Məhkəmə qərarları › İş №2-1(3-6)-681/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-681/2026

12.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-681/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:

1. Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının ##.##.1998-ci il tarixli ** saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1991-ci il tarixli *** saylı və ## ######## 1991-ci il tarixli *** saylı qərarı ilə Maştağa qəsəbəsində fərdi yaşayş evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Bakı şəhər Icra Hakimiyyətinin Baş planına uyğun olaraq X3 Bakı şəhəri, Maştağa qəsəbəsi, 5-ci kvartal 72 ünvanında fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır.

2. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında ##.##.2024-cü il tarixli Şəhadətnamədə qeyd olunmuşdur ki, Bakı şəhəri * saylı notariat ofisi tərəfindən ##.##.2017 tarixdə təsdiq edilən və reyestrdə 150 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən ##.##.2023-ci il tarixdə vəfat etmiş X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçıdur (AA4916330, ##.##.2023 - Asan 2, FIN:*******, d/t:##.##.1974) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRXnin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2011 tarixdə X3 verilmiş 007011002279- 05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 64.5 kv.m. ümumi sahəsi, 4 otaqlı olan mənzildən ibarətdir.

3. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh müraciət edərək cavabdeh tərəfindən ayrılmış torpaq sahəsinə yerləşmə cizgisinin verilməsini xahiş etmiş, lakin cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Maştağa qəsəbəsi, Ümumi sahə yaşayış massivində vətəndaşlara verilən torpaq sahələrinə aid Cavabdeh heç bir arxiv sənədi olmadığından, həmin sənədlərin qanuna uyğunluğunu araşdırmaq mümkün deyil. Qeyd olunanlarla əlaqədar həmin torpaq sahələrinə sxemlərin tərtib edilərək təsdiq edilməsi imkanımız xaricindədir.

BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:

4. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının “vətəndaşlara fərdi yaşayış evi tikintisi üşün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” ## #### 1998-ci il tarixli ** saylı qərarına əsasən mərhum atası X3 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və Bakı şəhəri, Maştağa qəsəbəsi, Hamlet Xanızadə küçəsində (5-ci kvartal, 72) yerləşən 1200 kv.m torpaq sahəsinə dair cizginin (plan-sxem) verilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Maştağa qəsəbə üzrə Nümayəndəliyinin ## #### 1998-ci il tarixli ** saylı qərarına əsasən iddiaçının mərhum atası X3 fərdi yaşayış evinin tikintisi üçün Maştağa əsəbəsində 1200 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, torpaq sahəsi 4 tərəfdən hasara alınmış, yaşayış evi bütün kommunal xidmətlərlə təmin edilmişdir. Yaşayış evinin digər qonşuları da məhz bu çıxarışlar əsasında torpaq sahələrini öz adlarına sənədləşdirmişlər. Iddiaçının atası ##.##.2023-cü ildə vəfat etmiş, iddiaçı atasının vəfatından sonra qeyd olunan torpaq sahəsini sənədləşdirmək istəmişdir. Bu məqsədlə Bakı şəhəri * saylı Notariat Ofisinə müraciət eləmişdir. Həmin Notariat ofisindən vərəsə olmağı ilə bağlı ##.##.2025-ci il tarixli **** saylı məktub verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair torpaq sahəsinin cizgisinin tərtib edilməsi barədə cavabdeh Cavabdeh ərizə və ona əlavə edilmiş sənədlərlə müraciət eləmişdir. ##.##.2025-ci il tarixli cavab məktubu il ərizə təmin edilməmişdir və imtinaya əsas kimi göstərilmişdir ki, Maştağa qəsəbəsi ümumi sahə yaşayış massivində vətəndaşlara verilən torpaq sahələrinə dair Cavabdeh heç bir arxiv sənədi olmadığından həmin sənədlərin qanunauyğunluğunu araşdırmaq mümkün deyil. Qeyd olunanlarla əlaqədar həmin torpaq sahələrinə sxemlərin tərtib edilərək təsdiq edilməsi imkan xaricindədir. Iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarını məhdudlaşdırır.

6. Cavabdeh tərəfindən məkhəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, Maştağa qəsəbəsində vətəndaşlara verilən torpaq sahələrinə dair Sabunçu RIH-də heç bir arxiv sənədi olmadığından, eyni zamanda Azərbaycan Respublikası Dövlət arxivinin Bakı filialında iddiaçıya ayrılmış torpaq sahəsinə dair qərar mövcud olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, torpaq sahəsinə yerləşmə sxeminin verilməsi üçün ilkin olaraq həmin torpaq sahəsinin qanunvericiliyin tələbinə uyğun olaraq ayrılmış olması müəyyən edilməlidir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

7. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının ##.##.1998-ci il tarixli ** saylı qərarına əsasən X3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 5-ci kvartal 72 ünvanında ayrılmış 1200 kv.m torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

8. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 28 il bundan öncə yəni 1998- ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi 1200 kv.m torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdeh məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Həmçinin nəzərinizə çatdırırıq ki, torpaq sahəsi Maştağa qəsəbə Nümayəndəliyi Aparatının qərarına əsasən ayrıldığından torpaq sahəsinə dair yerləşmə sxemi həmin qurum tərəfindən verilməlidir. Hazırki iş üzrə əsl cavabdeh Maştağa qəsəbə nümayəndəliyi cəlb edilməli idi. Torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Hazırki mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan mülkiyyət hüququnun subyekti dövlətdir. Həmçinin bildirik ki, “Yerli Icra Hakimiyyətləri haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində ayrılmış torpaq sahəsinə dair Rayon Icra Hakimiyyətinin həmin torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi barədə müddəa öz əksini tapmayıb. Buna baxmayaraq məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almamış və torpaq sahəsinin dövlət mülkiyyətində olmasına münasibət bildirməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

Tərəflərin izahatları

11. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmin tarixdə cavabdeh inzibati orqan "Elektron Məhkəmə" sistemi vasitəsilə ərizə verərək iş yükünun çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasının nümayəndələrinin istirakı olmadan keçirilməsini xahiş etmiş və verilmiş apellyasiya şikayətini müdafiə etdiklərini bildirmişdir. Inzibati məhkəmə icraatının iştirakçısı işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

14. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

15. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının # ###### 1991-ci il tarixli Torpaq Məcəlləsi (## ###### 2001-ci il tarixli **-IIQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür): 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

16. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il № *** fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (Icra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

17. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

19. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

21. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. Iddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 38.2-ci, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.

22. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının “vətəndaşlara fərdi yaşayış evi tikintisi üşün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” ## #### 1998-ci il tarixli ** saylı qərarına əsasən mərhum atası X3 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və Bakı şəhəri, Maştağa qəsəbəsi, Hamlet Xanızadə küçəsində (5-ci kvartal, 72) yerləşən 1200 kv.m torpaq sahəsinə dair cizginin (plan-sxem) verilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi” barədədir. Işə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının ##.##.1998-ci il tarixli ** saylı Qərarı qüvvədə olduğundan, torpaq sahəsinə dair digər şəxslərin hər hansı tələbi olmadığınan və torpaq sahəsi iddiaçının faktiki istifadəsində olduğundan iddia təmin edilməlidir. Torpaq sahəsi hazırda Sabunçu rayonun inzibati ərazisində yerləşdiyindən həmin qərarına əsasən iddiaçı X3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 5-ci kvartal 72 ünvanında ayrılmış 1200 kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır.”

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının ##.##.1998-ci il tarixli ** saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1991-ci il tarixli *** saylı və ## ######## 1991-ci il tarixli *** saylı qərarı ilə Maştağa qəsəbəsində fərdi yaşayş evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Bakı şəhər Icra Hakimiyyətinin Baş planına uyğun olaraq iddiaçının atası mərhum X3 Bakı şəhəri, Maştağa qəsəbəi, 5-ci kvartal 72 ünvanında fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi hazırda Sabunçu rayonunun inzibati ərazi vahidində yerləşir.

25. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum atasına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılsa da həmin sərəncama cizgi əlavə edilməmişdir. Hazırda torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının ##.##.1998-ci il tarixli ** saylı qərarı qüvvədədir, ləğv olunmayıb.

26. Həmin qərarda da vətəndaşa torpaq sahəsinin ayrılmasının hüquqi əsası kimi məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1991-ci il tarixli *** nömrəli Qərarına istinad olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1991-ci il tarixli *** nömrəli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin təqdimatına əsasən Abşeron, Ağstafa və Göyçay rayon XDS Icraiyyə komitələrinin qərarını və təsərrüfatların razılıqlarını nəzərə alaraq həmin rayonların ərazilərindən Bakı şəhəri Maştağa qəsəbəsində, Ağstafa və Göyçay şəhərlərində fərdi və çoxmərtəbəli yaşayış evləri, habelə sosial və mədəni-məişət obyektlərinin tikintisi üçün əlavəyə uyğun olaraq 416 hektar torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi torpaq sahəsinin ayrılması barədə qərar Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatı tərəfindən qəbul edilməsinə baxmayaraq, həmin qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1991-ci il tarixli *** nömrəli Qərarına əsaslanır. Müvafiq hal Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının ##.##.1998-ci il tarixli ** saylı Qərarını Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanının 2.7-ci bəndindəki hüquqmüəyyənedici sənəd kimi qəbul etməyə əsas verir.

27. Mübahisələndirilən torpaq sahəsi naturada təhvil verildiyi vaxdan hazıradək X3, daha sonra iddiaçının istifadısində olmuşdur. Belə ki, müvafiq halı təsdiq edən X1 Cəmiyyəti, X5 və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Bakı şəhəri, Maştağa qəsəbəsinə dair X3 adına tərtib edilmiş Abunə haqqında çıxarışlar da təsdiq edir.

28. Daşınmaz Əmlakın Dövlət Kadstr və Reyestri publik hüquqi şəxsi tərəfindən birinci intansiya məhkəməsinə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, faktiki sahə 1464 kv.m təşkil edir və bu sahənin 46 kv.m hisəsi qərb qonşusu olan 005013005295 reyestr nömrəsilə üst-üstə düşür. X7 sovxozunun Bakı ŞIH-nin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Savalan yaşayış massivinin ayrıcından kənarda yerləşir. Sahə qəsəbə nümayəndəliyi tərəfindən ayrılmışdır. Cizgi təqdim edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır.

29. Beləliklə, müəyyən olunur ki, hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.metr torpaq sahəsinə dair cizgini vətəndaşa təqdim etməmişdir. Ona görə də cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

30. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir.

31. Hazırki işdə iddiaçının istədiyi inzibati aktın qəbulundan imtina edən cavabdeh inzibati orqanın həmin inzibati aktın qəbulunu istisna edən halları əsaslandıra bilməməsini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (*-*(***)-****/**** saylı ##.##.2022-ci il tarixli qərar).

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

34. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar