Məhkəmə qərarları › İş №2-1(3-6)-720/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-720/2026

20.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-720/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (qərarın ləğvi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin ##.##.2022-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesbalanması barədə” qərarına əsasən oktyabr 2021-ci il əlavə dəyər vergisi üzrə Cəmiyyətə 192.922,54 manat məbləğində vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, 2019-cu il üzrə mənfət vergisi bəyannaməsinin * №-li əlavəsində dövrün sonuna mal qalığı 311515,5 manat qeyd edilmişdir. Eyni zamanda, ##.##.2021- ##.##.2021-ci il tarixləri arası idxal əməliyyatı üzrə 8568160,91 manat müəyyən olunmuş, elektron alış aktı üzrə 0 manat və elektron qaimə faktura üzrə 80 manat məbləğində mal alışı müəyyən olunmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığı 25631,4 manat və ticarət əavəsinin 5 % olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq araşdırma nəticəsində ##.##.2021 – ##.##.2021-ci illər ərzində təqdim etdiyi malalrın maya dəyərinin 8854125,01 manat (311515,5 + 8568160,91 + 0 + 80 – 25631,4) və ticarət əlavəsinin 5 % olduğunu nəzərə alaraq qeyd olunan dövrlər üzrə ümumi dövriyyə 9296831, 26 manat (8854125,01 × 1.05 %) olmalı olduğu halda, qeyd olunan dövr üzrə təqdim edilmiş bəyannamə və uçot baza məlumatlarına əsasən, dövriyyəsinin 8362612,81 manat təşkil etmiş, nəticədə 934218,45 manat kənarlaşma aşkar edilərək 168159,32 manat ƏDV məbləğinin büdcədən yayındırılması müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin qəbul etdiyi sonuncu qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Cəmiyyətə əsassız olaraq hesablanmış 168159,33 (yüz altmış səkkiz min iki yüz əlli doqquz manat otuz üç qəpik) manat məbləğində əlavə dəyər vergisinin silinməsi məqsədilə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli **************** nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi ##.##.2018-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış ##.##.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Əsas fəaliyyət növü “meyvə və tərəvəzin topdan satışı” olmuşdur. Cəmiyyət tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən ##.##.2020ci il tarixə mal qalığının 311 515,50 manat olduğu, ##.##.2020- ##.##.2021-ci il tarixədək olan dövr ərzində Cəmiyyət tərəfindən 8 568160,91 manat dəyərində idxal əməliyyatlarının aparıldığı və elektron qaimə-faktura əsasında 80.00 mal alışı olmuşdur. Cəmiyyətin təsərrüfat subyektlərində keçirilmiş operativ vvergi nəzarəti tədbirləri nəticəsində ##.##.2021-ci il tarixdə Cəmiyyətin mal qalığının 25631,40 manat olduğu və ticarət əlavəsinin 5 % təşkil etdiyi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən ##.##.2020-##.##.2021-ci il tarixədək olan dövr ərzində Cəmiyyət tərəfindən təqdim edilən malların maya dəyərinin maya dəyərinin 8 854 125,01 manat (311 515,80 + 8 568 160,91 = 80,0- 25 631,40) və ticarət əlavəsinin 5 % olduğunu nəzərə alaraq qeyd olunan dövrlər üzrə ƏDV bəyannaməsində bəyan edilən ümumi dövriyyənin 9296 831,26 manat (8 854 125,01 × 1,05%) olmalı olduğu müəyyən edilmiş, qeyd olunan dövrlər üzrə təqdim edilmiş bəyannamə və uçot-baza məlumatlarına əsasən Cəmiyyətin dövriyyəsinin 8281700,83 manat təşkil etdiyi əsas götürülmüş və nəticədə 1 015 130,43 manat kənarlaşma aşkar edilərək 182 723,48 manat ƏDV məbləğinin büdcədən yayındırılması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2021-ci il tarixli *************** nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma zamanı zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, sənədlər və lazımi məlumatların təqdim edilməsinə baxmayaraq, 2021-ci ilin oktyabr ayı üzrə 168 159,33 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il arixli **************** nömrəli qərar qəbul olunmuşdur. Qeyd edir ki, vergi orqanının sübut kimi qəbul etdiyi oprativ vergi nəzarəti zamanı alınmış izahat və tərtib olunmuş akt və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli ************** nömrəli qərar tərəflərindən məhkəmədə mübahisələndirilmişdir. Hal-hazırda da, məhkəmə mübahisəsi davam edir. Lakin, buna baxmayaraq, vergi orqanı heç bir əsası olmayan izahatı əsas gətirərək Cəmiyyətə əlavə vergi məbləği hesablamışdır. Vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli **************** nömrəli qərarından inzibati qaydada yuxarı vergi orqanına şikayət verilmiş, lakin, ##.##.2022-ci il tarixli qərarla şikayətləri təmin edilməmişdir. Məhkəmənin *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Cəmiyyətə əsassız olaraq hesablanmış 168159,33 (yüz altmış səkkiz min iki yüz əlli doqquz manat otuz üç qəpik) manat məbləğində əlavə dəyər vergisinin silinməsi məqsədilə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli **************** nömrəli qərarının ləğv edilməsinə dair *-*(***)-****/**** saylı inzibati işin icraatı, Şəki İnzibai Məhkəməsinin icraatında olmuş digər *-*(***)-***/**** saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılmışdır. Məhkəmənin *-*(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ##.##.2022-ci il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, işin halları ilə bağlı qeyd edirlər ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin ##.##.2018-ci iltarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, 090.1.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, ünvan 1 ünvanında yerləşən “Bazar Meyvəli Talvar Altı Sahə” adlı təsərrüfat subyektinin ##.##.2020ci il tarixdən ##.##.2021-ci il tarixinədək qeyd olunan ünvanda yerləşən “Anbar” adlı digər təsərrüfat subyektinin isə ##.##.2019-cu il tarixdən ##.##.2021-ci il tarixədək vergi orqanında uçotda olduqları və əsas fəaliyyət növünün “meyvə və tərəvəzin topdan satışı” olduğu müəyəyn edilmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfinədn 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən ##.##.2020-ci il tarixə mal qalığının 311 515,50 manat olduğu, ##.##.2020-##.##.2021-ci il tarixədək olan dövr ərzində Cəmiyyət tərəfindən 8568 160,91 manat dərəyində idxal əməliyyatlarının aparıldığı və elektron qaimə-faktura əsasında 80.00 manat mal alışının olduğu müəyyən edilmişdir. Cəmiyyətin təsərrüfat subyektlərində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində ##.##.2021-ci il tarixə Cəmiyyətin mal qalığının 25631,40 manat olduğu və və ticarət əlavəsinin 5 % təşkil etdiyi müəyyən edilmişdir. Araşdırma nəticəsində ##.##.2020-##.##.2021-ci il tarixədək olan dövr ərzində Cəmiyyət tərəfindən təqdim edilən malların maya dəyərinin 8 854125,01 manat (311515,50 + 8 5688 160,91 = *0,00 – 25631,40 – 25631,40) və ticarət əlavəsinin 5 % olduğunu nəzərə alaraq, qeyd olunan dövrlər üzrə ƏDV bəyannaməsində bəyannaməsində bəyan edilən ümumi dövriyyənin 9296831,26 manat (8 854 125,01 × 1,05%) olmalı olduğu halda, qeyd olunan dövrlər üzrə təqdim edilmiş bəyannamə və uçotbaza məlumatlarına əsasən Cəmiyyətin dövriyyəsinin 8 281700,83 manat təşkil etdiyi və nəticədə 1 015 130,43 manat kənarlaşmanın aşkar edilməsi 182 723,48 manat ƏDV məbləğinin büdcədən yayındırılması kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqan tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildiyilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü mddələrinə əsasən 2021-ci ilin oktyabr ayı üzrə 168 159,33 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli **************** nömrəli qərar qəbul olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə (hakim Aygün Abdullayeva) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli **************** nömrəli qərarının ləğv edilməsi və qanunsuz olaraq hesablanmış 168159,33 manat məbləğində vergi borcunun silinməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- **/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, Vergi Məcəlləsinin 37ci maddəsinə əsasən kameral yoxlama vergi orqanında mövcud sənədlər və mənbəyi məlum məlumatlar əsasında keçirilir. Operativ vergi nəzarəti isə Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən ayrıca nəzarət formasıdır. Birinci instansiya məhkəməsi operativ nəzarət qərarının ləğv edilməsini kameral qaydada qəbul edilmiş vergi hesablamasının da avtomatik hüquqi əsassızlığı kimi qiymətləndirmişdir. Bu yanaşma hüquqi baxımdan yanlışdır, çünki: Kameral yoxlama ayrıca səlahiyyət institutudur; Onun hüquqi əsası operativ nəzarət aktı deyil; Vergi öhdəliyinin hesablanması müstəqil maddi hüquqi nəticədir. Operativ qərarın prosedur əsasının olmaması kameral qaydada aparılmış hesablamanı avtomatik etibarsız etmir. Vergi öhdəliyi iqtisadi fəaliyyət nəticəsində yaranır. İş materiallarından görünür ki: mal qalığı + idxal − son qalıq = realizə edilmiş malın maya dəyəri 8 854 125,01 manat olmuşdur və iddiaçının izahatına əsasən 5% ticarət əlavəsi tətbiq edildikdə isə dövriyyə 9 296 831,26 manat olmalı idi. Bəyan edilmiş dövriyyə isə bundan əhəmiyyətli dərəcədə azdır. Bu artıq maddi vergi bazasının natamam bəyan edilməsinin sübutudur. Məhkəmə prosedur aktın ləğvini (yəni operativ vergi nəzarəti nəticəsində qəbul edilmiş qərarı) maddi əsaslı vergi öhdəliyinin olmaması kimi şərh etmişdir. Bu isə vergi hüququnun fundamental prinsipinə ziddir belə ki, prosedur qüsur nəticəsində gəlinən nəticə hesablanmış əlavə vergi məbləğinin əsassızlığını məhkəmə araşdırılması ilə təsdiqlənmədiyi müddətcə maddi öhdəliyi avtomatik aradan qaldıra əsas kimi şərh edilə bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Lakin məhkəmə: 1 015 130,43 manatdan artıq dövriyyə fərqinə hüquqi qiymət verməmiş; iqtisadi-hüquqi təhlil aparmamış; vergi bazasının real olub-olmamasını araşdırmamışdır. Sübutlar və hesablamalar qərarda və işin hallarında mövcud olsa da, lakin onların ləğv edilməsinin hüquqi nəticəsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bu isə sübutların məhkəmə tərəfindən qiymətləndirilmədiyi deməkdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin üzərinə düşür. İddiaçı: riyazi hesablama göstərməmiş; iqtisadi əsaslandırma göstərməmiş; maya dəyərinin yanlış hesablandığını sübut etməmişdir. Buna baxmayaraq, məhkəmə hesablamanı əsaslarını yoxlamadan inzibati aktı ləğv etmişdir. Bu, sübut yükünün faktiki olaraq vergi orqanının üzərinə keçirilməsi deməkdir. Əvvəlki işdə yalnız operativ vergi nəzarətinin əsaslandırılmaması məsələsi həll edilmişdir Həmin qərar: vergi bazasının mövcudluğunu, realizə edilmiş malın həcmini, dövriyyə fərqini hazırkı işin hallarını predmet kimi həll etməmişdir. İPM-in 78-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız mübahisə predmeti çərçivəsində məcburidir. Birinci instansiya məhkəməsi isə əvvəlki qərarın hüquqi nəticəsini genişləndirərək fərqli predmetli inzibati aktı ləğv etmişdir. Bu, hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Birinci instansiya məhkəməsi kameral vergi yoxlaması nəticəsində vergi orqanında mövcud rəsmi uçot məlumatları əsasında müəyyən edilmiş faktiki mal hərəkəti ilə bəyan edilmiş dövriyyə arasındakı əhəmiyyətli kənarlaşmanın hüquqi və iqtisadi qiymətləndirilməsini aparmadan, operativ vergi nəzarətinə dair ayrıca prosedur qərarın əvvəlki iş üzrə ləğv edilməsini maddi vergi öhdəliyinin mövcud olmaması kimi yanlış şərh etməklə, sübut yükünün bölgüsünü və res judicata prinsipinin tətbiq hüdudlarını səhv müəyyən etmiş, nəticədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi şəraitində əsassız qərar qəbul etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025 -ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. “İnzibati icraat haqqında” Qanun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. İnzibati Prosessual Məcəllə: Maddə 14.1. mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli **************** nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işin hallarından müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsinə əsas keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığının 25631,40 manat və ticarət əlavəsinin 5 % olmasının müəyyən edilməsini nəzərə alaraq qeyd olunan dövrlər üzrə ƏDV bəyannaməsində bəyan edilən ümumi dövriyyənin 9296831,26 manat (8854125,01 × 1,05%) olmalı olduğu halda, qeyd olunan dövrlər üzrə təqdim edilmiş bəyannamə və uçot-baza məlumatlarına əsasən Cəmiyyətin dövriyyəsinin 8281700,83 manat təşkil etdiyi və nəticədə 1 015130,43 manat kənarlaşmanın aşkar edilməsi 182723,48 manat ƏDV məbləğinin büdcədən yayındırılması kimi qiymətləndirilmişdir. İddiaçı həmin operativ vergi nəzarətinin qanuniliyini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmiş və qanuni qüvvəsini almış məhkəmə qərarı ilə həmin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli ************** nömrəli qərarın qanunsuz və əsassız olması və həmin qərar nəticəsində qəbul edilmiş qərarların maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi müəyyən edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə də, mübahisəli vergi borcunun məbləğinin hesablanmasına əsas olmuş Cəmiyyət barəsində aparılmış operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın qanunsuz və əsassız olması sübuta yetirildiyindən, bununla da, həmin qərar əsasında qəbul edilmiş hazırki iş üzrə mübahisəli qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi müəyyən edildiyindən iddiaçı həmin qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral yoxlama vergi orqanında mövcud sənədlər və mənbəyi məlum məlumatlar əsasında keçirilir. Operativ vergi nəzarəti isə Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən ayrıca nəzarət formasıdır. Birinci instansiya məhkəməsi operativ nəzarət qərarının ləğv edilməsini kameral qaydada qəbul edilmiş vergi hesablamasının da avtomatik hüquqi əsassızlığı kimi qiymətləndirmişdir. Bu yanaşma hüquqi baxımdan yanlışdır, çünki: Kameral yoxlama ayrıca səlahiyyət institutudur; Onun hüquqi əsası operativ nəzarət aktı deyil; Vergi öhdəliyinin hesablanması müstəqil maddi hüquqi nəticədir. Operativ qərarın prosedur əsasının olmaması kameral qaydada aparılmış hesablamanı avtomatik etibarsız etmir. Vergi öhdəliyi iqtisadi fəaliyyət nəticəsində yaranır. İş materiallarından görünür ki: mal qalığı + idxal − son qalıq = realizə edilmiş malın maya dəyəri 8 854 125,01 manat olmuşdur və iddiaçının izahatına əsasən 5% ticarət əlavəsi tətbiq edildikdə isə dövriyyə 9 296 831,26 manat olmalı idi. Bəyan edilmiş dövriyyə isə bundan əhəmiyyətli dərəcədə azdır. Bu artıq maddi vergi bazasının natamam bəyan edilməsinin sübutudur. Məhkəmə prosedur aktın ləğvini (yəni operativ vergi nəzarəti nəticəsində qəbul edilmiş qərarı) maddi əsaslı vergi öhdəliyinin olmaması kimi şərh etmişdir. Bu isə vergi hüququnun fundamental prinsipinə ziddir belə ki, prosedur qüsur nəticəsində gəlinən nəticə hesablanmış əlavə vergi məbləğinin əsassızlığını məhkəmə araşdırılması ilə təsdiqlənmədiyi müddətcə maddi öhdəliyi avtomatik aradan qaldıran əsas kimi şərh edilə bilməz. Məhkəmə: 1015130,43 manatdan artıq dövriyyə fərqinə hüquqi qiymət verməmiş; iqtisadi-hüquqi təhlil aparmamış; vergi bazasının real olub-olmamasını araşdırmamışdır. Sübutlar və hesablamalar qərarda və işin hallarında mövcud olsa da, lakin onların ləğv edilməsinin hüquqi nəticəsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bu isə sübutların məhkəmə tərəfindən qiymətləndirilmədiyi deməkdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin üzərinə düşür. İddiaçı: riyazi hesablama göstərməmiş; iqtisadi əsaslandırma göstərməmiş; maya dəyərinin yanlış hesablandığını sübut etməmişdir. Buna baxmayaraq, məhkəmə hesablamanın əsaslarını yoxlamadan inzibati aktı ləğv etmişdir. Bu, sübut yükünün faktiki olaraq vergi orqanının üzərinə keçirilməsi deməkdir. Əvvəlki işdə yalnız operativ vergi nəzarətinin əsaslandırılmaması məsələsi həll edilmişdir Həmin qərar: vergi bazasının mövcudluğunu, realizə edilmiş malın həcmini, dövriyyə fərqini hazırkı işin hallarını predmet kimi həll etməmişdir. İPM-in 78-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız mübahisə predmeti çərçivəsində məcburidir. Birinci instansiya məhkəməsi isə əvvəlki qərarın hüquqi nəticəsini genişləndirərək fərqli predmetli inzibati aktı ləğv etmişdir. Bu, hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Birinci instansiya məhkəməsi kameral vergi yoxlaması nəticəsində vergi orqanında mövcud rəsmi uçot məlumatları əsasında müəyyən edilmiş faktiki mal hərəkəti ilə bəyan edilmiş dövriyyə arasındakı əhəmiyyətli kənarlaşmanın hüquqi və iqtisadi qiymətləndirilməsini aparmadan, operativ vergi nəzarətinə dair ayrıca prosedur qərarın əvvəlki iş üzrə ləğv edilməsini maddi vergi öhdəliyinin mövcud olmaması kimi yanlış şərh etməklə, sübut yükünün bölgüsünü və res judicata prinsipinin tətbiq hüdudlarını səhv müəyyən etmiş, nəticədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi şəraitində əsassız qərar qəbul etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, cavabdehin ## ###### 2022-ci il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2021-ci ilin oktyabr ayı üzrə 168.159,33 manat əlavə dəyər vergisi hesablanmışdır. Mübahisələndirilən qərardan görünür ki, həmin hesablamanın aparılması zamanı 2019cu ilin sonuna 311.515,50 manat mal qalığı, sonrakı dövr üzrə 8.568.160,91 manat idxal və elektron qaimə-faktura üzrə 80 manat alış nəzərə alınmaqla, operativ vergi nəzarəti zamanı müəyyən edilmiş 25.631,40 manat son mal qalığı və 5 faiz ticarət əlavəsi əsas götürülmüşdür. Bu göstəricilər əsasında təqdim edilmiş malların maya dəyəri 8.854.125,01 manat, ehtimal olunan ümumi dövriyyə isə 9.296.831,26 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də mübahisəli vergi hesablamasının məhz operativ vergi nəzarəti nəticəsində müəyyən edilmiş 25.631,40 manat mal qalığı və 5 faiz ticarət əlavəsi əsasında aparıldığını müəyyən etmişdir. Hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə həmin operativ vergi nəzarəti ilə sonradan qəbul edilmiş kameral vergi qərarı arasındakı hüquqi və faktiki əlaqəyə qiymət verilməlidir. İnzibati aktın səbəb ünsürü baxımından qiymətləndirilməsi İnzibati aktın qanuniliyinin şərtlərindən biri onun qəbul edilməsinə səbəb olmuş faktiki və hüquqi əsasların hüquqauyğun olmasıdır. İnzibati aktın səbəbi inzibati orqanı həmin aktı qəbul etməyə sövq edən və aktın qəbulundan əvvəl mövcud olan maddi hadisə və ya hüquqi əsasdır. Buna görə inzibati aktın qəbul edilməsinə əsas olan səbəb yalnız faktiki olaraq mövcud deyil, həm də hüquqa (qanuna) uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərardadında da ifadə edilmiş hüquqi mövqeyə görə, səbəbsiz inzibati akt qəbul edilə bilməz və inzibati aktın əsasını təşkil edən səbəb həm real mövcud, həm də hüquqa uyğun olmalıdır. Bu baxımdan inzibati aktın səbəbi ilə onun əsaslandırılması anlayışları fərqləndirilməlidir. Əsaslandırma inzibati orqanı aktı qəbul etməyə sövq etmiş mühüm faktiki və hüquqi əsasların inzibati aktda ifadəsidir. Səbəb isə həmin aktın obyektiv faktiki və hüquqi dayağını təşkil edir. Buna görə inzibati aktın formal olaraq əsaslandırılmış olması onun səbəb ünsürü baxımından da hüquqauyğun olması nəticəsini doğurmur. Hazırkı işdə mübahisələndirilən inzibati aktın özünün məzmunundan müəyyən olunur ki, 168.159,33 manat əlavə verginin hesablanmasına gətirib çıxarmış kameral yoxlama əvvəl keçirilmiş operativ vergi nəzarəti nəticəsində əldə edilmiş məlumatlara əsaslanmışdır. Xüsusilə, hesablamanın nəticəsinə bilavasitə təsir göstərən 25.631,40 manat son mal qalığı və 5 faiz ticarət əlavəsi həmin operativ vergi nəzarəti ilə əlaqədar müəyyən edilmiş və sonrakı kameral hesablamanın parametrləri kimi qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətində də 25.631,40 manat mal qalığının operativ vergi nəzarəti zamanı müəyyən edildiyi, 5 faiz ticarət əlavəsinin isə həmin nəzarətlə əlaqədar təqdim edilmiş məlumatdan götürüldüyü göstərilmişdir. Beləliklə, əvvəl keçirilmiş operativ vergi nəzarəti hazırkı kameral qərarda sadəcə ayrıca bir sübut mənbəyi kimi istifadə edilməmiş, sonrakı əlverişsiz inzibati aktın qəbul edilməsinə səbəb olmuş və onun məzmununun formalaşmasına bilavasitə təsir etmişdir. Operativ vergi nəzarətinin qanunsuzluğu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının əhəmiyyəti Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı barəsində keçirilmiş həmin operativ vergi nəzarətinin qanuniliyi ayrıca inzibati məhkəmə icraatında mübahisələndirilmiş və həmin mübahisəyə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə yekun hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin # ### 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə həmin iş üzrə, ilk növbədə, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin mövcudluğunun mütləq şərt olduğunu, cavabdehin isə istinad etdiyi “mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumatların” mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim etmədiyini müəyyən etmişdir. Bununla yanaşı, Ali Məhkəmə vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılmasının kameral və ya səyyar vergi yoxlamaları, cari (faktiki) fəaliyyətinin isə operativ vergi nəzarəti vasitəsilə həyata keçirilə biləcəyi barədə hüquqi mövqe ifadə etmişdir. Konkret işdə isə cavabdehin operativ vergi nəzarətindən əvvəlki fəaliyyət dövrünü həmin nəzarətlə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması apardığı və bununla vergi qanunvericiliyinin tələblərini pozduğu müəyyən edilmişdir. Ali Məhkəmənin həmin qərarında verilmiş hüquqi qiymət yalnız operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarın formal qanuniliyinə aid olmamışdır. Məhkəmə həmin nəzarət nəticəsində əldə edilmiş faktiki nəticələrin mötəbərliyini də qiymətləndirmişdir. Belə ki, Ali Məhkəmə müəyyən etmişdir ki, cavabdeh satış həcmini operativ vergi nəzarəti zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılmış satış əməliyyatlarının topdansatış qaydasında həyata keçirildiyini ehtimal etmiş, bununla yanaşı iddiaçının malları alıcılara elektron qaimə-faktura təqdim etmədən satdığını təsdiq edən sübutlar təqdim etməmişdir. Nəticə etibarilə, Ali Məhkəmə ##.##.2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarla gəlinmiş nəticənin əsassız olması barədə aşağı instansiya məhkəmələrinin qənaətini düzgün hesab etmiş və həmin operativ nəzarətin nəticələri əsasında iddiaçıya münasibətdə qəbul edilmiş inzibati aktın qanunsuzluğu barədə nəticəni qüvvədə saxlamışdır. Bu halda qanunsuzluğu və nəticələrinin əsassızlığı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş inzibati fəaliyyət başqa əlverişsiz inzibati aktın qəbul edilməsi üçün hüquqa (qanuna) uyğun səbəb kimi çıxış edə bilməz. Səbəb ünsürü ilə mübahisələndirilən aktın məzmun ünsürü arasındakı əlaqə Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, hazırkı işdə əvvəlki operativ vergi nəzarəti ilə sonradan qəbul edilmiş kameral qərar arasında yalnız xronoloji ardıcıllıq deyil, birbaşa səbəbnəticə əlaqəsi mövcuddur. Operativ vergi nəzarəti nəticəsində əldə edilmiş 25.631,40 manat mal qalığı və 5 faiz ticarət əlavəsi kameral hesablamaya daxil edilmiş, həmin göstəricilər əsasında malların maya dəyəri, daha sonra ehtimal olunan dövriyyə və son nəticədə əlavə vergi öhdəliyi müəyyən edilmişdir. Başqa sözlə, operativ vergi nəzarəti nəticəsində əldə edilmiş göstəricilər dəyişdikdə və ya hesablamadan çıxarıldıqda kameral qərarda müəyyən edilmiş vergitutma bazası və bunun nəticəsində əlavə hesablanmış vergi məbləği də əvvəlki formada mövcud ola bilməz. Buna görə operativ vergi nəzarətinin nəticələri ilə ##.##.2022-ci il tarixli inzibati aktın məzmunu arasında bilavasitə səbəbli əlaqənin olduğu qənaətinə gəlinir. Kameral yoxlamanın müstəqil vergi nəzarəti forması olması barədə dəlilə münasibət Cavabdeh apellyasiya şikayətində kameral vergi yoxlaması ilə operativ vergi nəzarətinin müxtəlif hüquqi əsaslara malik ayrı-ayrı vergi nəzarəti formaları olduğunu və operativ vergi nəzarətinin qanunsuz hesab edilməsinin kameral yoxlamanın nəticəsini avtomatik olaraq qanunsuz etmədiyini bildirir. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, kameral və operativ vergi nəzarətinin qanunvericiliklə nəzərdə tutulmuş ayrı-ayrı vergi nəzarəti formaları olması mübahisə doğurmur. Lakin nəzarət formalarının hüquqi müstəqilliyi həmin nəzarətlər nəticəsində qəbul edilən inzibati aktlar arasındakı faktiki səbəbli əlaqənin mövcudluğunu istisna etmir. Hazırkı işdə də birinci operativ nəzarət tədbirinin qanunsuz olması səbəbindən sonrakı bütün kameral yoxlamaların avtomatik qanunsuz olduğu nəticəsinə gəlinmir. Əksinə, qiymətləndirmə konkret mübahisələndirilən inzibati aktın özünün faktiki əsasları nəzərə alınmaqla aparılır. Əgər cavabdeh operativ vergi nəzarətindən asılı olmayan, qanuni və mötəbər məlumatlar əsasında müstəqil kameral yoxlama apararaq eyni nəticəyə gəlmiş olsaydı, əvvəlki operativ vergi nəzarətinin qanunsuzluğu sonrakı inzibati aktın qanunsuzluğu üçün özlüyündə kifayət etməzdi. Lakin hazırkı halda iş materialları bunun əksini göstərir. Mübahisələndirilən qərarın hesablanma mexanizmi birbaşa qanunsuz operativ nəzarətlə əlaqədar əldə edilmiş göstəricilər üzərində qurulmuş, həmin göstəricilərin operativ vergi nəzarətindən asılı olmayan başqa müstəqil və mötəbər mənbələrdən müəyyən edildiyi cavabdeh tərəfindən sübut edilməmişdir. Beləliklə, hazırkı mübahisənin həlli baxımından müəyyənedici məsələ kameral və operativ vergi yoxlamalarının ayrıca hüquqi institutlar olub-olmaması deyil, mübahisələndirilən əlverişsiz inzibati aktın qəbul edilməsinə səbəb olmuş faktiki və hüquqi əsasın qanuniliyi və mötəbərliyidir. Mübahisələndirilən qərarın qanunsuz olmasını əks etdirən digər hal Məhkəmə kollegiyası, həmçinin bildirir ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı cavabdeh qanunvericiliyin aşağıdakı tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2018-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət və ictimai iaşə sahəsində qida məhsullarının təbii itki Normaları”nın 44- 49-cu bəndlərində meyvə və tərəvəzlərin qısamüddətli və uzunmüddətli saxlanması zamanı yaranan təbii itki normaları müəyyən edilmişdir. Lakin cavabdeh əskik gələn dövriyyəni müəyyən edərkən göstərilən Qərarın tələblərinə uyğun itki normalarını nəzərə almamışdır. Belə ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə görə, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr ƏDV üzrə vergi tutulan əməliyyat sayılmır. Lakin cavabdeh tərəfindən iddiaçının satdığı məhsulların xarabolma nisbəti ümumiyyətlə nəzərə alınmamışdır. Nəzərə almaq lazımdır ki, mübahiləndirilən qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati aktdır “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır (“İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Sübutetmə yükünə münasibət İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Birinci instansiya məhkəməsi də cavabdehin həmin faktiki şərtlərin mövcudluğunu sübut etmədiyi nəticəsinə gəlmişdir. Cavabdehin Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə istinad etməklə vergi orqanının hesablamasının səhv olduğunu sübut etmək vəzifəsinin vergi ödəyicisinin üzərinə düşməsi barədə dəlili hazırkı halda başqa nəticəyə gəlmək üçün əsas vermir. Vergi orqanının hesablamasında riyazi səhvin olduğunu sübut etmək vəzifəsi ilə həmin hesablamanın aparılmasını və nəticədə əlverişsiz inzibati aktın qəbul edilməsini zəruri edən ilkin faktiki şərtlərin mövcudluğunun sübut edilməsi eyni məsələ deyildir. Hazırkı işdə mübahisə sadəcə ədədlər üzərində aparılmış riyazi əməliyyatın düzgünlüyü ilə bağlı deyil. Mübahisə ilk növbədə həmin hesablamanın əsasına qoyulmuş faktların və onların əldə edilməsinin hüquqauyğunluğu ilə bağlıdır. Qeyd olunmalıdır ki, sübutetmə vəzifəsinin formal və maddi növləri hüquq nəzəriyyəsində xüsusi yer tutur. Formal sübutetmə vəzifəsi tərəflərin öz təşəbbüsü ilə mübahisəli faktları sübut etmək öhdəliyini ifadə edir, maddi sübutetmə vəzifəsi isə faktların sübut edilə bilməməsi halında tərəflərin hüquqi nəticələrlə üzləşməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, faktların araşdırılması zamanı müəyyən halların (qərar təsir edən halların) sübut olunması mümkün deyildirsə, bu zaman “non-liquet” adlandırılan vəziyyət yaranmış olur. Belə halların xüsusiyyəti ondan ibarətdir ki, faktların araşdırılmasından sonra belə, həmin halın mövcud olub-olmaması müəyyən edilə bilmir. Belə olan halda faktın mövcudluğuna da, mövcud olmamasına da eyni dərəcədə şübhə ilə yanaşılır. Bu halda maddi sübutetmə vəzifəsindən bəhs ediləcəkdir. Maddi sübutetmə adından fərqli olaraq “vəzifə” yaratmır. Çünki aidiyyəti tərəfdən müəyyən hərəkətin edilməsi tələb edilmir. Bu halda maddi sübutetmə vəzifəsi olan tərəf non-liquet vəziyyətində faktın sübut edilə bilməməsinin mənfi nəticələrinə məruz qalır və sonda sübut olunması tələb olunan faktın mövcudluğu təsdiq olmadığından proses tərəfin ziyanına başa çatır. Maddi sübutetmə vəzifəsi hüquqi nəticənin meydana gəlməsi üçün iddia olunan arqumentlərin təsdiq edilməsi öhdəliyidir. Odur ki, qanunsuzluğu və nəticələrinin əsassızlığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş operativ vergi nəzarəti nəticəsində əldə olunan faktiki məlumatlara əsaslanan əlverişsiz inzibati aktın qəbul edilməsini zəruri edən şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, o, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Yekun hüquqi qiymətləndirmə Beləliklə, işin müəyyən edilmiş hallarının qarşılıqlı əlaqədə qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası bu qənaətə gəlir ki, mübahisələndirilən ##.##.2022-ci il tarixli qərarın qəbul edilməsinə səbəb olmuş və onun məzmununu formalaşdırmış mühüm faktiki göstəricilər əvvəl keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə əsaslanmışdır. Həmin operativ vergi nəzarətinin keçirilməsi üçün qanuni əsasın mövcud olmadığı, onun qanunla müəyyən edilmiş predmet və zaman hüdudlarından kənara çıxdığı, satış həcminin həmin nəzarət zamanı faktiki müəyyən edilmədiyi, satışların topdansatış qaydasında həyata keçirilməsinin ehtimala əsaslandığı və bununla bağlı kifayət qədər sübutların olmadığı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir. Belə olan halda, hüquqazidd olduğu müəyyən edilmiş əvvəlki inzibati fəaliyyət və onun nəticələri sonradan qəbul edilmiş əlverişsiz inzibati akt üçün hüquqa (qanuna) uyğun səbəb təşkil edə bilməz. Kameral vergi yoxlamasının ayrıca vergi nəzarəti forması olması bu nəticəni dəyişmir. Çünki konkret halda sonrakı inzibati aktın səbəbi və məzmunu əvvəlki qanunsuz operativ nəzarətin nəticələrindən ayrılmamış, əksinə, həmin nəticələr kameral hesablamanın əsas parametrləri kimi istifadə edilmişdir. Bununla yanaşı, cavabdeh həmin göstəricilərin operativ vergi nəzarətindən asılı olmayan müstəqil və mötəbər mənbələrlə təsdiq edildiyini sübuta yetirməmiş, məhkəmə icraatı zamanı isə mübahisələndirilən inzibati aktın özündə göstərilən dövriyyə, kənarlaşma və vergi məbləğlərindən fərqli göstəricilərə istinad etmişdir. Odur ki, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilməmiş, aktın səbəb ünsürünün hüquqauyğunluğu müəyyən olunmamışdır. Başqa sözlə, mübasiləndirilən inzibati akt səbəb ünsürü baxımından qüsurlu hesab edilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsinin mübahisələndirilən inzibati aktın ləğv edilməsi barədə gəldiyi nəticə işin hallarına və tətbiq edilməli hüquq normalarına uyğun olduğundan, apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar