Məhkəmə qərarları › İş №2-1(3-6)-764/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-764/2026

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-764/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X10 (sədirlik edən və məruzəçi), X16 və X11 ibarət tərkibdə,, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “üçüncü şəxs3, X1 və üçüncü şəxs2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Üçüncü şəxs üçüncü şəxs2 məhkəməyə yazılı vəsatət vəsatət təqdim edərək bildirmişdir ki, cavabdehlərin adına olan vərəsəlik şəhadətnaməsinin və DƏDRKX tərəfindən RX seriyalı, ******* №-li, *** nömrəli, 12787 vərəqində ##.##.2018-ci il tarixdə 1118050456 nömrə ilə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi, ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmasına dair iddia tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin iddia ərizəsi 2(5-94)-743/2026 sayla Xətai Rayon Məhkəməsinin (hakim V.Nağıyev) icraatına alınmış və məhkəmə iclası ##.##.2026cı il saat 10.40-a təyin edilmişdir. Təqdim olunmuş iddia tələbinin mübahisə predmetindən göründüyü kimi, bu iş üzrə Bakı İnzibati Məhkəməsində mübahisələndirilə tələbin əsasları Xətai Rayon Məhkəməsində mübahisələndirilən “Çıxarış”a istinadən qaldırılmışdır. Yəni, “Çıxarış”ın etibarsızlığı ilə bağlı məsələninn hüquqi nəticəlləri, bu iş üzrə iddia tələbinin hüquqi əsaslarına və nəticələrinə birbaşa təsir etdiyindən bu iş üzrə icraatının dayandırılması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “üçüncü şəxs3, X1 və üçüncü şəxs2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” tələbinə dair *-*(***)-*****/**** saylı inzibati iş üzrə icraat, iddiaçı üçüncü şəxs2 cavabdehlər iddiaçı4, iddiaçı1, iddiaçı3, iddiaçı2 qarşı, üçüncü şəxs3, X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin Bakı Şəhər Ərazi Idarəsi X4 maraqlı şəxs qismində cəlb olunmaqla "çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan *(*-**)-***/**** nömrəli mülki iş üzrə yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadına əsasən müəyyən edilir ki, iddiaçı üçüncü şəxs2 cavabdehlər iddiaçı4, iddiaçı1, iddiaçı3, iddiaçı2 qarşı, üçüncü şəxs3, X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin Bakı Şəhər Ərazi Idarəsi X4 maraqlı şəxs qismində cəlb olunmaqla "çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və icraata qəbul edilmişdir. Sözügedən iddia tələbinin predmetini təşkil edən fərdi yaşayış evi ilə hazırki iddia tələbinin predmetini təşkil edən fərdi yaşayış evi eynidir. Belə ki, həmin mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı hazırki mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarına məhz subyektiv hüququn olub-olmaması nöqteyi-nəzərdən birbaşa təsir edəcəkdir (əgər mülki iş üzrə iddia təmin ediləcəksə, hazırki inzibati iş üzrə iddiaçıların subyektiv hüququ aradan qalxacaqdır). Odur ki, birinci instansiya məsəhkəməsi istinad olunan hallarla bağlı Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan 2(5-94)-743/2026 mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırki inzibati iş üzrə icraat dayandırılması barədə qərar qəbul etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə 3-cü şəxs üçüncü şəxs2 qardaşı X3 Məmməd Cəfər oğlunun hazırkı iş üzrə iddiaçılara qarşı eyni ünvan 1 ünvanla bağlı mülki məhkəmə icraatının 3-cü şəxs üçüncü şəxs2 qardaşı üçüncü şəxs2 xeyrinə olmadan başa çatmasına dair məhkəmə qərarları hazırkı iş üzrə preyudisial deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 1.2.-ci maddsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar