Məhkəmə qərarları › İş №2-1(3-6)-696/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-696/2026

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-696/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiаçı İddiaçı Cavabdeh Nərimanov rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirazi Elxan oğlu Eldarzadənin katibliyi, İddiaçı X4 vəkili vəkil1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı “xxxx” ASC-yə qarşı transformatorların yaşayış binasından çıxarılması tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 1 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsinin cavabdeh “xxxx” ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdeh “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə cavabdeh "xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2019-cu il tarixli, 2(102)- ****/**** saylı qərarı ilə cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin *(***)-*****/**** saylı, ## ####### 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2018ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə ləğv edilmiş və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddianın mübahisələndirilən hissədə təmin edilməsi, ünvan 1 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsinin cavabdeh “xxxx” ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməsi, apelyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına “xxxx” ASC-dən 200 (iki yüz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə cavabdeh "xxxx" ASC-nin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. "xxxx” ASC İddiaçı ünvanlanan ##.##.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, müraciətdə göstərilən *** saylı transformator məntəqəsinin yerinin dəyişdirilməsi məqsədilə torpaq sahəsinin ayrılması üçün ərazi üzrə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Torpaq sahəsi ayrıldıqdan sonra transformator məntəqəsinin köçürülməsi məsələsinə baxılacaqdır.

7. "xxxx” ASC İddiaçı ünvanlanan ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən *** saylı transformator məntəqəsinin yerinin dəyişdirilməsi məqsədi ilə torpaq sahəsinin ayrılması üçün ərazi üzrə Nərimanov Rayon icra Hakimiyyətinə müraciət edilmişdir. Torpaq sahəsi ayrıldıqdan sonra transformator məntəqəsinin köçürülməsi məsələsinə baxılacaqdır.

8. "xxxx” ASC İddiaçı ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Nəsimi rayonu Məhkəməsinin Qətnaməsinin icra olunması ilə əlaqədar transformator məntəqəsinin quraşdırılması üçün yeni torpaq sahəsinin ayrılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunmuşdur.

9. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanında, binanın 1-ci mərtəbəsində olan 3 ədəd elektrik transformatorlarının yerinin dəyişdirilməsi üçün "xxxx” ASC-yə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bildirilir ki, Nərimanov RİH sözügedən mülki iş üzrə tərəf olmamış və üzərinə hər-hansı vəzifə öhdəliyi qoyulmamışdır.

10. İddiaçı ##.##.2025-ci il tarixdəə ona 100000 manat məbləğində kompensasiyanın öənilməsi ilə bağlı cavabdeh Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının dəymiş maddi və mənəvi ziyana görə 100000 (yüz min) manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir).

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunması üçün vəzifə öhdəliyini icra etməyərək “xxxx ASCnə müvafiq torpaq sahəsi ayırmır. Cavabdeh xxxx ASC–nin müraciət etdiyi 2020-ci ildə ASC-yə torpaq sahəsi ayırıb məhkəmə aktının icrasına kömək etməli idi. Məhkəmə aktının qəsdən icra edilmədiyi 6 il ərzində mənəvi iztiraba məruz qalmış, öz mənzilini tərk edib paytaxtdan bölgəyə köçməyə məcbur qalmışdır. Bu səbəbdən də müxtəlif məhkəmələrdə iddiaçı tərəf olduğu çoxsaylı işlər üzrə iclaslarda iştirak edə bilməmiş və nəticə də qanuni, əsaslı iddia tələbləri rədd edilmişdir.

13. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.

14. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

15. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

18. Məhkəmədə iddiaçının vəkili izahat verərək, bildirmişdir ki, uzun müddətdir ki, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 3 ədəd elektrik transformatorlarının yerinin dəyişdirilməsi üçün "xxxx” ASC-yə torpaq sahəsi ayrılmır. Bunun nəticəsi olaraq iddiaçı yaşadığı mənzili tərk edərək başqa ünvanda yaşamaq məcburiyyətində qalmışdır. Buna görə də qeyd olunan iddia tələbini qaldırmaq niyyətindədir. Qeyd olunanlara əsasən iddiaçının vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

19. Məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh təşkilat məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:

2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 59-cu maddəsinə əsasən Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə; fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə; fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə və ya icarəsinə; sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün bu Məcəllənin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə. 2. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. 3. Kooperativ, habelə digər çoxmənzilli yaşayış evlərinin və qarajların tikintisi məqsədilə ayrılan torpaq sahəsinin ölçüsü müvafiq yaşayış məntəqəsinin planlaşdırılması və tikinti layihələrinə, habelə tikinti normalarına uyğun olaraq, ayrı-ayrı konkret hallarda bələdiyyə tərəfindən müəyyən edilir. 4. Fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü yerli şəraitdən və torpaq ehtiyatı imkanlarından asılı olaraq, bələdiyyə tərəfindən müəyyən edilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən kompensasiya tələbi haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməs qərarının əsaslandırılma hissəsi ilə razılaşmasada sonda gəldiyi nəticə ilə razılaşır.

29. Belə ki, iddiaçı Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən ona dəymiş maddi və mənəvi ziyana görə 100000 (yüz min) manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir.

30. İş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- *****/**** saylı, ## ####### 2019-cu il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsinin cavabdeh “xxxx” ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış, lakin icra edilməmişdir. İddiaçının məhkəmə qərarın icrası ilə bağlı müraciətlərinə "xxxx” ASC tərəfindən cavab olaraq sözügedən *** saylı transformator məntəqəsinin yerinin dəyişdirilməsi məqsədi ilə torpaq sahəsinin ayrılması üçün ərazi üzrə Nərimanov Rayon icra Hakimiyyətinə müraciət edildiyi, torpaq sahəsi ayrıldıqdan sonra transformator məntəqəsinin köçürülməsi məsələsinə baxılacağı qeyd edilmişdir. İddiaçı hazırkı tələbinin əsası kimi o hala istinad edir ki, ünvan 1 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsinin “xxxx” ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməsi üçün cavabdeh tərəfindən torpaq sahəsi ayrılmamış, buna görə maddi və mənəvi olaraq ziyana məruz qalmış, lakin əvəzində heç bir məbləğ ödənilməmişdir.

31. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə müvafiq sorğu verilmiş və ## #### 2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixinədək qəbul edilmiş Sərəncamları Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

32. Belə ki, inzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın öz vəzifələrini pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır).

33. Göründüyü kimi zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır.

34. Mənəvi zərərlə bağlı kollegiya qeyd edir ki, iddiaçı cavabdeh orqanının hərəkətləri nəticəsində qeyri-rəsmi xərc, əzab-əziyyət və iztirab çəkdiyini və bu səbəbdən ona məvəzi zərərin ödənilməsini tələb edir.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

38. Göründüyü kimi iddiaçı Nərimanov rayon icra hakimiyyəti tərəfindən "xxxx” ASC torpaq sahəsinin ayırmaması ilə bağlı özünün mənəvi iztirablara məruz qalması və maddi zərərə düşməsi ilə bağlı hər hansı bir tutarlı dəlilini məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçı ilə Nərimanov rayon icra hakimiyyəti arasında publik hüquq münasibətləri mövcud deyil, yəni “xxxx” ASC tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməsi ilə bağlı yaşayış binasının yaxınlığındakı torpaq sahələrinin mülkiyyətçisi olan bələdiyyə və ya yerli icra hakimiyyətinə torpağın ayrılması ilə bağlı müraciəti Rövşən Mövlanov qarşısında yerli icra hakimiyyətinin öhdəliyinin yaranması kimi qiymətləndirilə bilməz.

39. Ona görə də məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

40. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar