Azərbaycan̈Respublikası̈adından Qərar Bakı̈şəhəri İş̈№̈2-1(3-6)-705/2026 29.07.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs1 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı̈ApellyasiyäMəhkəməsinin̈İnzibatïkollegiyası Hakimlər̈Ağalarov̈Həmid̈Azər̈oğlunun̈sədrliyïvə̈məruzəsïilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə̈iclasının̈katibïŞirinoväLamiyə̈Fehruz̈qızının̈katibliyi, iddiaçının̈nümayəndəsïvə̈vəkilïVəkil, cavabdehin̈nümayəndəsïX5 üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə̈iştirakı̈ilə, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs1 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasındäbaxaraq̈aşağıdakı̈qərarı̈qəbul̈etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “2/188” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciət, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmaması, faktiki göstərilən torpaq sahəsinin “Bahar” bağçılıq-yoldaşlığına ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşməsi və sahənin bir hissəsinə dair İdarəyə digər fiziki şəxsin müraciətinin olması, “2/188” nömrəli torpaq sahəsi eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq̈özgəninkiləşdirilməsïəsası̈ilə̈təmin̈edilməmişdir. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 600 kv.m. olan */*** nömrəli bağ sahəsi üzərində iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh orqana həvalə olunması barədə qərar qəbul olunmasını̈xahiş̈etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb̈edilməsïqəraräalınmışdır̈̈(zərurïcəlbetmə). Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, üçüncü şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır (zəruri cəlbetmə). İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 600 kv.m. olan */*** saylı bağ sahəsi “Bahar” bağçılıq yoldaşlıq təsərrfatının İdarə Heyətinin ## ##### 1995-ci il tarixli ** saylı Protokoluna əsasən iddiaçının adına rəsmiləşdirilmiş və bunun əsasında üzvlük kitabçası və digər sənədlər iddiaçıya təqdim edilmişdir. Eyni zamanda “SOCAR”ın Arxiv İdarəsi tərəfindən təqdim edilən ## ###### 2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçının adı üzvlərin siyahısında aşkar olunmuşdur. Daha sonra iddiaçı sözügedən bağ sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün ərizə ilə cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina olunaraq bildirilmişdir ki, İdarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin, göstərilən torpaq sahəsi “Bahar” bağçılıqyoldaşlığına ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşir və sahənin bir hissəsinə dair İdarəyə digər fiziki şəxsin müraciəti daxil olmuşdur. Bundan başqa, İdarənin arxiv məlumatlarına əsasən “2/188” nömrəli torpaq sahəsi eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Belə ki, sözügedən torpaq sahəsi uzun müddətdir ki, iddiaçının qanuni olaraq sahiblik və istifadəsindədir, bütün lazımi hasarlama və mərzçəkmə işləri aparılmışdır. Mülkiyyətdə olan torpaq sahəsinin iddiaçının iradəsindən hər hansı əlaqəsi olmayan hansısa sxematik xəritəyə uyğun gəlməməsi və ya ayrıc aktından kənarda yerləşməsi iddiaçının vəzifəsi deyil və qeyd olunan halın aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Əgər cavabdeh orqan imtinasında haqlıdırsa o zaman hər iki tərəfdən qonşuluqda olan və eyni bağçılığa aid bağ sahələrinə eyni məzmunlüsənədlər̈əsasındämüxtəlif̈vaxtlardäreyestrdən̈çıxarışlar̈verə̈bilməzdi Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İdarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan başqa, faktiki göstərilən torpaq sahəsi “Bahar” bağçılıq-yoldaşlığına ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşir və sahənin bir hissəsinə dair İdarəyə digər fiziki şəxs – üçüncü şəxs1 müraciəti daxil olmuşdur. Həmçinin İdarənin arxiv məlumatlarına əsasən “2/188” nömrəli torpaq sahəsi eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq̈özgəninkiləşdirilmişdir Üçüncü şəxslər iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 600 kv.m olan */*** saylı bağ sahəsi üzərində iddiaçı İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın (elektron) və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh cavabdeh1̈həvalə̈edilməsïqəraräalınmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın̈təmin̈edilməməsïbarədə̈qərar̈qəbul̈olunmasını̈xahiş̈etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən. Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı̈ilə̈Dövlətə̈əsaslı̈şəkildə̈maddïziyan̈dəyir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs üçüncü şəxs1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs üçüncü şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab̈etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın̈təmin̈edilməməsïbarədə̈qərar̈qəbul̈edilməsinïxahiş̈etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiyäməhkəməsinin̈qərarının̈dəyişdirilmədən̈saxlanılmasını̈xahiş̈etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin̈edilib-edilməməsinïməhkəmənin̈mülahizəsinə̈buraxmışdır. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə̈baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir,̈şikayətin̈mümkün̈sayılmaması̈üçün̈əsaslar̈yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün̈hesab̈edilir.̈ Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə̈icraatı̈qaydasındäbaxılmalıdır.̈̈ İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası̈haqqındäiddia)̈inzibatïməhkəmə̈icraatı̈qaydasındäbaxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə̈yönəlməyən)̈müəyyən̈hərəkətlərin̈edilməsinïtələb̈edə̈bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsïyaranmışdır.̈ Faktiki hallar və sübutlar: İş̈materiallarındäolan̈və̈məhkəmə̈baxışındätədqiq̈edilmiş: H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin ##.##.1995-ci il tarixli, ** №-li protokoluna əsasəna ##.##.1988-ci il tarixli, * saylı protokolla Ş.M.Əliyevə verilmiş */*** saylı bağ sahələri ərazisinə əsasn onun adı siyahıdan çıxarılmış, adına yazılmış üzvlük kitabçası hüquqi qüvvəsini itirmiş, */*** saylı bağ̈sahəsïX2̈təhkim̈olunmuşdur; Üzvlük kitabçasından görünür ki, */*** saylı bağ sahəsi iddiaçıya təhkim olunmuşdur; SOCAR tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, 600 kv.m. torpaq̈sahəsinin̈X2̈ayrılması̈barədə̈məlumaẗsiyahının̈204-cü̈sətrində̈göstərilmişdir; SOCAR tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, mövcud olan ilkin̈siyahıdä600̈kv.m̈torpaq̈sahəsinin̈X3̈ayrılması̈barədə̈məlumaẗmövcuddur;̈ Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qonşuluqda 003013062282-***** və 003011009154-***** reyestr nömrəli daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Digər şəxsin 240115588 və ********** nömrəli müraciətlər daxil olmuşdur. Qeydiyyata alınmış */*** saylı bağ sahəsi ilə iddia olunan ərazi arasında 150 m məsafə var. Sorğuya əlavə olunmuş̈sənədlərdən̈görünür̈ki:̈ -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Bahar” b/y-nın */*** nömrəli bağ sahəsi üzərində üçüncü şəxs1 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; (Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarına əsasən)̈ -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Bahar” b/y-nın ***X saylı bağ̈sahəsïüzərində̈X4̈xüsusïmülkiyyəẗhüquqları̈qeydə̈alınmışdır;̈ -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Bahar” b/y-nın */** saylı bağ̈sahəsïüzərində̈X1̈xüsusïmülkiyyəẗhüquqları̈qeydə̈alınmışdır. Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, torpaq sahəsi sənəd üzrə 0.06 ha. olsa da, faktiki olaraq hasardaxili 0.0617 ha təşkil edir (17 kv.m artıqdır). Bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Vahid elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi “Bahar” bağçılıq yoldaşlığına ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşir. Sahədən təqribi 40.0 m məsafədə ləğv olunmuş quyu məlumatı mövcuddur. İdarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə “2/188” nömrəli torpaq sahəsi eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq̈özgəninkiləşdirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə̈13.̈Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə̈olunur. ... Maddə̈29.̈Mülkiyyəẗhüququ İ.̈Hər̈kəsin̈mülkiyyəẗhüquqüvardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusïmülkiyyəẗhüquqüqanunläqorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə̈2.̈Daşınmaz̈əmlakähüquqların̈dövləẗqeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin̈dövləẗtərəfindən̈tanınması̈və̈təsdiq̈edilməsïbarədə̈hüquqïaktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində̈(bundan̈sonrä-̈dövləẗreyestri)̈aparılır. 2.3.̈Daşınmaz̈əmlak̈üzərində̈qeydiyyatäalınmış̈hüquq̈mübahisələndirilə̈bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə̈3.̈Daşınmaz̈əmlakähüquqların̈qeydiyyatı̈haqqındäqanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqïaktlardan̈ibarətdir. ... Maddə̈8.̈Daşınmaz̈əmlak̈üzərində̈hüquqların̈dövləẗqeydiyyatı̈üçün̈əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı̈üçün̈aşağıdakılar̈əsas̈hesab̈olunur: ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin̈iclasının̈protokolundan̈çıxarış; ... Maddə̈15.̈Hüquqların̈dövləẗqeydiyyatından̈imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövləẗqeydiyyatınäalınmalı̈deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə̈uyğun̈deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs̈müraciəẗetdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak̈üzərində̈hüquqädair̈sərəncam̈vermək̈səlahiyyətinə̈malik̈olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasınäsəbəb̈olan̈hallar̈aradan̈qaldırılmadıqda. ... “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə̈9.̈Vətəndaşların̈qanunïistifadəsindəkïtorpaqların̈özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların̈mülkiyyətinə̈verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların̈qanunïistifadəyə̈və̈yäicarəyə̈götürdüklərïölçüdə̈verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ̈bağların̈torpaqları̈hər̈bir̈kooperativ̈üzvünün̈mülkiyyətinə̈verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər̈obyektlər̈əvəzsiz̈olaraq̈bağ̈sahiblərinin̈xüsusïmülkiyyətinə̈keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlärəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan̈dövlət orqanı tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1.̈İnzibatïorqanlar̈qanunun̈tələblərinə̈riayəẗetməyə̈borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq̈və̈azadlıqlarınämüdaxilə̈edə̈bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və̈hüquqïşəxslərin̈üzərinə̈büvə̈yäbaşqäöhdəliklərin̈qoyulması̈qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallardäöz̈təşəbbüsü̈ilə̈həmin̈normanı̈tətbiq̈etməyə̈borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ### 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsïqəraräalınmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas̈olmuş̈səbəblər̈göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarläəsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində̈dəyişdirilə̈bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə̈münasibəẗbildirilməlidir. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh “2/188” nömrəli torpaq sahəsinin eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını bildirsə də, iddia olunan hər iki torpaq sahəsinin üst-üstə düşməsi halı müəyyən olunmur, cavabdehin özü də üst-üstə düşmənin naturada olduğunu bildirmir. Bunun tam əksinə cavabdeh iddia olunan torpaq sahəsi ilə mülkiyyət hüquqlarının qeydiyyata alınmış torpaq sahəsi arasındaki məsafənin 150 metr olduğunu müvafiq sorğuya cavab məktubu ilə təsdiq etmişdir. Rekvizit baxımından eyni nömrəli bağ sahəsinin digər şəxsin adına dövlət qeydiyyatına alınması isə, faktiki yerləşmə yeri fərqli olan, lakin nömrələnmə baxımından eyni “2/188” nömrəli torpaq sahəsinin iddiaçıya ayrılmasını istisna etmir və bu hal iddiaçının hüquqlarını təkzib edən sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də Məhkəmə hesab edir ki, imtina həmin hissədə də əsassızdır. Məhkəmə, torpaq sahəsinin təqribi 40.0 m məsafədə ləğv olunmuş quyuya münasibətdə bildirir ki, bu hal vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasınämaneə̈yaradäbilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların̈qeyd̈edilməsinïzərurïhesab̈edir. İddiaçıya ayrılmış torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözləntïmülkiyyəẗhüququnüreallaşdıräbilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli, ** nömrəli qərarının 3.3-cü bəndində əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müvafiq cədvəldə verilmişdir. Göründüyü kimi qanunvericilikdə neftqazçıxarma sənayesi obyektlərindən torpaq sahəsinə minimum məsafələr müəyyən edilməsi nəzərdə tutulmamışdır. İddiaçının tələbi torpaq sahəsi ilə bağlı̈olduğundan̈sözügedən̈dəlilə̈istinad̈edilməsïəsassızdır.̈̈ Qanunvericiliyin iddiaçıya məxsus sənədi – 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Kollegiya həmçinin bildirir ki, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikası Prezidentinin *** saylı, 2015-ci il ## ###### tarixli Fərmanın 2-ci hissəsinə istinad etməsi əsassız olmuşdur. Belə ki, həmin Fərmanın 2-ci hissəsinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İddiaçının təqdim etdiyi sənəd isə həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənəd deyil, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə isə belə bir məhdudiyyət göstərilməmişdir. Başqa sözlə iddia tələbinin maddi hüquqi əsası qeyd edilən 8.0.7-ci müddəadır.̈Büdäqeyd̈edilən̈Fərmanın̈2-cïhissəsinin̈tətbiqinïistisnäedir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, torpaq sahəsinə hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması̈üçün̈əsas̈olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən̈saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü̈maddələrinïrəhbər̈tutaraq,̈məhkəmə̈kollegiyası qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiyäşikayətïtəmin̈edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən̈saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayətïverilə̈bilər.̈̈̈̈̈̈̈ Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-705/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-705/2026
29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver