Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-753/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “iddiaçıların övladının soyadının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı iddiaçı2 iştirakı ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “iddiaçıların övladının soyadının dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı2 ##.##.2001-ci il tarixdə anadan olmuşdur.
2. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı1 ##.##.2000-ci il tarixdə anadan olmuşdur.
3. AZ-II ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı2 ilə iddiaçı1 arasında ##.##.2024-cü il tarixdə nikah bağlanmışdır. Ərə Sarıyev, arvada Rəhimli soyadı verilmişdir.
4. AZ-V ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Sarıyev İlyas Əli oğlu ##.##.2025-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası iddiaçı2, anası iddiaçı1dır. Şəhadətnamə ##.##.2025-ci il tarixdə * saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmişdir.
5. İddiaçı iddiaçı1 cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə övladı ##.##.2025-ci il təvəllüdlü Sarıyev İlyas Əli oğlunun doğum haqqında akt qeydində soyadının dəyişdirilib baba adı ilə soyad verilməsi (“Sarıyev”dən “Aqilzadə”-yə dəyişiklik edilməsinə) tələbi iulə müraciət olunumuş və cavabdeh ##.##.2025-ci il tarixli məktubu ilə tələbin təminindən imtina etmişdir. Qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3. maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1. maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki, övladınızın soyadının dəyişdirilib baba adı ilə soyad verilməsi ilə bağlı ərizənizin qeydiyyat şöbəsində təmin edilməsi imkan xaricindədir.”
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
6. İddiaçılar iddiaçı2 və iddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il təvəllüdlü Sarıyev İlyas Əli oğlunun doğum haqqında akt qeydində soyadının dəyişdirilib, baba adı ilə soyad verilməsinə, “Sarıyev” soyadından “Aqilzadə” soyadına dəyişdirilməsinə dair və bu barədə doğum haqqında akt qeydi kitabında müvafiq qeydiyyatın aparılmasının və oğlumuza yeni soyadla yeni “Doğum haqqında şəhadətnamə” verilməsinin cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ## ######## 2025-ci il tarixdə İlyas adlı övladı doğulmuşdur. Onun soyadının “Aqilzadə” kimi göstərilməsini Qeydiyyat şöbəsindən xahiş etdilər. Lakin bu xahiş təmin olunmadı. Uşağın atası kimi iddiaçının soyadı Sarıyevdir. Bu soyad müasir deyil, müxtəlif şəxslər tərəfindən rişxənd və sataşmaq kimi suiistifadə edilir və gələcəkdə övladının psixoloji sarsıntılar keçirməsini istəmir. Bundan əlavə, uşağın atası kimi, iddiaçının atası Aqil cavan olarkən vəfat edib və oğul kimi atasının adını övladının soyadında yaşatmaq istəyir.
8. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim olunmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
10. Həmin qərardan narazı qalan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
13. ## ### 2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iş üzrə cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olamadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12. Dövlətin ali məqsədi İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 21. Dövlət dili İ. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
16. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya: Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
17. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın ... 32-ci... maddələrində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün ... məhdudlaşdırıla bilər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi Maddə 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası 190.1. Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 190.2. Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.
20. “Dövlət dili haqqında” Qanun: Maddə 8. Dövlət dilinin xüsusi adlarda işlənməsi Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il ## ### tarixli 1016- İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## #### tarixli *** nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra – konsulluq idarəsi) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. 1.2. Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri olan Azərbaycan Respublikası vətəndaşlarının, doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin müraciətləri əsasında onlara adların, ata adlarının və soyadların verilməsi və dəyişdirilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir. 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. 1.4. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
4. Soyadın verilməsi 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.20-1. Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş adın, ata adının və soyadın dəyişdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, habelə konsulluq idarəsi tərəfindən aparılır. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. 6.29. Adın, ata adının, soyadın dəyişdirilməsinə dair sənədlər, o cümlədən qeydiyyat orqanının rəyi qeydiyyat şöbəsində və ya konsulluq idarəsində 75 il müddətində saxlanılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabinetiyanında Terminologiya Komissiyası haqqında Əsasnamə”: 1.1. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ### tarixli **** nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir; 1.2. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur; 2.1. Komissiyanın əsas vəzifələri aşağıdakılardır: 2.1.10. müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tariximənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi; 2.1.11. orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi;
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
25. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
26. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçıların hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın məktubunun tarixi ##.##.2025ci il tarixdir. İddiaçılar isə iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
27. İşin mahiyyətinə gəldikdə isə, hazırda iddiaçıların cavabdeh inzibati orqandan tələbi “##.##.2025-ci il təvəllüdlü Sarıyev İlyas Əli oğlunun doğum haqqında akt qeydində soyadının dəyişdirilib, baba adı ilə soyad verilməsinə, “Sarıyev” soyadından “Aqilzadə” soyadına dəyişdirilməsinə dair və bu barədə doğum haqqında akt qeydi kitabında müvafiq qeydiyyatın aparılmasının və oğluna yeni soyadla yeni “Doğum haqqında şəhadətnamə”nin verilməsi”dir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların təqdim etdiyi səbəblər simvolik və emosional motivasiyalara əsalanır. Onun hər hansı real, ciddi və əsaslandırılmış məhrumiyyətlər və çətinliklər ilə qarşılaşdığı görünmür. soyadın sabitliyinin təmin edilməsi ictimai mənafeyə, təhlükəsizliyə və digər şəxslərin hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ona görə də əhalinin qeydiyyat sisteminə xələl gətirən üsullarla edilən və qeyrimüəyyənlik yarada biləcək soyad dəyişikliklərinə dövlət tərəfindən məhdudiyyətlər qoyula bilər. Müvafiq qanunvericilik soyadın dəyişməzliyi ilə bağlı ictimai mənafeyə əsaslanır ki, bu da hüquqi müəyyənliyin və vətəndaşlıq vəziyyətinin sabitliyinin mühüm elementi sayılır. Belə ki, bir şəxsin soyadının dəyişdirməyə sövq edən gerçək səbəblər olsa da, bu, ictimai maraqlar baxımından, o cümlədən, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması və ya şəxsin kimliyinin müəyyən olunması və hər hansı bir soyadın daşıyıcısının müəyyən bir ailə ilə əlaqələndirilməsi vasitələrinin qorunması məqsədi ilə məhdudlaşdırıla bilər..Beləliklə, hazırkı işin halları baxımından iddiaçıların sadəcə simvolik və emosional motivasiyalara əsaslanan soyadını dəyişməkdən ibarət olan fərdi marağı ictimai maraqlardan üstün tutulması üçün yetərli deyil.”
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
29. Şəxsi ad, soyad və ata adı fərdin özünü müəyyən etməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir və şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər.
30. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən, ad hüququnun təzahürü kimi ad, ata adı və soyadın verilməsi və dəyişdirilməsi hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, bu hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, ictimai maraqlara xidmət etməklə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
31. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda, ad hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər.
32. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir: -uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir; -İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər.
33. İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun.
34. Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür.
35. Hazırda iddiaçıların dəlilləri ondan ibarətdir ki, “onu böyütmüş və xatirəsini ehtiramla yad etmək istədiyi atasının adı “Aqil”dir, ona görə də, uşağının soyadının “Aqilzadə” olmasını istəyir.”
36. Məhkəmə kollegiyası qeyd edir ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Hazırki işdə hər iki valideynin soyadı “Aqilzadə” deyil. Atanınkı “Sarıyev” ananınki “Rəhimli”dir. Ona görə də iddiaçıların övladının soyadının “Aqilzadə” kimi dəyişdirilməsini tələb etmələrinin qanunla nəzərdə tutulan əsasları mövcud deyil.
37. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik 18 yaşına çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşlarının öz soyadını dəyişdirməsinə olan hüququnu tanıyır. Bununla belə, yuxarıda geniş şərh olunduğu kimi, bu hüquq da mütləq deyil, müəyyən məhdudiyyətlərə tabedir. Qanunverilik soyadların dəyişdirilməsi zamanı fərdin şəxsi, sosial və hüquqi vəziyyətinə təsir edən əsaslı səbəblərin təqdim edilməsi zəruri hesab edilir və bu məsələlərdə şəxsi istəklə ictimai maraqlar arasında balansın qorunması vacibdir. Soyad şəxsin kimliyinin, xüsusilə, onun ailə mənsubiyyəti və nəsil əlaqələrinin müəyyənləşdirilməsinin əsas elementidir. İddia tələbinin dəlillərindən də görünür ki, iddiaçıların təqdim etdiyi səbəblər simvolik və emosional motivasiyalara əsaslanır. Övladlarının gələcəkdə “Sarıyev” soyadı hər hansı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərə və çətinliklərlə qarşılacağı görsənmir.
38. Qeyd olunmalıdır ki, ad və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, ad və soyadın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (İsmayılzadə Azərbaycana qarşı, № *****/**, ## ###### 2024, §30, Macalin X2rşı, № *****/** ## ######## 2015Xİİ, §21; X7rşı, № *****/**, § 25, # ###### 2013; X5rşı, № *****/**, ## ####### 2008, §43 və Mentzen Latviyaya qarşı, № *****/**, AİHM 2004). AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. 8-ci maddə dövləti yalnız bu cür müdaxilədən çəkinməyə məcbur etmir: bu, əsasən neqativ öhdəlikdən əlavə, dövlətlər həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər daşıyırlar. Bu, həm fərdlərin hüquqlarını qoruyan normativ hüquqi çərçivənin, məhkəmə və icra mexanizmlərinin yaradılmasını, həm də zəruri hallarda konkret tədbirlərin həyata keçirilməsini əhatə edə bilər (Tisiąc Polşaya qarşı, № ****/**, ## #### 2007, § 110 və X və Y Niderlanda qarşı, ## #### 1985, § 23, Series A № **). Konvensiyanın 8-ci maddəsi üzrə Dövlətin pozitiv və neqativ öhdəlikləri arasındakı sərhədləri dəqiq şəkildə müəyyənləşdirmək mümkün deyil (Kroon və digərləri Niderlanda qarşı, № *****/**, ## ####### 1994, § 31). Bununla belə, tətbiq olunan prinsiplər oxşardır. Həm neqativ, həm də pozitiv kontekstlərdə fərdin maraqları ilə cəmiyyətin ümumi maraqları arasında ədalətli tarazlıq təmin olunmalıdır (İsmayılzadə Azərbaycana qarşı, № *****/**, ## ###### 2024, §30, Keegan İrlandiyaya qarşı, ## ### 1994, § 49, Series A № *** və Różański Polşaya qarşı, № *****/**, § 61, ## ### 2006). Məhkəmə, həmçinin qeyd etmişdir ki, sözügedən sahə üzrə Razılığa gələn Dövlətlər geniş mülahizə sərbəstliyinə malikdirlər (Daróczy Macarıstana qarşı, № *****/**, # #### 2008, § 27).
39. Avropa İnsan Hüquqları Məhkəməsi vurğulayır ki, adlar şəxsin kimliyinin müəyyənləşdirilməsində son dərəcə əhəmiyyətli rol oynayır. Bununla belə, bir şəxsin adını (soyadını) dəyişdirməyə sövq edən gerçək səbəblər mövcud olsa da, Məhkəmə belə bir imkanın məhdudlaşdırılmasının ictimai maraq baxımından əsaslandırıla biləcəyini qəbul edir; məsələn, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması və ya şəxsin kimliyinin müəyyən olunması və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə ilə əlaqələndirilməsi vasitələrini qorumaq, uşağın mənafeyini qorumaq, eləcə də, milli adqoyma ənənələrinin qorunması kimi ictimai maraqlar baxımından məhdudlaşdırıla bilər (İsmayılzadə Azərbaycana qarşı, № *****/**, ## ###### 2024, §31, X4rşı, № *****/** və digərləri, ## ###### 2023, § 52; Daróczy Macarıstana qarşı, № *****/**, # #### 2008, § 26; Johansson Finlandiyaya qarşı, № *****/**, # ######## 2007, § 35; və Stjerna Finlandiyaya qarşı, № *****/**, ## ###### 1994, § 39). 43. Avropa İnsan Hüquqları Məhkəməsi hesab edir ki, belə müdaxilələr dövlətin məqbul tənzimləmə çərçivəsindəki səlahiyyətinə daxildir. Avropa Məhkəməsi dövlətin əhalinin qeydiyyat sistemini sabit saxlamaq marağının fərdi maraqları məhdudlaşdırmaq üçün əsas ola biləcəyini qəbul edir və iki maraq arasında ədalətli tarazlığın təmin olunmasını tələb edir. Məhkəmə həmçinin qeyd edir ki, dövlət adların formalaşdırılmasında dil və mədəniyyət qaydalarına uyğunluq tələbi qoya bilər (Mentzen Latviyaya qarşı, yuxarıda qeyd olunub; Stjerna Finlandiyaya qarşı, yuxarıda qeyd olunub).
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanunla nəzərdə tutulan əsaslar mövcud olmadığı üçün onun iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğundur. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
41. Odur ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev