Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-71/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, iddiaçının nümayəndəsi vəkil Vəkil, cavabdehin hüquq varisinin nümayəndəsi X15, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı "Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı Iddiaçı ##.##.1978-ci ildə anadan olmuş və Cəlilabad rayonu Badamağac kəndində yaşayır. Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sədrinin ##.##.2003-cü il tarixli *** nömrəli sərəncamının surətindən görünür ki, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 800 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında Iddiaçı adına sənədləşdirilməsi, Bakı şəhəri 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında Iddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktının tərtib edilməsi, Iddiaçı alqı-satqı aktı əsasında göstərilən məbləğdə vəsaiti Səbail Bələdiyyəsinin hesabına ödəməsi, mülkiyyətə verilmiş torpaq sahəsinin və ətraf ərazinin texniki-sanitar normalara uyğun təmiz saxlanılmasının Iddiaçı tapşırılması, mövcud ərazidə əlavə tikinti aparılarsa Bakı Şəhər Icra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılması, sərəncamın icrasına nəzarətin ərazi-inkişaf idarəsinin rəisi Q.Abbasova həvalə edilməsi qərara alınmışdır. "Iddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulmuş 800 kv.m torpaq sahəsinin planı"ndan görünür ki, həmin sənəd E.Məmmədov tərəfindən tərtib edilərək imzalanmış, həmçinin, ərazi inkişaf departamentinin sədri Q.Abbasovun imzası və Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs işlər idarəsinin dairəvi möhürü ilə təsdiq edilmişdir. Sənədin tərtib olunma tarixi göstərilməmişdir. BII seriyalı ****** nömrəli ##.##.2005-ci il tarixli "Kassa mədaxil orderinin qəbzi"ndən görünür ki, Iddiaçı tərəfindən torpaq alqı-satqısı üçün Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 16460000 manat pul ödənilmişdir. "Torpaqların alqı-satqısına dair akt"da göstərilmişdir ki, Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** nömrəli qərarı ilə 800 kv.m torpaq sahəsinin Iddiaçı satılması qərara alınmış, bunun müqabilində Iddiaçı tərəfindən əvvəlcədən 1646000 manat haqq ödənilmiş, bu akt bələdiyyənin sədri X5 və torpaq alan Iddiaçı tərəfindən tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Həmin sənəd bələdiyyə sədrinin imzası və bələdiyyənin dairəvi gerbli möhürü ilə təsdiq edilmiş, lakin Iddiaçı tərəfindən imzalanmamış, eləcə də aktda onun tərtib edilmə tarixi göstərilməmişdir. Iddiaçı ##.##.2025-ci ildə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə ərizə ilə müraciət edərək göstərilən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin həmin Idarə ##.##.2025-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir, bundan başqa, X20 X17 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması mümkün olmamış, bindan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin sərəncamına istinad olunmamışdır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı "Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Torpaq islahatı haqqında" Qanuna və bələdiyyənin ##.##.2002-ci il tarixli iclasının ** nömrəli protokoluna əsasən, özünün ##.##.2003-cü il tarixli *** nömrəli sərəncamı ilə uzun müddət abadlaşdırıb, daş hasara aldığı Salyan şossesi 32 ünvanında yerləşən 800 kv.m torpaq sahəsi əlavə edilmiş cizgi əsasında alqı-satqı qaydasında onun adına sənədləşdirilməsi qərara alınmışdır. Bundan sonra onların tərəfindən "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, o, ##.##.2005-ci ildə 16480000 manat məbləğində pul vəsaitini Səbail Bələdiyyəsinin hesabına ödəmiş və ona ****** nömrəli kassa mədaxil qəbzi verilmişdir. Sözügedən sənədlərin etibarlılığı onun tərəfindən sorğu edilmiş və Səbail Bələdiyyəsinin **-****-M/**** nömrəli məktubu ilə ona məlum olmuşdur ki, Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** nömrəli sərəncamı və ona əsas olan sənədlər bələdiyyə tərəfindən təsdiq edilir. Ona izah olunmuşdur ki, "Inzibati icraat haqqında" Qanunun 64.2-ci maddəsinə əsasən sözügedən sərəncam hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilənədək hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Eləcə də həmin sənədlər Azərbaycan Respublikasının Milli Arxiv Idarəsində mövcuddur. Həmçinin həmin torpaq sahəsi cizgidə göstərilən sərhəd daxilində faktiki olaraq onun istifadəsindədir. Nəzərə alınmalıdır ki, "Bələdiyyələrin torpaqları və əraziləri haqqında" Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli *** nömrəli Fərmanını rəhbər tutaraq, Bakı Şəhər Icra Hakimiyyəti başçısının 2000-ci il tarixli *** nömrəli sərəncamı ilə Səbail Bələdiyyəsinə ayırdığı torpaq sahəsinin sərhədləri qərara əlavə olunan Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən tərtib və təsdiq edilmiş plana əsasən tərəflərin iştirakı ilə naturada dəqiqləşdirilmiş və bütün döngə nöqtələrində mərzlərlə nişanlanaraq yerli bələdiyyəyə təhvil verilmişdir. Ona görə də inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Inzibati orqan ərizənin icrasından imtinasını "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə əsaslandırdığını göstərsə də, həmin hüquq normasının məhz hansı bəndində göstərilən tələblərin pozulduğunu əsaslandırmamışdır. Cаvаbdеh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsi iddianı qəbul etməmiş və iddiaya etirazında bildirmişdir ki, torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamış, yerləşmə cizgisində sərəncama istinad olunmamışdır. Bundan başqa, vahid elektron kadastr baza məlumatlarına əsasən, sahə dövlət mülkiyyəti torpaqlarına aiddir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu verilərək həmin Bələdiyyənin ##.##.2003-cü il tarixli *** nömrəli qərarı, torpaqların alqı-satıqısına dair müqavilə, ##.##.2022-ci il tarixli ** nömrəli iclas protokolundan çıxarış və onların verilməsinə əsas olmuş sənədlərin surətləri tələb olunmuş, lakin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı ##.##.2025-ci il tarixli cavab məktubunda Səbail Bələdiyyəsinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin eyni məzmunlu sorğusuna Səbail Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli cavabda isə bələdiyyə tərəfindən 2007-ci ilədək qəbul edilmiş qərarların və ona əsas olan sənədlərin dövriyyəsinə dair qeydiyyat kitablarının, eləcə də həmin dövrə aid olan inzibati aktların və ona əsas olan icraat materiallarının (iclas protokolları və s.) bələdiyyənin son 5 il ərzində fəaliyyətdə olan icra orqanına təhvil verilmədiyi, Səbail Bələdiyyəsinin həmin dövrə aid arxiv bazası mövcud olmadığı üçün qeyd edilmiş sənədlərin məhkəməyə təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 800 kv.m torpaq sahəsi üzərində iddiaçı Iddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, cavabdehin imtinasının əsası torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülərin qeyd olunmamasından, yerləşmə cizgisində sərəncama istinad olunmamasından və sahənin dövlət mülkiyyəti torpaqlarına aid olmasından ibarətdir. Məhkəmə sorğusu əsasında iddiaçının torpaq sahələri ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən ərazilərdə bir neçə şəxsə Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sərəncamları ilə torpaq sahələri ayrılmış və həmin qərarlar əsasında həmin şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışlar verilmişdir. Iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, "Inzibati icraat haqqında" Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün cavabdehin göstərdiyi səbəblər əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Cavabdeh "Inzibati icraat haqqında" Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışlar verildiyi halda, iddiaçıya onun istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsi Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin, ümumi sahəyə Məmmədova (Kərimova) Şölə Əhməd qızının və Əmlak Məsələləri Dövlət Xidmətinin müraciətləri daxil olmuşdur. Eləcə də torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd edilməmişdir, yerləşmə cizgisində sərəncama istinad olunmamışdır. Məlumat üçün: iddiaçı X2 torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair iddia qaldırmış, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və həmin qərardan idarə tərəfindən apellyasiya şikayəti verilmişdir. Işə hakim Fərid Mədətlinin sədrliyi ilə baxılmaqdadır. TƏRƏFLƏRIN IZAHATLARI: Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(*-*)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(*-*)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadına əsasən, Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclası zamanı cavabdehin hüquq varisinin nümayəndəsi X15 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Iddiaçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndəsi X1 izahatında bildirdi ki, bələdiyyənin hazırkı iddiaya etirazı yoxdur. Cinayət işi ilə əlaqədar bələdiyyədə olan sənədlər götürülmüşdür. Bələdiyyənin adından verilmiş arayışlar bələdiyyə tərəfindən verilməmişdir. Arayışlarda olan şrift və yazı üslubu bələdiyyənin kompüterindən fərqlidir. Bələdiyyənin hazırkı sədri Hacı Əliyev başqa işlərlə bağlı Polis Şöbəsinə də dəvət olunub, orada ona 10 ədəd sənəd göstərilib, yalnız ikisindəki imza həqiqi olub, qalanları oxşadılıb. Hazırkı işdə olan arayışdakı imza da oxşadılıb. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə Sistem vasitəsilə EHIS-də yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu:
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. Inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir ki, nəticədə mahiyyəti üzrə düzgün olmayan qərar qəbul olunmuşdur. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansya məhkəməsinin qərarında cavabdehin adı ilə bağlı səhvə yol verilərək cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi göstərilmişdir, halbuki belə bir Komitə mövcud deyil. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. Iddiaçı Iddiaçı məhkəməyə Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sədrinin ##.##.2003-cü il tarixli *** nömrəli sərəncamının, "Iddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulmuş 800 kv.m torpaq sahəsinin planı"nın, "Torpaqların alqı-satqısına dair akt"ın surətlərini, Səbail Bələdiyyəsinin ##.##.2019-cu il tarixli *B/TA-S/** nömrəli arayışını təqdim etmişdir. Müəyyən edilmişdir ki, həmin sənədlərdə olan imzalar və möhür əksləri ilə bağlı bir sıra anlaşılmazlıqlar mövcuddur. Belə ki, sərəncam, plan və arayışda bələdiyyənin işlər idarəsinin adı yazılmış möhür əks olunsa da, sərəncamda və planda olan möhür arayışda olan möhürdən fərqlənir. Bələdiyyənin sərəncamının surətinin əsli ilə düzgünlüyü T.Abiyevanın imzası və bələdiyyənin işlər idarəsinin möhürü ilə təsdiq olunmuşdur. Torpaq sahəsinin planı E.Məmmədov tərəfindən tərtib edilərək imzalanmış, ərazi inkişaf komissiyasının sədri Q.Abbasovun imzası və bələdiyyənin işlər idarəsinin möhürü ilə təsdiq edilmişdir. Bundan başqa, bələdiyyənin adından verilən arayış bələdiyyənin sədri tərəfindən deyil, işlər idarəsinin rəisi T.Abiyeva tərəfindən imzalanmışdır. Səbail Bələdiyyəsinin hazırkı sədri Hacı Əliyev tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli arayışın surətindən görünür ki, Bələdiyyənin ##.##.2003-cü il tarixli *** nömrəli sərəncamının və ona əsas olan sənədlərin ləğvi barədə məlumatların aşkar edilmədiyi, eləcə də həmin sərəncamın hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilənədək hüquqi qüvvəsini saxladığı və hüquqi cəhətdən etibarlı sayıldığı bildirilmişdir. Səbail Bələdiyyəsinin ##.##.2019-cu il tarixli *B/TA-S/** nömrəli arayışında göstərilmişdir ki, Səbail Bələdiyyəsi tərəfindən Salyan şossesi 32 ünvanında ##.##.2003-cü ildə Iddiaçı adına *** nömrəli sərəncamla 800 kv.m torpaq sahəsi sənədləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sorğu verilərək həmin sənədlərdə olan anlaşılmazlıqların araşdırılması üçün aşağıdakı məlumatlar tələb olunmuşdur: 1) T.X21 hansı tarixdən hansı tarixədək hansı vəzifələrdə işləmişdir? 2) Torpaq sahəsinin planında adları göstərilmiş Q.Abbasov və E.X23 hansı tarixdən hansı tarixədək hansı vəzifələrdə işləmişlər? 3) Səbail Bələdiyyəsinin işlər idarəsinin möhürü hansı tarixdə hazırlanmış və hansı tarixdə yenisi ilə əvəz olunmuşdur? 4) Səbail Bələdiyyəsinin işlər idarəsinin rəisinin Bələdiyyənin adından arayış vermək, sərəncamların surətlərinin həqiqiliyini, torpaq sahəsinin planını imza və möhürlə təsdiq etmək səlahiyyəti olmuşdurmu? 5) Bələdiyyənin ##.##.2003-cü il tarixli *** nömrəli sərəncamının əsli Bələdiyyədə və dövlət arxivində saxlanılmadığı halda, T.Abiyeva tərəfindən onun surətinin üzərində olan "Əsli ilə düzdür" qeydi imza və möhürlə təsdiq edilərkən buna hansı sənədlər əsas vermişdir? 6) Səbail Bələdiyyəsi tərəfindən Salyan şossesi 32 ünvanında ##.##.2003-cü ildə Iddiaçı adına *** nömrəli sərəncamla 800 kv.m torpaq sahəsinin sənədləşdirilməsi barədə Bələdiyyənin ##.##.2019-cu il tarixli *B/TA-S/** nömrəli arayışı hansı sənədlərə əsasən verilmişdir? 7) Bələdiyyənin ##.##.2003-cü il tarixli *** nömrəli sərəncamının hüquqi qüvvəsini saxlaması və hüquqi cəhətdən etibarlı sayılması barədə Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli arayış hansı sənədlərə əsasən verilmişdir? Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2026-cı il tarixli **-***/**** nömrəli cavab məktubunda göstərilmişdir: 1) T.Abiyeva ##.##.2003-cü ildən ##.##.2019-cu ilədək Bələdiyyə işlər idarəsinin müdiri vəzifəsində işləmiş, hazırda ümumi şöbədə (insan resursları, sənədlərin dövriyyəsi, arxiv və inzibati təsərrüfat işləri) arxiv sənədləri üzrə baş mütəxəssis vəzifəsində işləyir. 2) E.Məmmədov 2001-2015-ci illər ərzində Səbail Bələdiyyəsində arxitektor vəzifəsində işləmişdir, Q.Abbasov 2000-ci ildən bugünədək Səbail Bələdiyyəsinin üzvüdür. 3) Səbail Bələdiyyəsinin işlər idarəsinin möhürü ##.##.2003-cü ildə hazırlanmış, ##.##.2019-cu ildə yeni möhür hazırlanmış və əvvəlki möhürlər ləğv edilmişdir. 4) Sorğuya surətləri əlavə edilmiş bələdiyyə adından verilmiş arayışlar bələdiyyə tərəfindən verilməmiş və bələdiyyənin müvafiq qeydiyyat kitablarında qeydə alınmamışdır. 5) Bələdiyyənin ##.##.2003-cü il tarixli *** nömrəli sərəncamı T.Abiyeva tərəfindən "Əsli ilə düzdür" qeydi imza və möhürlə təsdiq edərkən həmin sənədi təqdim etmiş şəxsin təqdim etdiyi sənədlərlə bələdiyyədə olan sənədlərin kserosurəti əsasında verilmişdir. Göründüyü kimi, bələdiyyənin istinad olunan qərarının qəbul edildiyi iclasın protokolu, bələdiyyə sədrinin sərəncamının əsli mövcud deyil. Sərəncamın iddiaçıda olan və məhkəməyə təqdim olunmuş surətinin həqiqiliyi "Əsli ilə düzdür" qeydi yazılmaqla Səbail Bələdiyyəsinin işlər idarəsinin rəisi X6 imzası və işlər idarəsinin dairəvi möhürü ilə təsdiq edilmişdir. Kollegiya xüsusi olaraq qeyd edir ki, hər hansı sənədin surətində onun əsli ilə düz olması barədə qeydin yazılması o halda əsaslı sayıla bilər ki, sənədin əsli surətin həqiqiliyini təsdiq edən vəzifəli şəxsdə bilavasitə olmuş olsun. Lakin bu hal araşdırma zamanı təsdiqini tapmamışdır. Belə ki, Səbail Bələdiyyəsi məhkəmənin sorğusuna verdiyi cavabda T.Abiyeva tərəfindən sərəncamın surətinin - bələdiyyədə olan kserosurətlər və - onu təqdim etmiş şəxsin təqdim etdiyi sənədlər əsasında təsdiq olunduğunu bildirmişdir. Sənədin surətinin bələdiyyədə olan kserosurətlər əsasında təsdiq edilməsi barədə cavab onu deməyə əsas verir ki, surətin təsdiq edildiyi zaman bələdiyyədə sərəncamın əsli deyil, yalnız kserosurəti mövcud olmuşdur. Sərəncamın surətinin həqiqiliyi təsdiq edilərkən onu təqdim etmiş şəxsin təqdim etdiyi sənədlərə əsaslanılması məsələsinə gəldikdə isə, iddiaçıda sərəncamın əsli, yaxud lazımi qaydada təsdiq olunmuş surəti yoxdur. Onun məhkəməyə təqdim edə bildiyi sənəd yalnız sərəncamın T.Abiyeva tərəfindən təsdiq olunmuş və yuxarıda bəhs edilən surətidir. Məhkəmə kollegiyası tərəfindən X6 şahid qismində dindirildi. O, ifadəsində bildirdi ki, sərəncamın surətinin həqiqiliyini o, imza və möhürlə təsdiq etmişdir. Bunun nə vaxt baş verdiyini xatırlamır və surəti təsdiq etdiyi zaman sərəncamın əsli bələdiyyədə olmuşdur. Sonradan prokurorluq tərəfindən bələdiyyənin bir çox sənədləri götürülmüşdür. Sənədlərin götürülməsi ilk dəfə 2009-cu ildə, sonra isə daha 2 dəfə baş vermiş, sonra bəzi sənədlər qaytarılmış, yenidən götürülmüşdür. Hazırda bələdiyyədə hansısa sənədlərin kserosurətləri qalsa da, onlar sənəd kimi etibarsızdır. Surəti təsdiq edərkən sənəddə tarixi yazmamışdır və bunun səbəbini izah edə bilmir. Göründüyü kimi, Səbail Bələdiyyəsi sədrinin ##.##.2003-cü il tarixli *** nömrəli sərəncamının surətinin həqiqiliyinin X6 tərəfindən təsdiq edildiyi tarixi və bunun nəticəsi olaraq həmin vaxt sərəncamın əslinin bələdiyyədə mövcud olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli arayışın surətindən görünür ki, Bələdiyyənin ##.##.2003-cü il tarixli *** nömrəli sərəncamının və ona əsas olan sənədlərin ləğvi barədə məlumatların aşkar edilmədiyi, eləcə də həmin sərəncamın hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilənədək hüquqi qüvvəsini saxladığı və hüquqi cəhətdən etibarlı sayıldığı bildirilmişdir. X9 məhkəmənin sorğusuna verdiyi cavabda belə bir arayış verdiyini inkar etmişdir. Bundan başqa, Səbail Bələdiyyəsinin ##.##.2019-cu il tarixli *B/TA-S/** nömrəli arayışında göstərilmişdir ki, Səbail Bələdiyyəsi tərəfindən Salyan şossesi 32 ünvanında ##.##.2003-cü ildə Iddiaçı adına *** nömrəli sərəncamla 800 kv.m torpaq sahəsi sənədləşdirilmişdir. Əvvəla, həmin arayış bələdiyyənin adından verilsə də, bələdiyyənin sədri tərəfindən deyil, işlər idarəsinin rəisi X6 tərəfindən imzalanmış, digər tərəfdən isə, Səbail Bələdiyyəsi məhkəmənin sorğusuna verdiyi cavabda belə bir arayış verdiyini də inkar etmişdir. Sadalanan hallar bunu deməyə əsas verir ki, torpaq sahəsinin iddiaçıya ayrılması barədə Səbail Bələdiyyəsinin sərəncamının mövcud olması öz təsdiqini tapmır. Torpaq sahəsinin həqiqətən iddiaçıya ayrılmasını təsdiq edən bələdiyyənin adından verilmiş arayışları da bələdiyyə təsdiq etmir. Bununla yanaşı, kollegiya sərəncamın tarixinin ##.##.2003-cü il olduğu halda, pulun ödənilməsi barədə qəbzin tarixinin bundan 2 il sonraya ##.##.2005-ci ilə aid olması, buna baxmayaraq "Torpaqların alqı-satqısına dair akt"da həmin sənədə istinad olunması, göstərilən aktda torpaq alan şəxsin imzasının olmaması kimi xüsusatlara da diqqət yetirərək ##.##.2003-cü ildə bələdiyyə sədri tərəfindən sərəncamın verilməsinin öz təsdiqini tapmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası bunu da qeyd etməyi zəruri hesab edir ki, kollegiya tərəfindən keçirilmiş yerində müayinə nəticəsində iddiaçının bələdiyyədən aldığını iddia etdiyi torpaq sahəsinin hazırda onun sahibliyində və istifadəsində olmaması müəyyən edilmişdir. Iş materiallarında torpaq sahəsinin ünvanı kimi Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 göstərilsə də, məhkəmədə eyni ünvanda yerləşən çoxsaylı torpaq sahələri ilə bağlı ayrı-ayrı şəxslərin iddialarına baxıldığına görə məlumdur ki, həmin ünvan şərtidir və Səbail rayonunun olduqca böyük bir ərazisini əhatə edir. Ona görə də məhkəmənin aparat işçisi əvvəlcədən iddiaçıdan həmin torpaq sahəsinin lokasiyasını istəyib almışdır. Məhkəmə tərkibi "Waze" tətbiqi vasitəsilə göstərilən lokasiyaya çatmış, lakin təyin olunmuş vaxtda müayinə yerinə iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişlər. Təxminən 10-15 dəqiqə gözlədikdən sonra həmin yerə bir nəfər şəxs gəlmiş, özünü Səbail RIH başçısının qəsəbə nümayəndəsi kimi təqdim edərək küçədə hasarı olmayan bir həyəti göstərib həmin sahənin iddia olunan sahə olduğunu bildirmiş və onun iştirakı ilə yerində müayinə keçirilməsini təklif etmişdir. Lakin hazırkı işdə Səbail RIH, yaxud onun hər hansı qurumu tərəf olmadığına, eləcə də göstərilən şəxs tərəfləri təmsil etmək üçün səlahiyyətini təsdiq edən sənəd təqdim etmədiyinə görə o, yerində müayinədə iştiraka buraxılmamışdır. Müəyyən edilmişdir ki, küçənin sağında və solunda çoxsaylı fərdi yaşayış evlərinin həyət hasarları və darvazaları vardır. Təxminən kvadrat formasında olan bir torpaq sahəsi isə 3 tərəfdən qonşuların hasarları ilə hasarlansa da, küçəyə baxan hissəsi hasarsız, qapısız və tamamilə açıqdır. Sahənin həmin sərhədi şərtidir. Sahədə hər hansı tikili yoxdur. Sahə qurumuş ot və kol qalıqları, məişət tullantıları ilə zibillənmiş və baxımsız vəziyyətdədir. Beləliklə, kollegiya bu qənaətə gəldi ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verə bilən sənədin əsli mövcud olmadığına, sənədin surəti isə lazımi qaydada təsdiq edilmədiyinə görə iddianın təmin edilməsi üçün əsas olmamışdır. Birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməmiş və iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Kollegiya bunu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi qənaəti əsaslandırarkən iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən ərazilərdə bir neçə şəxsə Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sərəncamları ilə torpaq sahələri ayrıldığına və göstərilən qərarlar əsasında həmin şəxslərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışlar verildiyinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin fikrincə, eyni sənədlər əsasında digər şəxslərin hüquqları qeydiyyata alındığı və çıxarış verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunması "Inzibati icraat haqqında" Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsiplərinə ziddir. Cavabdeh "Inzibati icraat haqqında" Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Lakin kollegiya bununla razılaşmır. Belə ki, "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsindən göründüyü kimi, eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi (bərabərlik prinsipi) inzibati orqandan onun tərəfindən yalnız diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı tələb olunur. Hazırkı işdə isə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehin fəaliyyəti diskresion səlahiyyətlərə aid deyil. Qanunvericilikdə mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verən sənədlərin dəqiq siyahısı və bu sənədlərdən ən azı biri mövcud olduqda qeydiyyat orqanının qeydiyyatı aparmaq öhdəliyi nəzərdə tutulmuşdur. Bu fəaliyyətin həyata keçirilməsində inzibati orqana başqa bir səlahiyyət, seçim imkanı, yəni diskresion səlahiyyət verilməmişdir. Belə olan halda, cavabdehin imtinasının bərabərlik prinsipinə zidd adlandırılması yolverilməzdir. Etimad prinsipinin pozulması məsələsi ilə bağlı isə kollegiya bunu qeyd edir ki, "Inzibati icraat haqqında" Qanunun 13.5-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Deməli, şəxslərin etimadı o halda qanunla qorunur ki, inzibati orqanın yaratdığı inzibati praktika qanuni olsun. Lakin əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surəti mövcud olmayan bələdiyyə qərarı əsasında başqa şəxslərin mülkiyyət hüququnun qeydiyyata alınması baş vermiş olsa belə, bu, qanuni sayıla və iddiaçı üçün etimad hüququ yarada bilməz. Yekunda kollegiya bu qərara gəldi ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin və yeni qərar qəbul olunsun. Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı "Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.