Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-726/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmək haqqının fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmək haqqının fərq məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2024-cü il üçün ödənilməli olan və faktiki ödənilmiş əmək haqqı arasında 2576,51 (iki min beş yüz yetmiş altı manat 51 qəpik) manat məbləğində fərqin və əmək haqqının gecikdiriləsinə görə gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, yəni ## ####### 2024-cü il tarixdən əmək haqqı ödənildiyi tarixədək hər gün üçün 25,76 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2007-2024-cü illərdə cavabdeh qurumun müxtəlif struktur bölmələrində və müxtəlif vəzifələrində çalışmış, 2024-cü il tarixdə R rütbəsində təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra təqaüdlə bağlı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müraciət etmiş, DOST-un əməkdaşlarının tövsiyəsi ilə telefonuna “mygov” mobil tətbiqini yükləmişdir. İddiaçı tətbiqi yüklədikdən sonra özünə aid məlumatlarla tanış olmuş və müəyyən etmişdir ki, cavabdeh tərəfindən ona hesablanmış əmək haqqı ilə faktiki aldığı əmək haqqı arasında fərq olmuş və həmin fərq ona ödənilməmişdir. Belə ki, 2024-cü ilin yanvar ayı üzrə əmək haqqı: hesablanmış – 1574,70 manat, ödənilməli olan – 1295,07 manat, faktiki ödənilmiş – 954,57 manat, fərq – 340,50 manat; 2024-cü ilin fevral ayı üzrə əmək haqqı: hesablanmış – 1574,70 manat, ödənilməli olan – 1295,07 manat, faktiki ödənilmiş – 1009,57 manat, fərq – 285,50 manat; 2024-cü ilin mart ayı üzrə əmək haqqı: hesablanmış – 1574,70 manat, ödənilməli olan – 1295,07 manat, faktiki ödənilmiş – 1009,57 manat, fərq – 285,50 manat; 2024-cü ilin aprel ayı üzrə əmək haqqı: hesablanmış – 2574,70 manat, ödənilməli olan – 2063,93 manat, faktiki ödənilmiş (məzuniyyət kompensasiyası ilə birlikdə) – 2401,42 manat, fərq – (- 337,49) manat; 2024-cü ilin may ayı üzrə əmək haqqı: hesablanmış – 2574,70 manat, ödənilməli olan – 2063,93 manat, faktiki ödənilmiş 1009,57 manat, fərq – 1054.36 manat; 2024-cü ilin iyun ayı üzrə əmək haqqı: hesablanmış – 2574,70 manat, ödənilməli olan – 2063,93 manat; faktiki ödənilmiş 1009,57 manat, fərq – 1054,36 manat; 2024-cü ilin iyul ayı üzrə əmək haqqı: hesablanmış – 1137,10 manat, ödənilməli olan – 943,28 manat, faktiki ödənilmiş 990,07 manat, fərq – (-46.79) manat; 2024-cü ilin avqust ayı üzrə əmək haqqı: hesablanmış – 1137,10 manat, ödənilməli olan – 943,28 manat, faktiki ödənilmiş - 1009.60 manat, fərq – (-66,32) manat; 2024-cü ilin sentyabr ayı üzrə əmək haqqı: hesablanmış – 227,38 manat, ödənilməli olan – 210,73 manat; faktiki ödənilmiş 203,84 manat, fərq – 6,89 manat. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının inzibati orqana müraciəti əsasında aparılan araşdırma zamanı məlum olmuşdur ki, vergi orqanına təqdim olunan 2021-2024-cü illəri əhatə edən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannaməsi (hesabatı) doldurularkən texniki səhvə yol verilmişdir. Daha sonra cavabdeh DİN tərəfindən ##.##.2024-cü il tarixli, *-**-**/*- ****/**** nömrəli məktuba Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həmin dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim edilmişdir. Dəqiqləşmiş hesabat iddiaçıya aid olan hissədə ##.##.2025-ci il tarixli, *-**-**/*-****/** nömrəli arayışla məhkəməyə təqdim edilmişdir. Aparılan inzibati icraat çərçivəsində iddiaçıya məlumat məktubu göndərilmişdir. Bundan sonra iddiaçı inzibati orqan tərəfindən ona təqdim edilən cavabla razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddiaçının əmək haqqı məhkəməyə təqdim edilən arayışdan da, görünür ki, 2021-ci il üzrə 974,70 manat, 2022-2024-cü illər üzrə 1137,10 manat olmuşdur. İddiaçının əmək haqqına uyğun olaraq təminat xərcliyi əsasında pensiya təyin olunması üçün məlumat vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Göründüyü kimi, müvafiq bəyannamə hesabat xarakterlidir və ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları barədə vergi orqanına məlumat verilməsi məqsədi daşıyır. Bəyannaədə kənarlaşma olduqda işəgötürən tərəfindən dəqiqləşmə aparıla bilər. Cavabdeh qurum tərəfindən bəyananmədə yol verilən texniki səhv aradan qaldırılaraq qanunvericiliyə uyğun olaraq vergi orqanına dəqiqləşdirilmiş bəyannamə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edildiyi kimi, iddiaçı “mygov” tətbiqi yüklədikdən sonra özünə aid məlumatlarla tanış olmuş və müəyyən etmişdir ki, Cavabdeh tərəfindən ona hesablanmış əmək haqqı ilə faktiki aldığı əmək haqqı arasında fərq olmuş və həmin fərq ona ödənilməmişdir. Bunun sübutu kimi İddiaçı e-sosial.gov.az üzərindən fərdi şəxsi hesab barədə məlumatları və bank hesabından çıxarışı təqdim etmişdir. Cavabdeh isə öz etirazının sübutu olaraq DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin sabiq əməkdaşı İddiaçı 2021- 2024-cü illərdə əmək haqqı məlumatları barədə ##.##.2025-ci il tarixli, *-**-**/*-****/** nömrəli arayış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**- **/*-****/**** nömrəli məktub təqdim etmişdir. Yəni, əmək haqqı barədə məlumatları məhkəmə cavabdehin özündən almışdır. Məhkəmə ədalətli araşdırmanı təmin etmək üçün iddiaçının əmək haqqısı barədə məlumatı hər hansı üçüncü şəxsdən almalı idi. Üçüncü şəxsdən məlumatların alınması məqsədilə, Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən ## ####### 2025-ci il tarixli, *-**-*-*/*-*****/**** nömrəli məktub alınmışdır. Lakin, həmin məktubda Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş müstəqil məlumatlar deyil, elə cavabdehin təqdim etdiyi məlumatlar əsasında tərtib edilmiş məlumatlar əks edilmişdir. Yəni, faktiki olaraq üçüncü şəxsin təqdim etdiyi məlumatlar da cavabdehin öz məlumatları idi. Cavabdeh büdcədən maliyyələşən orqan olduğundan iddiaçı onun əmək haqqısı barədə məlumatın Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınmasına dair vəsatət versə də, Məhkəmə həmin vəsatəti təmin etməmiş, yekun qərar çıxarmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı tərəfindən e-sosial.gov.az üzərindən fərdi şəxsi hesab barədə məlumatları, bank hesabından çıxarış iş materiallarına əlavə edilmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubla iddiaçıya məxsus arxiv şəxsi işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir; Cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-**/*-****/** nömrəli arayışla DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin sabiq əməkdaşı İddiaçı 2021- 2024-cü illərdə əməkhaqqı məlumatları təqdim edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi MaliyyəPlan İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 2021- 2024-cü il tarixlərində təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari sığorta haqları bəyannaməsi (hesabatı)”nda sığortaolunan İddiaçı səhvən artıq hesablanmış əməkhaqqı göstərildiyindən DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin ##.##.2024-cü il tarixli, 3-13- 15/2- ****/**** nömrəli məktubu ilə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həmin dövlər üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim edilmişdir; Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən ## ####### 2025-ci il tarixli, 3-21- *-*/*-*****/**** nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən 2021-2024-cü illər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyənnamə”lərə (hesabatlara) əsasən sığortaolunan İddiaçı məlumatları təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 154. Əmək haqqı
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. ...
Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 98. Muzdlu işlə əlaqədar alınan gəlir 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 98.2. Bu Məcəllənin 98.1-ci maddəsinin məqsədləri üçün gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir: 98.2.1. fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq; 98.2.2. işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri; 98.2.3. bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği; 98.2.4. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda - həmin borcun və ya öhdəliyin məbləği; 98.2.5. İşəgötürən tərəfindən ödənilən sığorta haqları. 98.2.6 hər hansı digər halda - normativ hüquqi aktlarda başqa qiymətləndirmə metodu göstərilmirsə, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq müəyyən edilən dəyər; 98.2.7. işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği. 98.3. Faktiki ezamiyyə xərclərinin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir. 98.4. Bu Məcəllənin 98.2-ci maddəsində göstərilən məbləğlərə və xərclərə aksizlər, əlavə dəyər vergisi və qiymətləndirilən əqdlə əlaqədar işə götürənin ödəməli olduğu hər hansı digər vergi daxildir. 98.5. İşə götürən tərəfindən bu Məcəllənin 109.3-cü və 119.2-ci maddələrində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98-ci maddəsnə əsasən Azərbaycan Respublikasını ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisi tutulan şəxslər, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “Tibbi sığorta haqqına” Qanunun 15-10.1.2.1-ci maddəsinə əsasən icbari tibbi sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərəfindən tərtib edilir və vergi orqanına təqdim edilir. İş materiallarından müəyyən edilir ki, vergi orqanına təqdim olunan 2021-2024-cü illəri əhatə edən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannaməsi (hesabatı) doldurularkən texniki səhvə yol verilmişdir. Daha sonra cavabdeh tərəfindən ##.##.2024cü il tarixli, *-**-**/*-****/**** nömrəli məktuba Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həmin dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlar tqədim edilmişdir. Dəqiqləşmiş hesabat iddiaçıya aid olan hissədə ##.##.2025-ci il tarixli, *-**-**/*-****/** nömrəli arayışla məhkəməyə təqdim edilmişdir. İddiaçının əmək haqqı barədə birinci instansiya məhkəməsinə təqdim edilən arayışdan da, onun əmək haqqı, 2021-ci il üzrə 974,70 manat, 2022-2024-cü illər üzrə 1137,10 manat olmuşdur. İddiaçının əmək haqqına uyğun olaraq təminat xərcliyi əsasında pensiya təyin olunması üçün məlumat vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Göründüyü kimi, müvafiq bəyannamə hesabat xarakterlidir və ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları barədə vergi orqanına məlumat verilməsi məqsədi daşıyır. Bəyannamədə kənarlaşma olduqda işəgötürən tərəfindən dəqiqləşmə aparıla bilər və cavabdeh qurum tərəfindən bəyananmədə yol verilən texniki səhv aradan qaldırılaraq qanunvericiliyə uyğun olaraq vergi orqanına dəqiqləşdirilmiş bəyannamə göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Həmid Ağalarov Hakimlər Fəhmin Hümbətov Ceyhun Məmmədov