Məhkəmə qərarları › İş №2-1(3-6)-744/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-744/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-744/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “şəhadətnamənin dəyişdirilməsi” iddia tələbinə dair iş üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “şəhadətnamənin dəyişdirilməs” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları ##.##.2016-cı il tarixli *** nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK qərarı: “keçirilmiş kəllə-beyin travmasından sonrakı vəziyyət, dağınıq orqanik mikrosimptomatika, postravmatik ensefalopatiya, görmə sinirinin enən atrofiyası. Frontal sümüyün sağ sinusunun xarici divarının içəriyə basılmış qəlpəli sınığı”. “Travmadır, hərbi xidmət dövründə alınmışdır”. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, əvvəl qəbul edilmiş qərara yenidən baxılmasınaa əsas ola biləcək xüsusatlar olmadığından, Daxili Qoşunların Baş İdarəsinin Tibb xidmətinin hərbi-həkim komissiyası tərəfindən ##.##.2016-cı il tarixdə barənizdə verilmiş qərar qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərbi həkim komissiyasının iddiaçı barəsində qəbul etdiyi ##.##.2016-cı il tarixli, **** №-li qərarının “travmadır, hərbi xidmət dövründə alınmışdır” qrafasının “travmadır, hərbi xidməti vəzifələrinin icrası zamanı alınmışdır” kimi dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “hərbi travmadır, hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır" kimi yeni şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N saylı hərbi hissənin əsgəri olmuşdur. ##.##.2011-ci ildən ##.##.2016-cı ilədək AR DİN-nin Daxili Qoşunlarında МАХЕ R rütbəsində hərbi xidmət keçmişdir. Hərbi xidmətdə olduğu zaman ##.##.2016-cı il tarixdə Bakı şəhəri Qaraçuxur qəsəbəsi ərazisində avtomobil qəzası nəticəsində bədən xəsarəti almış, Azərsu Tikinti Xəstəxanasına ağır vəziyyətdə aparılmış və birincili cərrahi yardımdan sonra “sağ qaş üstü nahiyyənin cırılmış yarası” diaqnozu ilə DİN Daxili Qoşunlarının hospitalına köçürülmüşdür. ##.##.2016-cı ildən ##.##.2016-cı ilədək “açıq kəllə-beyin travması. Baş beyinin əzilməsi. Sağ alın sümüyünün orbitaya keçən hissəsinin sınığı. Sağ qaş nahiyyəsinin tikilmiş yarası. ODgörmə sinirinin enən atrofiyası” diaqnozu ilə DİN Daxili Qoşunların hospitalının cərrahiyyə xəstəliklər şöbəsində stasionar müalicədə olmuşdur. ##.##.2016-cı ildə müalicəsini davam etdirmək məqsədi ilə DİN-nin * saylı Poliklinikasına ambulator müalicəyə göndərilmişdir. “Təkrar açıq kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya” diaqnozu ilə ruhi əsəb xəstəlikləri şöbəsinə stasionar müalicəyə göndərilmişdir. ##.##.2016-cı il tarixində Bakı şəhəri * saylı X5 üz-çənə cərrahı tərəfindən baxılmış “alın cibinin ön divarının və sağ orbitanın yuxarı kənarının köhnəlmiş sınığı” diaqnozu qoyulmuş, “sümük deformasiyasının titan tor vasitəsi ilə aradan qaldırılması” əməliyyatı təklif olunmuş və xəstə əməliyyatdan imtina etmişdir. Qeyd edilən hadisə nəticəsində AR DİN Daxili Qoşunların N saylı hərbi hissəsinin ##.##.2016cı il tarixli, *** №-li göndərişi ilə iddiaçı AR DİN DQ hərbi həkim komissiyasının ##.##.2016-cı il tarixli, *** №-li qərarı ilə ona “keçirilmiş kəllə-beyin travmasından sonrakı vəziyyət, dağınıq orqanik mikrosimptomatika, postravmatik ensefalopatiya, görmə sinirinin enən atrofiyası. Frontal sümüyün sağ sinusunun xarici divarının içəriyə basılmış qəlpəli sınığı” diaqnozu qoyularaq “travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmişdir. Buna dair hərbi həkim komissiyasının xəstəlik haqqında şəhadətnaməsi tərtib edilmişdir. Bundan sonra iddiaçıya ##.##.2018-ci ildə müddətsiz olaraq 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin əlilliyin səbəb-əlaqəsi kimi hərbi xidmət dövrü ilə əlaqədar əlillik qeyd edilmişdir. İddiaçr Daxili Qoşunların hərbi həkim komissiyasının onun barəsində qəbul etdiyi qərardan qismən narazı qalmışdır. Belə ki, iddiaçının sağlamlığında baş vermiş patoloji pozuntular yuxarıda da qeyd etdiyi kimi yol nəqliyyat hadisəsi zamanı səhhətində pozuntular baş vermişdir. Bu yol nəqliyyat hadisəsi iddiaçının xidməti vəzifələrini həyata keçirəcəyi yerə gedərkən baş vermişdir. Hesab edir ki, iddiaçı şəhadətləndirilən zaman bu hal nəzərə alınmamış və onun barəsində qəbul edilmiş qərar düzgün şəkildə seçilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, Daxili Qoşunların Baş İdarəsinin Arxivindən verilmiş ##.##.2025-ci il arxiv arayışından məlum olur ki, R İddiaçı N saylı hərbi hissənin tərkibində müddətdən artıq həqiqi hərbi keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 16.11.201 l-ci il tarixli ** №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin ##.##.2011-ci il tarixli *** №-li nizami hissə üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26- cı maddəsinə müvafiq olaraq hərbi xidmət etmək haqqında öhdəlik vermiş hesab edilərək Füzuli RHK-dan ehtiyatdan gəlmiş hesab edilərək həqiqi hərbi xidmətə qəbul edilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, ## ###### 201N-ci tarixdən hərbi hissə komandirinin sərəncamında (XVTD üzrə) hesab edilmişdir; Arxiv arayışının 2-9-cu maddələrində R İddiaçı N saylı hərbi hissənin tərkibində müxtəlif rütbələrdə və vəzifələrdə xidmət etməsi barədə məlumatlar əks olunmuşdur; N saylı hərbi hissə komandirinin ##.##.2016-cı il tarixli *** №-li nizami hissə üzrə əmrilə N saylı hərbi hissənin qospitalına stasionar müalicəyə getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin ##.##.2016-cı il tarixli *** №-li nizami hissə üzrə əmrilə ## #### 2016-cı il tarixdə DİN-nin * nömrəli poliklinikasından ambulator müalicədən gəlmiş hesab edilmişdir;N saylı hərbi hissə komandirinin ##.##.2016-cı il tarixli *** №-li nizami hissə üzrə əmrilə ## ###### 2016-cı il tarixdən N saylı hərbi hissənin Qospıtalına stasionar müalicəyə getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin ##.##.2016-cı il tarixli N №-li hərbi hissə üzrə əmrilə ## ######## 2016cı il tarixdə N saylı hərbi hissənin qospitalından stasionar müalicədən qayıtmış hesab edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının ## ## 2016-cı il tarixli ** №-li şəxsi heyət üzrə əmrinə əsasən ***** saylı hərbi komandirinin ##.##.2016-cı il tarixli *** №-li nizami hissə üzrə əmrilə hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndi ilə təliyə görə) tutduğu vəzifədən azad edilərək hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, ## ###### 2016-cı il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərilmişdir. ##.##.2016-cı il tarixə xidmət illəri: təqvimlə-06 il 06 ay 14 gün təşkil etmişdir. Müəyyən edilmişdir ki, R İddiaçı ##.##.2016-cı il tarixdə Qaraçuxur qəsəbəsi ərazisində avtomobil qəzası nəticəsində bədən xəsarəti almış, Azərsu Tikinti Xəstəxanasına ağır vəziyyətdə aparılmış və birincili cərrahi yardım göstərildikdən sonra “Sağ qaşüstü nahiyyənin cırılmış yarası” diaqnozu ilə Daxili Qoşunların qospitalına köçürülmüşdür. ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək “Açıq kəllə-beyin travması. Baş-beynin əzilməsi. Sağ alın sümüyünün orbitaya keçən hissəsinin sınığı. Sağ qaş nahiyyənin tikilmiş yarası. ODgörmə sinirinin enən atrofiyası” diaqnozu ilə Daxili Qoşunların qospitahnm cərrahiyyə xəstəlikləri şöbəsində stasionar müalicədə olmuş, ##.##.2016-cı il tarixdə müalicəsini davam etdirmək məqsədilə Daxili İşlər Nazirliyinin * saylı poliklinikasına ambulator müalicəyə göndərilmişdir. Xəstə “Açıq kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya” diaqnozu ilə ruhi-əsəb xəstəlikləri şöbəsinə stasionar müalicəyə qəbul edilmişdir. ##.##.2016-cı il tarixdə Bakı şəhəri * saylı X5 üz-çənə cərrahı tərəfindən baxılmış “Alın cibinin ön divarının və sağ orbitanin yuxan kənarının köhnəlmiş sınığı” diaqnozu qoyulmuş, “Sümük deformasiyasının titan tor vasitəsilə aradan qaldırılması” əməliyyatı təklif olunmuş və xəstə əməliyyatdan imtina etmişdir. Stasionar müalicəsi başa çatdıqdan sonra o, “Keçirilmiş kəllə-beyin travmasından sonrakı vəziyyət, dağınıq orqanik mikrosimptomatika, posttravmatik görmə sinirinin enən atrofiyası. Frontal sümüyün sağ sinusunun xarici divarının içəriyə basılmış qəlpəli sınığı” diaqnozu ilə Hərbi-həkim komissiyasında ##.##.2016-cı il tarixdə şəhadətləndirilərək, barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008- ci il tarixli ** nömrəli qəran ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq onun hərbi xidmətə yararlılıq kateqoriyası barədə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” xəstəliyinin səbəb əlaqəsi isə “Travmadır, hərbi xidmət dövründə alnmışdır” kimi təyin edilərək xəstəlik haqqında **** nömrəli qərar verilmişdir (əsas: xəstəlik haqqmda şəhadətnamə №***,##.##.2016-cı il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqmda Əsasnamə”nin 7.2-ci maddəsinin c) bəndi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” bəndinin ona şamil olunması üçün əsas ola biləcək fakt olmadığından tələb olunan qərarın verilməsi mümkün deyildir və iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Ləman Musayeva) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2-1(112)-9164/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar iş yerinə gedərkən avtomobil qəzası keçirmişdir. Məhkəmə qərarı əsaslandırılarkən qeyd edilmişdir: “Belə ki, iş materiallarında olan arxiv arayışına əsasən iddiaçının ##.##.2016-cı il tarixdə avtomobil qəzası keçirilən zaman vəzifəsi “operator” olmuşdur və hadisə həmin vəzifənin icrası zamanı baş verməmişdir. Bu səbəbdən iddiaçının xəstəliyinin səbəbli-əlaqəsinin dəyişdirilməsi qeyri-mümkündür. Beləliklə,məhkəmə müəyyən edir ki, travmanın c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” dispozisiya şərtinə uyğun olması üçün şəhadətləndirilən şəxsin xəsarətinin bilavasitə xidməti vəzifəsini icra edərkən almış olduğu müəyyən edilməlidir. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı iddia etdiyi travmanı xidməti yerinə gedərkən almışdır. Odur ki, işin faktiki halları qeyd edilən dispoziya şərtinə uyğun gəlmir”. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.10-cu maddəsinin tələbindən göründüyü kimi hərbi xidmət yerinə gedib-gələrkən hərbi qulluqçular hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. Məhkəmə tərəfindən mübahisəyə düzgün maddi hüquq norması tətbiq olunmamışdır. Məhkəmə hesab etmişdir ki, onun hərbi xidmət vəzifəsinin icrası məhz operator vəzifəsinin icrası ilə məhdudlaşır. Göründüyü kimi hazırkı mübahisəyə dair maddi hüquq norması düzgün tətbiq olunmamışdır. Halbuki onun xidmət yerinə gedən zaman qəzaya düşməyi işin mübahisəsiz halıdır. Hətta məhkəmə belə qərarını onun xidməti yerə gedərkən xəsarət almağı ilə əsaslandırmış, bunu xidməti vəzifəsinin icrası saymamışdır. Hakim tərəfindən hərbi xidmət vəzifələrinin anlayışı məhdud şəkildə qiymətləndirilmiş, qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Məhkəmənin hansı səbəbdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.10-cu maddəsinin tələbini nəzərə almadığı məhkəmə qərarında əsaslandırılmamışdır. Qanunvericilikdə olan imperativ normanın tələblərini nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbim tam təmin olunmalıdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2- 1(112)-9164/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — II qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən “hərbi travmadır, hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır" kimi yeni şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya “hərbi travmadır, hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır" kimi yeni şəhadətnamənin verilməsi Əsasnamənin 7.2-ci bəndinin “c” yarımbəndində göstərilən hallar mövcud deyil. Belə ki, iş materiallarında olan arxiv arayışına əsasən iddiaçının ##.##.2016-cı il tarixdə avtomobil qəzası keçirilən zaman vəzifəsi “operator” olmuşdur və hadisə həmin vəzifənin icrası zamanı baş verməmişdir. Bu səbəbdən iddiaçının xəstəliyinin səbəbli-əlaqəsinin dəyişdirilməsi qeyrimümkündür. Beləliklə, məhkəmə müəyyən edir ki, travmanın c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” dispozisiya şərtinə uyğun olması üçün şəhadətləndirilən şəxsin xəsarətinin bilavasitə xidməti vəzifəsini icra edərkən almış olduğu müəyyən edilməlidir. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı iddia etdiyi travmanı xidməti yerinə gedərkən almışdır. Odur ki, işin faktiki halları qeyd edilən dispoziya şərtinə uyğun gəlmir. İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “... “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.10-cu maddəsinin tələbindən göründüyü kimi hərbi xidmət yerinə gedib-gələrkən hərbi qulluqçular hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. Məhkəmə tərəfindən mübahisəyə düzgün maddi hüquq norması tətbiq olunmamışdır. Məhkəmə hesab etmişdir ki, onun hərbi xidmət vəzifəsinin icrası məhz operator vəzifəsinin icrası ilə məhdudlaşır. Göründüyü kimi hazırkı mübahisəyə dair maddi hüquq norması düzgün tətbiq olunmamışdır. Halbuki onun xidmət yerinə gedən zaman qəzaya düşməyi işin mübahisəsiz halıdır. Hətta məhkəmə belə qərarını onun xidməti yerə gedərkən xəsarət almağı ilə əsaslandırmış, bunu xidməti vəzifəsinin icrası saymamışdır. Hakim tərəfindən hərbi xidmət vəzifələrinin anlayışı məhdud şəkildə qiymətləndirilmiş, qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Məhkəmənin hansı səbəbdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.10-cu maddəsinin tələbini nəzərə almadığı məhkəmə qərarında əsaslandırılmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə tənzimlənir. Sözügedən Əsasnamənin 7.3-cü bəndinin imperativ tələbinə görə, hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı yalnız vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri və ya müvafiq orqanın rəhbəri tərəfindən verilmiş "travma haqqında arayış" əsasında çıxarır. Həmin arayışda xəsarətin alınma şəraiti ilə yanaşı, onun bilavasitə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması mütləq şəkildə göstərilməlidir. Hazırkı iş materiallarından isə görünür ki, iddiaçının ##.##.2016-cı il tarixdə Qaraçuxur qəsəbəsi ərazisində keçirdiyi yol-nəqliyyat hadisəsi zamanı onun bilavasitə xidməti vəzifələrini (operator funksiyasını) icra etdiyini və ya bu hadisənin hərbi hissə komandirinin xüsusi sərəncamı/əmri ilə xidməti tapşırığın yerinə yetirilməsi ilə bağlı olduğunu təsdiq edən sübut mövcud deyil. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən verilən ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, İddiaçı ##.##.2016-cı il tarixdə Bakı şəhəri Qaraçuxur qəsəbəsi ərazisində mülki avtomobildə (sərnişin qismində) yol hərəkəti qaydalarının pozulması nəticəsində avtomobil qəzası zamanı xəsarət alarkən xidməti vəzifələrin icrasında olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar