Məhkəmə qərarları › İş №2-1(3-6)-754/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-754/2026

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-754/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər üçüncü şəxs23, üçüncü şəxs18, üçüncü şəxs13, üçüncü şəxs5, üçüncü şəxs4, üçüncü şəxs20, Nəcəfov İlham Mehrac oğlu, Nəcəfov İsa Mexrac oğlu, Nəcəfov İlqar İsa oğlu, üçüncü şəxs10 İlham oğlu, üçüncü şəxs3 İlqar qızı, üçüncü şəxs1, üçüncü şəxs22, üçüncü şəxs21 İlham oğlu, üçüncü şəxs2, üçüncü şəxs14, üçüncü şəxs7, üçüncü şəxs6, üçüncü şəxs9 İlqar qızı, üçüncü şəxs17, üçüncü şəxs16 İslam oğlu, üçüncü şəxs15 İslam oğlu və üçüncü şəxs8 cəlb olunmaqla) qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “qeydiyyatdan çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X11 və X10 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat“ haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən üçüncü şəxs18. üçüncü şəxs5, üçüncü şəxs4, üçüncü şəxs13, üçüncü şəxs20. Nəcəfov İlham Mehrac oğlu, üçüncü şəxs23, Nəcəfov İsa Mexrac oğlu, Nəcəfov İlqar İsa oğlu, üçüncü şəxs10 İlham oğlu, üçüncü şəxs3 İlqar qızı, üçüncü şəxs1, üçüncü şəxs22, üçüncü şəxs21 İlham oğlu, üçüncü şəxs2, üçüncü şəxs14. üçüncü şəxs7, üçüncü şəxs6, üçüncü şəxs9 İlqar qızı, üçüncü şəxs17, üçüncü şəxs8, üçüncü şəxs16 İslam oğlu, üçüncü şəxs15 İslam oğlunun ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququ vardır.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli ##.##.2025-ci il tarixli Arayışından görünür ki, üçüncü şəxs23, üçüncü şəxs18, üçüncü şəxs13, üçüncü şəxs5, üçüncü şəxs4, üçüncü şəxs20, Nəcəfov İlham Mehrac oğlu, Nəcəfov İsa Mexrac oğlu, Nəcəfov İlqar İsa oğlu, üçüncü şəxs10 İlham oğlu, üçüncü şəxs3 İlqar qızı, üçüncü şəxs1, üçüncü şəxs22, üçüncü şəxs21 İlham oğlu, üçüncü şəxs2, üçüncü şəxs14, üçüncü şəxs7, üçüncü şəxs6, üçüncü şəxs9 İlqar qızı, üçüncü şəxs17, üçüncü şəxs16 İslam oğlu, üçüncü şəxs15 İslam oğlu və üçüncü şəxs8 ünvan 4 ünvanında qeydiyyatdadırlar.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli ##.##.2025-ci il tarixli çıxarışından görünür ki, ünvan 4 (Yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5 41) ünvanında yerləşən mənzil ##.##.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi döngə 2, ** saylı ünvanında sorğuda qeyd olunan şəxslərin istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

5. X3 İcraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli ** nömrəli Qərarına əsasən ünvan 4 ünvanında yaşayan üçüncü şəxs23Y. əsaslı təmir işlərinin aparılmasına icazə verilmişdir.

6. Azərbaycan Dəmir Yolu İdarəsi tərəfindən Azərbaycan Respublikasının Ali Sovetinin katibliyinə ünvanlanan məktubda qeyd edilmişdir ki, Z.üçüncü şəxs16nın həyat yoldaşı üçüncü şəxs23 yoldaş Biləcəri Lokomotiv deposunda fəhlə işlədiyinə baxmayaraq iş yerində mənzil uçotunda dayanmadığı üçün dəmir yolu idarəsi Nəcəfovanın ailəsini mənzillə təmin etmək hüququ yoxdur. Odur ki, mənzil şəraitinin yaxşılaşdırılması barədə çox uşaqlı ana kimi Binəqədi rayon İcrayə komitəsinə müraciət edib mənzil növbəsində dura bilər

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

7. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək üçüncü şəxs23, üçüncü şəxs18, üçüncü şəxs13, X2, üçüncü şəxs4, üçüncü şəxs20, Nəcəfov İlham Mehrac oğlu, Nəcəfov İsa Mexrac oğlu, Nəcəfov İlqar İsa oğlu, üçüncü şəxs10 İlham oğlu, üçüncü şəxs3 İlqar qızı, üçüncü şəxs1, üçüncü şəxs22, üçüncü şəxs21 İlham oğlu, üçüncü şəxs2, üçüncü şəxs14, üçüncü şəxs7, üçüncü şəxs6, üçüncü şəxs9 İlqar qızı, üçüncü şəxs17, üçüncü şəxs16 İslam oğlu, üçüncü şəxs15 İslam oğlu və üçüncü şəxs8 mülkiyyət hüququ uzrə mənə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasının Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2025-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin fərdi yaşayış evinə çıxarış alan zaman iddiaçıya məlum olmuşdur ki, ailə üzvlərindən başqa qonşuluqda yaşayan üçüncü şəxs23 və onun ailə üzvləri də həmin evdə pasport qeydiyyatındadır. İddiaçı üçüncü şəxs23, üçüncü şəxs18, üçüncü şəxs13, X2, üçüncü şəxs4, X1, Nəcəfov İlham Mehrac oğlu, Nəcəfov İsa Mexrac oğlu, Nəcəfov İlqar İsa oğlu, üçüncü şəxs10 İlham oğlu, üçüncü şəxs3 İlqar qızı, üçüncü şəxs1, üçüncü şəxs22, üçüncü şəxs21 İlham oğlu, üçüncü şəxs2, üçüncü şəxs14, üçüncü şəxs7, üçüncü şəxs6, üçüncü şəxs9 İlqar qızı, üçüncü şəxs17, üçüncü şəxs16 İslam oğlu, üçüncü şəxs15 İslam oğlu və üçüncü şəxs8 mülkiyyət hüququ üzrə ona məxsus olan yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin qurumun iddiaçıya ünvanladığı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən adları qeyd edilən şəxslərin həmin evdən yaşayış yeri üzrə qeydiyyatından çıxarılması və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Adları qeyd edilən şəxslərin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqularının həyata keçirilməsində maneçilik törədir, iddiaçıya mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur.

9. Məhkəmənin hazırki iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs23, üçüncü şəxs18, üçüncü şəxs13, üçüncü şəxs5, üçüncü şəxs4, üçüncü şəxs20, Nəcəfov İlham Mehrac oğlu, Nəcəfov İsa Mexrac oğlu, Nəcəfov İlqar İsa oğlu, üçüncü şəxs10 İlham oğlu, üçüncü şəxs3 İlqar qızı, üçüncü şəxs1, üçüncü şəxs22, üçüncü şəxs21 İlham oğlu, üçüncü şəxs2, üçüncü şəxs14, üçüncü şəxs7, üçüncü şəxs6, üçüncü şəxs9 İlqar qızı, üçüncü şəxs17, üçüncü şəxs16 İslam oğlu, üçüncü şəxs15 İslam oğlu və üçüncü şəxs8 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər

10. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia rədd edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzilin ünvanı üzrə deyil, eyni ünvan rekvizitlərinə malik olan ayrıca daşınmaz əmlakın mülkiyyətçisi olmaqla ünvan üzrə daimi qeydiyyatdadırlar. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

19. Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2008-ci il tarixli ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın:

20. 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində qərar tam hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

25. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı işin hallarına görə, ünvan 4 (Yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5 41) iddiaçının xüsusi mülkiyyətindədir. Həmçinin, ünvan 4 ünvanına dair üçüncü şəxs23Y oğlunun adına X4 İcraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli ** nömrəli qərarı mövcuddur.

26. İddiaçının hazırkı iddia üzrə hüquqi marağı üçüncü şəxslərin həmin ünvandan pasport qeydiyyatından çıxarmasına nail olmaqdır.

27. Göründüyü kimi, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə deyil, özlərinə məxsus, eyni ünvanda, lakin faktiki ayrı mənzildə qeydiyyatdadırlar.

28. Məhkəmə qeyd edir ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxsin mülkiyyətində olan evin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalması qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz.

29. İş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzilin ünvanı üzrə deyil, eyni ünvan rekvizitlərinə malik olan ayrıca daşınmaz əmlakın mülkiyyətçisi olmaqla ünvan üzrə daimi qeydiyyatdadırlar.

30. Baxılan işlə əlaqədar oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli və 2- *(***)-****/**** nömrəli iş üzrə, ##.##.2023-cü il tarixli qərarlarında da qeyd edilmişdir.

31. *-*(***)-****/**** nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni ünvan göstəricisinə malik X7 adına ##.##.2002-ci il tarixli qeydiyyat vəsiqəsi, eləcə də X5 aid dövlət reyestrində qeydiyyata alınmamış əmlakın olması iddiaçının eyni ünvan, lakin müxtəlif evlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir”.

32. *-*(***)-***/**** nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...iş üzrə üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onunla ilə eyni ünvan göstəricilərinə malik başqa bir evdə qeydiyyatda olmaqla yaşayırlar. Belə olan halda, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir”.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ######## 2020- ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228- ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

34. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır.

35. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

36. Əlavə olaraq məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçının 3-cü şəxsləri pasport qeydiyyatından çıxarılmasını tələb etdiyi ünvan 4 ünvanı Yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5 41 ünvanı adlanır və iddiaçının xüsusi mülkiyyətindədir.

37. Lakin ünvan 4 ünvanına dair üçüncü şəxs23Y oğlunun adına X4 İcraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli ** nömrəli qərarı mövcuddur.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar