##.2024-cü ilədək Bakı * saylı Respublikas Psixiatriya Xəstəxanasında, ##.##.1994-cü ildən ##.##.1994-cü ilədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və ##.##.2024-cü ildən ##.##.2024-cü ilədək Bakı * saylı Respublikas Psixiatriya Xəstəxanasında üzvü mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə stasionar müalicə almışdır. Əsas diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi nitq qüsuru ilə (XBT 10 kodu – F07.0).
6. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli 3- **-*/*-Ə-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı ##.##.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, ##.##.2025-ci il tarixdən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaifiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 3- 17-4/3-3-***/**** №-li ##.##.2025-ci il tarixli qərarı ilə ##.##.1974-cü il təvəllüdlü İddiaçı diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərarında göstərilmişdir ki, Laçın rayon sakini ##.##.1974-cü il təvəllüdlü İddiaçı (FİN: *******) əlillik vəziyyəti ##.##.2003-ci il tarixində Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (TSEK arayışının nömrəsi: 645430). Daha sonra vətəndaş əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün yeni göndəriş rəsmiləşdirmiş, göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı başın sağ alın, gicgah və ənsə nahiyyələrinin çapıqları, əzilmiş qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə” diaqnozu araşdırılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, yuxusuzluqdan, ürək nahiyyəsində ağrılardan, bayılmalardan, yüksək arterial təzyiqdən, aşağı ətraflarında ödem və qızartı olmasından şikayətlənmişdir. Anamnezində mərmi partlaması nəticəsində baş nahiyyəsindən qəlpə yaralanması aldığını bildirmişdir. Psixiatrik xəstəxanalara qıcolma tutmaları səbəbindən müraciət etdiyini söyləmiş, lakin tutmalarını təsvir edə bilməmiş, qardaşının qaşıqla yardım etdiyini söyləmişdir. Nevroloji baxış: Stasionar epikrizlər təqdim etməmiş, DTSERA-da EEQ müayinəyə yönləndirilmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji patologiya aşkarlanmamışdır. Psixi status: Demonstrativ şəkildə kəkələmə nümayiş etdirmiş, lakin təqdim etdiyi epikrizlər mövcud halı təsdiqləməmiş, özünü ifadə edə bilməyəcək kəkələmə heç bir sənəddə qeyd edilməmişdir. Baş-beyinin instrumental müayinəsinin (MRT) nəticəsində nitq mərkəzinin zədələnməsi barədə məlumat öz əksini tapmamışdır. Verilən sualları qışqıraraq cavablandırmaqdan yayınmışdır. Travma 2006-cı ildə mülki şəraitdə tanımadığı şəxs tərəfindən döyülərək alınmışdır. Hərbi qərarı isə 2024-cü ilin noyabr ayına məxsus olmuşdur. İlkin travma haqqında arayış təqdim etməmişdir. Simulyativ aqressiv davranış nümayiş etdirmiş, orqanik əsası və tibbi sənədlərdə müvafiq qeydi olmamasına baxmayaraq anlaşılmaz səslər çıxartmağa davam etmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının ##.##.2006-##.##.2006-cı il tarixli çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travması. Baş beyinin silkələnməsi. Sol gicgah nahiyyəsində əzilmiş cırılmış yarası” kimi müəyyən edilmişdir. Qeyd: Yuxarıda öz əksini tapmış ##.##.2006-##.##.2006-cı il tarixli çıxarışın anamnestik məlumatlar bölməsində “Xəstənin və onu müşayiət edən şəxsin deməsinə görə ##.##.2006-cı il tarixində saat 01:30 radələrində “Maşın bazarı” yaxınlığında yerləşən “Leon” barın yanında tanımadığı şəxslər tərəfindən vurulma nəticəsində travma almış, huşunu itirmiş, huşu aydınlaşmış, evə getmişdir. Evdə kəskin başağrıları, ürəkbulanması olduğu üçün xəstəxanaya müraciət etmişdir” kimi məlumat yazılmışdır. X2 ##.##.2022-ci il tarixli Beyin KT müayinəsinin nəticəsi “Sol serebral hemisferdə temporal lobda anteriorda 17x7mm ölçülü araxnoid kista mövcuddur. Epifizdə 10x5 mm ölçülü kalsifikasiya və mənfəzində hipodens sahələr izlənilmişdir. Arxa kəllə Áuxurunda 12x15mm ölçülü araxnoid kista diqqət çəkmişdir. Bilateral maksillar sinuslarda mukozal qalınlaşma və retension kistlər mövcuddur” kimi müəyyən edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin ##.##.2024-c¸ il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024-ci il tarixli Çıxarışında “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2025-ci il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi. Qeyd: müayinə zamanı aktiv yuxulayırdı. EEQnin fizioloji yuxu elementləri qeyd edildi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defist və psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
8. “xxxx” X1 ##.##.2025-ci il tarixli **** saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyinin nəticə hissəsində göstərilmişdir ki,” İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - döyüş zonasında hərbi xidmət keçərkən travma alması, MN mərkəzi Hərbi Hospitalında müayinə və müalicədə olarkən “qapalı kəllə-beyin travması” diaqnozunun təyin edilməsi, Respublika Psixiatriya Xəstəxanasında bir neçə dəfə stasionar müalicələrdə olması, həmçinin hazırki müayinə zamanı - təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. II Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci suala cavab: İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) aşkar olunur. 2-ci və 3-cü suallara cavab: Qərarda qoyulmuş suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün sualın cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, göstərilən sualın ekspert qiymətləndirilməsi “xxxx” X1 səlahiyyətlərinə aiddir. 4-cü və 5-ci suallara cavab: Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiya məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin tibb müəssisəsinin H********LXV saylı tibbi göndərişi əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarı ləğv etməklə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı 2-ci dərəcəli müddətsiz əlilliyin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1974-cü anadan olmuş və 1991-ci ildə Laçın özünümüdafiə batalyonunun tərkibində alay yetirməsi kimi (hərbi cagırış yaşına çatmamış və döyüş əməliyyatlarında əsgər kimi xidmət etmiş) döyüşən zaman düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində xəsarət almış və Azərbaycan Respublikası MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına əsasən aldığı travma hərbi travma kimi qiymətləndirilmiş və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd olunmuşdur. Həkim tərəfindən “üzvü mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, konqnitiv funksiyanın enməsi, nitq qüsuru ilə, epileptik tutmalar və s.” diaqnozu qoyulmuşdur. 1993-cü ildən 2-ci dərəcəli əlillik təyin olunmuş və səhvən əlillik səbəbi düzgün olmayaraq “uşaqlıqdan” qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli rəyi ilə üzvü mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, konqnitiv funksiyanın enməsi, nitq qüsuru ilə- F 07.0 diaqnozu qoyulmuşdur. Bu illər ərzində onun səhhətində ağırlaşmalar artmış, epileptik tutmalar, kəllədaxili hipertenziya xəstəliyi səbəbindən o ilk dəfə Respublika Neyrocərrahiyyə Xəstəxanasında ##.##.1993-cü ildən ##.##.1993-cü il tarixə kimi stasionar müalicə almış və bu müalicələr 2025-ci ilin mart ayına kimi hər 6 aydan bir təkrarlanmışdır. Cavabdeh orqan tərəfindən 2003-cü ildə ona müddətsiz 2-ci dərəcəli əlillik təyin olunmuş və o 2025-ci ilin mart ayına kimi əlillik müavinətini almışdır. Ona əlillik səbəbi uşaqlıqdan aldığı travma qeyd olunmuşdur, halbuki o travmanı müharibədə almış, bu fakt Məhkəmə Tibb Ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur. İddiaçı əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və ona bildirilmişdir ki, əlillik səbəbinin dəyişdirilməsi üçün poliklinika tərəfindən yeni tibbi göstəriş verilməlidir. Bu səbəbdən o 2024-2025-ci illər ərzində 3 dəfə Psixiatrıya Xəstəxanasında, 2 dəfə də Poliklinikada və bir dəfə də cavabdeh orqanda əyani müayinədə olmuş, bütün sənədləri cavabdeh orqana təqdim etmişdir. 2025-ci ilin mart ayının müavinətini almadıqda o tibbi göndərişi göndərən tibb müəssisəsinə müraciət etmiş və yalnız bundan sonra ona altsistem arayışı verilmişdir və həmin arayışdan və cavabdeh orqanın ona ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan sonra ona məlum olmuşdur ki, cavabdeh H00237288LXV tibbi göndəriş əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” barədə ##.##.2025-ci il tarixdən qərar qəbul etmişdir. Belə hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və ona müddətsiz əlilliyin ləğv olunduğu vaxtdan altsistemdə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
11. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, İddiaçı əlillik vəziyyəti ##.##.2003-ci il tarixində Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (TSEK arayışının nömrəsi: 645430). Daha sonra vətəndaş əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi və yeni göndəriş rəsmiləşdirmiş, göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı başın sağ alın, gicgah və ənsə nahiyyələrinin çapıqları, əzilmiş qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə” diaqnozu araşdırılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, yuxusuzluqdan, ürək nahiyyəsində ağrılardan, bayılmalardan, yüksək arterial təzyiqdən, aşağı ətraflarında ödem və qızartı olmasından şikayətlənmişdir. Anamnezində mərmi partlaması nəticəsində baş nahiyyəsindən qəlpə yaralanması aldığını bildirmişdir. Psixiatrik xəstəxanalara qıcolma tutmaları səbəbindən müraciət etdiyini söyləmiş, lakin tutmalarını təsvir edə bilməmiş, qardaşının qaşıqla yardım etdiyini söyləmişdir. Nevroloji baxış: Stasionar epikrizlər təqdim etməmiş, DTSERA-da EEQ müayinəyə yönləndirilmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji patologiya aşkarlanmamışdır. Psixi status: Demonstrativ şəkildə kəkələmə nümayiş etdirmiş, lakin təqdim etdiyi epikrizlər mövcud halı təsdiqləməmiş, özünü ifadə edə bilməyəcək kəkələmə heç bir sənəddə qeyd edilməmişdir. Başbeyinin instrumental müayinəsinin (MRT) nəticəsində nitq mərkəzinin zədələnməsi barədə məlumat öz əksini tapmamışdır. Verilən sualları qışqıraraq cavablandırmaqdan yayınmışdır. Travma 2006-cı ildə mülki şəraitdə tanımadığı şəxs tərəfindən döyülərək alınmışdır. Hərbi qərarı isə 2024-cü ilin noyabr ayına məxsus olmuşdur. İlkin travma haqqında arayış təqdim etməmişdir. Simulyativ aqressiv davranış nümayiş etdirmiş, orqanik əsası və tibbi sənədlərdə müvafiq qeydi olmamasına baxmayaraq anlaşılmaz səslər çıxartmağa davam etmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının ##.##.2006-##.##.2006-cı il tarixli çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travması. Baş beyinin silkələnməsi. Sol gicgah nahiyyəsində əzilmiş cırılmış yarası” kimi müəyyən edilmişdir. Qeyd: Yuxarıda öz əksini tapmış ##.##.2006-##.##.2006-cı il tarixli çıxarışın anamnestik məlumatlar bölməsində “Xəstənin və onu müşayiət edən şəxsin deməsinə görə ##.##.2006-cı il tarixində saat 01:30 radələrində “Maşın bazarı” yaxınlığında yerləşən “Leon” barın yanında tanımadığı şəxslər tərəfindən vurulma nəticəsində travma almış, huşunu itirmiş, huşu aydınlaşmış, evə getmişdir. Evdə kəskin başağrıları, ürəkbulanması olduğu üçün xəstəxanaya müraciət etmişdir” kimi məlumat yazılmışdır. X2 ##.##.2022-ci il tarixli Beyin KT müayinəsinin nəticəsi “Sol serebral hemisferdə temporal lobda anteriorda 17x7mm lÁl araxnoid kista mövcuddur. Epifizdə 10x5 mm lÁl kalsifikasiya və mənfəzində hipodens sahələr izlənilmişdir. Arxa kəllə Áuxurunda 12x15mm lAI araxnoid kista diqqət çəkmişdir. Bilateral maksillar sinuslarda mukozal qalınlaşma və retension kistlər mövcuddur” kimi müəyyən edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin ##.##.2024-c¸ il tarixli 3544 nˆmrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024- ##.##.2024-ci il tarixli Çıxarışında “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2025-ci il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi. Qeyd :müayinə zamanı aktiv yuxulayırdı. EEQ-nin fizioloji yuxu elementləri qeyd edildi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin H********LXV saylı tibbi göndərişi əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı 2-ci dərəcəli müddətsiz əlilliyin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tamhaqlıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laborator və instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
16. Məhkəmədə iddiaçı ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin işitrakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:
2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
21.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 22.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)
24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-20-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır.
25. Belə ki, iddiaçı tibb müəssisəsinin H********LXV saylı tibbi göndərişi əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarı ləğv etməklə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı 2-ci dərəcəli müddətsiz əlilliyin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
26. Cavabdeh orqan isə diaqnozun öz təsdiqini tapmamasına əsaslanaraq əliliyin təyinatından imtina etmişdir.
27. İş materiallarından görünür ki, iddiaçı müharibə zamanı düşmən tərəfindən atılan mərmilərin nəticəsində xəsarət almış, iddiaçıya “F07.0 Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi nitq qüsuru ilə” diaqnozu qoyulmuşdur. İddiaçının əlillik vəziyyəti ilkin olaraq ##.##.2003-cü il tarixdə qiymətləndirilmiş və ona ümumi əsaslarla müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş (diaqnoz: revmatizm qeyriaktiv faza. Revmokardit.Revmatik poliartrit episindrom ilə. Mitral qapaq çatmamazlığı. QDÇ II dər.), daha sonra ##.##.2025-ci ildə əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaifiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 3-17- 4/3- 3-***/**** №-li ##.##.2025-ci il tarixli qərarı ilə ##.##.1974-cü il təvəllüdlü İddiaçı diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
28. Belə ki, işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı ##.##.2003-cü il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Daha sonra səbəb əlaqənin dəyişdirilməsi məqsədilə İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin H********LXV nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonuncu dəfə dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında vətəndaş ##.##.2025-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşmalar aşkar olunmadığından, ##.##.2025-ci il tarixindən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir.
29. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı 1991-ci ildə Laçın özünümüdafiə batalyonunun tərkibində döyüşən zaman mərmi partlaması nəticəsində başın sağ alın, gicgah və ənsə nahiyələrinin çapığı, əzilmiş qəlpə yaraları almışdır. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır.
30. xxxxnin verdiyi ##.##.2025-ci il tarixli **** saylı rəydən məlum olur ki, iddiaçıda hal-hazırda qüvvədə olan Meyarlara (F070.) əsasən üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, qıcolma tutmaları müəyyən edilir və əsas diaqnoz, yanaşı xəstəliklərlə iddiaçıya əlilliyin təyininə əsas verir. İş materiallarında olan tibbi sənədlər, forma 088 arayışı və ekspert rəyindən görünür ki, İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) aşkar olunur, Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiya məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. Sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır.
31. Kollegiya onu da qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunma səbəbi kimi “ümumi xəstəlik” göstərilsə də, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarından görünür ki, hal-hazırda iddiaçınn əziyyət çəkdiyi xəstəliklər “hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunmuşdur.
32. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı 2-ci dərəcəli müddətsiz əlilliyin əlilliyin təyin edilməsini tələb etməkdə haqlıdır.
33. Lakin birinci instansiya məhkəməsi iddia tələbi üzrə İddiaçı əlilliyini bərpa edərkən ona əvvəllər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı deyil ümumi əsaslarla əlilliyin təyin edilməsini nəzərə almamışdır. Yəni xəsarət aldığı zaman mövcud olmayan səbəbli əlaqənin bərpa edilməsi mümkün deyil, həmin səbəbli əlaqə əlillik altsistemində dəyişdirilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına dəyişiklik edilməklə onunun 2-ci dərəcə müddətsiz əlilliyi bərpa edilməklə səbəbli əlaqəsi dəyişdirilməlidir.
34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilməli, əlillik altsistemində İddiaçı aldığı xəsarətin səbəbli əlaqəsi “hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilsin. Əlillik altsistemində İddiaçı aldığım xəsarətin səbəbli əlaqəsi “hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı digər hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.