Məhkəmə qərarları › İş №2-1(3-6)-724/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-724/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-724/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və X11 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X4 (hazırkı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsi) qarşı "əlillik təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsinə dair ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və ona ##.##.2025-ci il tarixli R********QFQ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının 61-80 faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmət dövründə səhhətində yaranmış xəstəliklə bağlı 2016-2018-ci illərdə müxtəlif tibb müəsissələrində müalicə almasına baxmayaraq reabilitasiya olunmamışdır. Iddiaçıya ##.##.2019-cu il tarixdən 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi ilə “ikinci dərəcəli əlillik” təyin edilmişdir. Müəyyən edilmiş 5 illik müddət bitdikdən sonra, Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanasının göndərişi əsasında yenidən əlilliyinin qiymətləndirilməsi həyata keçirilərkən iddiaçıya cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Göndərişin ##.##.2025-ci il tarixdə göndərilməsinə baxmayaraq, ##.##.2025-ci il tarixədək ƏƏSMN-nin “əlillik alt sistemi”ndə iddiaçının əlilliyinin qiymətlədirilməsinin nəticələrinə dair heç bir məlumat öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Yalnız ##.##.2025-ci il tarixdə iddiaçı yenidən alt sistem vasitəsilə göndərişi yoxladıqda ##.##.2025-ci il tarixdən etibarən cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” əsasının göstərilməklə əlilliyin təyin edilməsindən imtina edildiyi ona məlum olmuşdur. Hesab edir ki, cavabdehin əlilliyin təyin edilməsinən imtinası əsassızdır. Bakı şəhər * nömrəli X16 əlilliyinin qiymətləndirilməsinə dair göndərişinə əsasən iddiaçının müxtəlif vaxtlarda tibb müəsissələrində müalicə alması və qoyulan diaqnozlar aşağıda qeyd edildiyi kimidir:

1. ##.##.2018-##.##.2018 - 7 gün; G40 ; DIN DQN Hospitalı

2. ##.##.2018-##.##.2018 - 7 gün; F44.8; 1 Saylı Respublika Xəstəxanası

3. ##.##.2018-##.##.2018 - 16 gün; F44.8; DIN DQN Hospitalı

4. ##.##.2019-##.##.2019 - 14 gün; G93.2; Əfəndiyev adına xəstəxana

5. ##.##.2020-##.##.2020 - 53 gün; F44.8; 1 Saylı Respublika Xəstəxanası

6. ##.##.2021-##.##.2021 - 30 gün; F44.5; 1 Saylı Respublika Xəstəxanası

7. ##.##.2022-##.##.2022 - 22 gün; F07.0; * nömrəli Klinik Xəstəxana

8. ##.##.2023-##.##.2023 - 20 gün; F07.0; * nömrəli Klinik Xəstəxana

9. ##.##.2024-##.##.2024 - 0 gün; F07.0; 1 Saylı Respublika Xəstəxanası

10. ##.##.2024-##.##.2024 - 23 gün; F07.0; 1 Saylı Respublika Xəstəxanası

11. ##.##.2024-##.##.2024 - 23 gün; F07.0; 1 Saylı Respublika Xəstəxanası

12. ##.##.2024-##.##.2024 - 20 gün; F07.0; * nömrəli Klinik Xəstəxana

13. ##.##.2024-##.##.2024 - 34 gün; F07.0; 1 Saylı Respublika Xəstəxanası

14. ##.##.2024-##.##.2024 - 0 gün; F07.0; 1 Saylı Respublika Xəstəxanası

15. ##.##.2025-##.##.2025 - 0 gün; S51.7; X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” Publik hüquqi şəxsin həkim psixiatr komissiyasının ##.##.2024-cü il tarixli *** saylı rəyi ilə iddiaçıya “baş beyinin üzvü xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez dekompensasiyalar, qıcolma tutmaları (ayda 7-8 dəfə) yaddaşın enməsi ilə. Anamnezində özünü kəsmələr F 07.0” diaqnozu qoyulmuşdur. “Diaqnoz” Tibb Mərkəzinin MRT müayinəsinin ##.##.2024-cü il tarixli nəticəsinə əsasən aşağıdakılar müəyyən edilmişdir: • Baş parenximasında izlənilən bilən orqanik patologiya təsbit edilmədi; • Verteks səviyyəsində frontoparietal subaraxnodial sahələr və beyin sulkuslarında minimal dilatasiya; • Blateral petrous apex cephalocele; • Ethmoidal hücrələrdə və hər iki maksillar sinusda az dərəcədə mukozal qalınlaşma; • Sağ aşağı konxada hipertrofiya. Heç bir dəqiq müayinə və ya yoxlama həyata keçirilmədən TSEK-in qərarına əsasən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, iddiaçıya göstərilən müayinələr nəticəsində qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə uyğun gəlir. Belə ki, həmin bənd “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular - üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)” diaqnozu ilə səhhətin pozulması hallarına görə əlilliyin təyin edilməsini mümkün hesab edir. Eləcə də təqdim edilmiş digər tibbi müayinə sənədləri, epikrizlər, xəstəlik kitabçasından çıxarışlar, tibb müəssisələrinin arayışları və s. sübut edir ki, iddiaçının xəstəliyi sağalmamışdır və hələ də davam etdiyindən ona əlillik təyin edilməsi üçün kifayət qədər əsaslar var. Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci bəndində “insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri” müəyyən edilmişdir. Hazırda iddiaçının səhhətində olan əlillik və digər yanaşı xəstəliklər nəticəsində onun həyat fəaliyyətinin məhdudlaşma dərəcələri aşağıdakı kimidir: Özünə qulluq bacarığı - İ dərəcə; X9 - İ dərəcə; Ünsiyyət bacarığı - II dərəcə; Davranışına nəzarət etmə bacarığı - III dərəcə; Öyrənmə bacarığı - İ dərəcə; Əmək fəaliyyəti - III dərəcə. Beləliklə də cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etməsini qanunsuz hesab edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, ddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ (konversion) pozuntusu, anamnezində qıcolma tutmaları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, özünü idarə edə bilməməsi, özünə xəsarət, intihar cəhdləri olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında idmanda qaçış zamanı yıxılaraq travma aldığını, həmin vaxt huşunu itirdiyini, sonradan başağrıları yarandığını bildirmiş, medikamentoz preparatlardan əsəb sakitləşdirici kimi “Depakine”, “Finlipsal” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşa dərman təyinatın düzgün olmadığı qeyd edildikdə ayağa qalxaraq qışqırmış, aqressiv davranış sərgiləmişdir. Komissiya üzvlərinin verdiyi suallardan sonra qıcolma tutmaları olduğunu söyləmiş, lakin təsvir edə bilməmiş, sadəcə həmin vaxt ifrazatının qeyri-iradi olduğunu, üzünə su vuraraq ayıldığını, yuxulu olduğunu bildirmişdir. Psixi statusu: vətəndaş hərbi xidmətdən “isterik nevroz, qıcolma tutmaları” ilə təcris olunmuş, baş ağrıları və bayılma şikayətləri ilə müalicələr almışdır. Təqdim olunmuş psixiatrik xəstəxanalara məxsus tibbi müalicə sənədlərinə əsasən (çıxarış) müxtəlif diaqnozlar qeyd olunmuşdur, psixi sənədlərin 2024-cü ilə məxsus olması müəyyənləşdirilmiş, 2019-2024-cü illər və öncəki tarixlərə aid heç bir stasionar, ambulator müalicə və reseptləri olmamışdır. Göndəriş rəsmiləşdirilən tarixlərdə yeni kəsiklər törədilmiş, sonuncu rəyin hansı baş-beynin instrumental müayinə nəticəsinə əsasən (KT, MRT) üzvi etiologiya ilə səbəb- əlaqələndirilməsi məlum olmamış, təqdim olunmuş ##.##.2024-cü il tarixli baş-beyin MRT müayinəsinin nəticəsinə əsasən üzvi etiologiya təsdiqlənməmişdir. Nevroloji statusu: vətəndaş əsəbləşən zaman başağrıları və boyun nahiyəsində ağrıların olduğunu, bundan sonra huşunu itirdiyini, üzünə su vurularaq ayıldığını bildirmiş, medikamentoz preparatlardan “Depakin”, “Finlepsal” qəbul etdiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, təqdim olunmuş baş-beynin instrumental müayinə nəticələri (EEQdalğaları) keyfiyyətsiz olmuşdur. * saylı Klinik Psixiatriya Xəstəxanasının ##.##.2024- ##.##.2024-cü il tarixli Çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), yaddaşın enməsi ilə anamnezində intihar fikirləri” kimi qeyd edilmişdir. xxxxnın ##.##.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Beyinin biocərəyan fəallığı yüngül qalıq üzvi tipli dəyişiklik əlamətləri ilə səciyyələnir və zəif paroksizmal pozuntularla təzahür olunur.abığı ilə qabıqaltı mərkəzlər arasında əlaqələrin zəifləməsi əlamətləri nəzərə çarpır. Ocaqlı dəyişiklik (şiş, kista) əlamətləri aşkar edilmir. Beyin yarımkürələrinin mütənasibliyi dəyişməyib” kimi qeyd edilmişdir. xxxxnın ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Baş beyinin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, qıcolma tutmaları (ayda 7- 8 dəfə), yaddaşın enməsi ilə. Anamnezində intihar fikirləri” kimi qeyd edilmişdir. Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir. xxxxnın ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir. X7 ##.##.2024-cü il tarixli Baş-beyin MRT müayinəsinin nəticəsi “Baş-beyin parenximasında izlənə bilən orqanik patalogiya təsbit edilmədi. Verteks səviyyəsində frontoparietal subaraxnoidal sahələr və beyin sulkuslarında minimaı dilatasiya. Bilateral petrous apex cephalocele. Etmoidal hücrələrdə və hər iki maksillar sinusda az dərəcədə mukozal qalınlaşma. Sağ aşağı konxada hipertrofiya” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2025-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyinin yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı (hakim B.Cəlalov) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlillik təyin edilməsindən imtina edilməsinə dair ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı ##.##.2025-ci il tarixli R********QFQ nömrəli göndəriş əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulması ilə əlilliyinin müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdimetdiyi sənədlər və məhkəməpsixiatrik ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X14- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07-Üzvi mənşəli şəxsiyyət pоzuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etiraz:

Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsassızdır, cavabdehin apellyasiya şikayəti əsaslı dəlillərə deyil, ümumi və formal mülahizələrə söykənir. Məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, iddiaçı İddiaçı səhhətində olan pozuntular formal xarakter daşımır və hazırda da davam etməkdədir. Belə ki, iş üzrə məhkəmə icraatının davam etdiyi dövrdə belə iddiaçının səhhəti pisləşmiş, o, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək Bakı “xxxx” publik hüquqi şəxsində ambulator/stasionar qaydada müalicə almışdır. Həmin tibbi sənəddə iddiaçıya “üzvi mənşəli şəxsiyyət pozğunluğu” — F07.0 diaqnozu qoyulmuş, xəstəliyin təsvirində baş beynin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez dekompensasiyalar, ayda 7-8 dəfə qıcolma tutmaları, yaddaşın enməsi, yuxusuzluq, baş ağrıları və emosional qeyri-sabitlik kimi əlamətlər qeyd edilmişdir. Bu hal bir daha təsdiq edir ki, cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” məzmunlu mövqeyi işin real tibbi hallarına uyğun deyil və iddiaçının xəstəliyi davamlı xarakter daşımaqla onun həyat fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Ekspert rəyi məhkəmənin qərardadı əsasında, iş materiallarında olan tibbi sənədlərin, stasionar müalicə sənədlərinin, kliniki-anamnestik məlumatların və laboratorinstrumental müayinələrin kompleks qiymətləndirilməsi nəticəsində verilmişdir. Ekspert rəyinin cavabdehin mövqeyi ilə üst-üstə düşməməsi həmin rəyin əsassız olması demək deyil. Əksinə, məhkəmə məhz xüsusi tibbi bilik tələb edən məsələ ilə bağlı ekspertiza təyin etmiş, ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirmiş və yalnız bundan sonra hüquqi nəticəyə gəlmişdir. Bu baxımdan cavabdehin “məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə öz mülahizəsi ilə qərar çıxarmışdır” dəlili iş materialları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Cavabdeh bildirir ki, diaqnoz instrumental müayinə nəticələri ilə təsdiq edilmədiyindən əlillik təyin edilə bilməz. Bu yanaşma həm faktiki, həm də hüquqi baxımdan əsaslı deyil. Birincisi, iş materiallarında EEG, MRT, stasionar müalicə sənədləri, psixiatrik komissiya rəyləri və Forma 88 göndərişi mövcuddur. Bu sənədlər iddiaçının psixi və nevroloji pozuntularının davamlı olduğunu göstərir. Ikincisi, psixi və davranış pozuntularının qiymətləndirilməsi yalnız bir instrumental müayinənin nəticəsi ilə məhdudlaşdırıla bilməz. Xüsusilə F07.0 diaqnozu üzrə kliniki müşahidə, xəstəliyin davametmə müddəti, dekompensasiya halları, davranış pozuntuları, aqressivlik, suisidal cəhdlər, yaddaş və idrak pozuntuları, müalicəyə rezistent simptomlar və şəxsin sosialfunksional uyğunlaşma vəziyyəti birlikdə qiymətləndirilməlidir. Üçüncüsü, cavabdeh iddiaçının təqdim etdiyi sənədləri bütövlükdə qiymətləndirmək əvəzinə yalnız ayrı-ayrı müayinə nəticələrini seçərək öz mövqeyinə uyğun şərh etmişdir. Məsələn, MRT nəticəsində “baş-beyin parenximasında izlənə bilən orqanik patologiya təsbit edilmədi” ifadəsinin olması, iddiaçıda üzvi mənşəli şəxsiyyət pozuntusu, dekompensasiya, qıcolma tutmaları, davranış pozuntuları və digər klinik əlamətlərin mövcudluğunu avtomatik olaraq istisna etmir. Dördüncüsü, məhkəməpsixiatrik ekspertiza rəyində açıq şəkildə göstərilmişdir ki, göndərişdəki diaqnozlar kliniki, anamnestik, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Bu halda cavabdehin “instrumental təsdiq yoxdur” dəlili obyektiv əsasa malik deyil. Iddiaçı öz tələbinin faktiki əsaslarını tibbi sənədlərlə, əvvəlki əlillik təyinatı ilə, Forma 88 göndərişi ilə və məhkəmə-psixiatrik ekspertiza rəyi ilə sübut etmişdir. Cavabdeh isə iddiaçının əlilliyinin müəyyən edilməsini konkret halda istisna edən halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə bu baxımdan tam qanunidir. Cavabdehin apellyasiya şikayətində “35 faiz OFP müəyyən edilməmişdir” kimi ifadədən istifadə etməsi isə məsələni düzgün əks etdirmir. Çünki işin mübahisə predmeti yalnız ayrıca bir diaqnoz üzrə 35 faiz göstəricinin olub-olmaması deyil, iddiaçıda mövcud olan bir neçə xəstəlik, ağırlaşma və funksional məhdudiyyətin birlikdə qiymətləndirilməsi nəticəsində əlillik hüququnun yaranıb-yaranmamasıdır. Məhkəmə mübahisəni səthi deyil, əksinə, hərtərəfli və obyektiv araşdırmışdır. Cavabdehin məhkəmənin yalnız ekspert rəyinə əsaslandığı barədə dəlili də düzgün deyil. Məhkəmə ekspert rəyini ayrıca deyil, işdə olan digər tibbi sənədlərlə birlikdə qiymətləndirmişdir. Cavabdehin istinad etdiyi normalar qərarın ləğvi üçün ümumi prosessual istinad xarakteri daşıyır. Apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin hansı konkret maddi hüquq normasını düzgün tətbiq etmədiyi, hansı sübutu araşdırmadığı, hansı prosessual pozuntuya yol verdiyi və bu pozuntunun qərarın nəticəsinə necə təsir etdiyi əsaslandırılmamışdır. Buna görə də apellyasiya şikayəti məhkəmə qərarının ləğvi üçün tələb olunan hüquqi əsaslandırma yükünü daşımır.

Məhkəmə icraatında tərəflərin iştirakı:

Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli R********QFQ №-li göndərişə əsasən ##.##.2025-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 2 il müddətində orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin olunması öhdəliyinin Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi.

Əsaslandırıcı hissə:

Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. IPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Iddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. IPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Inzibati iş materiallarından görünür ki, əlillik müddətinin bitməsi ilə əlaqədar tibb müəssisəsinin ##.##.2025-ci il tarixli göndərişi əsasında şəxsin sağlamlıq vəziyyəti qiymətləndirilmiş və ##.##.2025-ci il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Həmin qərarda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən belə bir aktın, həmçinin hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumatın iddiaçıya təqdim edilməsi aydın görünmür. Inzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırkı iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş imtina qərarının iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırkı iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Inzibati Icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur.

Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X17-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FIN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. Insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

Məhkəmə kollegiyası əvvəla aşağıdakı sənədlərə diqqət yetirir: - Iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1989-cu il təvəllüdlüdür. - Iddiaçı İddiaçı barəsində Azərbaycan Respublikası DIN DQ DHHK-nın *** nömrəli, ##.##.2018-ci il tarixli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 11-ci bəndinə əsasən hərbi xidmət dövründə yaranmış xəstəliyi ilə əlaqədar “mülayim dərəcədə ifadə olunmuş dissosiativ pozuntu anamnezində qıcolma tutmaları” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X17-Sosial Ekspert Komissiyasının ##.##.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi ilə “ikinci dərəcəli əlillik” təyin edilmişdir. Diaqnoz: “Digər rubrikalarda təsnif olunan başqa xəstəliklərdə, əsasən mərkəzi sinir sistemində təsir edən sistemli otofiyalar. Mühüm dərəcədə ifadə olunmuş dissoslativ (konversion) pozuntu. Mərkəzi sisteminin ortofiyası nəticəsində yaranmış ayrıayrı üzvü nevroloji kəllə daxili hipertenziya, asteno nevrotik sindirom, III mərhələ ensefotopatiya və vegetatativ damar davamsızlığı ilə nəticələnmiş davamlı qalıq əlamət. Mərkəzi sinir sisteminin zədələnməsindən sonra tez-tez (ayda 7-8 dəfə) baş verən qıcolma tutmaları. Mərkəzi sinir sistemində baş verən atrofik dəyişikliklər nəticəsində qabarıq yaddaş zəifliyi və idrakın enməsi” - “xxxx” publik hüquqi şəxsinin **** nömrəli ##.##.2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, iddiaçının diaqnozu Baş-beynin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, qıcolma tutmaları (ayda 7-8 dəfə), yaddaşın enməsi ilə F 07.0 müəyyən edilmişdir. - “xxxx” publik hüquqi şəxsinin *** nömrəli ##.##.2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, iddiaçının diaqnozu Baş-beynin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, qıcolma tutmaları (ayda 7-8 dəfə), yaddaşın enməsi ilə, Anamnezində özünü kəsmələr.F 07.0 müəyyən edilmişdir. - Iş materiallarına əlavə olunmuş altsistemdən çıxarışdan görünür ki, iddiaçı Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixdə imzalanmış R********QFQ nömrəli göndərişi əsasında ##.##.2025-ci il tarixdə əyani müayinə olunmuş və qiymətləndrimə aparılaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının diaqnozu – “başbeynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş-beynin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez dekompensasiyalar, qıcolma tutmaları (ayda7-8 dəfə), yaddaşın enməsi, anamnezində özünü kəsmələrlə. Yüngül koqnitiv pozuntu. Epilepsiya, qıcolma tutmaları (ayda 7-8 dəfə). Saidin açıq yarası” qeyd edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X17-Sosial Ekspert Komissiyasının *-**-*/*- *-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ (konversion) pozuntusu, anamnezində qıcolma tutmaları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, özünü idarə edə bilməməsi, özünə xəsarət, intihar cəhdləri olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında idmanda qaçış zamanı yıxılaraq travma aldığını, həmin vaxt huşunu itirdiyini, sonradan başağrıları yarandığını bildirmiş, medikamentoz preparatlardan əsəb sakitləşdirici kimi “Depakine”, “Finlipsal” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşa dərman təyinatın düzgün olmadığı qeyd edildikdə ayağa qalxaraq qışqırmış, aqressiv davranış sərgiləmişdir. Komissiya üzvlərinin verdiyi suallardan sonra qıcolma tutmaları olduğunu söyləmiş, lakin təsvir edə bilməmiş, sadəcə həmin vaxt ifrazatının qeyri-iradi olduğunu, üzünə su vuraraq ayıldığını, yuxulu olduğunu bildirmişdir. Psixi statusu: vətəndaş hərbi xidmətdən “isterik nevroz, qıcolma tutmaları” ilə təcris olunmuş, baş ağrıları və bayılma şikayətləri ilə müalicələr almışdır. Təqdim olunmuş psixiatrik xəstəxanalara məxsus tibbi müalicə sənədlərinə əsasən (çıxarış) müxtəlif diaqnozlar qeyd olunmuşdur, psixi sənədlərin 2024-cü ilə məxsus olması müəyyənləşdirilmiş, 2019-2024-cü illər və öncəki tarixlərə aid heç bir stasionar, ambulator müalicə və reseptləri olmamışdır. Göndəriş rəsmiləşdirilən tarixlərdə yeni kəsiklər törədilmiş, sonuncu rəyin hansı baş-beynin instrumental müayinə nəticəsinə əsasən (KT, MRT) üzvi etiologiya ilə səbəbəlaqələndirilməsi məlum olmamış, təqdim olunmuş ##.##.2024-cü il tarixli baş-beyin MRT müayinəsinin nəticəsinə əsasən üzvi etiologiya təsdiqlənməmişdir. Nevroloji statusu: vətəndaş əsəbləşən zaman başağrıları və boyun nahiyəsində ağrıların olduğunu, bundan sonra huşunu itirdiyini, üzünə su vurularaq ayıldığını bildirmiş, medikamentoz preparatlardan “Depakin”, “Finlepsal” qəbul etdiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, təqdim olunmuş baş-beynin instrumental müayinə nəticələri (EEQ-dalğaları) keyfiyyətsiz olmuşdur. * saylı Klinik Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024-cü il tarixli Çıxarışında diaqnoz "Baş beyinin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), yaddaşın enməsi ilə anamnezində intihar fikirləri” kimi qeyd edilmişdir. xxxxnın ##.##.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi "Beyinin biocərəyan fəallığı yüngül qalıq üzvi tipli dəyişiklik əlamətləri ilə səciyyələnir və zəif paroksizmal pozuntularla təzahür olunur.abığı ilə qabıqaltı mərkəzlər arasında əlaqələrin zəifləməsi əlamətləri nəzərə çarpır. Ocaqlı dəyişiklik (şiş, kista) əlamətləri aşkar edilmir. Beyin yarımkürələrinin mütənasibliyi dəyişməyib” kimi qeyd edilmişdir. xxxxnın ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Baş beyinin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, qıcolma tutmaları (ayda 7¬8 dəfə), yaddaşın enməsi ilə. Anamnezində intihar fikirləri” kimi qeyd edilmişdir. Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir. xxxxnın ##.##.2024- ##.##.2024-cü il tarixli ******** nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir. X7 ##.##.2024-cü il tarixli Baş-beyin MRT müayinəsinin nəticəsi “Baş-beyin parenximasında izlənə bilən orqanik patalogiya təsbit edilmədi. Verteks səviyyəsində frontoparietal subaraxnoidal sahələr və beyin sulkuslarında minimaı dilatasiya. Bilateral petrous apex cephalocele. Etmoidal hücrələrdə və hər iki maksillar sinusda az dərəcədə mukozal qalınlaşma. Sağ aşağı konxada hipertrofiya” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2025-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyinin yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) ******** nömrəli ##.##.2026-cı il tarixli çıxarışdan görünür ki, X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli göndəriş əsasında iddiaçı F07.0 – Üzvi mənşəli şəxsiyyət pozğunluğu xəstəliyi diaqnozu ilə xxxxnda ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək müayinə və müalicələrdə olmuşdur. Ambulator kitabçadan çıxarışda qeyd olunmuşdur: Qısa anamnez: Irsiyyəti ruhi xəstəliklə ağırlaşmayıb. Ilkin inkişafı norma daxilində olub. Məktəbə gedib. Orta təhsillidir. Hərbi xidmətdə qulluq edib. MAXE R olub. 2018-ci il yanvar ayından özünü narahat hiss edir. Bununla əlaqədar AR SN RPX-ya qəbul olunub. “BAŞ BEYNIN ÜZVI XƏSTƏLIYI NƏTICƏSINDƏ KƏSKIN ŞƏXSIYYƏT DƏYIŞIKLIYI. KOBUD DAVRANIŞ POZUNTULARI, TEZ-TEZ DEKOMPENSASIYALAR, QICOLMA TUTMALARI (AYDA 7-8 DƏFƏ). YADDAŞIN ENMƏSI ILƏ. ANAMNEZINDƏ ÖZÜNÜ KƏSMƏLƏR (PROF.B.ƏSƏDOV) (##.##.2024-cii il tarixli rəyə əsasən)” diaqnozu təyin olunmuşdur. Pasiyentin vəziyyəti: Düşüncəsi aydındır. Əhval-ruhiyyəsi dəyişkəndir. Davranışı qeyri-adekvatdır. Yuxusuzluq, baş ağrılarından şikayət edir. Emosional qeyri-stabildir. Maraq dairəsi məhduddur. Tez özündən çıxır. Diqqəti dağınıqdır. Pasiyentin obyektiv müayinəsinin nəticələri Orta boylu düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlarda kobud patologiya nəzərə çarpmır. Işin faktiki hallarından və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən ##.##.2025-ci il tarixdə imzalanmış R********QFQ nömrəli göndərişdə əsas diaqnoz F07.0- “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyinin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez dekompensasiyalar, qıcolma tutmaları (ayda 7-8 dəfə), yaddaşın enməsi ilə. Anamnezində özünü kəsmələrlə” qeyd olunmuşdur. Iddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında inzibati orqan tərəfindən baxılmış və diaqnoz kimi müəyyənləşdirilmiş xəstəliyi instrumental müayinə nəticələrində və onun obyektiv müayinəsi zamanı öz əksini tapmamışdır. Göründüyü kimi cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olubolmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. Iddiaçıya müəyyən edilmiş diaqnozun Əlilliyin müəyyən olunması meyarlarına uyğun olub-olmaması ilə bağlı Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası və e-*-*(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən məhkəməyə **** nömrəli ##.##.2025-ci il tarixli məktubu ilə ##.##.2025-ci il tarixli **** saylı ekspert rəyi daxil olmuşdur. Rəyin motivləşdirici hissəsində qeyd edilmişdir ki, Yoxlanılan şəxs İddiaçı “ÜZVI (TRAVMA MƏNŞƏLI) ŞƏXSIYYƏT POZUNTUSU, DAVRANIŞ POZUNTULARI VƏ ANAMNEZINDƏ QICOLMA TUTMALARI ILƏ” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra qıcolma tutmalarının qeyd edilməsi, baş ağrılarından əziyyət çəkməsi, intihar cəhdlərinin olması, əsəbi olması, xarici ##.##.2025-ci il tarixli **** saylı rəy - 5 - İddiaçı oğlıı qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘xxxx’da ‘Baş beynin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez dekompensasiyalar, qıcolma tutmaları (ayda 7-8 dəfə) yadaşın enməsi ilə. Anamnezində özünü kəsmələrlə F07.0”diaqnozu təyin olunması) və halhazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxxnin ##.##.2025-ci il tarixli **** saylı rəyin yekun hissəsində qeyd edilmişdir ki: “...Yoxlanılan şəxs İddiaçı hazırda “ÜZVI (TRAVMA MƏNŞƏLI) ŞƏXSIYYƏT POZUNTUSU, DAVRANIŞ POZUNTULARI VƏ ANAMNEZINDƏ QICOLMA TUTMALARI ILƏ” (F07.0) aşkar edilir. ... Yoxlanılan şəxs İddiaçı “ÜZVI (TRAVMA MƏNŞƏLI) ŞƏXSIYYƏT POZUNTUSU, DAVRANIŞ POZUNTULARI VƏ ANAMNEZINDƏ QICOLMA TUTMALARI ILƏ” (F07.0) müəyyən edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən məhkəməyə **** nömrəli ##.##.2025-ci il tarixli məktubu ilə ##.##.2025-ci il tarixli T ***/**** saylı ekspert rəyi daxil olmuşdur. Həmin ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı * №-li Klinik Psixiatriya Xəstəxanası” tərəfindən Tibbi- Sosial Ekspert Komissiyasına göndərilmiş ##.##.2025-ci il tarixli, R********QFQ nömrəli göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez dekompensasiyalar, qıcolma tutmaları (ayda 7-8 dəfə), yaddaşın enməsi ilə, anamnezində özünü kəsmələrlə (prof. В.Əsədovun məsləhəti ilə təyin olunub). Ağırlaşmalar: F07.8-baş beynin xəstəliyi, travması və disfunksiya nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, F06.7-yüngül koqnitiv pozuntu, yüngül koqnitiv pozğunluq. Yanaşı xəstəliklər: S51.7-saidin çoxsaylı açıq yarası, saidin açıq yarası. Ağırlaşma: G40epilepsiya, qıcolma tutmaları (ayda 7-8 dəfə)” diaqnoz ona stasionarda müalicəsi zamanı kliniki, anamnestik, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir. O, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir. 2-4. İddiaçı adına tərtib edilmiş #.##.2025-ci il tarixli, R********QFQ nömrəli göndərişdə (Forma 88) olan diaqnozlar (həm əsas, həm yanaşı, həm də ağırlaşmalar) iddiaçıya ##.##.2019-cu ildə təyin edilmiş əlillik zamanı göstərilən diaqnozlarla eyni xəstəliklərdir və həmin xəstəliklərə onda hazırda da rast gəlinir və qərardadın 4-cü bəndinə və həmin bəndin “b”, “d” yarımbəndlərinə uyğun gəlir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçıya əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin təyinat tarixi, səbəbli əlaqəsi və orqanizmin funksiyalarının pozulmasının müddətinin müəyyən edilməsi ilə bağlı məhkəmə ətraflı araşdırma aparmamışdır. Apellyasiya icratında iddiaçının hüquqi marağına uyğun olaraq araşdırma aparılmışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması, iddiaçıya təyin edilmiş diaqnozun Əlilliyin müəyyən olunması Meyarlarında qeyd edilən hansı qiymətləndirməyə uyğun olması və orqanizmin funksiyalarının neçə faiz pozulmasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx X4 məktub ünvanlanaraq ekspert rəyini tərtib etmiş məhkəmə-tibb ekspertləri X10 və X8 və həmçinin “Azərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyi xxxx” X4 məktub ünvanlanaraq ekspert rəyini tərtib etmiş ekspert həkim-psixiatr X6 məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya baxışı zamanı videokonfrans (görüntülü zəng) vasitəsilə iclasa qoşulmuş məhkəmə-tibb eksperti Hafiz Kazımov ifadəsində qeyd etmişdir ki, hazırda şəxsdə olan üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu xəstəliyi onda vaxtilə olmuş şəhadətləndirmə zamanı qoyulmuş diaqnozun, xəstəliyin ağırlaşmasıdır. Xəstəlik haqqında şəhadətnamədən müəyyən olunduğu kimi şəxsə hərbi xidmət dövründə yaranmış xəstəliyi ilə əlaqədar “mülayim dərəcədə ifadə olunmuş dissosiativ pozuntu anamnezində qıcolma tutmaları” diaqnozu qoyulmuş və məhz həmin diaqnoza əsasən əvvəllər 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. Həmin xəstəlik, həmçinin şəxsdə olan hazırki diaqnoz baş beyinin patologiyasından yaranan xəstəliklərdir, yalnız müalicələrlə xəstəliyin kəskinləşməsinin qarşısını almaq olur, əgər şəxs müalicələr almasa, xəstəliyin daha ağırlaşmış forması müşahidə olunar və xəstəlik kəskinləşər. Diaqnoz üzrə Əlilliyin müəyyən olunması Meyarlarında qeyd edilən ağırlaşmalar şəxsdə mövcuddur. Ekspert rəyində də qeyd etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilmiş ekspert rəyində “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və anamnezində qıcolma tutmaları ilə” (F07.0)” diaqnozu öz təsdiqini tapmışdır. Ekspertiza keçirilməsi barədə qərardadın sözügedən bəndlərində isə diaqnoz üzrə Əlilliyin müəyyən olunması Meyarlarında qeyd edilən qiymətləndirmələr (ağırlaşmalar- 7.6.2.1 və 7.6.2.2-ci bəndlər üzrə) barədə suallar qoyulmuş və ekspert rəyində şəxsin xəstəliklərinin qərardadın 4-cü bəndinə və həmin bəndin “b”, “d” yarımbəndlərinə uyğun olduğu qeyd edilmişdir. Beləliklə, iş üzrə ekspert rəylərində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan (ağırlaşmalarından) əziyyət çəkməsinin istisna edilmədiyi aydın müəyyən olunur. Məhkəmə kollegiyası rəylərin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ekspert rəylərini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə məhkəmə praktikası ondan ibarətdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçıya əllillik təyin edilməsi öhdəliyi müəyyən edilərkən həmçinin orqanizmin funksiyalarının pozulması faizi və müddətinin müəyyən edilməsi istiqamətində də araşdırma aparılır. Əlbəttə ki, bu, yalnız iddiaçının hüquqi marağı həddində həyata keçirilir. Diqqətə çatdırılmalıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi (qiymətləndirmə azadlığı) vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilir. Inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda IPM-in 73.3-cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox IPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, IPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməməsindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Bununla belə məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən xəstəliyin şəxsdə özü-özlüyündə mövcud olması əlillik təyinatının aparılması üçün kifayət etmir, mütləq şəxsdə ağırlaşmaların mövcudluğu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş və hazırda da qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulması 30 faizdən (ayrı-ayrı xəstəliklər üzrə müxtəlif faiz göstəricisi olmaqla) yuxarı olduqda əlillik təyinatının aparılması mümkün hesab edilir. Göründüyü kimi minimum 30 faiz orqanizm pozulması müəyyən edilməlidir ki, müvafiq xəstəliklər əlillik təyinatına əsas versin. Hazırkı mübahisə üzrə mövcud tibbi sənədlər və ekspert rəyindən aydın olur ki, şəxsdə üzvi mənşəli şəxsiyyət pozuntusu XBT-10 kodu F07.0 mövcuddur. Sözügedən Meyarlara diqqət edilsə: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. Meyarlardan da aydın olur ki, 7.6.2-ci bəndə qeyd edilən xəstəlik məhz 7.6.2.1 və 7.6.2.2-ci bəndlərdə göstərilən qiymətləndirmələr çərçivəsində əlilliyin təyininə əsas verir. Sırf qeyd edilən xəstəlik üzrə orqanizmin funksiyalarının ən azı 35 faiz pozuntusu müəyyən edilməlidir. Iş materiallarına əlavə edilmiş müxtəlif tibb sənədlərindən, ekspert rəylərinin motivləşdirici hissəsindən, Forma 88 (tibbi göndərişin) status localis hissəsindən aydın olur ki, iddiaçıda olan xəstəlik Meyarların ən azı 7.6.2.2-ci bəndinə uyğun gəlir, yəni ən azı orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması halı mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəliklərdən (üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0) əziyyət çəkməsi işin mübahisəsiz halı olmaqla xəstəlik tarixindən Çıxarışlarında öz təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. Iddiaçı qeyd edilən xəstəliklərlə bağlı mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi tibb müəssisələri tərəfindən də təsdiqlənmişdir. Iddiaçının həmin xəstəliklərdən uzun müddət əziyyət çəkməsi işin mübahisəsiz halıdır. Qeyd edilənlərlə yanaşı kollegiya diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi əlilliyin təyinat tarixində yanlışlığa yol vermiş, səbəb-əlaqəni müəyyən etməmişdir. Əlilliyin səbəbli əlaqəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda olan xəstəliklər- sinir sistemi xəstəlikləri Azərbaycan Respublikası DIN DQ DHHK-nın *** nömrəli, ##.##.2018-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə də qeyd edildiyi kimi hərbi xidmət dövründə yaranmış xəstəliyi ilə əlaqədar “mülayim dərəcədə ifadə olunmuş dissosiativ pozuntu anamnezində qıcolma tutmaları” diaqnozu ilə təsdiqlənmişdir. Həmin qərar mübahisələndirilməmiş, hazırda da qüvvədədir. Həmçinin iş üzrə tibbi sənədlərdən, həkim rəylərindən, ekspert rəyindən aydın görünür ki, iddiaçıdakı diaqnoz hərbi xidmət vəzifələrini yerinə yerirərkən alınmış travmanın ağırlaşmasının nəticəsi hesab oluna bilər. Göründüyü kimi iddiaçıda olan həm əsas diaqnoz, həm də onun ağırlaşmalarının səbəbli əlaqəsi “hərbi xidmət dövrü ilə əlaqədar” kimi müəyyən edilir. Diqqətə çatdırılır ki, birinci instansiya məhkəməsi şəxsdə olan diaqnoz və ağırlaşmalar üzrə “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2.-ci bəndinə istinad etməklə orqanizmin funksiyalarının pozulmasının müəyyən faizi barədə nəticəyə gəlsə də əlilliyin müddəti barədə mövqeyini qeyd etməmişdir. Odur ki, kollegiyanın araşdırma nəticəsində qənaəti ondan ibarətdir ki, iddiaçıda olan xəstəlik, ağırlaşmalar sözügedən Meyarların 7.6.2.2.-ci bəndinə uyğun olduğuna görə ona orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyinatı həyata keçirilməlidir. Bundan əlavə, iş materiallarından göründüyü kimi tibb müəssisəsinin göndərişi ##.##.2025-ci il tarixdə imzalanmışdır və inzibati orqan qanunvericilik normalarına istinadən 10 gün ərzində qiymətləndirmə keçirərək ##.##.2025-ci il tarixində “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə müraciətə imtina vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə baxışının predmeti sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı olduğundan əlillik də məhz həmin imtina qərarının verildiyi tarixdən təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə əlillik statusunun verilməsinin təmin edilməsi sonuncu ##.##.2025-cü il tarixli göndəriş nəzərə alınmaqla məhkəmədə iddia qaldırılanadək verilmiş sonuncu imtina tarixindən - ##.##.2025-ci il tarixindən müəyyən olunmalıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən əlilliyin təyinat tarixini inzibati orqan göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilməli, iddia dəqiqləşdirilmiş formada təmin edilməklə iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli R********QFQ №-li göndərişə əsasən ##.##.2025-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 2 il müddətində orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin olunması öhdəliyi cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərar dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli R********QFQ №-li göndərişə əsasən ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətində hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar