Məhkəmə qərarları › İş №2-1(3-6)-694/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-694/2026

14.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-694/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "xxxx" publik hüquqi şəxsinə qarşı "İddiaçı X4 tərəfindən verilən ##.##.2025-ci il tarixli S********GDY nömrəli tibbi göndəriş (Forma 88) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 14.10.5.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 85-100 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə" iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.2014-cü ildə anadan olmuşdur və hazırda yetkinlik yaşına çatmamış şəxsdir. Ona ##.##.2019-cu ildə "Kəskin limfoblast leykemiya. Kəskin leykoz Limfoblast variant, L1.BII. Orta risk qrupu kəskin period" diaqnozu ilə 3 il müddətinə "3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu. 3.1.15. qanın anadangəlmə və irsi xəstəlikləri (ildə 1 və daha çox krizlərlə və hemoqlibinin 100 q/l-dən aşağı enməsi ilə) (D51.0, D51.1, D55.0- D55.9,D...) meyarı ilə sağlamlığın məhdudluğu müəyyən edilmişdir. Təkrarən ##.##.2022-ci ildə ona "Kəskin limfoblast leykemiya (ALL). Kəskin limfoblast leykemiya" (Diaqnoz şərhi: Kliniko hematoloji remissiya. Dəri örtüyü solğun, dodaqları və dırnaq yataqları avazımış. Gözlərin altı kölgəli, şişkindir. Dərialtı piy təbəqəsi zəif inkişaf etmişdir. Dalaq və qaraciyər əllənmir) diaqnozu ilə 2 il müddətinə 100 % orqanizmin funksiyalarının pozulması (OFP) müəyyən edilmişdir. Meyar 14.10.5.2-ci bənd, XBT kodu C91.0, Yeni törəmələr. Limfoid, qanyaradıcı və onlara mənşə quruluşca yaxın toxumaların bədxassəli yenitörəmələri. Leykozlar, xroniki miyeloid leykemiya. Kəskin faza (akselerasiya, blast tutmaları) göstərilmişdir. Əlillik müddəti başa çatdıqdan sonra X4 D********IGG nömrəli göndərişi əsasında ##.##.2024-cü ildə iddiaçının orqanizminin funksiyalarının pozulması müəyyənləşdirilmiş, lakin göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatı aparılmamışdır. Bundan sonra iddiaçı İddiaçı yenidən əlilliyinin qiymətləndirilməsi üçün X4 tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə ##.##.2025-ci il tarixli S00253177 GDY nömrəli göndəriş verilmişdir. Göndərişdə iddiaçıya qoyulmuş əsas diaqnoz "C91.0 Kəskin limfoblast leykemiya (ALL), B hüceyrəli kəskin limfoblast leykoz" olmuşdur. Göndərişin tarixi ##.##.2025-ci il olsa da, ##.##.2025-ci ildə imzalandığına görə işdəki sənədlərdə hər iki tarixə istinad olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "xxxx" publik hüquqi şəxsin Tibbi-sosial ekspert komissiyası tərəfindən ##.##.2025-ci ildə iddiaçıya "Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə əlilliyin təyinindən imtina olunmuşdur. Daha sonra ##.##.2025-ci ildə iddiaçı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunmuş və "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçının qanuni nümayəndəsinə bildirilmişdir ki, əlillik təyinatının aparılmasından imtina edilmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək İddiaçı birinci dərəcə əlilliyin təyin olunmasından imtina barədə cavabdehin ##.##.2025-ci il tarixli qərarını ləğv edərək iddiaçıya münasibətdə ##.##.2024-cü il tarixdən birinci dərəcə əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının ərizələri nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadları ilə iş üzrə iddiaçı əsl iddiaçı İddiaçı ilə əvəz edilmiş, iddia tələbi isə "İddiaçı X4 tərəfindən verilən ##.##.2025-ci il tarixli S********GDY nömrəli tibbi göndəriş (Forma 88) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 14.10.5.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 85-100 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi" kimi dəqiqləşdirilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2014-cü il təvəllüdlü İddiaçı 2019-cu ildən etibarən sağlamlığında problemlər yaranmışdır. Cavabdeh tərəfindən ##.##.2025-ci ildə "Diaqnozun əlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edilsə də, bugünədək həmin qərar iddiaçıya təqdim olunmamışdır. Onlara "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" vərəqəsi təqdim olunmuş, həmin vərəqdə onun Əlillik Altsistemindən çıxarılma tarixi ##.##.2025-ci il qeyd olunmuşdur. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, TSEK-in şəxsi əyani müayinəyə dəvət edərək əlilliyini qiymətləndirməsi üçün əsas olmadığı halda şəxs əlavə əyani müayinəyə cəlb olunmuşdur. Cavabdeh tərəfindən, həmçinin, inzibati icraatın əsas prinsiplərindən biri olan etimad hüququnun qorunması prinsipi də kobud şəkildə pozulmuşdur. Belə ki, mövcud praktikaya əsasən, iddiaçıya qoyulmuş diaqnozla həmin diaqnozun qoyulduğu şəxslərə İ dərəcə əlillik təyin edildiyi halda, iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir. Cavabdeh xxxx iddianı qəbul etməmiş və iddiaya etirazında bildirmişdir ki, İddiaçı "Kəskin limfoblast leykemiya [ALL], B hüceyrəli kəskin limfoblast leykoz" diaqnozu ilə müayinə edilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Etirazda daha Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın müxtəlif bəndlərinə istinad edilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin. 2) İddiaçı canlı müayinəsi zamanı ##.##.2025-ci il tarixli S********GDY nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnoz müəyyən olunurmu? 3) İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X13 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? 4) İddiaçı əyani müayinəsi zamanı onda kəskin limfoblast leykemiya (ALL), B hüceyrəli kəskin limfoblast leykoz müəyyən olunurmu? 5) İddiaçı əyani müayinəsi zamanı onda leykozlar, xroniki miyeloid leykemiya (C91) diaqnozu təsdiqini tapırsa, bu xəstəliyin onda xroniki fazaya keçməsi, yaxud bu xəstəlik nəticəsində onda dalağın böyüməsi müşahidə olunurmu? Əgər dalağın böyüməsi müşahidə olunursa (böyümənin ölçüləri müəyyən edilsin), bu hal iddiaçının ümumi vəziyyətinə hansı formada təsir edir? 6) İddiaçı əyani müayinəsi zamanı onda leykozlar, xroniki miyeloid leykemiya (C91) diaqnozu təsdiqini tapırsa, bu xəstəliyin onda kəskin fazaya keçməsi (akselerasiya, blast tutmaları) müşahidə olunurmu? 7) Tibbi terminologiya baxımından "akselerasiya, blast tutmaları" nədir? Və bu ağırlaşma şəxsin sağlamlıq vəziyyətində hansı formada təzahür edir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx" publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli T ***/**** nömrəli ekspert rəyində həmin suallarla bağlı aşağıdakılar göstərilmişdir: Sual 1-5. - Azyaşlı İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən, əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına "X4" tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli S********GDY nömrəli Forma 088 göndərişində qeyd edilmiş "Kəskin limfoblast leykemiya (ALL), B hüceyrəli kəskin limfoblast leykoz" diaqnoz ona stasionarlarda müayinə və müalicəsi zamanı obyektiv, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilsə də, xəstəlik hal-hazırda remissiya mərhələsində olmuşdur. - Azyaşlı İddiaçı ##.##.2025-ci ildə abdominal USM zamanı dalağın konturları hamar və aydın, ölçüləri (norma 12-6 sm-ə qədər) uzunluğu 8,14 sm, eni 4,04 sm, parenxima eynicinsli, törəmə yoxdur. Sual 6-7. - Qərardadın müvafiq sualları meyarların təyini ilə əlaqədar olduğundan onların həlli məhkəmə-tibbi ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyiində xxxxnin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı X4 tərəfindən verilən ##.##.2025-ci il tarixli S********GDY nömrəli tibbi göndəriş (Forma 88) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 14.10.5.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 85-100 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, cavabdeh iddiaçının təqdim etdiyi diaqnoz üzrə əlillik təyinatı aparmaqdan imtina etmiş və bunu həmin diaqnozun "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olmaması ilə əsaslandırmışdır. Lakin təqdim olunmuş sənədlər və iş materiallarından görünür ki, cavabdeh təqdim edilən göndərişdə əks olunan xəstəliklərin və diaqnostik nəticələrin iddiaçıda mövcud olmasını mübahisələndirməmiş, sadəcə həmin xəstəliklərin əlilliyin təyininə əsas vermədiyini hesab etmişdir. Həmçinin, ekspert rəyində iddiaçıda qeyd olunan xəstəliklərin olduğu göstərilmiş və hal-hazırda remissiya mərhələsində olduğu qeyd edilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçıda qeyd olunan diaqnozun mövcudluğu və xəstəliyin davam etməsi təsdiq edilmişdir. Iddiaçının diaqnozuna uyğun olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 14.10.5-ci bəndində C91-C93 XBT kodu altında nəzərdə tutulan "leykozlar, xroniki miyeloid leykemiya" xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 14.10.5.1. xroniki faza, ümumi vəziyyətə təsirdən asılı olaraq, dalağın böyüməsi 65- 80 faiz – müddətsiz, 14.10.5.2. kəskin faza (akselerasiya, blast tutmaları) 85-100 faiz – 2 il müddətinə. Şəxsə C91-C93-kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 14.10.5.1-14.10.5.2ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Iddiaçının təqdim etdiyi tibbi sənədlər və ekspert rəyi əsasında onda qeydə alınmış "Kəskin limfoblast leykemiya [ALL], B hüceyrəli kəskin limfoblast leykoz" kompleks şəkildə orqanizmə sistemli təsir göstərmiş və davamlı xarakter daşıyan funksional pozuntulara səbəb olmuşdur. Həmin xəstəlik iddiaçının orqanizminin "leykozlar, xroniki miyeloid leykemiya" xəstəliyinə dair kəskin fazada ağırlaşmasının göstəricisidir. Qeyd olunan funksional pozuntuların xarakteri və davamlılığı da Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 14.10.5.2-ci bəndində nəzərdə tutulan ağırlaşmalar halına uyğundur. Göstərilən xəstəliklər iddiaçının orqanizminin funksiyalarının 85-100 faiz pozulması kimi qəbul edilməsinə və ona 2 il müddətinə əlillik təyin edilməsi üçün əsas verir. Xəstəliyin hazırda remissiya mərhələsində olması bu xəstəliyin tam sağalması və ya gələcəkdə ağırlaşmaların baş verməsi ehtimalının aradan qalxması demək deyildir. Belə ki, iddiaçıda sözügedən xəstəliyin əvvəllər yüksək faizlə orqanizmin funksiyalarının pozuntusuna səbəb olması, bununla da davamlı xarakter daşıması, bu xüsusda uzunmüddətli tibbi nəzarət və müalicə tələb etdiyi nəzərə alındıqda, xəstəliyin remissiya mərhələsində olması (kliniki əlamətlərinin müvəqqəti zəifləməsi və ya itməsi) halı bu xəstəliyin yenidən aktivləşməsi və sağlamlıq vəziyyətinə mənfi təsir göstərməsi riskini istisna etmir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və məhkəmə-tibbi ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olunmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq, məhkəmə hər hansı instrumental müayinə əsasında verilməyən və tamamilə subyektiv yanaşmanı əks etdirən ekspert rəyini əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda, xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi "C91.0 - Kəskin limfoblast leykemiya [ALL], B hüceyrəli kəskin limfoblast leykoz" diaqnozu qeyd edilmişdir. Əsasnamənin 14-cü bəndinə əsasən, törəmələr zamanı orqanizmin funksiyalarının davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən törəmənin orqan və orqanizmlərdə lokalizasiyasına (törəmənin ölçüsü-diaqnozda T (tumor) simvolu ilə işarələnir), böyümənin anatomik formasına (endofit, ekzofit, qarışıq), böyümə sürətinə, orqan divarına sirayətetmə dərəcəsinə (invaziya dərəcəsi), xərçəngin histoloji quruluşuna və differensiasiya dərəcəsinə, bədxassəliyin histoloji dərəcəsinə, regionar limfatik düyünlərin zədələnməsi xüsusiyyətinə əsaslanır. Uzaq metastazların olubolmaması (yuxarıda qeyd edilmiş meyarlar TNMGP sistemi üzrə təsnifatda öz əksini tapmışdır), adaptasiya və kompensasiya imkanı, fəsadlaşmaların olması nəzərə alınır. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müayinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. TƏRƏFLƏRIN IZAHATLARI: Bakı Apellyasiya Məhkməsinin *-*(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qəradadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "xxxx" publik hüquqi şəxsi hüquq varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "xxxx" publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Iddiaçının vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı" və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı" əsasında müəyyən edilir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydaları": 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə Tibbi-Sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi-Sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-Sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9. Bu qərardan "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası": 1.1. Bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FIN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. IPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Iddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. Iddia müddətinə riayət edilmişdir. Işdən görünür ki, X4 tərəfindən ##.##.2025-ci ildə S********GDY nömrəli tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmiş, göndərişdə iddiaçıya əsas diaqnoz "Kəskin limfoblast leykemiya [ALL], B hüceyrəli kəskin limfoblast leykoz" diaqnozu qoyulmuşdur. Həmin göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qiymətləndirilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "xxxx" publik hüquqi şəxsin Tibbi-sosial ekspert komissiyası tərəfindən ##.##.2025-ci ildə iddiaçıya "Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə əlilliyin təyinindən imtina olunmuş, bundan sonra ##.##.2025-ci ildə iddiaçı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunaraq "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmiş və cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçının qanuni nümayəndəsinə bu barədə məlumat verilmişdir. "Əlilliyin müəyyən olunması meyarları"na Əlavə olan "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti"ndə göstərilmişdir: Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, Orqanizmin XBT- Orqanizmin Sıra mərhələsi, orqanizmin funksiyalarının 10 funksiyalarının №-si funksiyalarının davamlı pozulması (kod) pozulması faizi pozulmasının kliniki müddəti funksional xüsusiyyətləri leykozlar, xroniki miyeloid C91- 14.10.5. leykemiya C93 müstəqil (birincili) çoxlokalizasiyalı bədxassəli C97 yenitörəmə Qiymətləndirmə xroniki faza, ümumi vəziyyətə 14.10.5.1 təsirdən asılı olaraq, dalağın 65-80 müddətsiz . böyüməsi 14.10.5.2 kəskin faza (akselerasiya, 85-100 2 il . blast tutmaları) Göründüyü kimi, iddiaçıya əlilliyin təyin edilə bilməsi üçün həm ona qoyulmuş diaqnoz öz təsdiqini tapmalı, həm də həmin xəstəlik üçün nəzərdə tutulmuş ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri də müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi göstərilən hallarla bağlı ekspertiza təyin etsə də, ekspertlər həmin suallara cavab verməkdən imtina etmiş, məhkəmə isə buna baxmayaraq, iddiaçının xəstəliyinin ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri barədə nəticəyə bilavasitə özü gələrək qərar qəbul etmişdir. Kollegiya hesab etmişdir ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılmalıdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə əlavə məhkəmə-tibbi ekspertiza təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx" publik hüquqi şəxsinə həvalə edilmiş və ekspertizanın qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Iddiaçı İddiaçı qoyulmuş "C91.0 Kəskin limfoblast leykemiya (ALL), B hüceyrəli kəskin limfoblast leykoz" əsas diaqnozunun xroniki faza, ümumi vəziyyətə təsirdən asılı olaraq, dalağın böyüməsi müəyyən olunurmu? 2) Iddiaçı İddiaçı qoyulmuş "C91.0 Kəskin limfoblast leykemiya (ALL), B hüceyrəli kəskin limfoblast leykoz" əsas diaqnozunun kəskin faza (akselerasiya, blast tutmaları) müəyyən olunurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx" publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T***/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - Azyaşlı İddiaçı ##.##.2026-cı ildə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət etmiş və ona "C91.0-Kəskin limfoblast leykemiya (ALL), B hüceyrəli kəskin limfoblast leykoz. Klinik hematoloji remissiya" diaqnozu qoyulmuşdur. ##.##.2026-cı il tarixli laborator analizlərdə Hb-11,5 g/dL, leykosit-4,21x103/µL, eritrosit-4,25x106/µL, trombositlərin orta həcmi-18,7 fL, neytrofil %-lə miqdarı-137,1%, neytrofil mütləq sayı- ↓1,56x103/µL, limfosit %-lə miqdarı-↑ 50,3%, seqmentnüvəli leykositlər-140%, EÇS-122 mm/saat, Fe-8,0 mmol/l, Ferritin-38 ng/ml qeyd edilmiş, sümük iliyinin morfoloji müayinəsində blast hüceyrələr 3,5% təşkil etmiş, abdominal ultrasəs müayinə zamanı qaraciyər +2, dalaq +3 sm qabırğa qövsündən kənarda əllənmişdir. Ekspert rəyindən göründüyü kimi, iddiaçıda müəyyən edilmiş xəstəliyin kəskin fazası (akselerasiya, blast tutmaları) təsdiq olunmamışdır. Kollegiya hesab edir ki, belə olan halda, iddiaçıya orqanizmin funksiyalarının 85-100 faiz pozulması ilə 2 il müddətinə əlillik təyin edilməsi istisna olunur. Lakin rəydən görünür ki, iddiaçıda dalağın 3 sm böyüyərək qabırğa qövsündən kənarda əllənməsi müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, bu meyar "Əlilliyin müəyyən olunması meyarları"nın 14.10.5.1-ci yarımbəndinə uyğun olaraq, iddiaçıya orqanizmin funksiyalarının 65-80 faiz pozulması ilə müddətsiz əlillik təyin edilməsinə əsas verir. Eyni zamanda, əlilliyin təyin edilməli olduğu tarix tibbi-sosial ekspert komissiyası tərəfindən iddiaçıya "Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə əlilliyin təyinindən imtina etdiyi tarix müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının xəstəliyinin ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin mövcudluğunun ekspertiza vasitəsilə müəyyən olunmasına nail olmadan bu halları bilavasitə özü müəyyən etməkdə haqlı olmasa da, məhkəmənin qərarı faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eləcə də mahiyyəti üzrə düzgündür. Ona görə də həmin qərar göstərilən formal mülahizələrə görə ləğv edilə bilməz. Lakin bununla yanaşı, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı iddianın tam təmin edilməsi, həmçinin "Əlilliyin müəyyən olunması meyarları"nın 14.10.5.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 85-100 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi hissələrində dəyişdirilərək iddianın qismən təmin edilməsi, həmçinin "Əlilliyin müəyyən olunması meyarları"nın 14.10.5.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla əlilliyin onun təyinindən imtina edildiyi gündən müddətsiz təyin edilməsi müəyyən olunmalı, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Siğorta Və Ekspertiza Agentliyi" publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı iddianın tam təmin edilməsi və "Əlilliyin müəyyən olunması meyarları"nın 14.10.5.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 85-100 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi hissələrində dəyişdirilsin. Iddianın qismən təmin edilməsi, "Əlilliyin müəyyən olunması meyarları"nın 14.10.5.1ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla əlilliyin onun təyinindən imtina edildiyi gündən müddətsiz təyin edilməsi müəyyən olunsun. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar