Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-758/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndələri nümayəndə1 və X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun əmək pensiyasının yenidən hesablanmasına dair may 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun əmək pensiyasının yenidən hesablanmasına dair cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı prokurorluq orqanlarında 21 il 11 ay 4 gün müddətində müxtəlif vəzifələrdə çalışmışdır. ## ##### 2008-ci il tarixindən ona prokurorluq orqanlarının əməkdaşı kimi II dərəcəli əlilliyə görə (əlillik dərəcəsinin müddəti ## #### 2021-ci il tarixində bitib), # #### 2016-cı il tarixindən isə 60 yaşa çatması ilə bağlı yaşa görə əmək pensiyası təyin edilmişdir. 2025-ci ilin may ayında pensiyası ödənilərkən onun məbləğinin azaldıldığını, bundan başqa 165 manat tutmanın həyata keçirildiyini görmüşdür. Bu halın aydınlaşdırılması üçün cavabdehə müraciət etmiş, iddiaçıya onun əmək pensiyasının düzgün hesablanmadığı bildirilmişdir. Hesab edir ki, cavabdehin qərarı qanunsuzdur. Belə ki, əlverişli inzibati akt qəbul edildikdən 9 il sonra onu qəbul etmiş inzibati orqan tərəfindən ləğv edilmiş və pensiya məbləği yenidən hesablanaraq azaldılmışdır. Həmçinin, iddiaçı öz ərizəsi ilə ona yaşa görə pensiya təyin edilməsini xahiş edərkən artıq əlilliyə görə aldığı pensiya məbləği dəyişməmişdi. Əgər ##.##.2016-cı il tarixdən ona prokurorluq işçisi kimi ümumi əsaslarla pensiya təyin edilə bilməzdisə, o zaman əlilliyə görə artıq təyin edilmiş və ##.##.2021-ci il tarixə qədər ödənilməli olan pensiyanın ödənilməsi davam etdirilməli idi. Cavabdeh inzibati icraatı onu məlumatlandırmadan və iştirakı olmadan həyata keçirmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən ##.##.2008-ci il tarixdə prokurorluq orqanlarının əməkdaşı kimi II dərəcəli əlilliyə görə (əlillik dərəcəsinin müddəti ##.##.2021-ci il tarixdə bitib), ##.##.2016-cı il tarixdən isə yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Tərəflərindən aparılan araşdırma zamanı iddiaçının prokurorluq orqanlarında qulluq illərinin 25 ildən az, 21 il 11 ay 4 gün (##.##.1983-##.##.1992-ci il, ##.##.1992-##.##.2000-ci il və ##.##.2000-##.##.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyi, prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyi, həmçinin pensiya yaşına çatmadığı halda, ona prokurorluq orqanlarının əməkdaşı kimi ##.##.2016-cı il tarixdən qanunvericiliyə zidd olaraq yaşa görə əmək pensiyasının təyin edildiyi aşkar olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 21 il 11 ay 4 gün qulluq illərinə uyğun olaraq onun orta aylıq əmək haqqının (2963,14 manat) 80 faizi – 2370,51 manat məbləğində hesablanmışdır. ## #### 2018-ci il tarixədək hesablanmış pensiyanın (2370,51 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 2564,94 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2019- ##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində onun müvafiq kart hesabına hər ay 2720,01 manat məbləğində köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 2946,33 manat artıq pul vəsaiti ödənilmişdir. Əlillik müddətinin ##.##.2021-ci il tarixdə bitməsi ilə əlaqədar əlilliyə görə pensiya almaq hüququ da ##.##.2021-ci il tarixdə bitib. Eyni zamanda, iddiaçının 65 yaşının tamamlandığı ##.##.2021-ci il tarixdən yaşa görə pensiya almaq hüququ yarandığından ##.##.2021-ci il tarixdən əmək pensiyası yaşa görə müəyyən edilmişdir. Belə ki, ona 2290,85 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2720,01 manat məbləğində köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 7295,72 manat artıq pul vəsaiti ödənilmişdir. ##.##.2022-ci il tarixdən prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçıya 2965,20 manat hesablanmalı olduğu halda, 2720,01 manat dekabr ayı üzrə ödənilmiş, buna görə də, ona həmin ay üçün ödənilməli olan 245,19 manat pul vəsaiti hesablanmışdır. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar ##.##.2023-cü il tarixdən əmək pensiyası 3741,19 manat hesablanmışdır. Bununla əlaqədar iddiaçıya ##.##.2023-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 44894,28 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 48488,27 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə ona 3593,99 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda, əmək pensiyaları növbəti dəfə ##.##.2024-cü il tarixdən indeksləşdirilməsi ilə əlaqədar ona həmin tarixdən 4160,20 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2024-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində ona hər ay 4546,29 manat məbləğində ödənilmişdir. Bu səbəbdən ona həmin dövr üçün 4633,08 manat artıq pul vəsaiti ödənilmişdir. Əmək pensiyasının ##.##.2025-ci il tarixdən indeksləşdirilməsi ilə əlaqədar pensiyası həmin tarixdən 4497,18 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2025- ##.##.2025-ci il tarixləri arasındakı dövr üzrə hər ay ona 4914,54 manat məbləğində ödənilmişdir. Bu səbəbdən həmin dövr üçün ona 1669,44 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya ümumilikdə 19893,37 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Nəzərdə tutulan tədbirlər haqqında iddiaçının mülahizələrini dinləyərək müvafiq qərar qəbul edilməsi üçün ona ##.##.2025-ci il tarixdə məktub göndərilməklə filiala gəlməsi xahiş edilmiş, lakin iddiaçı gəlməmişdir. Bundan sonra tərəflərindən müvafiq inzibati akt qəbul edilmişdir. Qeyd edilir ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 329,03 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin vəsait cari ilin may və iyun aylarında hissə-hissə onun əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı (hakim E.Abdullayev) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun olaraq əsaslandırılmış və qeyd olunmuşdur ki, Bakı Inzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Mərkəzi Filialın ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyası yenidən hesablanaraq 4914,54 manatdan 4497,18 manata azaldılmışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının əmək pensiyasından hal-hazırda tutulmalar aparılmamaqdadır. Bakı Inzibati Məhkəməsi ##.##.2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarında qeyd olunmuşdur ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “Inzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. Ikinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə əlilliyin təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan halların mövcud olması, həmin halların inzibati orqana məlum olmasından 1 il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Göründüyü kimi cavabdeh inzibati orqan qərar qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi hazırkı mərhələdə müəyyən edilmir. Belə ki, iddiaçı 2016-cı ildən 2025-ci ilədək cavabdeh tərəfindən müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan borcunun yaranmasına səbəb olmuşdur ki, bu etimad prinsipinə zidd hesab edilməlidir. Məhkəmənin mövqeyinə münasibətdə bildirilmişdir ki, Inzibati Prosessual Məcəllənin 67.6-cı maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətini əsassız sayır və onunla razı deyil. Qurum tərəfindən prokurorluq işçisi kimi # #### 2016-cı il tarixdən ona yaşa görə pensiya təyin edilməsinə dair qərarın 9 ildən sonra ləğv edilərək pensiyanın yenidən hesablanması barədə 2025-ci lin may ayında qəbul edilmiş qərarı qanunsuz hesab edərək onun ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, 1. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. (Bu yalnız rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda tətiq edilmir). Ona münasibətdə isə qanuniliyinə etimad göstərdiyi (hətta qanunsuz hesab edilsə belə) əlverişli inzibati akt qəbul edildikdən 9 il sonra onu qəbul etmiş inzibati orqan tərəfindən ləğv edilmiş və pensiyası yenidən hesablanaraq məbləği azaldılmışdır.; 2. Pensiya şəxslərə ümumi əsaslarla, yəni yaşa görə və ya əlilliyə görə də təyin edilə bilər. Vətəndaşın bir neçə əsasla pensiya hüququ yarandıqda onlardan birini seçməkdə haqlıdır. Pensiya işindən də görünür ki, öz ərizəsilə ona yaşa görə pensiya təyin ediməsini xahiş edərkən artıq əlilliyə görə pensiya alırdı və onun məbləği dəyişməz qalmışdır.; 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş 25 il (# #### 2017-ci il tarixindən sonra 35 il) və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını (# #### 2017-ci il tarixindən sonra 17 il 6 ay) prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var idi. Qeyd etdiyi kimi prokurorluqdakı iş stajı 22 ilə yaxındır. Əgər ##.##.2016-cı il tarixdən ona prokurorluq işçisi kimi ümumi əsaslarla pensiya təyin edilə bilməzdisə, o zaman əlilliyə görə artıq təyin edilmiş və ##.##.2021-ci il tarixə qədər ödənilməli olan pensiyanın ödənilməsi davam etdirilməli idi, yəni, ona dövlət büdcəsindən artıq məbləğin ödənildiyini də iddia etmək əsassızdır; 4. cavabdeh inzibati icraatı onu məlumatlandırmadan və iştirakı olmadan həyata keçirmişdir. Göründüyü kimi, cavabdeh inzibati icraatı onu məlumatlandırmadan və iştirakı olmadan və heç bir əsaslandırma aparılmadan həyata keçirmiş, hazırda qanunsuz hesab etdiyi inzibati aktı onun ləğv olunmasını şərtləndirdiyi halları 9 ildir ki, bildiyi halda onun ləğvi və ya dəyişdirilməsi üçün tədbir görməmişdir. O da məlumdur ki, həmin aktın rüşvət, hədəqorxu və ya aldatma yolu ilə qəbul edilməsinə, eləcə də maraqlı şəxs, yəni onun tərəfindən səhv, ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin təqdim edilməsinə dair heç bir hal müəyyən edilməmişdir. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Eyni əsaslara görə Ali Məhkəmənin Inzibati Kollegiyası özünün *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddianı təmin etmiş aşağı instansiya məhkəmləri tərəfindən qəbul edilmiş qərarları qanuni və əsaslı hesab edilmişdir. Cavabdehin öz apellyasiya şikayətində öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi Ali Məhkəmənin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının hazırkı inzibati mübahisə ilə heç bir analogiyası yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Inzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia prosessual müddətə əməl edilməklə qaldırılmışdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Inzibati işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən ##.##.2008-ci il tarixdə prokurorluq orqanlarının əməkdaşı kimi II dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının əlillik dərəcəsinin müddəti ##.##.2021-ci il tarixdə bitmişdir. ##.##.2016-cı il tarixdən isə iddiaçıya prokurorluq orqanı əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. ##.##.2025-ci il tarixli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanmış, iddiaçıya pensiya təyin edilmə tarixi ##.##.2021-ci ilə çəkilmiş, nəticədə iddiaçıya ümumilikdə 19893,37 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Iş materiallarında olan: - Iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1956-cı il təvəllüdlüdür. - Iddiaçının ##.##.1975-ci il tarixli əmək kitabçasına əsasən o, ##.##.1973-cü ildə Kürdəmir üzümçülük sovxozunda işə başlamış, ##.##.1975-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir. O, ##.##.1975-ci ildə hərbi xidmətə çağırılmış, ##.##.1977-ci il ordudan təxris olunmuşdur. O, ##.##.1977-ci ildə tikintidə işə qəbul olmuş, ##.##.1978-ci ildə elektrik işinə köçürülmüş, ##.##.1979-cu ildə həmin işdən azad edilmişdir. Iddiaçı ##.##.1982-ci ildə mexanik təyin edilmiş, ##.##.1983-cü ildə ərizəsi əsasında işdən azad edilmişdir. O, ##.##.1983-cü ildə prokurluqda təcrübəçi kimi işə başlamış, ##.##.1984-cü ildə prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. O, ##.##.1986-cı ildə həmin vəzifədən azad edilərək müstəntiq təyin edilmiş, ##.##.1987-ci ildə Rusiya Federasiyası X7 Prokurorluğunda müstəntiq kimi işə davam etmişdir. O, ##.##.1988-ci ildə Adıgeya vilayətində prokuror köməkçisi, ##.##.1992-ci ildə vəzifədən azad edilmişdir. ##.##.1992-ci ildə o, Qusar rayon prokurorluğunun müstəntiqi, ##.##.1993-cü il tarixdə Bakı şəhər prokurorluğunun Təşkilat-analitik şöbəsinin prokuroru, ##.##.1996-cı il tarixdə Respublika Prokurorluğunun Istintaq idarəsinin böyük müstəntiqi vəzifələrində işləmiş, struktur dəyişikliyi ilə əlaqədar ##.##.2000-ci il tarixdə ixtisar edilmiş tutduğu vəzifədən azad edilmiş, ##.##.2000-ci il tarixdən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsində işləmişdir. ##.##.2001-ci ildə vəzifə ixtisara düşdüyü üçün vəzifəsindən azad olunmuş, ##.##.2001-ci ildə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilmişdir. ##.##.2005-ci ildə prokurorluq orqanlarından xaric edilmiş, ##.##.2007-ci ildə “xxxx” MMC-də baş direktorun hüquq məsələləri üzrə müavini vəzifəsinə təyin edilmiş, ##.##.2007-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. ##.##.2007-ci ildə Vəkillər Kollegiyasına üzv qəbul edilmiş və ** saylı hüquq məsləhətxanasına göndərilmişdir. ##.##.2008-ci ildə “MBM” vəkil bürosunda fəaliyyətini davam etdirmişdir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna əsasən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş *-**-*/*- ******/**** nömrəli ##.##.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materialları məhkəməyə göndərilmişdir. - Cavabdeh inzibati orqanın ##.##.2025-ci il tarixli məktubuna əsasən iddiaçı inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi üçün Mərkəzi Filiala dəvət edilmişdir. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının *- **-*/*-*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından görünür ki, iddiaçının hazırkı pensiya məbləği 4914 manat 54 qəpik təşkil edir. Ona ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək 2290,85 manat, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 2965,20 manat, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək 3741,19 manat, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 4160,20 manat, ##.##.2025ci il tarixdən isə müddətsiz olaraq 4497,18 manat pensiya məbləği hesablanmışdır. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubda iddiaya yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanan *-*-***/-******/**** nömrəli, ##.##.2025ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı ##.##.1992-ci il tarixdə Rusiya Federasiyası X6 Prokurorluğundan keçirilmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına qulluğa qəbul edilərək Qusar rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmiş, ##.##.1993-cü il tarixdən Bakı şəhər prokurorluğunun Təşkilatanalitik şöbəsinin prokuroru, ##.##.1996-cı il tarixdən Respublika Prokurorluğunun Istintaq idarəsinin böyük müstəntiqi vəzifələrində işləmiş, struktur dəyişikliyi ilə əlaqədar ##.##.2000- ci il tarixdə ixtisar edilmiş tutduğu vəzifədən azad edilmiş, ##.##.2000-ci il tarixdən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsində işləmiş, Azərbaycan Respublikası Baş prokurorunun ##.##.2005-ci il tarixli **/*-**/**-k nömrəli əmri ilə xidməti intizamın kobud pozuntusu hallarına və dövlət ittihamının müdafiəsini həyata keçirərkən ciddi qanun pozuntularına, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilərək prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun ##.##.1999-cu il tarixli **-l nömrəli əmri ilə ona R xüsusi rütbəsi verilmiş və prokurorluq orqanından xaric edilərkən həmin rütbədən məhrum edilməmişdir. Azərbaycan Respublikası Prokurorluğu uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyasının ##.##.2002-ci il tarixli protokoluna əsasən İddiaçı həmin tarixə ümumilikdə 19 il 9 ay əmək stajı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı xaric edilərkən prokurorluq orqanlarında 21 il 11 ay 19 gün əmək stajına malik olmuşdur. Cavabdeh inzibati orqanın etirazının və apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçının prokurorluq orqanlarında qulluq stajı 25 ildən az, yəni 21 il 11 ay 4 gün təşkil etmişdir. Eyni zamanda iddiaçının prokurorluq orqanlarına qulluq keçməsinə yaşa görə xitam verilməmişdir. Bu səbəbdən ona ##.##.2016-cı il tarixdən əmək pensiyası təyin edilə bilməzdi. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmış, qanuni və əsaslı olaraq iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının *-**-*/*-*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə ilə bağlı qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: ... 9.4. prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri Qanunun qeyd edilən maddəsinin ##.##.2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən: ... prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Nə əmək pensiyasının yenidən hesablanması barədə qərarda, nə də məhkəmələrə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə ona pensiya təyininə müdaxilə etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmiş və bundan bir neçə il müddət keçdikdən sonra cavabdeh həmin pensiyasının düzgün müəyyən olunmadığına istinad etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi hazırkı mərhələdə müəyyən edilmir. Belə ki, iddiaçı uzun müddət cavabdeh tərəfindən müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan borcunun yaranmasına səbəb olmuşdur ki, bu etimad prinsipinə zidd hesab edilməlidir. Cavabdeh ehtimal etdiyi yanlışı (səhv hesablamanı) nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut hazırda təqdim etməmişdir. Hazırkı mərhələdə cavabdeh inzibati orqanın qərar qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi müəyyən edilmir. Belə ki, iddiaçı uzun müddət cavabdeh tərəfindən müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan borcunun yaranmasına səbəb olmuşdur ki, bu, etimad prinsipinə zidd hesab edilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda istinad olunan qanunvericilik normalarından aydın olduğu kimi, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Belə ki, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Apellyasiya baxışı zamanı müvafiq sorğu ilə iddiaçıya məxsus pensiya işinin əsli tələb olunmuş, cavabdeh inzibati orqan tərəfindən *-**-**/*-******/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubla pensiya işinin materiallarının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin pensiya işi materiallarına baxış keçirilərkən, eyni zamanda məhkəmə kollegiyasının iclasına dəvət olunan cavabdeh inzibati orqanın mütəxəssisi X.Xanlarzadənin izahatından aydın olmuşdur ki, iddiaçının əvvəla əlilliyə görə prokurorluq əməkdaşı kimi, daha sonra isə yaşa görə prokurorluq əməkdaşı kimi əmək pensiyası təyin edilmiş sonradan isə vəfizə maaşının artması ilə bağlı bir neçə dəfə yenidən hesablanmışdır. Lakin pensiyanın yenidən hesablanması zamanı cavabdeh inzibati orqan tərəfindən səhv hesablamalar barədə iradlar bildirilməmiş, inzibati icraat aparılmamış və iddiaçıya məxsus pensiyanın məbləğində azaldılmalar müşahidə olunmamışdır. Göründüyü kimi iddiaçıya prokurorluq işçisi kimi yaşa görə pensiya ilk dəfə 2016-cı ildə təyin edilmiş, həmin inzibati akt uzun müddət qüvvədə olmuş, iddiaçı da öz sosial təminatını həmin akt əsasında formalaşdırmışdır. Bundan əlavə, iş materialları ilə müəyyən edilir ki, 2018-ci və 2023-cü illərdə cavabdeh orqan vəfizə maaşının artması ilə əlaqədar iddiaçının pensiyası ilə bağlı yenidən hesablamalar aparmış, lakin həmin hesablamalar zamanı da pensiyanın ilkin təyin edilmə tarixinin guya yanlış müəyyən olunmasını aşkar etməmiş, əksinə, əvvəlki inzibati aktın hüquqi nəticələrini qəbul etmişdir. Belə olan halda cavabdeh orqanın 2025ci ildə əvvəlki qərarın səhv olduğunu bildirməsi onun öz fəaliyyətində yol verdiyi nöqsanın nəticələrini 9 il sonra iddiaçının üzərinə qoyması deməkdir. Inzibati hüququn fundamental prinsiplərindən biri hüquqi müəyyənlik prinsipidir. Bu prinsip tələb edir ki, dövlət tərəfindən qəbul edilmiş və uzun müddət icra olunmuş inzibati aktlar şəxslərdə onların sabitliyinə dair əsaslı inam yaratdıqdan sonra həmin aktlar istənilən vaxt və istənilən əsasla şəxsin vəziyyətini pisləşdirəcək qaydada dəyişdirilməsin. Iddiaçı 2016-cı ildən etibarən pensiya almaq hüququndan istifadə etmiş, həmin hüququn qanuniliyinə inanmaq üçün tam əsaslara malik olmuşdur. Çünki pensiyanın təyin edilməsinə dair inzibati akt səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, sonrakı illərdə də dəfələrlə yoxlanılmış və tətbiq olunmuşdur. Belə şəraitdə iddiaçının həmin inzibati aktın düzgünlüyünü ayrıca araşdırmaq və ya dövlət orqanının mümkün hesablamasını yoxlamaq vəzifəsi mövcud deyildir. Əks yanaşma qəbul edilərsə, dövlət orqanı istənilən vaxt, hətta uzun illər keçdikdən sonra, öz səhvinə istinad etməklə şəxsin sosial təminat hüququnu məhdudlaşdıra bilər ki, bu da hüquqi müəyyənlik prinsipini tamamilə mənasız edərdi. Bundan başqa, inzibati orqanın öz səhvini düzəltmək səlahiyyəti də qanunvericiliklə məhdudlaşdırılmışdır. Qanun inzibati orqana aşkar edilmiş səhvi yalnız müəyyən edilmiş müddət ərzində (aşkar edildiyi vaxtdan 1 illik müddət) aradan qaldırmaq imkanı vermişdir. Bu müddətin məqsədi inzibati aktların qeyri-müəyyən müddət ərzində dəyişdirilməsinin qarşısını almaq və şəxslərin dövlətə olan etimadını qorumaqdır. Hazırkı halda isə cavabdeh orqan iddia etdiyi səhvi yalnız təxminən 9 il sonra aşkar etdiyini bildirmişdir. Halbuki həmin müddət ərzində pensiya işi aidiyəti orqanın müvafiq mütəxəssisləri tərəfindən dəfələrlə araşdırılmış, 2018-ci və 2023-cü illərdə yenidən hesablamalar aparılmışdır. Deməli, cavabdeh orqanın həmin səhvi daha əvvəl aşkar etmək üçün həm hüquqi, həm də faktiki imkanı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, dövlət orqanının öz səhlənkarlığı və ya lazımi diqqət göstərməməsi nəticəsində buraxdığı nöqsan şəxsin hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, sosial təminat hüququ Konstitusiya ilə təmin edilən əsas hüquqlardan biridir. Pensiya şəxsin daimi dolanışıq vasitəsi olduğundan, onun uzun müddət sonra azaldılması şəxsin maddi vəziyyətinə ciddi təsir göstərir. Belə müdaxilə yalnız qanunun açıq tələblərinə riayət edilməklə və hüquqi müəyyənlik prinsipinə xələl gətirmədən həyata keçirilə bilər. Hazırkı iş üzrə isə cavabdeh orqan nə qanunla nəzərdə tutulmuş müddətə riayət etmiş, nə də iddiaçının legitim gözləntilərinin nəyə görə üstün tutulmamalı olduğunu əsaslandıra bilmişdir. Əksinə, iş materialları göstərir ki, inzibati orqan uzun illər ərzində qəbul etdiyi inzibati aktın düzgünlüyünü faktiki olaraq təsdiq etmiş, yalnız 9 il sonra həmin aktın səhv olduğunu irəli sürmüşdür. Belə davranış ardıcıl, vicdanlı və hüquqi müəyyənlik prinsipinə uyğun inzibati fəaliyyət kimi qiymətləndirilə bilməz. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 2025-ci ildə pensiyanın ilkin təyin edilmə tarixini dəyişdirərək pensiyanın məbləğini azaltması qanunçuluq, hüquqi müəyyənlik, legitim gözlənti, etimadın qorunması və mütənasiblik prinsiplərinə zidd olduğundan hüquqi əsaslı hesab edilə bilməz. Dövlət orqanının özünün uzun illər ərzində aradan qaldırmadığı və sonrakı inzibati hərəkətləri ilə də təsdiq etdiyi səhvin hüquqi nəticələri iddiaçının üzərinə qoyula bilməz. Buna görə də mübahisələndirilən inzibati aktın qanunsuz sayılmalı barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və ədalətli olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmaldır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-758/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-758/2026
01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver