Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-688/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” ilə bağlı Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin məhkəmə qərarı ilə ona təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz sayılmış və iddiaçıya təyin edilmiş həmin pensiyanın ödənişinin bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2024- cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra ##.##.2024-cü il tarixli məktubla icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda bildirmişdir ki, aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar İddiaçı ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ##.##.2020-ci il tarixindən dayandırılıb. Belə ki, adıçəkilən şəxsin güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşdan deyil, 57 yaşdan, yəni ##.##.2014-cü il tarixindən olduğu müəyyən edilib. Nəticədə ona qanunazidd əmək pensiyası təyin olunduğu ##.##.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı ##.##.2020-ci il tarixinədək ümumilikdə 172214,31 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Eyni zamanda, adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbələrinə uyğun qaydada 57 yaşının tamamlandığı ##.##.2014-cü il tarixindən hesablanaraq 849,16 manat olmaqla ##.##.2022-ci il tarixində bərpa edilib. Həmçinin pensiya ödənişinin dayandırıldığı ##.##.2020-##.##.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 17049,48 manat pul vəsaiti hesablanıb. Həmin 17049,48 manat vəsait İddiaçı artıq ödənilmiş 172214,31 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 155164,83 manat pul vəsaitinin 2022-ci ilin iyun ayından etibarən hər ay 169,83 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilmişdir ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ##.##.2022-ci il tarixli *********** nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş ##.##.2022-ci il tarixli **/*-*****/**** nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsi üçün Baş Idarənin Istintaq Idarəsinə göndərildiyi qeyd olunub. Iddiaçı ##.##.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı Inzibati Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının cavabdeh tərəfindən icra olunmamasını bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsini ## #### 2024-cü il tarixli məktubla qeyd olunan qərarın icra edilməsi üçün cavabdehə bir ay müddət müəyyən etmiş, əks təqdirdə inzibati orqanın cərimə ediləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh # ####### 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim etdiyi cavabında ##.##.2024-cü il tarixli məktubda əks olunmuşları təkrarlamışdır. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin 500 (beş yüz) manat cərimə olunması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Inzibati Məhkəməsinin ## ##### 2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz sayılması və ona təyin edilmiş həmin pensiyanın ödənişinin bərpa olunması öhdəliyi Mərkəzi Filiala həvalə edilmişdir. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar İddiaçı ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ##.##.2020-ci il tarixindən dayandırılıb. Belə ki, adıçəkilən şəxsin güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşdan deyil, 57 yaşdan yəni ##.##.2014-cü il tarixindən olduğu müəyyən edilib. Nəticədə ona qanunazidd əmək pensiyası təyin olunduğu ##.##.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı ##.##.2020-ci il tarixinədək ümumilikdə 172214,31 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Eyni zamanda, adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbələrinə uyğun qaydada 57 yaşının tamamlandığı ##.##.2014-cü il tarixindən hesablanaraq 849,16 manat olmaqla ##.##.2022-ci il tarixində bərpa edilib. Həmçinin pensiya ödənişinin dayandırıldığı ##.##.2020-##.##.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 17049,48 manat pul vəsaiti hesablanıb. Həmin 17049,48 manat vəsait İddiaçı artıq ödənilmiş 172214,31 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 155164,83 manat pul vəsaiti 2022-ci ilin iyun ayından etibarən hər ay 169,83 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ##.##.2022-ci il tarixli *********** nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş ##.##.2022-ci il tarixli **/*- ***mat-**/**** nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsi üçün Baş Idarənin Istintaq Idarəsinə göndərildiyi qeyd olunub. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun qaydada ümumi əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində ##.##.2024-cü il tarixindən adıçəkilən şəxsin əmək pensiyasının məbləği 1104,33 manat, ##.##.2025-ci il tarixindən isə 1193.78 manat təşkil edir. Lakin, məhkəmə işdə olan sübutlara əhəmiyyət verməmiş və əsassız olaraq Mərkəzi Filialın cərimə olunması barədə qərardad qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ##### 2025-ci il tarixli, 2- *(***)- ****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ##### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Təkrar apellyasiya baxışı ##.##.2026-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclası barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Inzibati məhkəmə icraatının iştirakçısı hazırki inzibati işə iddiaçının iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki inzibati işə iddiaçı İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Inzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “Icra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Üzərinə qoyulmuş öhdəlikləri (vəzifələri) icra etməyən inzibati orqanların cərimə edilməsi ilə bağlı məsələlər Inzibati Prosessual Məcəllənin 120-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin dispozisiyasında konkret olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 33.4- cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Göründüyü kimi, cavabdeh inzibati orqan barəsində Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimənin təyin edilməsi üçün həmin inzibati orqan tərəfindən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş halların mövcud olması əsas şərt kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, “iş materiallarından görünür ki, cavabdeh ##.##.2024-cü il tarixli məktubunda pensiyanın təyin olunmasının qanuniliyinə dair xidməti araşdırma aparıldığını, artıq ödənilmiş məbləğin müəyyən edildiyini və aşkar edilmiş hallar üzrə materialların Baş Prokurorluğa göndərildiyini bildirmişdir. Həmçinin həmin materialların ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh məhkəmə qərarının icrasına təsir göstərə biləcək hallara – yəni pensiya hüququnun qanuniliyinin araşdırılması və bununla bağlı cinayət təqibinin aparılmasına – istinad etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin cinayət işinin hansı mərhələdə olduğunu, yekun qərarın qəbul edilib-edilmədiyini və həmin araşdırmanın nəticələrinin məhkəmə qərarının icrasına hüquqi təsir göstərib-göstərmədiyini müəyyən etməmişdir.” Işin təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının hüquqi qiymətləndirməsi nəzərə alınaraq müvafiq istiqamətdə məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq ## #### 2026-cı il tarixli *-**-*/*- *****/**** nömrəli məktubla bildirmişdir ki, İddiaçı Fondun keçmiş Sabunçu rayon şöbəsi tərəfindən ## ##### 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunub. Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından adıçəkilən şəxsə ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası # ######## 2020-ci il tarixdən dayandırılıb. Araşdırma zamanı, İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşdan deyil, 57 yaşdan, yəni ## ##### 2014-cü il tarixdən olduğu müəyyən edilib. Nəticədə ona qanunazidd əmək pensiyası təyin olunduğu ## ##### 2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı # ######## 2020-ci il tarixinədək ümumilikdə 172214,31 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Daha sonra adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ## ### 2022-ci il tarixində qanunvericiliyin tələbələrinə uyğun qaydada hesablanaraq 849,16 manat məbləğində bərpa edilib. Həmçinin pensiya ödənişinin dayandırıldığı ##.##.2020-##.##.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 17049,48 manat pul vəsaiti hesablanıb. Həmin vəsait İddiaçı artıq ödənilmiş 172214,31 manatdan çıxılaraq büdcəyə bərpa olunub. Qalıq artıq ödənilmiş 155164,83 manat pul vəsaiti 2022-ci ilin iyun ayından etibarən hər ay 169,83 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, araşdırma nəticəsində İddiaçı qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ## ####### 2022-ci il tarixli *********** nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş ## ###### 2022-ci il tarixli **/*-***mat**/**** nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsi üçün Baş Idarənin Istintaq Idarəsinə göndərildiyi qeyd olunub. Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş ## ###### 2025-ci il tarixli *-*- **/*/*/*********/**** nömrəli məktubda qeyd olunan məlumatlara əsasən, İddiaçı dair "28 May" NQÇI-nin adından # ##### 2014-cü il tarixli 03/06 4-nömrəli təqdimatın, IT-İ seriyalı ******* nömrəli və məhkəməyə təqdim edilmiş ******* nömrəli əmək kitabçalarının saxta olması faktı öz təsdiqini tapıb. Qeyd olunanlara əsasən, adıçəkilən şəxsin pensiya məsələsi ilə əlaqədar yeni açılmış hallara dair icraatın təzələnməsi üçün ## ###### 2026-cı il tarixli *-**-*/*- *****/**** nömrəli ərizə ilə Azərbaycan Respublikası Bakı Inzibati Məhkəməsinə müraciət edilib. Məlumat üçün bildiririk ki, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar # ###### 2026-cı il tarixindən İddiaçı əmək pensiyasının məbləği 1304,81 manat təşkil edir. Həmçinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işin icraatına xitam verilməsi haqqında ## ###### 2025-cil tarixli qərarı cavabdehin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuşdur. Göründüyü kimi Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli inzibati iş üzrə ##.##.2022-ci il tarixli qərarı qanuni qüvvəsini almasına baxmayaraq icra olunmaması üzürlü səbəblələrlə (********* nömrəli cinayət işin icraatının yekunlaşmaması) ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, cərimə məcburi icra tədbiri olaraq inzibati orqanın məhkəmə qərarının icrasından əsassız və təqsirli şəkildə yayınması halında tətbiq olunmalıdır. Birinci intansiya məhkəməsi qeyd olunan halları nəzərə almadan cavabdehni minimal həddə, yəni 500 (beş yüz) manat məbləğində cərimə olunmasını qərara almışdır. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli və ərizə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(3-6)-688/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-688/2026
08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver