Məhkəmə qərarları › İş №2-1(3-6)-728/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-728/2026

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-728/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçı İddiaçı cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə etdiyi müraciət, cavabdeh tərəfindən təmin edilməmişdir. İddiaçı İddiaçı cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsi, ev 24, * saylı mənzilin yerləşdiyi binanın sökülməsinin qanunsuz hesab edilərək, cavabdehdən maddi zərər olaraq 108500 manat kompenasiyanın xeyrinə ödənilinəsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil əri X1 xüsusi mülkiyyətində olmuşdur. Əri rəhmətə getdikdən sonra vərəsəlik ilə bağlı notariat kontoruna müraciət etmiş, lakin həmin vaxt məlum olmuşdur ki, qeyd olunan mənzil Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında sökülmüş və yerində çoxmənzilli yaşayış binası inşa edilmişdir. Lakin əvvəlki yaşayış binası sökülən zaman mülkiyyətçi X1 razılığı olmamışdır. Halbuki mənzil kommunal istismar sahəsi və Yasamal Rayon İcra Hakimiyyətinin qeyd olunan mənzilin mülkiyyətçisi barədə məlumatları olsa da, mülkiyyət hüquqlarının qorunması əksinə söküntüsü və bina inşası üçün sərəncam verilmişdir. X1 mülkiyyət hüququnun pozulması ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilmiş və mənzilin bazar dəyəri miqdarında kompensasiyanın ödənilməsi xahiş edilsə də, icra hakimiyyəti tərəfindən imtina edilmişdir. Mənzil yerləşdiyi ərazidə yaşayış sahəsinin 1 kv.m - nin dəyəri 2500 manat olmaqla mənzilin ümumi dəyəri 108500 manat təşkil edir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda qeyd etmişdir ki, cavabdeh so ku ntu ilə bag lı ayrıca sərəncam verməmişdir, lakin MTK-nın bina inşa etməsi üçün sərəncam/razılıq verildiyi, həmin sərəncam/razılıq əsasında yaşayış sahələri (o cümlədən iddiaçıya məxsus mənzili) sökülmüşdür. So ku ntu nü faktiki icra edən MTK olsa belə, so ku ntu yə gətirib çıxaran prosesin başlanmasına hu quqi əsas yaradan və bu prosesi hüquqa uyğun çərçivədə saxlamalı olan tərəf inzibati orqandır. Belə layihələrdə bina sakinlərinin razılıg ının olub-olmaması, mu lkiyyətçilərin hu quqlarının (xu susən kompensasiya və ko çu rmə mexanizminin) təmin edilməsi u zərində nəzarət edilməli idi. Lakin real vəziyyətdə mu lkiyyət hu ququnun qorunması istiqamətində heç bir addım atılmadığı, dövlət orqanı tərəfindən hərəkətsizlik nümayiş etdirildiyi görünür. İddiaçı məhz bu hərəkətsizlikdən və nəticədə yaranan hüquq pozuntusundan müdafiə üçün inzibati məhkəməyə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ##.##.2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Sonuncu şikayət vermə günü ##.##.2026-cı il olduğu halda apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixdə, şikayət verilmə müddəti bitdikdən 2 gün sonra verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 75.3-cü maddəsinə əsasən, məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir; 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən hallarla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması ##.##.2026-cı il tarixə təyin edilmiş və iddiaçı tərəfə ünvanlanmış ##.##.2026-cı il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Məhkəmə kollegiyası, inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçı həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar