Məhkəmə qərarları › İş №2-1(3-6)-68/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-68/2026

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-68/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Üçüncü şəxs MMC) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 14 mərtəbəli (iki bloklu) yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs MMC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Icra Hakimiyyətinin ## ###### 1994-cü il tarixli (**** saylı) qərarı ilə ünvan * saylı ünvanda inşa edilmiş yaşayış binasının tikintisinə icazə verilmişdir. ##.##.2004-cü il tarixli ilkin müqavilədən görünür ki, sözügedən binanın tikintisi başa çatdıqdan sonra ünvan 2 ünvanında yerləşən 14 mərtəbəli (iki bloklu) yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin müqavilənin şərtlərinə uyğun olaraq Üçüncü şəxs MMC tərəfindən iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, ##.##.2025-ci il tarixli maliyyə arayışından göründüyü kimi ünvan * saylı ünvanda inşa edilmiş yaşayış binasının ** saylı mənzilin dəyəri tam ödənilmişdir. Həmin mənzil iddiaçının mülkiyyətinə verildikdən sonra o, həmin vaxtdan etibarən ona məxsus sözügedən mənzildə yaşayır. Iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Emin Abdullayev) e-*-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının adına rəsmiləşdirmək istədiyi mənzilin yerləşdiyi binada yerləşən hər hansı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması məsələsi araşdırılmış və cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, qeyd edilən ünvanda (ünvan 5) inşa edilmiş binada yerləşən ayrı-ayrı mənzillər üzərində müxtəlif şəxslərin hüquqları qeydiyyata alınaraq bu barədə həmin mənzillərə dair reyestrdən çıxarışlar verilmişdir, bu çıxarışlar məhkəmə aktı əsasında verilmişdir. Belə olan halda sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarında da istinad olunmuş (təqdim olunmuş) sənədlər (maliyyə arayışları, MMC ilə fiziki şəxslər arasında bağlanmış müqavilələr) iddiaçının təqdim etdiyi sənədlərlə eyni olmuşdur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, birinci instansiya tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina olunması iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasıdır. Işin halları ilə müəyyən olunur ki, göstərilən binanın tikintisi Üçüncü şəxs Şirkəti tərəfindən Bakı şəhəri Icra Hakimiyyətinin ## ###### 1994-cü il tarixli **** saylı sərəncamı ilə aparılmışdır. Tikinti başa çatdıqdan, lazımi sənədlər tərtib olunduqdan sonra Üçüncü şəxs Şirkəti müqavilə bağlayaraq, Dövlət Qəbul Komissiyası tikintinin qurtarmasını qəbul etdikdən sonra İddiaçı mülkiyyətinə verir ##.##.2004-cü il tarixli ilkin müqavilədən görünür ki, sözügedən binanın tikintisi başa çatdıqdan sonra ünvan 2 ünvanında yerləşən 14 mərtəbəli (iki bloklu) yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin müqavilənin şərtlərinə uyğun olaraq Üçüncü şəxs MMC tərəfindən iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan * saylı ünvanda inşa edilmiş yaşayış binasının ** saylı mənzilin dəyəri tam ödənilmişdir. Həmin mənzil iddiaçının mülkiyyətinə verildikdən sonra o, həmin vaxtdan etibarən ona məxsus sözügedən mənzildə yaşayır. "Inzibati icraat haqqında" Qanunun 12-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Beləliklə, birinci instansiya məhkəməsi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış və və qeyd olunan faktların müəyyən edilməsi hissəsini tam aydınlaşdırmadan iş üzrə qərar qəbul etmişdir, məhkəmə qeyd olunan hallarla bağlı heç bir mötəbər sübuta istinad etməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunur: ünvan * saylı ünvanda inşa edilmiş yaşayış binasının ** saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ##.##.2025-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin * saylı Bakı Ərazi Idarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq, ünvan * saylı ünvanda inşa edilmiş yaşayış binasının yaşayışa yararlı olub-olmaması (qəzalı) barədə məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin *-**-*/*-**/**** saylı, ##.##.2025-ci il tarixli məktub ilə aparılmış müayinələr nəticəsində qeyd edilən yaşayış binasının dayanıqlıq baxımından tikinti-norma və qaydalarının tələblərinə cavab verməməsinin aşkar edildiyi və qeyd olunan yaşayış binasında nəzərdə tutulmuş gücləndirmə işləri başa çatdırılmadığından məsələyə müsbət münasibət bildirilməsinin mümkün olmadığı bildirilmişdir. Iş materiallarında olan Icraçı Üçüncü şəxs şirkəti ilə Sifarişçi İddiaçı arasında imzalanmış ** saylı, ##.##.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Icraçı ünvan 2 ünvanında yerləşən 14 mərtəbəli, 2 bloklu yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.m olan, 3 otaqlı mənzili tikintisi başa çatdıqdan və lazımi sənədlər tərtib olunduqdan sonra Icraçı alqı-satqı müqaviləsi bağlayaraq Sifarişçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Iş materiallarında olan ##.##.2004-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 20000 ABŞ dollar məbləğində pul vəsaiti Üçüncü şəxs şirkətinə ödənilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli məktubda qeyd olunur: ünvan 5 ünvanında yerləşən Üçüncü şəxs MMC tərəfindən inşa edilmiş 14 mərtəbəli yaşayış binasının istismara icazə sənədinin təsdiq edilmiş surətinin verilməsi barədə müraciətə baxılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*- ****/**** nömrəli cavab məktubunda qeyd edilir: Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 613-cü məhəllədə (M.Muxtarov küç.185) 2007-ci il ######un ##-də inşası tam başa çatdırılmamış çoxmərtəbəli yaşayış binası uçaraq dağılmışdır. Həmin binanın uçmasının səbəblərini araşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2007-ci il tarixli, **** nömrəli Sərəncamına əsasən, Hökumət komissiyası yaradılmışdır. Komissiya müəyyən etmişdir ki, uçmuş binanın yaxınlığında yerləşən 14 mərtəbəli (Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, **s nömrəli Sərəncamında 2 girişli, 13 mərtəbəli 80 mənzilli kimi göstərilmişdir) binanın texniki təhlükəsizliyinin təmin edilməsi üçün gücləndirmə-bərpa işlərinin aparılması zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, **s nömrəli Sərəncamı ilə həmin binanın texniki təhlükəsizliyinin təmin edilməsi üçün gücləndirməbərpa işlərinin aparılması və bu işlərin sifarişçisi Fövqəladə Hallar Nazirliyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2009-cu il tarixli, ***s nömrəli Sərəncamında isə həmin binanın gücləndirmə-bərpa işlərinin yerinə yetirilməsi zamanı insanların təhlükəsizliyinin təmin edilməsi üçün müvəqqəti olaraq binadan, müvafiq kompensasiya ödənilməklə, sakinlərin mərhələlərlə köçürülməsi nəzərdə tutulmuşdur. Həmin sərəncamların icrası məqsədilə tərəfimizdən gücləndirməbərpa işlərinə dair müvafiq layihə sənədləri hazırlanmış və sakinlərə binadan könüllü olaraq köçmələri barədə dəfələrlə müraciət edilmişdir. Lakin bina sakinlərinin əksəriyyətinin mənzillərdən müvəqqəti olaraq köçməkdən imtina etdiyinə və tikinti işlərinin aparılması üçün müvafiq şərait yaratmadığına görə tərəfimizdən Nazirlər Kabinetinin yuxarıda qeyd olunan sərəncamlarına uyğun olaraq binanın gücləndirmə-bərpa işlərinin yerinə yetirilməsi və tikinti norma və qaydalarına uyğunluğu baxımından binanın istismara hazırlığı barədə aktın verilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi və istismarına icazə. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Iddia tələbindən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən Üçüncü şəxs MMC tərəfindən inşa edilmiş 14 mərtəbəli (iki bloklu) yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Bununla əlaqədar iddiaçı cavabdehə müraciət etsə də, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin * saylı Bakı Ərazi Idarəsinə təqdim edilmədiyi, habelə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən aparılmış müayinələr nəticəsində qeyd edilən yaşayış binasının dayanıqlıq baxımından tikintinorma və qaydalarının tələblərinə cavab verməməsinin aşkar edildiyi və qeyd olunan yaşayış binasında nəzərdə tutulmuş gücləndirmə işlərinin başa çatdırılmadığı bildirilməklə cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsi konkret olaraq müəyyən edilmişdir. Həmin əsaslardan biri də çoxmənzilli binalara münasibətdə istismara qəbul aktıdır. Lakin qeyd olunan mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə sənədi təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli məktubdan da görünür ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində ünvan 5 ünvanında yerləşən Üçüncü şəxs MMC tərəfindən inşa edilmiş 14 mərtəbəli yaşayış binasının istismara icazə sənədi aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 613-cü məhəllədə (M.Muxtarov küç.185) 2007-ci il ######un ##-də inşası tam başa çatdırılmamış çoxmərtəbəli yaşayış binası uçaraq dağılmışdır, lakin bina sakinlərinin əksəriyyətinin mənzillərdən müvəqqəti olaraq köçməkdən imtina etdiyinə və tikinti işlərinin aparılması üçün müvafiq şərait yaratmadığına görə binanın gücləndirməbərpa işlərinin yerinə yetirilməsi və tikinti norma və qaydalarına uyğunluğu baxımından binanın istismara hazırlığı barədə aktın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, ümumiyyətlə həmin binanın tikinti norma və qaydalarına uyğunluğu baxımından istismara hazırlığı barədə aktın verilməsi mümkün deyildir. Qanunvericiliyin məcburi göstərişlərinə uyğun olaraq iddiaçının üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binanın istismara icazə aktı olmadığından, eləcə də yaşayış binasının dayanıqlıq baxımından tikinti-norma və qaydalarının tələblərinə cavab vermədiyindən və qeyd olunan yaşayış binasında nəzərdə tutulmuş gücləndirmə işləri başa çatdırılmadığından, tikinti norma və qaydalarına uyğunluğu baxımından binanın istismara hazırlığı barədə aktın verilməsi ümumiyyətlə mümkün olmadığından cavabdeh orqanın mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar