Məhkəmə qərarları › İş №2-1(3-6)-745/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-745/2026

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-745/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı qərara izah verilməsi barədə ərizəsinə dair Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən *** saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinə həvalə edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən *** saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin iddiaçı İddiaçı mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyinin Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## #### 2023-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə qarşı “torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş və işi təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2023-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra IPM-in 79-cu maddəsinə uyğun olaraq, məhkəmənin qərarı qanuni qüvvəyə mindiyindən ##.##.2025-ci il tarixli icra məktubu ilə icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin ##.##.2025-ci il tarixli ** nömrəli qərarı ilə bildirilmişdir ki, məhkəmə qərarının icra olunması üçün qərar artıq tərəfindən protokola salınmışdır. Protokola əsasən iş üzrə iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, *** saylı bağ sahəsinin 0.0735 ha torpaq sahəsinə bitişik 0.0650 ha torpaq sahəsi onun mülkiyyətinə verilməsi üçün səsə qoyulmuş və səs çoxluğu ilə onun mülkiyyətinə verilməsi barədə qərar qəbul olunmuşdur. Qərarın icra olunması üçün * saylı Bakı Ərazi Idarəsinə ayrılmaqda olan torpaq sahəsinin plan-ölçüsünü verilməsi üçün məktub ünvanlanmışdır. Cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsi tərəfindən ##.##.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edilərək qərara izah verilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli ** saylı protokol qəbul edilərək həmin iş üzrə iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, *** saylı bağ sahəsinə bitişik 0.0650 ha torpaq sahəsi onun mülkiyyətinə ayrılmasına dair qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra * saylı Bakı ərazi idarəsinə həmin torpaq sahəsinə cizgi olan verilməsi üçün zəruri olan sənəd surətlərini əlavə edərək məktub ünvanlamışdır. Lakin * saylı Bakı ərazi idarəsi tərəfindən ##.##.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirilmişdir ki, vahid kadastr baza məlumatlarında torpaq sahəsi bağ maasivində yerləşir və dövlət mülkiyyətindədir. Bu səbəbdən ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarın icrasını həyata keçirilməsi üçün qərara izah (torpaq sahəsinə cizgi planın hansı qurum tərəfindən) verilməsi xahiş edilir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərarına izah verilməsi, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərarının nəticə hissəsində “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən *** saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin iddiaçı İddiaçı mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyi Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin üzərinə qoyulsun” dedikdə “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən *** saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin iddiaçı İddiaçı mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi və həmin torpaq sahəsinə dair cizginin tərtib edilərək iddiaçıya təqdim edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin üzərinə qoyulsun” nəzərdə tutulması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, Bakı Inzibati Məhkəməsinin 08 yanar 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Şüvəlan bələdiyyəsinə qarşı “qərarın qəbul edilməsi” tələbinə dair iddia tələbi təmin olunmuş və bundan sonra Şüvəlan bələdiyyəsi qəbul olunmuş qərara izah verilməsinə dair ərizə ilə müraciət etmiş. Sözügedən ərizə təmin olunmaqla qərara izah verilərək iddiaçının istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ 734 -ün aid olan 0.0735 ha torpaq sahəsinə bitişik olan 0.065 ha əlavə torpaq sahəsinə cizginin tərtib edilərək iddiaçıya təqdim edilməsi öhdəliyi Şüvəlan bələdiyyəsinin üzərinə qoyulmuşdur. Hesab edir ki, qəbul olunan qərardad mümkünsüzdür. Belə ki, birinci instansiya məhkəməsi qərardadda qeyd etmişdir ki, hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır. Ərizəmizdə qeyd olunduğu kimi cizgi-plan üçün * saylı Bakı ərazi idarəsinə müraciət etsəkdə onlar həmin torpaq sahəsinin bağ sahəsi olmaqla dövlət mülkiyyətinə aid olduğunu qeyd etmişdilər. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən *** saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsi keçmiş Bağlar Təsərrüfatı Idarəsinin ərazisində yerləşir. Bundan başqa iddiaçı cavabdeh olan Şüvəlan bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. Lakin sxematik xəritəyə uyğun olaraq faktiki olaraq bələdiyyəyə təhvil verilməmiş və bələdiyyələrin torpaqayırma səlahiyyəti dayandırıldığından iddiaçının müraciətini təmin etmək mümkün olmamışdır. Həmçinin bələdiyyələr tərəfindən ##.##.2007-ci il tarixindən torpaqların özəlləşdirilməsi dayandırılıb, ərizədə qaldırılan məsələ bələdiyyənin imkanları xaricindədir. Belə ki, * saylı Bakı ərazi idarəsinin cavab məktubundada bu açıq-aydın görünür ki, torpaq sahəsi dövlət mülkiyyətidir. Belə olduğu halda cizgi-planın verilməsi yalnız * saylı Bakı Ərazi idarəsi tərəfindən mümkündür. “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2016-cı il **** nömrəli Fərmanının 1-ci bəndinə əsasən (bundan sonra **** nömrəli Fərman), yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il ######ın #-dən etibarən müvəqqəti dayandırılsın. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Belə olduğu halda kakim tərəfindən işə 3 cü şəxs qismində Azərbaycan Respublikası Iqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idrəsini cəlb olunmaqla həmin hissə yəni cizgi-plan tərtib olunması onun üzərinə qoyulmlalı idi. Hesab edir ki, qeyd olunan qərardad əsassız və qanunsuz olmaqla ləğv edilməli və ərizəmizə mahiyyəti üzrə yenidən baxılmalı. Apellyasiya şikayətinə etiraz verilmiş və şikayətin təmin olunmaması xahiş olunmuşdur. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Inzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, inzibati məhkəmə icraatının iştirakçısıının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və «Icra haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur (230.1, 230.3, 230.4). Eyni zamanda “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir (maddə 14). Iş materiallarından müəyyən olunur ki, apellyator özü ##.##.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarın icrasını həyata keçirilməsi üçün qərara izah (torpaq sahəsinə cizgi planın hansı qurum tərəfindən) verilməsini xahiş etmiş və Bakı Inzibati Məhkəməsinin hazırkı iş üzrə qərarının icrasını təmin etmək məqsədilə qərarın nəticəsinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən *** saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin iddiaçı İddiaçı mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi və həmin torpaq sahəsinə dair cizgi tərtib edilərək iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin üzərinə qoyulması kimi nəzərdə tutulduğu izah edilmişdir. Beləliklə, “izahvermə barədə” ərizə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar