Məhkəmə qərarları › İş №2-1(3-6)-769/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-769/2026

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-769/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “bir otaqlı mənzilin əvəzinə iki otaqlı mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X12 və X6 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili İbrahimov Nizami Hafiz oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “bir otaqlı mənzilin əvəzinə iki otaqlı mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin ##.##.2019-cu il tarixli, ** nömrəli sərəncamı ilə iddiaçı İddiaçın 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı Zaur) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmişdir.

2. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən bir otaqlı mənzil iddiaçıya təhvil verilmiş və bununla bağlı akt tərtib olunmuşdur.

3. İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə hazırki tələblə müraciət etmiş, lakin cavabdeh ## ###### 2025ci il tarixli, *-**/*-****/**** nömrəli məktubla iddiaçıya bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barəsində Nazirliyə təqdim olunmuş növbəlilik siyahısında İddiaçı 2 nəfər ailə tərkibi (özü və həyat yoldaşı) ilə ## #### 2019-cu il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ***s nömrəli Sərəncamının icrası çərçivəsində ## ###### 2021-ci il tarixində ailə tərkibi (özü, həyat yoldaşı və qızı) nəzərə alınmaqla ünvan 1 ünvanında birotaqlı ** nömrəli mənzillə təmin olunmuşdur. Övladı X1 ## ###### 2024-cü il tarixdə dünyaya gəlmişdir və bu səbəbdən mənzil təminatı prossesində nəzərə alınmamışdır. İddiaçı mövcud qanunvericiliyə uyğun olaraq təqdim edilmiş həmin mənzilin dəyişdirilməsi mümkün deyildir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

4. İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “iddiaçının hazırda ona ayrılmış 1 otaqlı mənzilin əvəzinə, şəhərin mərkəzinə yaxın ərazidə yerləşən 2 otaqlı mənzillə təmin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə ərizə icraata qəbul edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İ qrup əlil kimi sosial müdafiəyə ehtiyacı olan şəxs İddiaçı Ağakərim qızı hazırkı mənzil şəraitinin ailə tərkibinə və sağlamlıq vəziyyətinə uyğun olmaması səbəbilə, daha münasib yaşayış sahəsi ilə təmin olunması barədə zərurət yaranmışdır. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, ** nömrəli sərəncama əsasən, vətəndaş İddiaçı 1-ci qrup əlil statusuna əsasən və 2 nəfərlik ailə tərkibi (özü və həyat yoldaşı – Məmmədov Zaur) ilə yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin nümayəndəsi tərəfindən ##.##.2021-ci il tarixində tərtib olunmuş təhvil-təslim aktına əsasən, vətəndaş İddiaçı 1 otaqlı yaşayış sahəsi (mənzil) təqdim edilmişdir. Beləliklə, ailənin tərkibi hal-hazırda 4 nəfərdən ibarətdir – ər, arvad və iki azyaşlı uşaq. Ərizə verildiyi tarixə qədər ailə tərkibində mühüm dəyişiklik baş vermişdir: ##.##.2022-ci il tarixində X4, ##.##.2024-cü il tarixində isə X1 dünyaya gəlmişdir. Hal-hazırda ailə yalnız 1 otaqlı mənzildə yaşayır. Qeyd olunan ailə tərkibi üçün bu yaşayış sahəsi nə fiziki, nə də sosial baxımdan qənaətbəxş və adekvat deyil. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət olunmuşdur. Cavabdeh orqanın ## ###### 2025-ci il tarixli, 3- **/*-****/**** nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı Ağakərim qızı AR Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli, ***s nömrəli Sərəncamının icrası çərçivəsində ## ###### 2021-ci il tarixdə ailə tərkibi nəzərə alınmaqla, ünvan 1 ünvanında birotaqlı ** nömrəli mənzillə təmin edilmişdir. Daha sonra övladı X2 dünyaya gəlmişdir və bu səbəbdən mənzil təminatında nəzərə alınmamışdır. Bu səbəbdən mənzilin dəyişdirilməsi mümkün deyildir. Cavabdeh orqanın qeyd etmiş olduğu arqumentlərin qanunvericilik cəhətdən nə qədər absurd və əsassız olduğu açıq aşkar görünür. Öz qeyd etdikləri məktubda mənzil təminatının dəyişdirilməsi üçün əsas olmağına baxmayaraq, bunu etməkdən imtina edirlər. Bu isə hüquqların birbaşa pozulması deməkdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının ##.##.2019-cu il tarixli ** nömrəli Sərəncamı ilə 1-ci qrup gözdən əlil kimi 2 nəfər ailə üzvü (özü və əri) ilə birgə yaşayış sahəsinə ehtiyacı olan imtiyazlı şəxs qismində mənzil növbəsinə götürülmüşdür. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən adıçəkilən vətəndaşa ##.##.2021-ci il tarixində Sərəncamda qeyd edilən şəxslər, yəni özü və əri nəzərə alınmaqla yaşayış sahəsinin ayrılma norması tam ödənilməklə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Yeni yaşayış kompleksi ünvanından bir otaqlı mənzil təhvil verilmiş və vətəndaş da öz növbəsində mənzili könüllü razılığı ilə qəbul etmişdir. Qeyd olunmalıdır ki, İddiaçı ##.##.2022-ci il təvəllüdlü və ##.##.2024-cü il təvəllüdlü övladlarının dünyaya gəlməsi vətəndaşa əlavə otaq sayı nəzərə alınmaqla yeni mənzilin verilməsi üçün əsas deyildir. Belə ki, yerli icra hakimiyyətinin qüvvədə olan sərəncamı Agentlik tərəfindən artıq icra edilmiş və hal-hazırki iddiaya münasibətdə yerli icra hakimiyyətləri tərəfindən vətəndaşın təkrar mənzil uçotunun həyata keçirilməsi üçün yeni inzibati akt qəbul edilmədiyindən əlavə otaq sayı nəzərə alınmaqla yeni mənzilin verilməsi qanunvericiliyə uyğun deyildir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

10. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə tərəfindən səhv qiymətləndirilmiş və ya qəbul edilməyərək mübahisələndirilən, habelə işin düzgün həlli üçün həlledici əhəmiyyət kəsb edən faktlar aşağıdakılardır. İddiaçının ailə tərkibi mənzil təminatının verildiyi ##.##.2021-ci il tarixindən sonra əhəmiyyətli dərəcədə dəyişmişdir: ##.##.2022-ci il tarixində X4 dünyaya gəlmiş, ##.##.2024-cü il tarixində isə X1 anadan olmuşdur. Nəticədə hazırda ailə 4 nəfərdən – ər, arvad və iki azyaşlı uşaqdan ibarətdir. Bu dəyişiklik sosial müdafiəyə ehtiyacı olan şəxsin yaşayış şəraitinə birbaşa və ciddi təsir göstərir, çünki mənzilin ölçüsü və strukturu artıq ailənin real tələblərinə cavab vermir. Hal-hazırda istifadə olunan 1 otaqlı mənzil ailənin 4 nəfərlik tərkibinə, iddiaçının 1-ci qrup əlilliyinin yaratdığı xüsusi fiziki məhdudiyyətlərə (hərəkət və gündəlik həyatdaköməyə ehtiyac), habelə azyaşlı uşaqların sağlamlıq, tərbiyə, oyun və ayrı yaşayış sahəsi tələblərinə görə nə fiziki, nə də sosial baxımdan adekvat və qənaətbəxş deyildir. Mənzilin ümumi sahəsi 43 m² olduğundan adambaşına düşən yaşayış sahəsi təxminən 10,75 m² təşkil edir ki, bu da Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli *** nömrəli Qərarı ilə müəyyən edilmiş sosial kirayə norması olan 16 m²-dən xeyli aşağıdır. Bundan əlavə, iddiaçı tərəfindən cavabdeh orqana dəfələrlə rəsmi müraciət edilmişdir və cavabdeh ## ###### 2025-ci il tarixli imtina məktubunda yalnız “ailə tərkibi sonradan artıb, yeni sərəncam yoxdur” kimi formal və əsassız arqument irəli sürmüşdür. Bu arqument məhkəmə tərəfindən qəbul edilmişdir, halbuki belə yanaşma “Mənzil Məcəlləsi”nin əsas prinsiplərinə – sosial müdafiənin davamlılığı, yaşayış hüququnun real təminatı və dövlətin vətəndaş qarşısında öhdəliklərinin vaxtında yenidən qiymətləndirilməsi prinsiplərinə ziddir. Məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamış, lakin mübahisənin düzgün və ədalətli həlli üçün müstəsna əhəmiyyət kəsb edən faktiki hallar da mövcuddur. Bunlardan birincisi, hazırkı 1 otaqlı mənzilin ailənin cari 4 nəfərlik tərkibi və iddiaçının 1-ci qrup əlillik vəziyyəti nəzərə alınmaqla “Mənzil Məcəlləsi”nin 50.1-ci maddəsində nəzərdə tutulmuş “yaşayış sahəsinə ehtiyacı olan” şəxslər kateqoriyasına və sosial kirayə normasına (16 m² adambaşına) uyğun olub-olmamasıdır. İkincisi, Sosial Xidmətlər Agentliyinin əlillərə və sosial müdafiəyə ehtiyacı olan şəxslərə mənzil təminatı sahəsində qanunvericiliklə (o cümlədən Mənzil Məcəlləsinin 4.0.2-ci və 56.5-ci maddələri ilə) müəyyən edilmiş səlahiyyətləri çərçivəsində ailə tərkibinin dəyişməsi ilə bağlı yaranmış yeni şərtləri nəzərə almaq, mənzilin dəyişdirilməsi (əvəzləşdirilməsi) və ya daha uyğun yaşayış sahəsi ilə təmin etmək imkanının mövcudluğudur. Üçüncüsü, iddiaçının 1-ci qrup əlilliyi səbəbindən (gözdən əlil olması nəticəsində hərəkət və istiqamətlənmə çətinlikləri) mənzilin şəhərin mərkəzinə yaxın ərazidə yerləşməsinin zəruriliyidir, çünki bu, tibb müəssisələrinə, reabilitasiya mərkəzlərinə, sosial xidmətlərə və digər zəruri infrastrukturaya asan çıxışın təmin edilməsi baxımından sosial inteqrasiya və layiqli həyat səviyyəsi üçün vacibdir. Yuxarıda göstərilən bütün faktiki hallar iş materiallarında əksini tapmış, xronoloji ardıcıllıqla baş vermiş və apellyasiya şikayətinin predmetinə birbaşa aidiyyəti olan məsələlərdir. Birinci instansiya məhkəməsinin qərarı bu halların tam, hərtərəfli və obyektiv araşdırılmaması, habelə qanunvericiliyin sosial müdafiəyə yönəlmiş məqsədinin düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Bu səbəbdən apellyasiya instansiyasında işin yenidən baxılması və faktların ətraflı tədqiqi zəruri hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsi (mənzil qanunvericiliyinin prinsipləri) Məhkəmə bu əsas normanı pozmuşdur. Maddə mənzil hüquqlarının “maneəsiz həyata keçirilməsi”, “pozulmuş yaşayış hüquqlarının bərpası” və “yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi” prinsiplərini müəyyən edir. Məhkəmə isə bu prinsipləri “bir dəfə təmin edilmişdir, yenidən tələb etmək olmaz” kimi şərh etmişdir. Halbuki işin halları(ailənin 4 nəfərə çatması, əlillik və normadan aşağı sahə) göstərir ki, hazırda yaşayış hüququ pozulmuşdur. Məhkəmə bu pozuntunu bərpa etmək əvəzinə, prinsipləri formal şəkildə “təminat başa çatmışdır” nəticəsinə qurban vermişdir. 2 Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1- ci maddəsi (xüsusilə 50.1.2-ci və 50.1.3-cü bəndləri) Məhkəmə bu normanı düzgün tətbiq etməmişdir. 50.1.2-ci bənd uçot normasından az sahə ilə təmin olunan vətəndaşları“yaşayış sahəsinə ehtiyacı olan” hesab edir; 50.1.3-cü bənd isə “yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan” şəxsləri eyni kateqoriyaya aid edir. Məhkəmə qətnamədə bu maddəni sadəcə sitat gətirmiş, lakin 43 m²-lik 1 otaqlımənzildə adambaşına 10,75 m² düşməsini (16 m² normadan aşağı) və 1-ci qrup əlillik + iki azyaşlı uşaq şəraitini heç bir qiymətləndirmə aparmadan “ehtiyac yoxdur” nəticəsinə gətirmişdir. Bu, normanın birbaşa pozulmasıdır, çünki məhkəmə faktiki olaraq iddiaçını“ehtiyacı olan” statusundan məhrum etmiş və cavabdehin imtinasını əsaslandırmışdır. 3 Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.5- ci maddəsi Məhkəmə bu normanı pozmuşdur. Maddə sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin “adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamalıdır” tələbini qoyur. Məhkəmə qətnamədə bu maddəni yalnız 2021-ci il təminatına aid etmiş, lakin ailə tərkibi artdıqdan sonra cari vəziyyətdə 10,75 m² normanın pozulduğunu nəzərə almamışdır. Normanın məqsədi bir dəfəlik deyil, davamlı təminatdır. Məhkəmə isə bu normanı“keçmiş təminat kifayətdir” kimi şərh etmişdir ki, bu, maddənin hərfi və məqsədəuyğun tətbiqinə ziddir. 4 Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsi Birinci instansiya məhkəməsi qətnamə çıxararkən aşağıdakımaddi hüquq normalarını düzgün tətbiq etməmiş, onların məzmununu və məqsədini təhrif etmiş, işin faktiki halları ilə (ailə tərkibinin 4 nəfərə çatması, adambaşına 10,75 m² sahə, 1-ci qrup əlillik və sosial müdafiənin davamlı xarakteri) uzlaşdırmamışdır. Bu pozuntular iddia tələbinin rədd edilməsi nəticəsini doğurmuş və apellyasiya instansiyasında ləğv edilməsini zəruri etmişdir. Məhkəmə bu normanı pozmuşdur. Maddə dövlət orqanlarını(o cümlədən Sosial Xidmətlər Agentliyini) sosial kirayə müqavilələri əsasında vətəndaşları “yaşayış sahələri ilə təmin etmək” öhdəliyi ilə yükləyir. Məhkəmə isə bu öhdəliyi “bir dəfə təminatla başa çatmış” hesab etmişdir. Halbuki iş materiallarında (doğuş şəhadətnamələri və 2025-ci il imtina məktubu) aydın şəkildə görünür ki, mənzil verildiyi vaxt ailə 2 nəfərdən ibarət idi, hazırda isə 4 nəfərdir. Məhkəmə bu normanı tətbiq edərkən dövlətin sosial müdafiə öhdəliyinin statik deyil, dinamik və cari ailə tərkibinə uyğunlaşdırılmalı olduğunu nəzərə almamış, normanın məqsədini (sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli yaşayış şəraitinin davamlı təminatı) tamamilə təhrif etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.2- ci maddəsi (yaşayış sahəsinin ümumi sahəsinin hesablanması qaydası) Məhkəmə bu normanı ümumiyyətlə tətbiq etməmişdir. Maddə bütün yaşayış sahələrinin cəmini nəzərə almağı tələb edir. Məhkəmə isə yalnız 2021ci il təminatını əsas tutmuş, ailə tərkibinin dəyişməsindən sonra yeni hesablamanı aparmamışdır. Bu, normanın tamamilə kənarda qoyulmasıdır. Yuxarıda sadalanan hər bir maddi hüquq normasıməhkəmə tərəfindən ya yanlış şərh edilmiş, ya da faktlara tətbiq edilməmişdir. Bu pozuntular birgə şəkildə qətnamənin qanunsuzluğunu və ədalətsizliyini təşkil edir. Apellyasiya instansiyasıməhz bu səbəbdən birinci instansiya qətnaməsini ləğv etməli, göstərilən normaları düzgün tətbiq edərək iddia tələbini tam təmin etməlidir. 6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli *** saylıQərarı(sosial kirayə norması haqqında) Məhkəmə bu normativ hüquqi aktı düzgün tətbiq etməmişdir. Qərar adambaşına 16 m² normanı müəyyən etmişdir. Məhkəmə qətnamədə buQərarı sitat gətirmiş, lakin hesablamanı aparmamış və 43 m² / 4 nəfər = 10,75 m² faktını görməzdən gəlmişdir. Beləliklə, məhkəmə normativ aktı yalnız kağız üzərində qəbul etmiş, real tətbiqini isə inkar etmişdir. Bu, maddi hüquq normalarının pozulmasının klassik nümunəsidir.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

Tərəflərin izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili İbrahimov Nizami Hafiz oğlu iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

19. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ## ###### 2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Hazırki iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir, iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ vardır, iddianı qaldırmamışdan öncə inzibati orqana həmin tələblə müraciət etmiş, imtina almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də ödənildiyi üçün iddia mümkün iddiadır.

20. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “iddiaçının hazırda ona ayrılmış 1 otaqlı mənzilin əvəzinə, şəhərin mərkəzinə yaxın ərazidə yerləşən 2 otaqlı mənzillə təmin olunması” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “qeyd olunan ##.##.2019-cu il tarixli, ** nömrəli sərəncam əsasında iddiaçı imtiyazlı şəxs qismində dövlət tərəfindən bir dəfə yaşayış sahəsi ilə təmin edilmişdir. Qanunvericilikdə sosial mənzil hüququnun eyni əsaslarla təkrar şəkildə genişləndirilməsini nəzərdə tutan norma mövcud olmadığından, ailə tərkibinin sonradan artması faktı özlüyündə artıq təmin edilmiş sosial-məişət şəraitinin yenidən yaxşılaşdırılması üçün müstəqil hüquqi əsas kimi qiymətləndirilə bilməz.”

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

22. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir.

23. Yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi də həmin hüququn tərkib hissələrindən biridir.

24. Yaşayış sahələrinə ehtiyacı olan hesab edilən şəxslərin dairəsi Mənzil Məcəlləsi ilə yanaşı, həm də “Gənclər siyasəti haqqında” Qanunla və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli **** nömrəli Sərəncamı ilə müəyyən olunmuşdur. Buna görə, sözügedən şəxslər 3 (üç) kateqoriyadan ibarətdir: 1) Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar; 2) “Gənclər siyasəti haqqında” Qanuna uyğun olaraq sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər: 3) Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli **** nömrəli Sərəncamında sadalanan kateqoriyadan olan digər vətəndaşlar.

25. Birinci qrupa aid olan şəxslərin yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları, onların uçota alınması və mənzillə təmin edilməsi qaydaları Mənzil Məcəlləsi ilə müəyyənləşdirilir. İkinci qrupa münasibətdə yaşayış sahələrinin verilməsi məsələsi həm Mənzil Məcəlləsinin, həm də “Gənclər siyasəti haqqında” Qanunun müvafiq normaları birgə nəzərə alınmaqla həll edilməlidir. Üçüncü qrup şəxslər qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar hesab edilməklə onların dairəsi Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli **** nömrəli Sərəncamı ilə müəyyən olunmuşdur (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələri və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər).

26. Hazırki işdə iddiaçı birinci qrupa aid edilən şəxslərin dairəsinə daxil olmaqla Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin ##.##.2019-cu il tarixli, ** nömrəli sərəncamı ilə 2 nəfər ailə tərkibi ilə özü və həyat yoldaşı Zaur yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmiş və daha sonra ##.##.2021-ci il tarixdə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən bir otaqlı mənzil iddiaçıya təhvil verilmişdir.

27. İddiaçı hazırkı iddia tələbində ailə tərkibinin sonradan dəyişdiyini, iki azyaşlı övladının dünyaya gəldiyini əsas gətirərək, artıq dörd nəfərlik ailə tərkibi nəzərə alınmaqla əlavə yaşayış sahəsi ilə təmin olunmalı olduğunu bildirir.

28. Lakin qeyd olunmalıdır ki, iddiaçı yerli icra hakimiyyətinin sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxslər üzrə mənzil növbəsinə götürülən zaman və daha sonra mənzillə təmin edilən zaman ailə tərkibi iki nəfərdən ibarət olmuş və veriləcək mənzilin sahəsi hesablanarkən həmin tərkib üzrə müəyyən edilmiş norma çərçivəsində yaşayış sahəsi ilə təmin edilmişdir. İddiaçının dörd nəfərlik ailə tərkibi nəzərə alınmaqla əlavə yaşayış sahəsi ilə təmin olunması, əvvəlki mənzilin dəyişdirilməsini tələb etmək anlamına gəlir ki, qüvvədə olan qanunvecilikdə yaşayış sahəsinə ehtiyacı olanların mənzillərinin dəyişdirilməsi nəzərdə tutulmamışdır.

29. Nəzərə alınmalıdır ki, mənzillə təmin edilmə məsələsinə münasibətdə sosial ədalət prinsipi resursların həmişə bərabər paylanmasını deyil, daha çox ədalətli paylanmasını tələb edir. Bu isə o deməkdir ki, yaşayış sahəsinə ehtiyacı olan artıq dövlət tərəfindən mənzillə təmin edilmişdirsə, onun eyni əsasla yenidən mənzil almaq və ya dəyişdirmək iddiası digər, hələ də yaşayış şəraitini yaxşılaşdırmağa ehtiyacı olan, lakin mənzillə təmin edilməmiş eyni kateqoriyadan olan şəxslərin hüquqlarının məhdudlaşdırılması hesabına reallaşa bilər.

30. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

32. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar