Məhkəmə qərarları › İş №2-1(3-6)-711/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-711/2026

01.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaṅRespublikası̇adından Qərardad Bakı̇şəhəri İş̇№̇2-1(3-6)-711/2026 01.04.2026 BAKİAPELLYASIYȦMƏHKƏMƏSI GİRİŞ HİSSƏ: HakimləṙAytəṅPənaḣqızı̇Oruczadəniṅsədrliyi̇və̇məruzəsi̇ilə, PərviżAktiv oğlu̇Hüseynov̇və̇Fəriḋİlhaṁoğlu̇Mədətlidəṅibarəṫtərkibdə, Abbaslı̇SücayəṫHafiz qızınıṅkatibliyi, İddiaçı̇ZülfüqarovȧNailə̇Həsənqulu̇qızının, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇nı̇n Sosı̇al Müdafı̇əsi Nazı̇rlı̇yı̇nin tabelı̇yı̇ndə Dövlət Sosı̇al Müdafı̇ə Fondu Publik Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇lı̇alının nümayəndəsi Məmmədzadə Fidan Elxan qızınıṅiştirakları̇ilə, İddiaçı Zülfüqarova Nailə Həsənqulu qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇nı̇n Sosı̇al Müdafı̇əsi Nazı̇rlı̇yı̇nin tabelı̇yı̇ndə Dövlət Sosı̇al Müdafı̇ə Fondu Publik Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇lı̇alına qarşı “qərarların ləğv edilməsi və pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12852/2025 nömrəli, 14 yanvar 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasındȧbaxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Zülfüqarova Nailə Həsənqulu qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇nı̇n Sosı̇al Müdafı̇əsi Nazı̇rlı̇yı̇nin tabelı̇yı̇ndə Dövlət Sosı̇al Müdafı̇ə Fondu Publik Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇lı̇alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının azalan məbləğinin bərpa olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında öhdəlik̇qoyulması̇barədə̇qəraṙqəbul̇edilməsini̇xahiş̇etmişdir. Cavabdehin nümayəndəsi 14.01.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında vəsatət təqdim edərək, iş üzrə Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçoṫüzrə̇Mərkəzi̇Filialınıṅüçüncü̇şəxṡqismində̇işə̇cəlḃolunmasını̇xahiş̇etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12852/2025 nömrəli, 14 yanvar 2026-cı il tarixli qərardadı ilə̇vəsatəṫtəmiṅedilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12852/2025 nömrəli, 14 yanvar 2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇nı̇n Sosı̇al Müdafı̇əsi Nazı̇rlı̇yı̇nin tabelı̇yı̇ndə Dövlət Sosı̇al Müdafı̇ə Fondu Publik Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇lı̇alının 19.09.2024-cü il tarixli İnventar nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı və 01.05.2025-ci il tarixli 3-17-1/1-Z-90928/2025 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarın ləğv edilməsi qərarȧalınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12852/2025 nömrəli, 14 yanvar 2026-cı il tarixli qərardad və qərarından narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12852/2025 nömrəli, 14 yanvar 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş̇apellyasiya şikayətiniṅmümkünlük̇məsələsinə̇baxılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətiniṅmümküṅhesab edilməsini̇xahiş̇etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin mümküṅhesab edilməməsini̇xahiş̇etdi. İşin hallarından göründüyü kimi, Fondun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətin təmin edilməməsi barədə məhkəmə qərardadından Fondun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən deyil, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmçinin Fondun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının iş üzrə üçüncü şəxs qismində̇cəlḃedilməsi̇barədə̇müraciəṫetməsi̇də̇müəyyəṅedilmir. «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsiniṅİnzibati̇Kollegiyasınıṅ17.02.2022-ci il tarixli 01/2022 nömrəli̇qərardadı:

44. İPM-in 28-ci maddəsi üçüncü şəxslərin icraata cəlb edilməsinin iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında. Həmin şəxslər bu barədə vəsatət verirlərsə, onlar işə “daxil olmaq” iradələrini bildirirlər, digər proses iştirakçılarının müvafiq tələbi olduqda və ya məhkəmə öz təşəbbüsü əsasında bunu zəruri hesab etdikdə isə işə “cəlb edilmə” baş verir. İPM-də anlayış kimi istifadə olunmuş̇cəlḃedilmə̇ifadəsi̇həṙiki qaydada qoşulmanı̇ehtiva edir.

45. Həmin an proses iştirakçısı olmayan aidiyyəti şəxs məhkəmə icraatının iştirakçısı olmaq (qoşulmaq) arzusunu ifadə edir və ərizə verməklə bunu məhkəmə qarşısında bəyan edir. Həmçinin icraatın digər iştirakçıları da (iddiaçı, cavabdeh və artıq cəlb edilmiş üçüncü şəxslər) üçüncü şəxsin cəlb edilməsi ilə bağlı iradələrini bildirir və vəsatət verməklə bunu məhkəmənin diqqətinə çatdırırlar. Nəhayət, məhkəmə öz təşəbbüsü əsasında icraata üçüncü şəxsin cəlb edilməli olduğu qənaətinə gəlirsə, bu halda, iradə məhkəməyə məxsus olur.

46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur. 49. Məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPMin 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü̇şəxṡqismində̇proses iştirakçısı̇statusu qazınmış̇olur.

50. Cəlbetmə barədə vəsatət İPM-in 28.1-ci maddəsinə əsasən iş hər üç məhkəmə instansiyasının icraatında olduğu müddətdə həmin məhkəmələr tərəfindən mübahisə üzrə yekun qərar çıxarılanadək verilə bilər. Müvafiq olaraq vəsatətlə bağlı cəlbetməyə dair qərar da həmin məhkəmələr tərəfindən özlərinin icraatı yekunlaşanadək qəbul oluna bilər. Bundan başqa, məhkəmə öz təşəbbüsü əsasında üçüncü şəxslərin icraata qoşulması məsələsini mübahisəyə mahiyyəti üzrə baxılması ilə bağlı birinci, apellyasiya və kassasiya məhkəməsiniṅicraatınıṅdavam etdiyi müddətlərdə̇həyatȧkeçirə̇bilər.

51. Digər tərəfdən, İPM-in 28.1-ci maddəsi məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə də həm vəsatətlər verilməsi, həm də öz təşəbbüsü əsasında məhkəmə tərəfindən cəlbetmənin həyata keçirilə biləcəyini də təsbit edir. Nəzərə almaq lazımdır ki, bu qaydada cəlbetmə kassasiya instansiyası məhkəməsinə münasibətdə yol verilmir, yalnız birinci və apellyasiya məhkəmələri tərəfindən həyata keçirilə bilər. Çünki Ali Məhkəmənin qərarı qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətidir. Qanunvericiliyə görə isə bu imkan yalnız məhkəmə aktlarının qanuni qüvvəyə minmədiyi̇dövrlərdə̇həyatȧkeçirilə̇bilər.

71. Kollegiya həmçinin hesab edir ki, İPM-in 81.2 və 90.2-ci maddələrindəki müddəalar adi və ya zəruri cəlbetmə qaydasında icraata qoşulmasından asılı olmayaraq üçüncü şəxslərin tələblərini təmin etməyən məhkəmə aktından şikayət vermək hüququna təminat verir. Belə ki, İPM-in 29-cu maddəsi üçüncü şəxslərin prosessual hüquqlarını müəyyən edən ümumi norma, həmin Məcəllənin 81.2 və 90.2-ci maddələri isə üçüncü şəxslərin məhkəmə aktlarından şikayət vermək hüquqlarını müəyyən edən xüsusi normadır. Məhkəmə aktlarının mübahisələndirilməsi məsələsinin həllində də məhz xüsusi normanın müəyyən etdiyi qayda rəhbər tutulmalıdır. Digər tərəfdən, İPM-in 29-cu maddəsində də aşkar şəkildə təsbit edilmişdir ki, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, üçüncü şəxslər məhkəmə aktlarından şikayət vermək hüququnu müstəqil şəkildə həyata keçirə bilərlər. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyəti nəzərə alındıqda üçüncü şəxslərin prosessual hüquqlarını tərəflərdən birinin tələbi daxilində həyata keçirəcəkləri ilə bağlı qeyd-şərt həmin hüquqların həyata keçirilməsinin ümumilikdə tərəflərin iradəsindən asılı edilməsi kimi təfsir olunmamalıdır. Çünki qanunverici açıq şəkildə üçüncü şəxslərin hüquqi müdafiə̇vasitələrindəṅmüstəqil̇şəkildə̇istifadə̇etmək̇hüquqlarını̇təsbiṫetmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda Fondun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində cəlb edilməsi barədə cavabdehin vəsatəti təmin edilməsə də, birinci instansiya məhkəməsinin bu mövqeyi üçüncü şəxs qismində işə cəlb olunması tələb olunan Fondun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən deyil, cavabdeh tərəfindən mübahisələndirilmişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17.02.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilir ki, “...üçüncü şəxslər məhkəmə aktlarından şikayət vermək hüququnu müstəqil şəkildə həyata keçirə bilərlər. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyəti nəzərə alındıqda üçüncü şəxslərin prosessual hüquqlarını tərəflərdən birinin tələbi daxilində həyata keçirəcəkləri ilə bağlı qeyd-şərt həmin hüquqların həyata keçirilməsinin ümumilikdə tərəflərin iradəsindən asılı edilməsi kimi təfsir olunmamalıdır. Çünki qanunverici açıq şəkildə üçüncü şəxslərin hüquqi müdafiə vasitələrindəṅmüstəqil̇şəkildə̇istifadə̇etmək̇hüquqlarını̇təsbiṫetmişdir.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadına əsasən qanunla qorunan hüquq və maraqlarınȧtoxunan şəxṡdeyildir. AzərbaycaṅRespublikasınıṅİnzibati̇Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasınıṅtəzələnməsi̇barədə̇qərardaḋqəbul̇edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq̇cəlḃedilməlidiṙ(zəruri̇cəlbetmə). 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə̇şikayəṫverilə̇bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İPM-in 28.5-ci maddəsində vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verə bilən şəxsləriṅdairəsi̇konkret və̇müfəssəl̇şəkildə̇müəyyəṅedilmişdir. Belə ki, İPM-in 28.5-ci maddəsinin elə birinci cümləsində göstərilmişdir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Yəni, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər və məhz onların vəsatətinin təmin edilməsindən imtina haqqında qərardadından yuxarı məhkəməyə şikayət verə bilərlər. Başqa şəxslər, o cümlədən hazırkı işdə cavabdeh qismində iştirak edən şəxs İPM-in 28.5-ci maddəsinin müddəalarının təsiri altına düşmür. Yəni, cavabdehin hüququ yoxdur ki, sözügedən məsələyə dair başqa şəxslərə verilmiş hüquqdan istifadə etsin, belə ki, cavabdehin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etdiyi şəxs - Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ümumiyyətlə, onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə dair məhkəməyə hər hansı bir ərizə və ya vəsatət verməmişdir. Qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1673/2025 nömrəli,̇03.07.2025-ci il tarixli qərardadındȧöżəksini̇tapmışdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16173/2025 saylı, 17.12.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətiniṅqəbulundaṅimtina edilməlidir. Yuxarıda qeyd edilən əsaslarla apellyasiya şikayəti mümkün sayılmadığı üçün hazırki qərardaddan kassasiya şikayətinin verilməsi də nəzərdə tutulmur. Azərbaycan Respublikası̇İnzibati̇Prosessual Məcəlləsi: 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul̇etməkdəṅimtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80, 85.2, 87, 90 və 94 və AR MPM-in 384.0.6-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12852/2025 nömrəli, 14 yanvar 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və̇şikayətiṅqəbulundaṅimtina edilsin. Qərardaddaṅşikayəṫverilə̇bilməz.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar