Məhkəmə qərarları › İş №2-1(3-6)-712/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-712/2026

05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-712/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Səmədov Rəşid Əfraim oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli və ##.##.2021-ci il tarixli, *********** nömrəli qərarların ləğv edilməsi, barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması, "Əmək pensiyaları haqqında Qanunun" tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən, mülki aviasiyadan 2015-ci il tarixdə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. 2021-ci il tarixdən hesablanmaqla altı il stajın tamamlanması ilə bağlı müraciəti əsasında pensiyasının yenidən hesablanması icra edilib, lakin cavabdeh qurum qanuna zidd olaraq pensiyanın həmin yenidən hesablanmasını sığorta kapitalını 72 aya bölməklə etməmişdir. Cavabdeh qurum tərəfindən Qanun səhv tətbiq edilir, pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edilir. Bununla qətiyyən razı deyil, cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir. Belə ki, Əmək pensiyaları haqqında Qanuna dəyişiklik edən ##.##.2022 tarixdən qüvvəyə minmiş *** nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən, Bu Qanunun (530) 1.11-ci maddəsi (45-ci maddənin ikinci cümləsinin qanundan çıxarılması) bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Həmin cümlənin qanundan çıxarılması aid deyil: 1) bu (530) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına ( bu o deməkdir ki, köhnə 45-ci maddə əsasında təyin edilən pensiya təzə 45-ci maddə əsasında yenidən təyinat aparilmaqla hesablanmayacaq); 2) bu (530) Qanunun qüvvəyə mindiyi günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi hallarında; (bu o deməkdir ki, pensiyaya çıxma hüququnun qazanıldığı tarixdəki 45-ci maddə tətbiq edilir) 3) bu (530) Qanunun qüvvəyə mindiyi günədək pensiya hüququ yaranmış şəxslərə yenidən hesablanması hallarına münasibətdə. (bu o deməkdir ki, pensiyanın yenidən hesablanması hüququ ##.##.2022 tarixdən sonra yaranmış şəxslər barəsində 72 aya bölünmə ilə hesablanmalıdır, baxmayaraq ki, həmin şəxslər ##.##.2017-##.##.2022 arasında pensiyaya çıxıb) *** nömrəli Qanunun keçid müddəalarının “##.##.2022 tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına ##.##.2022 tarixdən etibarən qanuna edilən dəyişikliklərin şamil edilməməsi” göstərişi, madam ki, cavabdehin mövqeyinə görə, gələcək zamanda yaranmış yenidən hesablanma hüququna ləğv edilmiş normanın tətbiqini nəzərdə tutursa, niyə *** nömrəli qanunda, ##.##.2022-ci il tarixədək qazanılmış yenidən hesablanma hüququ ilə bağlı göstəriş var?! Qeyd olunanlar cavabdehin hərəkətlərinin əsassız olduğunu təsdiq edir. Cavabdehin məsul şəxsləri hesab edir ki, “144 + ” ödəniş müddəti ilə pensiyaya çıxan şəxs ömrünün sonunadək ağır şərtlərin təsiri altında qalmalıdır. Xüsusilə qeyd edir ki, cavabdeh inzibati icraat qaydalarına zidd olaraq pensiyanın yenidən hesablanması barədə qərarın nömrə və tarixini ona bildirməkdən imtina edir. Barəsində qəbul edilmiş inzibati aktı cavabdeh ona vermir. ##.##.2017- ##.##.2022 arasında ağırlaşdırıcı şərtlərlə pensiya təyin edilən şəxs ömrünün sonunadək həmin ağır şərtlərin təsiri altında qala bilməz. Məhz buna görə də qanunvericilik ağırlaşdırıcı şərtlərlə pensiya təyin edilənlərə münasibətdə həmin şərtləri aradan qaldırıb. Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsi həmin Qanunun 9-cu maddəsinə əsasən pensiya təyin edilən şəxslərin barəsindədir. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən pensiya təyin edilən şəxslərin böyük hissəsi həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq illərinə görə əlavə alır. 20-ci maddəyə əsasən qulluq illərinə görə əlavə alanların yəni ki 9-cu maddəyə əsasən pensiya təyin edilənlərin barəsində ##.##.2023 tarixdən etibarən 45-ci maddəyə *** nömrəli qanunla 72 aya bölünmə qadağası salınıb. Həmin ##.##.2023-dən qüvvəyə minmiş *** nömrəli Qanunun keçid müddəaları müəyyən edir ki, həmin 72 aya bölünmə qadağası geriyə ##.##.2023dən əvvələ şamil edilmir. Göründüyü kimi 9-cu maddəyə əsasən pensiya təyin edilən şəxslərdən olan 20-ci maddəyə əsasən qulluq illərinə görə əlavə alanlar barəsində ##.##.2023-dək 72 aya bölünmə qadağası yoxdur. Bu sübut edir ki, 9-cu maddəyə əsasən pensiya təyin edilən şəxslər üçün ##.##.2017-##.##.2022 arasında 37.1 maddəyə əsasən 72 aya bölünmə qadağası olmayib. Həmçinin 45-ci maddənin pensiyanin təyin edilmə hallarini tənzim etdiyini sübut edir. Həmçinin 45-ci maddənin ##.##.2017- ##.##.2022 arasinda qüvvədə olmuş cümləsinin məhz həmin vaxt pensiya təyin ed və paralel olaraq yenidən hesablanması hüququ həmin vaxt yarananlar barəsində tətbiq edilməsi gərəkdiyini sübut edir. 144 ay pensiya ödənişi müddəti ilə pensiyaya çıxmışdır. Əgər ##.##.2017-##.##.2022 arasında pensiya təyin edilən şəxs olsaydı və pensiyasının yenidən hesablanması hüququ paralel olaraq məhz həmin vaxt yaransaydı, əlbəttə ki, barəsində 72 aya bölünmə ola bilməzdi. Lakin onun gözlənilən pensiya ödənişi müddəti aylarımın sayı 144 aydır. Qeyd olunan bütün halları nəzərə alaraq 72 aya bölünmə ilə yenidən hesablanma tələb etməkdə haqlıdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia təmin edilmiş; İddiaçı əmək pensiyasının yenidən hesablanmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli və ##.##.2021-ci il tarixli, *********** nömrəli qərarları ləğv edilmiş; İddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması, "Əmək pensiyaları haqqında Qanunun" tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həmpensiya təyinatı, həmdə Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığımhissələrinin hesablanmasını ifadə edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Beləliklə, Qanunun 9cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ ##.##.2022-ci il tarixindən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. Iddiaçı İddiaçı əmək pensiyası ##.##.2021-ci il tarixində“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 908.72 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.18ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barənizdə inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində iddiaçının pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq iddiaçı barəsində inzibati icraat başlamışdır. Iddiaçı İddiaçı ##.##.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası ##.##.2021-ci il tarixində yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına, yəni 363 aya (65 yaş – 40 yaş 9 ay = 291 ay + (144 ay - 72 ay)) bölünməklə 249,89 (90710,07 : 363) manat əmək pensiyasının (713,60 manat) üzərinə əlavə edilərək pensiya məbləği 963,49 (713,60 + 249,89) manata artırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar ##.##.2025-ci il tarixindən əmək pensiyası 1396,57 manat çatdırılmışdır. Eyni zamanda hesab edirik ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin təqdim etdikləri sübut və izahatları, habelə mübahisəli hüquqi məsələyə dair Ali Məhkəmənin formalaşmış və sonradan inkişaf etdirilmiş hüquqi mövqelərini qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, iddiaçıya ##.##.2015-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı pensiya təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirmiş və həmin dövrdə onun fərdi hesabının sığorta hissəsində əlavə pensiya kapitalı formalaşmışdır. Cavabdehin ##.##.2021-ci il tarixli, *********** nömrəli qərarında pensiyanın yenidən hesablanmasının hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi və iddiaçının “6 il və daha çox işləməsi” göstərilmiş, pensiyanın məbləği 908,72 manat müəyyən edilmişdir. Sonradan cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*- *-****/**** nömrəli qərarı ilə pensiya yenidən hesablanaraq 1291,93 manat müəyyən edilmişdir. Hazırkı mübahisənin mərkəzində faktiki halların mövcudluğu deyil, iddiaçı pensiya təyin edildikdən sonra işləməklə topladığı pensiya kapitalı əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddətinin hansı qaydada müəyyən edilməli olması dayanır. Cavabdeh hesab edir ki, iddiaçının Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ ##.##.2022-ci il tarixindən əvvəl yarandığına görə, ##.##.2022ci il tarixli, ***-VIQD nömrəli Qanunun keçid müddəalarının 2.2-ci bəndi tətbiq edilməli, bunun nəticəsi olaraq “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehin bu hüquqi təfsiri hazırda Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, **/**** nömrəli qərardadında müəyyən edilmiş yeni hüquqi mövqeyə uyğundur. Belə ki, həmin qərardadla Ali Məhkəmə əvvəllər analoji mübahisələr üzrə tətbiq edilmiş hüquqi mövqeyə yenidən baxaraq müəyyən etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ ##.##.2022-ci il tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyin edilərkən və ya onların əmək pensiyası yenidən hesablanarkən həmin Qanunun 45-ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli və gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır. Lakin hazırkı işin həlli baxımından həlledici əhəmiyyət daşıyan məsələ yalnız həmin yeni maddi-hüquqi mövqenin məzmunu deyil, Ali Məhkəmənin eyni qərardadla həmin mövqenin zamana görə tətbiq dairəsini xüsusi qaydada müəyyən etməsidir. **/**** nömrəli qərardadın nəticə hissəsinin 2-ci bəndinə əsasən yeni hüquqi mövqe həmin qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilmiş iddialara, eləcə də həmin tarixədək verilmiş, lakin birinci instansiya məhkəməsində icraatı hələ yekunlaşdırılmamış işlərə tətbiq edilməlidir. Həmin qərardadın nəticə hissəsinin 3-cü bəndinə əsasən isə apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin icraatında olan işlərdə şikayət verilmiş məhkəmə aktı qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqeyə uyğun qəbul edilmişdirsə, yalnız sonradan müəyyən edilmiş yeni hüquqi mövqeyə istinad edilməklə həmin məhkəmə aktı ləğv edilməməli və ya dəyişdirilməməlidir. Yeni hüquqi mövqeyə əsasən apellyasiya və kassasiya qaydasında hüquqi qiymətləndirmə **/**** nömrəli qərardadın qəbulundan sonra birinci instansiya məhkəməsində icraatı yekunlaşdırılmış işlər üzrə aparılmalıdır. Göstərilən keçid qaydası hüquqi müəyyənliyin və məhkəmə aktlarının sabitliyinin təmin edilməsinə xidmət etməklə, yeni hüquqi mövqenin əvvəlki məhkəmə təcrübəsinə uyğun qəbul edilmiş məhkəmə aktlarına təsirinin sərhədlərini birbaşa müəyyən edir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi icraatı ##.##.2026-cı il tarixdə, yəni Ali Məhkəmənin **/**** nömrəli qərardadının qəbulundan əvvəl yekunlaşdırmışdır. Həmin tarixdə analoji hüquqi məsələyə dair Ali Məhkəmənin tətbiq etdiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin mübahisəli ikinci cümləsi pensiyanın sonradan toplanmış pensiya kapitalı əsasında yenidən hesablanmasını deyil, pensiyanın təyin edilməsini tənzimləyir və işləyən pensiyaçının sonradan topladığı kapital üzrə yenidən hesablama Qanunun 37.3.1ci maddəsi əsasında aparılmalıdır. Birinci instansiya məhkəməsi də məhz həmin dövrdə mövcud olmuş hüquqi mövqeyi rəhbər tutmuş, Ali Məhkəmənin analoji işlər üzrə qəbul etdiyi məhkəmə aktlarına istinad etməklə cavabdehin 45-ci maddənin əvvəlki ikinci cümləsinə verdiyi təfsiri qəbul etməmişdir. Əvvəlki hüquqi mövqenin təsadüfi və ya təcrid edilmiş yanaşma olmadığı, Ali Məhkəmənin çoxsaylı oxşar işlər üzrə tətbiq etdiyi məhkəmə təcrübəsini təşkil etdiyi ##.##.2026-cı il tarixli **/**** nömrəli qərardadın özündə də birbaşa təsdiq edilmişdir. Məhz əvvəlki hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsi zərurəti həmin qərardadın qəbul edilməsinə və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi mexanizminin işə salınmasına səbəb olmuşdur. Bu baxımdan, ##.##.2026-cı il tarixli birinci instansiya məhkəməsi qərarının hazırda müəyyən edilmiş yeni hüquqi mövqeyə uyğun olmaması özlüyündə həmin qərarın qanunsuz hesab edilməsi və ləğvi üçün əsas təşkil edə bilməz. Əks yanaşma Ali Məhkəmənin **/**** nömrəli qərardadının nəticə hissəsinin 3-cü bəndində məhkəmə aktlarının sabitliyini qorumaq məqsədilə müəyyən edilmiş xüsusi keçid qaydasını faktiki olaraq mənasız edərdi. Bununla belə, həmin keçid qaydası **/**** nömrəli qərardaddan əvvəl qəbul edilmiş məhkəmə aktlarının digər maddi və ya prosessual hüquq pozuntularına görə yoxlanılmasını istisna etmir. Qərardadın 3-cü bəndində məhkəmə aktlarının məhz “yalnız” yeni hüquqi mövqeyə istinad edilməklə ləğv olunmaması nəzərdə tutulduğundan cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlillər ayrıca qiymətləndirilməlidir. Cavabdehin birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırma prinsipinin pozulduğu, iş üçün əhəmiyyətli faktiki halların tam müəyyən edilmədiyi barədə dəlili konkret nəticəyə təsir edə biləcək araşdırılmamış faktla əsaslandırılmamışdır. Tərəflər arasında iddiaçıya pensiyanın təyin edildiyi tarix, onun bundan sonra əmək fəaliyyətini davam etdirməsi, fərdi hesabında əlavə pensiya kapitalının formalaşması və pensiyanın Qanunun 37.3.1-ci maddəsi ilə əlaqədar yenidən hesablanması məsələlərində prinsipial faktiki mübahisə yoxdur. Tərəflərin fikir ayrılığı həmin faktlara tətbiq olunmalı hüquq normasının məzmunu və zamana görə qüvvəsi ilə əlaqədardır. Hüquq normasının təfsirinə dair fikir ayrılığının özü faktiki halların araşdırılmaması kimi qiymətləndirilə bilməz. Iş materiallarında cavabdehin pensiyanın yenidən hesablanmasına dair sənədlərində müəyyən uyğunsuzluqların olduğu da görünür. Belə ki, ##.##.2021-ci il tarixli qərarda pensiyanın ##.##.2021-ci il tarixdən 908,72 manat müəyyən edildiyi halda, ##.##.2024-cü il tarixli qərarda ötən dövr üzrə ##.##.2021-##.##.2021-ci illər üçün 963,49 manat məbləği göstərilmiş, cavabdehin sonrakı izahatında isə hesablamanın ##.##.2021-ci il tarixindən aparıldığı, 90.710,07 manat pensiya kapitalının 363 aya bölünməsi nəticəsində 249,89 manatın əvvəlki pensiya məbləğinə əlavə edildiyi bildirilmişdir. Həmin uyğunsuzluqlar cavabdehin tətbiq etdiyi hesablamanın sənədləşdirilməsində kifayət qədər aydınlığın olmadığını göstərir. Bununla belə, cavabdeh apellyasiya şikayətində bu fərqlərin birinci instansiya məhkəməsinin hüquqi nəticəsini hansı səbəbdən dəyişdirməli olduğunu əsaslandırmamışdır. Hazırkı mübahisədə prinsipial hüquqi məsələ gözlənilən pensiya ödənişi müddətinin müəyyən edilməsində tətbiq edilən normanın seçilməsidir. Birinci instansiya məhkəməsinin qərarı ilə müəyyən edilmiş hesablama üsulu icra olunarkən isə iddiaçının fərdi hesabında faktiki qeydə alınmış pensiya kapitalı, müvafiq hesablama dövrləri və qanunvericiliyə uyğun indeksləşmə göstəriciləri əsas götürülməlidir. Cavabdehin qanunvericinin sosial təminat münasibətlərinin tənzimlənməsində geniş mülahizə sərbəstliyinə malik olması, pensiya sisteminin maliyyə dayanıqlığının qorunması və ***-VIQD nömrəli Qanunun keçid müddəalarının hüquqi əhəmiyyəti ilə bağlı dəlilləri də başqa nəticəyə gəlməyə əsas vermir. Həmin mülahizələr maddi hüququn təfsiri baxımından Ali Məhkəmənin **/**** nömrəli qərardadında müəyyən edilmiş yeni hüquqi mövqe ilə uzlaşsa da, həmin qərardadın nəticə hissəsinin 3-cü bəndində birbaşa müəyyən edilmiş temporal tətbiq qaydasını aradan qaldıra bilməz. Hazırkı iş baxımından həlledici məsələ şikayət verilmiş ##.##.2026-cı il tarixli məhkəmə qərarının qəbul edildiyi vaxt qanunvericiliyin tətbiqinə dair mövcud olmuş əvvəlki hüquqi mövqeyə uyğun olub-olmaması və yeni hüquqi mövqedən asılı olmayan ayrıca ləğvetmə əsasının mövcudluğudur. Iş materiallarının və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi birinci suala müsbət, ikinci suala isə mənfi cavab verməyə əsas verir. Birinci instansiya məhkəməsinin qərarı qəbul edildiyi tarixdə Ali Məhkəmənin analoji mübahisələr üzrə tətbiq etdiyi hüquqi mövqeyə uyğun olmuş, apellyasiya şikayətində isə həmin qərarın yeni hüquqi mövqedən asılı olmayan, nəticəyə təsir edən ayrıca maddi və ya prosessual hüquq pozuntusu ilə qəbul edildiyini təsdiqləyən əsas göstərilməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, apellyasiya şikayətində istinad edilən prosessual pozuntular konkret olaraq işin nəticəsinə təsir göstərə biləcək hər hansı araşdırılmamış fakt, tədqiq edilməmiş sübut və ya tərəfin müdafiə hüququnu məhdudlaşdırmış prosessual hal ilə əsaslandırılmamışdır. Şikayətin maddi-hüquqi dəlilləri isə, sonradan Ali Məhkəmənin ##.##.2026-cı il tarixli **/**** nömrəli qərardadı ilə yeni hüquqi mövqeyə çevrilmiş olsa da, həmin qərardadın özündə müəyyən edilmiş xüsusi keçid qaydasına görə ##.##.2026-cı il tarixdə əvvəlki Ali Məhkəmə təcrübəsinə uyğun qəbul edilmiş birinci instansiya məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar