Məhkəmə qərarları › İş №2-1(3-6)-687/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-687/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-687/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və Fərid Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil1, Üçüncü şəxsin nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı (üçüncü şəxs qismində Üçüncü şəxs cəlb edilməklə) “torpaq sahəsinin planı və ölçüsü sənədinin, çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *- *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Üçüncü şəxs adına cavabdeh tərəfindən verilmiş AAN ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildən Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, hal-hazırda faktiki istifadəsində olan 0.23 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. 2018-ci ildə tikinti işləri başa çatdırılan zaman vətəndaş Üçüncü şəxs onun sahibliyində olan sahəyə iddia edərək boşaldılmasını tələb etmişdir. Sistematik müdaxilələri nəticəsində işlərin başa çatdırılması mümkün olmadığı üçün Üçüncü şəxs tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin mübahisə üzrə mülki iş Bakı Apellyasiya Məhkəməsində baxışdadır. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2021-ci il tarixli **/**** saylı ekspert rəyinə əsasən onun sahibliyində olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi sxematik xəritədə 444 və ***A saylı bağların yerinə uyğundur. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X2 və Birliyi ilə Üçüncü şəxs arasında bağlanmış **** saylı ##.##.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Üçüncü şəxs istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən *** saylı bağ sahəsinin sərhədləri üst-üstə düşmür. Üçüncü şəxs istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi mübahisəli 0.23 ha torpaq sahəsinin cənub qonşuluğunda yerləşməlidir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən X2 və Birliyi ilə Üçüncü şəxs arasında bağlanmış **** saylı ##.##.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən 0.20 ha ərazisi olan *** saylı bağ sahəsinin yerində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr planı əsasında *** saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2022-ci il tarixli **/** saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X2 və Birliyi ilə Üçüncü şəxs arasında bağlanmış **** saylı ##.##.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Üçüncü şəxs istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən *** saylı bağ sahəsinin yerində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr planı əsasında *** saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mübahisəli torpaq sahəsi 444 və ***A saylı bağların yerinə uyğundur. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X2 və Birliyi ilə Üçüncü şəxs arasında bağlanmış **** saylı ##.##.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Üçüncü şəxs istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən *** saylı bağ sahəsinin sərhədləri üst-üstə düşmür. Üçüncü şəxs istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi mübahisəli 0.23 ha torpaq sahəsinin cənub qonşuluğunda yerləşməlidir. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, onun sahiblik və istifadəsində olan 0.23 ha torpaq sahəsi keçmiş 444 və ***A saylı bağların yerinə uyğundur, X2 və Birliyi ilə Üçüncü şəxs arasında bağlanmış **** saylı ##.##.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Üçüncü şəxs istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi onun cənub qonşuluğunda yerləşməlidir. Beləliklə, ekspertlərin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərin rəylərindən birmənalı müəyyən olunur ki, onun sahibliyində olan torpaq sahəsi Üçüncü şəxs verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin məhkəmə gedişində məlum olmuşdur ki, onun sahibliyində və istifadəsində olan torpaq sahəsi *** saylı bağ sahəsi kimi göstərilərək Üçüncü şəxs adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən AAN ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və ##.##.2021-ci il tarixli Çıxarış verilmişdir. Sözügedən ərazi boş torpaq sahəsi kimi göstərilir, halbuki həmin yerdə 2 mərtəbəli fərdi yaşayış evi mövcuddur. Belə olan halda onun və cavabdeh arasında mübahisənin məhkəmə baxışı predmeti olduqda çoxsaylı ekspert və hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin məhkəməyə ##.##.2021-ci il tarixli məktubla təqdim olunan mövqeyə zidd olaraq Üçüncü şəxs adına mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun həmin gün tələsik rəsmiləşdirilməsi onun hüquqlarının pozulması ilə yanaşı cavabdehə məhkəmədə aşkar üstünlük verir. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, bu səbəbdən iddiaçı İddiaçı iddia edilən torpaq sahəsinə dair subyektiv hüquqa malik deyil. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı bağ sahəsi Bağlar Təsərüfatı Idarəsi ilə bağlanılmış ##.##.2007-ci il tarixli, **** nömrəli müqavilə əsasında ##.##.2021-ci il tarixdə Üçüncü şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddiasında çoxsaylı qanun və qərarları sadalayaraq onlara əsaslanmağa çalışsa da, bunlarla əlaqədar məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Iddia ərizəsində göstərilən, məhkəmə ekspertiza mərkəzinin ##.##.2022-ci il tarixli rəyi qanunsuz və qərəzlidir. Çünki ekspertiza, məhkəmə işinin içərisində mövcud olan ##.##.2021 tarixli çıxarış və texniki pasport əsasında yox, artıq hüquqi qiymətini itirmiş 2007-ci il tarixli **** saylı bağın istifadə müqaviləsi əsasında, onun iştirakı olmadan aparılmışdır. Hazırda Bakı Apellyasiya Məhkəməsində İddiaçı ona qarşı “maneələrin aradan qaldırılması” qondarma tələbi üzrə iş aparılır. Həmin iş üzrə İddiaçı iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən rədd edilmiş və sonrakı baxışlarda Ali Məhkəmədən yenidən Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda İddiaçı həmin iş üzrə apellyasiya məhkəməsi tərəfindən keçirilən ekspertizada iştirak etməkdən müxtəlif yollarla boyun qaçırır. Ekspertləri və onun ərazisinə buraxmır, onu zəbt etməkdə davam edir. Özünün qaldırdığı işin gedişatına maneələr törədir və paralel olaraq yeni bir qondarma iddia ilə inzibati məhkəməyə müraciət edir. Nardaran bağ massivində yerləşən və 2018-ci ildən İddiaçı tərəfindən zəbt olunmuş *** nömrəli bağ sahəsi 1967-ci ildən onların ailəsinə məxsusdur. Əvvəllər atası Tofiq Muradovun, 2007-ci ildən isə onunla bağlar təsərrüfatı idarəsi arasında bağlanmış müqaviləyə əsasən tərəflərindən istifadə olunmuşdur. Son illər bir qədər baxımsız qalmışdır. ##/##/2021 tarixindən isə cavabdeh tərəfindən verilmiş çıxarış və texniki pasporta əsasən onun tam mülkiyyətinə keçmişdir. İddiaçı iddiası qanunsuzdur. Çünki onun heç bir qanuni mənafelərini əks etdirmir. Belə ki, cavabdeh onun bağ sahəsinə, müvafiq sənədlər əsasında çıxarış verməklə mülkiyyət hüququnun rəsmiləşdirilməsinin ona heç bir dəxli yoxdur. Çünki özünün göstərdiyi kimi bağ sahəsinə dair heç bir nə qanuni, nə də qanunsuz sənədinin olmamasına baxmayaraq, sübut elməyə çalışır ki, onun zəbt etdiyi bağ sahəsinin ona heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, İddiaçı iddiasına gəldikdə, onun belə bir iddia verməyə heç bir subyektiv hüququ da yoxdur. Məhkəməyə heç bir mülkiyyət sənəd-sübutu təqdim olunmamışdır. Bağ ərazisinin zəbt olunması isə ona bu hüququ vermir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmiş, Üçüncü şəxs adına Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş AAN ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, üçüncü şəxs Üçüncü şəxs verilmiş AAN ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Üçüncü şəxs hüquqmüəyyənedici sənədə sahib olsa da, həmin sənəd əsasında torpağın yerləşməsinə uyğun şəkildə hüquqları qeydə alına bilər. Lakin cavabdeh tərəfindən təqdim edilən rəydən görünür ki, üçüncü şəxsin adına qeydə alınmış bağ sahəsi, bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olmayan yerdə, başqa bağın ərazisində qeydə alınmışdır. Hazırkı halda isə üçüncü şəxs həmin daşınmaz əmlakı hər hansı şəxsdən alqı-satqı əsasında almamış, bağ sahəsi ilkin olaraq üçüncü şəxsin adına qeydə alınmışdır Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, bu səbəbdən iddiaçı İddiaçı iddia edilən torpaq sahəsinə dair subyektiv hüquqa malik deyildir. Üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxsin sözügedən bağ sahəsinə hüquqları ilk dəfə 1962-ci ildə, sonuncu dəfə 2007-ci ildə bağlanılmış müqaviləyə əsaslanmışdır. Lakin, iddiaçı Kərimovanın hüquqlarının mənbəyi belə yoxdur, məhkəmə hökmü ilə dələduz olan şəxsə bağ sahəsinə görə pul verilməsi, belə iddia verilməsinə əsas yaratmır. Belə ki, üçüncü şəxsin həmin torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DaşınmazƏmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ilə təsdiq olunur. Iddiaçı həmin bağ sahəsini zəbt etmiş, oradakı evi və hasarı sökərək, əvəzində hündür hasar ucaltmış, yeni darvaza qoymuş və ikimərtəbəli ev tikməyə başlamışdır. Həmin vaxtdan başlayaraq Üçüncü şəxs dəfələrlə Kərimovadan sahəni tərk etməsini tələb etmiş, lakin buna baxmayaraq, cavabdeh sahəni tərk etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarda göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir – o cümlədən, Kərimovanın torpağa dair heç bir sənədi, hüququ olmamasının iddianın qeyri-mümkün sayılması üçün kifayət etməsinə baxmayaraq iddianın təmin edilməsi də məhkəmənin prosessual hüquq normalarını pozmasına dəlalət edir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərardadı ilə (hakimlər: C.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və P.Hüseynov) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, Üçüncü şəxs adına DƏDRXnin Bakı Ərazi Idarəsi tərəfindən verilmiş AAN ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi haqqında İddiaçı iddia tələbi mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayəti ilə razılaşaraq, şikayətlərin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmamasını və yaxud iddianın rədd edilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş yazılı izahatla əlavə olaraq bildirilmişdir ki, iddiaçı İddiaçı sözügedən torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədə malik deyildir. Onun iddia etdiyi "sahibliyin" mənbəyi məhkəmə hökmü ilə təsdiq edilmiş cinayət əməlidir. Belə vəziyyətdə subyektiv hüquqdan söhbət gedə bilməz. Üçüncü şəxs Üçüncü şəxs mülkiyyət hüququ qanuni mənbəyə əsaslanır: 1962-ci ildən başlayaraq atasının istifadəsində olan sahə üzərində 2007-ci ildə bağlanmış müqavilə və 2021-ci ildə qanuni qaydada həyata keçirilmiş dövlət qeydiyyatı. Mülki Məcəllənin 141-ci maddəsi reyestrdə qeydlərin düzəldilməsi tələbi vermək hüququnu yalnız müvafiq subyektiv hüquqları olan şəxslərə (hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxslərə) verir. Iddiaçı bu kateqoriyaya aid deyil. Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərarında formula edilmiş "özünə məxsus materiallarla başqasının torpağında inşaat" doktrinası hazırkı işdə tətbiq edilə bilməz, çünki həmin doktrinanın tətbiqi üçün vacib şərtlər (qanuna uyğun tikinti, mülkiyyətçinin etiraz etməməsi) hazırkı işdə yoxdur. Konstitusiyanın 13 və 29-cu maddələri ilə qorunan üçüncü şəxsin mülkiyyət hüququ, eləcə də Insan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət toxunulmazlığı tələb edir ki, qanuni dövlət qeydiyyatı yalnız ciddi və qanuni əsaslarla ləğv edilsin. Iddianın təmin edilməsi belə bir hüquqi presedent yaradar ki, hər hansı şəxs özgəsinin torpağına soxularaq, oradakı tikilini sökərək, yerində özünə yeni tikili tikməklə qanuni mülkiyyətçinin hüquqlarını ləğv edə bilər. Bu, hüquq dövləti prinsipinə birbaşa ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək onların təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin (bundan sonra IPM) 82ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. IPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» ##.##.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, “33. Hazırkı işdə iddiaçının mübahisəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədi olmasa da, onun “özünə məxsus materiallarla başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparan şəxs” olaraq hər iki daşınmaz əmlakla bağlı sahiblik və istifadə hüquqlarının uzun zaman mövcudluğu ona üçüncü şəxsin adına verilmiş adı çəkilən sənədləri mübahisələndirmək haqqını verir. Çünki həmin sənədlərlə iddiaçının hüquq və marağına birbaşa müdaxilə olunur ki, bu da iddiaçıya həmin sənədləri mübahisələndirmək üçün subyektiv hüquq verir.

34. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərardadı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.” Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir:

Kollegiya əvvəla diqqətə çatdırır ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin əsas dəlili eynilik təşkil etməklə ondan ibarətdir ki, iddiaçının sözügedən mübahisəli torpaq sahəsinə və onun üzərində inşa etdiyi fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədləri olmadığına görə onun hazırkı iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Göründüyü kimi, apelyantlar iddianın mümkünlük şərtinin ödənilmədiyinə istinad edirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin əsas dəlili olan iddiaçının subyektiv hüquqa malik olmasına və digər iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ##### 2015-ci il tarixli № * Plenum Qərarına əsasən reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırda iddiaçı reyestrdəki qeydin əsasında duran hüquqmüəyyənedici sənədi deyil, həmin sənəd əsasında inzibati icraat aparan inzibati orqanın hərəkətlərini mübahisələndirir və bu hərəkətlər nəticəsində aparılmış qeydin və tərtib edilmiş torpaq sahəsinə dair plan-ölçü sənədinin ləğv edilməsini xahiş edir.Hazırkı iddia öhdəliyin icrasına dair iddiadır. Inzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Iddiaçı inzibati orqana müraciət etmiş, inzibati orqan müraciətini təmin etməmişdir. Iddianın mümkünlük şərti olan iddiaçının subyektiv hüququnun olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. - 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. - 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. - 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. - 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. - 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. - 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmçinin, məhkəmə kollegiyası oxşar məsələ ilə bağlı mülki işlər üzrə məhkəmə təcrübəsi formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli *** qərarına istinadən diqqətə çatdırır ki, sözügedən qərarda hüquqi mövqe ondan ibarət olmuşdur ki, əsassız tikilinin onu inşa edənin əşyasının tərkib hissəsi sayılması üçün birinci imkan tikili sahibinin həmin tikili üçün əvvəlcədən bir əşya hüququna malik olmasıdır. Ikinci imkan isə ondan ibarətdir ki, tikili inşa etmiş şəxsin belə bir əşya hüququ mövcud olmasa da, qanunda nəzərdə tutulan şərtlərin gerçəkləşməsinə görə müdaxilə etdiyi torpaq mülkiyyətçisindən məhdud əşya hüququ (servitut, tikintiyə vərəsəlik hüququ) və ya tam əşya hüququ (mülkiyyət hüququ) tələb etmək səlahiyyəti olsun. Bu cür səlahiyyət bir qayda olaraq, müqavilədən deyil, tikilinin artıq inşa edilmiş olmasından, məhdudiyyətə məruz qalmış torpaq mülkiyyətçisinin buna vaxtında etiraz etməməsindən və digər qanuni şərtlərin mövcudluğundan irəli gəlir. Buna müvafiq olaraq, torpaq sahəsinin mülkiyyətçisinin də məruz qaldığı məhdudiyyətə dözmək kimi qanundan irəli gələn, əşyaya bağlı öhdəliyi yaranır. Göstərilən şərtlər daxilində tikilini inşa edən şəxs yeni hüquqi vəziyyət doğuran bir subyektiv hüquqa malik olur və bu hüququndan istifadə etdikdə torpaq mülkiyyətçisi ilə aralarında öhdəlik münasibəti yaranır. Bu münasibət çərçivəsində ərazinin mülkiyyətçisi tikili sahibinin xeyrinə bir servitut qurmaq və ya müdaxilə olunan torpaq sahəsinin mülkiyyətini ona keçirmək, tikili sahibi isə ağlabatan əvəz ödəmək öhdəliyi altına düşür. Beləliklə, təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında qeyd olunan hüquqi mövqeyi alınaraq məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququ vardır.

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin əsas dəlilinə cavab olaraq işin hallarını hərtərəfli araşdıraraq qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

Məhkəmə kollegiyası iddianın əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. - 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. - 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il ## ####### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydaları: - 1-ci maddəsinə əsasən dövlət reyestrinin aparılmasının anlayışı Dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. - 3-cü maddəsinə əsasən dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4cü maddəsinə müvafiq olaraq Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır. - 43.1-ci maddəsinə əsasən dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. - 43.2-ci maddəsinə əsasən dəyişikliyin və ya düzəlişin aid olduğu məlumatın əks etdirildiyi vərəqdə "Xüsusi qeydlər" qrafasına dəyişikliyin və ya düzəlişin edilməsi barədə forması qeydiyyat orqanı tərəfindən müəyyən edilən xüsusi ştamp vurulur. Ştampda dəyişikliyin və ya düzəlişin edilmə tarixi, qeydiyyat orqanının müvafiq vəzifəli şəxsinin adının baş hərfi və soyadı, vəzifəsi göstərilir və imzası qoyulur. Bu qayda yeni dəyişiklik və ya düzəliş edilməsi hallarına da şamil olunur.

Iddianın mahiyyət üzrə əsaslılığı ilə bağlı aşağıdakılar diqqətə çatdırılır:

Inzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində faktiki istifadəsində olan torpaq sahəsində 2018-2019-cu illərdən fərdi yaşayış evi inşa etmişdir. Üçüncü şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı bağ sahəsi üzərində ##.##.2021-ci il tarixdə ********** qeydiyyat nömrə ilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına AAN ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Kollegiya bir daha vurğulayır ki, hazırkı iddia tələbini qaldırmaqla iddiaçının hüquqi marağı cavabdeh inzibati orqanın qanunsuz hərəkəti nəticəsində Üçüncü şəxs adına cavabdeh tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsinə yönəlmişdir. Belə ki, iddiaçı üçüncü şəxsin hüquqlarının qeydiyyata alındığı torpaq sahəsinin onun inşa etdiyi fərdi yaşayış evinin ərazisi olmasına və həmin ərazinin uzun müddət onun faktiki istifadəsi və sahibliyində olmasına istinad edir. Göründüyü kimi, iddiaçı üçüncü şəxsin hüquqmüəyyənedici sənədlərini mübahisələndirmir, iddiaçının tələbinin əsasını o təşkil edir ki, inzibati orqan üçüncü şəxsin hüquqmüəyyənedici sənədlərini düzgün torpaq sahəsinə işləməmişdir. Üçüncü şəxs Üçüncü şəxs hüquqmüəyyənedici sənədlərə malikdir. Belə ki, iş materiallarında olan Bakı şəhər Icra Hakimiyyəti Başçısı X3 Inkişafı və Istismarı Birliyi ilə üçüncü şəxs Üçüncü şəxs arasında bağlanmış ## ##### 2007-ci il tarixli, **** saylı “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Sabunçu rayonunun Nardaran ərazisində 0,20 hektar torpaq sahəsi olan *** №-li bağ sahəsi Üçüncü şəxs istifadəsinə verilmişdir. Daha sonra Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı bağ sahəsi üzərində üçüncü şəxs Üçüncü şəxs ##.##.2021-ci il tarixdə ********** qeydiyyat nömrə ilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən torpaq sahəsinə dair AA№ ****** № li torpaq sahəsinin plan və ölçü sənədi işlənmişdir. Inzibati işin araşdırılmış hallarından müəyyən olunur ki,həqiqətən də inzibati orqan üçüncü şəxsin mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alarkən publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərini qanuni və əsaslı olaraq həyata keçirməmişdir. Qeydiyyat hüquqmüəyyənedici sənədlərdə əksini tapan torpaq sahəsi üzərində aparılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 443 və *** saylı bağ sahələrinin naturada, koordinatları və sərhədləri plan və ölçüdə göstərilən koordinatlara uyğun gəlir. *** saylı bağ sahəsi sənəd üzrə 0,20 ha olsa da, faktiki olaraq 0,23 ha təşkil edir. *** saylı bağ sahəsi sənəd üzrə və faktiki olaraq 0.16441 ha təşkil edir. Iddiaçının istifadəsində olan (iddia etdiyi) bağ sahəsi və üzərində yerləşən fərdi yaşayış evi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən *** saylı bağ sahəsinin yerinə uyğun gəlir. Lakin *** saylı bağ sahəsi iddia edilən bağ sahəsinin yerinə uyğun sahədə dövlət reyestrində qeydiyyata alınıb (özəlləşib). Üçüncü şəxs adına qeydiyyatdan keçmiş *** saylı bağ sahəsi, 444 və ***a saylı bağ sahələri ilə həmsərhəddir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 443 və *** saylı bağ sahələrinin mövcud qeydiyyata alınma vəziyyətindən fərqlidir (*** saylı bağ *** saylı bağın yerinə uyğun gələn yerdə qeydiyyatdan keçib və ya əksinə). Həmçinin, tərəflər arasında olan mülki mübahisələr zamanı məhkəmələr tərəfindən bir neçə dəfə ekspertiza rəyləri alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli qətnaməsinin məzmunundan da görünür ki, həmin mülki iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli **/**** saylı ekspert rəyinə əsasən onun sahibliyində olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi sxematik xəritədə 444 və ***A saylı bağların yerinə uyğundur. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X2 və Birliyi ilə Üçüncü şəxs arasında bağlanmış **** saylı ##.##.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Üçüncü şəxs istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən *** saylı bağ sahəsinin sərhədləri üst-üstə düşmür. Üçüncü şəxs istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi mübahisəli 0.23 ha torpaq sahəsinin cənub qonşuluğunda yerləşməlidir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən X2 və Birliyi ilə Üçüncü şəxs arasında bağlanmış **** saylı ##.##.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən 0.20 ha ərazisi olan *** saylı bağ sahəsinin yerində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr planı əsasında *** saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2022-ci il tarixli **/** saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X2 və Birliyi ilə Üçüncü şəxs arasında bağlanmış **** saylı ##.##.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Üçüncü şəxs istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən *** saylı bağ sahəsinin yerində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr planı əsasında *** saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mübahisəli torpaq sahəsi 444 və ***A saylı bağların yerinə uyğundur. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X2 və Birliyi ilə Üçüncü şəxs arasında bağlanmış **** saylı ##.##.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Üçüncü şəxs istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən *** saylı bağ sahəsinin sərhədləri üst-üstə düşmür. Üçüncü şəxs istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi mübahisəli 0.23 ha torpaq sahəsinin cənub qonşuluğunda yerləşməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş bağların sxematik xəritəsinə əsasən üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsinin bağların yerləşməsinə uyğun olmadığı, başqa bağın yerində qeydə alındığı müəyyən edilmişdir. Bu hal eyni zamanda yuxarıda qeyd olunan cavabdeh orqanın mütəxəssisinin verdiyi rəylə də öz təsdiqini tapır. Beləliklə, həm mübahisə ilə bağlı əvvəllər verilmiş ekspert rəylərindən, həm də mütəxəssis rəyindən görünür ki, Üçüncü şəxs istifadəsinə verilən *** saylı bağ sahəsinin sərhədləri ilə hazırda mübahisəli torpaq sahəsinin sərhədləri üst-üstə düşmür. Qeyd olunan mübahisəli torpaq sahəsinə cavabdeh inzibati orqanın tərəfindən çıxarış, planölçü sənədi verilərkən inzibati icraat qaydalarına əməl olunmamış, yerində baxış keçirilərək düzgün koordinatlar, sərhədlər müəyyən edilməmişdir. Məhkəmə gedişatı dövründə, eyni zamanda hazırkı apellyasiya baxışı zamanı iddiaçı tərəfindən cavabdeh orqanın mütəxəssisləri tərəfindən torpağa dair müvafiq çıxarışın verilməsi məqsədilə onun torpağına baxış keçirilmədiyi bildirilmişdir. Halbuki məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarından da göründüyü kimi, üçüncü şəxsin adına çıxarış verildiyi zaman həmin ərazidə tikili mövcud olmuşdur. Cavabdeh orqan tərəfindən həmin tikilinin nəzərə alınmadan mübahisəli torpağa dair üçüncü şəxsin adına ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrə ilə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məhkəmə kollegiyası inzibati orqanın praktikasına xas olmayan hal kimi qiymətləndirir və ağlabatan olmadığını qeyd edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin etirazında qeyd etdiyi reyestrin həqiqliyi və tamamlığı prezumpsiyası ilə bağlı dəlilinə münasibətini haqlı sayaraq bir daha diqqətə çatdırır ki, Mülki Məcəllənin reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Normadan göründüyü kimi, reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyası o halda qüvvədə olur ki, həmin qeydin reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməsin. Həmçinin həmin norma əqd əsasında özgəninkiləşdirilən halda əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla reyestrin həqiqi olmasını tənzimləyir. Hazırkı halda isə, üçüncü şəxs həmin daşınmaz əmlakı hər hansı şəxsdən alqı-satqı əsasında almamış, bağ sahəsi ilkin olaraq üçüncü şəxsin adına qeydə alınmışdır. Yuxarıda istinad olunan qanunvericilik normalarından da aydın olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər, həmçinin daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Bununla da hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi tamamilə əsaslı və qanuni olduğundan, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar