Məhkəmə qərarları › İş №2-1(3-6)-730/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-730/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-730/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GIRIŞ HISSƏ Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVIRI HISSƏ Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin tibb müəssisəsinin *******FFLYY saylı ##.##.2021-ci il tarixli tibbi göndərişi əsasında qəbul etdiyi “diaqnoz əlillik əlaməti təyin etmir” barədə Qərarını ləğv etməklə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar *******FFLYY saylı ##.##.2021-ci il tarixli tibbi göndəriş əsasında 5 il müddətinə, ##.##.2026-cı il tarixə kimi təyin edilmiş 3-cü dərəcəli əlilliyin əlillik altsistemində dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, ##.##.2024cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarın ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025 tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Iddiaçının əsaslandırması: Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1975- ci ildə doğulmuş və 2020-ci il ## ######## tarixində başlamış 44 günlük Vətən Müharibəsində iştirak etmiş, işğalda olan rayonların erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərə qatılmış və döyüş zamanı aldığı kəllə-beyin travması nəticəsində sağlamlığını itirmiş və həmin vaxtdan stasionar və ambulator müalicələr almış, AR MN-nin HHEK-sı tərəfindən onun şəhadətləndirilməsi aparılmaqla verilmiş Xəstəlik haqqında Şəhadətnaməyə əsasən o, «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə hərbi xidmətə məhdud yararlı» hesab olunmuşdur. Aldığı travmalarla bağlı barəsində tibbi göndəriş cavabdeh orqana göndərilmiş və ona *******FFLYY saylı ##.##.2021-ci il tarixli forma ** saylı arayış əsasında 5 il müddətinə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Həmin altsistem arayışında ona təyin edilmiş əlillik diaqnozu «poskontuzion sindrom, partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllbeyin travmasından sonrakı postkontuzion sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar, insomniya və koqnitiv defisit ilə, emosional labil pozuntu, dissosativ kəkələmə, burun arakəsməsinin perforasiyası, hipertensiya 2-ci dərəcəli, əlavə risk xroniki eroziv qastrit, hepatosteatoz» olmuşdur. Bundan başqa həmin arayışda əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» olması qeyd edilmişdir. AR SN-nin Respublika Psixiatriya Xəstəxanasının PHŞ-nin HPK-nın verdiyi ##.##.2024-cü il tarixli ** saylı rəyində ona üzvi (2-ci Qarabağ Müharibəsi) zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) diaqnozu təsdiqlənmişdir ki, bu da əlilliyin beynəlxalq təsnifatı kodu olmaqla əlilliyin təyin edilməsi üçün əsasdır. Ona təyin edilmiş əlillik müddətinin 2026-cı ilin noyabr ayının 11-də bitməsinə baxmayaraq 2024-cü ilin noyabr ayında onun kart hesabına vəsait vurulmamış və o bunun səbəbi ilə maraqlandıqda ona bildirilmişdir ki, pensiyanın bərpa edilməsi əlillik təyinatından sonrakı müddətdə tibbi müalicələri və diaqnozuyla bağlı sənədlər göndərilməlidir. Bundan sonra o, tibb müəssisəsinə müractiət etmiş və yenidən tibbi sənədlər cavabdeh orqana göndərilmiş, lakin onun pensiyalarına vəsaitin vurulması təmin edilməmişdir. ##.##.2025-ci ildə o cavabdeh orqanın saytına daxil olub tibbi müayinənin nəticəsini bilmək istədikdə ona məlum olmuşdur ki, cavabdeh orqan onun nəinki 5 illik əlilliyini bərpa etmiş, əlilliyinin yenidən ##.##.2024-cü il tarixli F********KDE saylı forma 88 arayışı əsasında əlilliyinin yenidən qiymətləndirilməsini aparmaqla «diaqnoz əlillik əlaməti təyin etmir» barədə qərar qəbul etmişdir. Lakin həmin qərarı nə vaxt qəbul etməsi ona bəlli deyildir, belə ki, ona bu barədə nə rəsmi məktub, nə də SMS bildiriş göndərilməmiş və ondan gizlədilmişdir. Bundan başqa eyni diaqnoz əsasında, eyni meyarlar üzrə ona 5 illik əlillik dərəcəsi təyin olunduğu halda cavabdehin bu imtinası tam qanunsuz olmuşdur. Bu da etimad prinsipinin kobud surətdə pozulması və inzibati icraatın aparılmasının digər prinsip və qaydalarına ziddir. Cavabdehin bu qərarı tam qanunsuz olmaqla etimad prinsipinin pozulmasına xidmət edir və həmin qərar qanunsuz hesab edilməli və ona ##.##.2026-cı il tarixə kimi təyin edilmiş 3-cü dərəcəli əlilliyin əlillik altsistemində bərpası vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və OFP 50% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2021-ci il tarixli ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil (astenik) pozuntu, kəkələmə. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, postkontuzion sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar, insomniya və koqnitiv defisit ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hipertoniya xəstəliyi, II (ikinci) mərhələ. II (ikinci) dərəcəli alimentar konstitusional piylənmə. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində. Hepatosteatoz. Burun arakəsməsinin perforasiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövündə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “üzvi (müharibə zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, konqitiv funksiyaların enməsi, nitq qssuru ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli ** nömrəli Tibbi rəyində diaqnoz üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, nitq qssuru ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 3 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəkələmədən, arterial təzyiqin yüksəlməsindən, əsəbilikdən şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını sadalaya bilməmişdir. Müayinə zamanı simulyativ “kəkələmə” nümayiş etdirmiş, belə ki, uyğun olmayan tərzdə kobud səs çıxarmışdır. Arterial təzyiqinin yüksəlməsini çoxsaylı dərman qəbulu ilə əlaqələndirmiş, hansı dərmanlar qəbul etdiyi soruşulduqda psixiatrik dərmanların bilməməsini yaddaşsızlıqla əlaqələndirsə də, Ekvator preparatının adını bilmişdir. Patoloji affekt izlənilməmişdir. Mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun müşahidə edilmişdir. Suallardan dolayı yolla yayınmışdır. RKX #.##.2024-cü il tarixli Baş-beyin KT müayinə nəticəsi: “Supratentorial sahədə qliotik ocaqlar. Anterior ethmoid hücrələrdə, hər iki maksilyar sinusda və sfenoid sinusun sol yarısında selikli qişa qalınlaşması. Alın sümüyünün sağ hissəsində 10x6 mm ölçüdə düzgün konturlu osseoz törəmə (osteoma) kimi qeyd olunmuş, nümayiş etdirilən “kəkələmə”ni və qeyd olunan koqnitiv geriliyi əsaslandırmamışdır” kimi müəyyənləşdirilmişdir. Ailəli, 3, 16, 17 yaşlarında 3 övladının olduğunu söyləmişdir. ƏƏSMN tərəfindən H~vsan-MIDA yaşayış kompleksində mənzillə təmin olunmuş, Sumqayıtda kirayə yaşadığını bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, simulyasiya (kəkələmə və davranış). Ailə və məişət adaptasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi, İddiaçı ##.##.2024-cü il tarixdən üçüncü dərəcə (35-60 faiz aralığında) əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “T90 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı posttravmatik ensefalopatiya diaqnozu qeyd edilmişdir. Əsasnamənin 6-cı bəndinə əsasən Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh Cavabdeh publik hüquqi şəxsi hüquq varisi “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HISSƏSI Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. IPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. IPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. IPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Faktiki hallar və sübutlar: Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı əlillik vəziyyətinə Sumqayıt * nömrəli xəstəxananın poliklinika şöbəsinin ##.##.2021-ci il tarixli göndərişi əsasında ##.##.2021-ci il tarixdə baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, X4: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=>F00-F09-Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar=>F07-Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiya nəticəsində... Diaqnozun mətni: Postkontuzion sindrom, Partlayış travması(##.##.2020) keçirilmiş qapalı beyin travmasından sonrakı Postkommosion sindrom. davamlı baş ağrıları, affektiv pozulmalar, insomniya və koqnitiv defisit ilə. Üzvi emosional-labil pozuntu. Dissosiativ kəkələmə Burun arakəsməsinin perforasiyası, OU tor qişa damarlarının spzamı Arterial hipertenziya II dərəc, əlavə risk III (yüksək), Xroniki eroziv qastrit. Hepatosteatoz. Meyar:2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F45-F45.9,F48- F48.9) səbəbi ilə 5 il müddətinə üçüncü dərəcə əlillik dərəcəsi verilmişdir; Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Sumqayıt Psixiatriya Xəstəxanasının ##.##.2022-ci il tarixli göndərişi əsasında ##.##.2022-ci il tarixdə baxılmış, səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik və Diaqnozun mətni: üzvi dissisiativ pozuntu, Postkontuzion sindrom, Dissosiativ (konversional) pozuntular, Qulaqlarda küy(subyektiv), ikinci hipertenziya, burnun və burun ciblərinin digər dəqiqləşdirilmiş xəstəlikləri. Meyar: 7.6.2.1-F06.5-Ağırlaşma- psixi və davranış pozuntuları=> Simptomatik daxil olmaqla, uzvi psixi pozuntular Üzvi dissosiativ pozuntu => əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kanar şəxsın köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) səbəbi, OFP yekun faizi 50% olmaqla iki il müddətinə üçüncü dərəcə əlillik dərəcəsi verilmişdir; Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Sumqayıt Psixiatriya Xəstəxanasının ##.##.2022-ci il tarixli göndərişi əsasında ##.##.2022-ci il tarixdə baxılmış, səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, Diaqnozun mətni: Postkontuzion sindrom. Üzvi dissosiativ pozuntu. Dissosiativ (konversion) pozuntular, Burnun və burun ciblərinin digər dəqiqləşdirilmiş xəstəlikləri Ikincili hipertenziya, Qulaqlarda kuy (subyektiv). Meyar: 7.6.2.1-F065.5- Psixi və davranış pozuntuları -Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Üzvi dissosiativ pozuntu. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilmasində əhəmiyyətlı çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar: bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) səbəbi, OFP yekun faizi 50% olmaqla iki il müddətinə üçüncü dərəcə əlillik dərəcəsi verilmişdir; Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Sumqayıt Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli F********KDE nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Keçirilmiş QKBT-dan sonrakı posttravmatik ensefalopatiya. Üzvi (II QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə. Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil (astenik) pozuntu. Üzvi dissosiativ pozuntu. Postkommosion sindrom. Dissosiativ kəkələmə. Ataktik yeriş. Koordinator pozulmalar. Ikitərəfli koxlear nevrit. Hipertoniya xəstəliyi II mərhələ. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir; Iddiaçı barəsində verilən ##.##.2024-cü il tarixli F********KDE nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “(T90.5) Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı posttravmatik ensefalopatiya, (F07) Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə; (F07.2) Postkontuzion sindrom; (F06.5) Üzvi dissosiativ pozuntu; (F06.6) Üzvi mənşəli emosional labil (astenik) pozuntu” qeyd olunmuşdur. Iddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və ##.##.2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2021-ci il tarixli ***** nömrəli Şəhadətnaməsi ilə, iddiaçı “mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil (astenik) pozuntu, kəkələmə, Partlayış travması (##.##.2020) keçirilmiş qapalı kəllə beyin travması, postkomission sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar, insomniya və koqnitiv defisit ilə” nəticəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu ilə tibbi şəhadətləndirilmişdir. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ-i tərəfindən daxil olmuş ##.##.2026-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən adına Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş və Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş ##.##.2024-cü il tarixli, F********KDE saylı göndərişdə XBT 10 kodu üzrə qeyd edilən “Əsas diaqnoz: T90.5-Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə- beyin travmasından sonrakı posttravmatik ensefalopatiya; Ağırlaşmalar: F07.2-Postkontuzion sindrom. Postkomossion sindrom; F06.5-Üzvi dissosiativ pozuntu. Üzvi dissosiativ pozuntu; F06.6-Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi (hərbi əməliyyat zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində yaranmış) emosional labil (astenik) pozuntu; F07-Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə; Yanaşı xəstəliklər: F98.5- Kəkələmə (hıqqına-hıqqına danışmaq). Dissosiativ kəkələmə; R26.0- Ataktik yeriş. Koordinator pozulmalar; G44.3-Xroniki postravmatik başağrısı. Xroniki başağrısı; FI93.3-Eşitmə sinirinin xəstəlikləri. Ikitərəfli koxlear nevrit; H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Ikitərəfli neyrosensor ağıreşitmə; IlO-Essensial (birincili) hipertenziyza. Hipertoniya xəstəliyi II mərhələ” diaqnoz ona stasionarda aparılmış funksional diaqnostik müayinələrinin nəticələri, anamnezi əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından klinik proqnozu və onların səmərəliliyi qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi isə tibbi-sosial ekspertləri tərəfindən 0% olduğu qeyd edilmişdir. İddiaçı istər qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları, istərsə də yanaşı xəstəliklərdən hazırda da əziyyət çəkir və qeyd edilən nəticə məhkəmə psixiatrik ekspertizanın ##.##.2025-ci il tarixli **** saylı rəyi ilə də tam təsdiq olunur. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. Insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il); 13.6. Başın travmalarının nəticələri T90 Qiymətləndirmə 13.6.1. kəllə sümüklərinin plastikası mümkün olmayan çatışmazlıqları (3 kv.sm və daha çox) və ya kəllə sümüyünün plastikası mümkün olan geniş (30 kv.sm-dən artıq) qüsuru (40 faiz, müddətsiz); 13.6.2 üzün (kəllə sümüyünün) eybəcərləşmə ilə nəticələnən sümük və dəri strukturlarının həcminə və zədələnməsinə görə çatışmazlıqları (40 faiz, müddətsiz); 13.6.3. burunun tam itirilməsi (40 faiz, müddətsiz); Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əlillik təyinatı məlumatlarından da görünür ki, cavabdeh onun barəsində 2021-ci ildə, 2022 avqust, 2022 oktyabr aylarında ardıcıl olaraq əlillik təyin etmiş və hər dəfəsində eyni diaqnozlarla, eyni əlillik dərəcəsi təyinatı məsələsinə baxılmasının və təyin edilməsinin zəruriliyini əsaslandırmamışdır. Məhkəmə icraatı gedişində sonuncu dəfə əldə edilmiş ixtisaslaşmışpsixiatrik ekspertizanın rəyinə əsasən iddiaçıda müşahidə olunan xəstəlik X4nda kodu üzrə üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət pozuntusu, anamnexində koqnitiv funksiyaların enmsi, nitq pozuntusu ilə F07.0)-dir. Iddiaçıda müəyyən olunan xəstəlik Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi travma almasının qeyd edilməsi, tibbi şəhadətləndirilməsi, davamlı ambulator və stasionar müalicələr alması, həmçinin hazırkı ekspertizada müayinə zamanı nitqində kəkələmənin qeyd olunması, təfəkkürünün torpidliyi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlıq, əhval ruhiyyəsinin dəyişkənliyi kimi hallar onda hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşsa da, əlilliyin səbəb əlaqəsi və müddəti göstərilmədiyindən, həmçinin əlilliyin təyin tarixi düzgün müəyyən edilmədiyindən həmin hissədə qərarın dəyişdirilməsi qənaətinə gəlir. Işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində verilən ##.##.2024-cü il tarixli F********KDE nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “(T90.5) Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı posttravmatik ensefalopatiya, (F07) Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə; (F07.2) Postkontuzion sindrom; (F06.5) Üzvi dissosiativ pozuntu; (F06.6) Üzvi mənşəli emosional labil (astenik) pozuntu” qeyd olunmuşdur. Iddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və ##.##.2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. Iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz kimi göstərilmiş xəstəlik yuxarıda istinad edilən əsasnamənin 7.6.2.1-ci bəndində təsbit edilmişdir və onun əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin iddiaçıda olması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Birinci instansiya məhkəməsində icraat gedişində sonuncu dəfə əldə edilmiş ixtisaslaşmış-psixiatrik ekspertizanın rəyinə əsasən iddiaçıda müşahidə olunan xəstəlik X4nda kodu üzrə üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət pozuntusu, anamnexində koqnitiv funksiyaların enmsi, nitq pozuntusu ilə F07.0)dir. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ-i tərəfindən daxil olmuş ##.##.2026-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən adına Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş və Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş ##.##.2024-cü il tarixli, F********KDE saylı göndərişdə XBT 10 kodu üzrə qeyd edilən “Əsas diaqnoz: T90.5-Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə- beyin travmasından sonrakı posttravmatik ensefalopatiya; Ağırlaşmalar: F07.2-Postkontuzion sindrom. Postkomossion sindrom; F06.5-Üzvi dissosiativ pozuntu. Üzvi dissosiativ pozuntu; F06.6-Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi (hərbi əməliyyat zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində yaranmış) emosional labil (astenik) pozuntu; F07-Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə; Yanaşı xəstəliklər: F98.5- Kəkələmə (hıqqına-hıqqına danışmaq). Dissosiativ kəkələmə; R26.0- Ataktik yeriş. Koordinator pozulmalar; G44.3-Xroniki postravmatik başağrısı. Xroniki başağrısı; FI93.3-Eşitmə sinirinin xəstəlikləri. Ikitərəfli koxlear nevrit; H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Ikitərəfli neyrosensor ağıreşitmə; IlO-Essensial (birincili) hipertenziyza. Hipertoniya xəstəliyi II mərhələ” diaqnoz ona stasionarda aparılmış funksional diaqnostik müayinələrinin nəticələri, anamnezi əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından klinik proqnozu və onların səmərəliliyi qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi isə tibbi-sosial ekspertləri tərəfindən 0% olduğu qeyd edilmişdir. İddiaçı istər qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları, istərsə də yanaşı xəstəliklərdən hazırda da əziyyət çəkir və qeyd edilən nəticə məhkəmə psixiatrik ekspertizanın ##.##.2025-ci il tarixli **** saylı rəyi ilə də tam təsdiq olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə şəxsin əlilliyinin müəyyən edilməsini istisna edən faktiki şərtlərin mövcud olduğunu sübutetmə vəzifəsi cavabdeh xxxxnə aid olsa da, cavabdeh Əsasənamənin yuxarıda istinad edilən qiymətləndirmə meyarlarının mövcud olmamasını bəyan etməklə kifayətlənmiş, daha əvvəl həmin diaqnozla əlillik təyin edildiyi halda, hazırda onun istisna edilməsinin səbəbləri açıqlanmamışdır. Əlilliyin səbəb əlaqəsi ilə bağlı kollegiya bildirir ki, iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2021-ci il tarixli ***** nömrəli Şəhadətnaməsi ilə “mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil (astenik) pozuntu, kəkələmə, Partlayış travması (##.##.2020) keçirilmiş qapalı kəllə beyin travması, postkomission sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar, insomniya və koqnitiv defisit ilə” nəticəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu ilə tibbi şəhadətləndirilmişdir. Əlilliyin təyin tarixi və müddəti ilə bağlı qeyd edilməlidir ki, iddiaçı barəsində verilən sonuncu göndəriş əsasında ##.##.2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edildiyindən həmin tarixdən və əsasnamənin 7.6.2.1-ci bəndinə əsasən 2 il müddətinə əlillik təyin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilməlidir. NƏTICƏVI HISSƏ Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı əlilliyin təyini tarixinə düzəliş edilməklə, səbəb əlaqəsi və müddəti göstərilməklə dəyişdirilsin. İddiaçı ##.##.2024-cü il tarixdən, 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi 35-60 müəyyən edilməklə əlilliyin təyin edilməsi vəzifəsi “xxxx” publik hüquqi şəxsinə həvalə edilsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar