Məhkəmə qərarları › İş №2-1(3-6)-747/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-747/2026

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-747/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə GIRIŞ HISSƏ Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- *****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ Işin halları: Iddiaçı İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı cavabdeh Cavabdeh etdiyi müraciət, Mənzil Məcəlləsinin 20-ci maddəsinin müddəalarının tələblərinə uyğun olaraq sənədlər toplusu təqdim edilməməsi əsası ilə ##.##.2025-ci il tarixli məktub ilə təmin edilməmişdir. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Iddiaçının əsaslandırması: Iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 47,5 kv.m sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzilə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatından ##.##.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmin mənzilə dair Azərbaycan Respublikası Cavabdeh Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən ##.##.1999-cu il tarixdə “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzillərin” texniki pasportu tərtib edilmiş və mənzilin ümumi sahəsi 57,9 kv.m olması qeyd edilmişdir. Mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak uzun müddətdir qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. Iddiaçı Cavabdeh ərizə ilə müraciət edərək qeyd edilən ünvanda yerləşən daşınmaz əmlakın təyinatının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh müraciətinə cavab olaraq ##.##.2025-ci il tarixli məktub ilə bildirmişdir ki, qaldırılan məsələ Mənzil Məcəlləsinin 20-ci maddəsinin müddəalarına uyğun şəkildə tənzimləndiyindən, həmin maddənin müddəalarının tələblərinə uyğun olaraq sənədlər toplusu təqdim edilmədiyindən qeyd olunan məsələyə baxılması mümkün olmamışdır. Cavabdeh imtinası əsassız və eyni zamanda formal olaraq tərtib edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan mənzilin – yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb edir. Məlum olduğu kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin III fəslində nəzərdə tutulmuş müddəalar əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsində təqdim edilməli sənədlərin dairəsi müəyyənləşdirilmişdir ki, iş materiallarında 21.2.4-cü maddədə nəzərdə tutulan sənəd aşkar edilməmişdir. Sözügedən Məcəllənin 21.1-ci maddəsində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparıldığı qeyd edilmişdir. Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ### 2010-cu il tarixli *** nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən o cümlədən, yerli icra hakimiyyəti orqanlarının həyata keçirdiyi müəyyənləşdirilmişdir. Fərmana əsasən yerli dedikdə isə rayon, şəhər və şəhər rayonu başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmasına dair iş materiallarında hər hansı hal göstərilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin (Çıxarışda və texniki pasportda göstərilən mənzilin ümumi sahəsinin və yaşayış sahəsinin ölçüləri həddində) qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mənzil Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə, eyni zamanda əksinə keçirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilsə də, onun icrasının təmin edilməsi Fərmanında yerli icra hakimiyyəti orqanları dedikdə kimlərin başa düşüldüyü qeyd edilmişdir. Fərmanda yerli icra hakimiyyəti orqanları dedikdə rayon, şəhər və şəhər rayonu icra hakimiyyətlərinin olduğu qeyd edilmişdir. Lakin məhkəmə Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə istinad etməklə Cavabdeh yalnız şəhər icra hakimiyyəti olduğu qənaətinə gəlmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası IPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRMA HISSƏSI Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Inzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Iş materiallarından müəyyən olunur ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ##.##.2026-cı il tarixdə cavabdehə məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Sonuncu şikayət vermə günü ##.##.2026-cı il olduğu halda, apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixdə, şikayət verilmə müddəti bitdikdən 15 gün sonra verilmişdir. Həmçinin apellyasiya şikayətinə ərizə əlavə edərək, bildirmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən hesab edilir ki, təqdimetmə tam olaraq yekunlaşmamış, məhkəmənin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarının olmasından təsadüf nəticəsində ##.##.2026-cı il tarixində məlumatı olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 75.3-cü maddəsinə əsasən, məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir; 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Hazırkı işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, iş materiallarından aydın görünür ki, məhkəmə aktı cavabdehin elektron kabinetinə məhz ##.##.2026-cı il tarixində yüklənmiş, bu da o anlama gəlir ki, həmin anda artıq cavabdehin elektron kabineti elektron məhkəmə sitemində mövcud olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsinə dair hər hansı əsas müəyyən edilmir. O da qeyd edilməlidir ki, Cavabdeh kimi inzibati orqanın elektron məhkəmə sitemində olan elektron kabinetinə nəzarət etməməsi və məhkəmə sənədlərindən təsadüf nəticəsində məlumat əldə etməsi inandırıcı olmamaqla bərabər, olsa belə onun məsuliyyəti həmin qurumun üzərinə düşməlidir. Digər tərəfdən apellyasiya şikayəti üzrə prosessual müddətin bərpa edilməsi barədə ərizəyə və apellyasiyanın mümkünlük məsələsinə baxılması ilə əlaqədar (cavabdehin apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə və ya buraxılmış müddətin üzrlü hesab edilməsinə dair sübutları təqdim etməsi üçün) ##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası, inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehə hüquqi yardım göstərilsə də, cavabdehin həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. NƏTICƏVI HISSƏ Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar