Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-777/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1965-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçıya aid H3 №******* nömrəli hərbi biletdən görünür ki, o, ##.##.1984-cü ildən ##.##.1986-cı ilə qədər hərbi xidmətdə olmuşdur.
3. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin ##.##.2021-ci il tarixli **/**** nömrəli arayışına əsasən, İddiaçı 1980-ci ildə Bakı Maliyyə Kredit Texnikumunun əyani şöbəsinə 8 illik təhsil bazasından “Büdcə uçotu” ixtisasına qəbul olmuş, 1983-cü ildə texnikumu bitirmişdir. Ona “mühasibmaliyyəçi” ixtisası və AB-II № ****** nömrəli dublikat diplom verilmişdir.
4. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 1980-83-cü illərdə Bakı Maliyyə-Kredit Texnikumunda təhsil almışdır. ##.##.1986-cı il tarixdən Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin Toxuculuq fabrikində 4cü dərəcəli bəzəkləyici peşəsində işəməyə başlamış, ##.##.1989-cü il tarixdən köçürmə qaydasında “Rəşad-1” kooperativinə mühasib vəzifəsinə keçirilmiş, ##.##.1990-cı il tarixdən həmin kooperativdə baş mühasibin müavini, ##.##.1991-ci il tarixdən baş mühasib vəzifələrində işləmiş, ##.##.1992-ci il tarixdən köçürmə qaydasında “xxxx” kiçik müəssisəsinə baş mühasib vəzifəsinə keçirilmiş, ##.##.1995ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. ##.##.1995-ci il tarixdə “xxxx” dövlət kiçik müəssisəsinin baş mühasibi vəzifəsində işləməyə başlamış, ##.##.2001-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. ##.##.2001-ci il tarixdə “xxxx” firmasında baş mühasib vəzifəsində işə qəbul edilmiş və ##.##.2002-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. ##.##.2002-ci il tarixdən “Azərneftyağ” İB-də daxili mühafizə dəstəsində 5-ci dərəcəli nəzarətçi peşəsində işləməyə başlamış, ##.##.2003-cü il tarixdən “Azərneftyağ” İB “Azərneftyağ Neft Emalı” zavodu adlandırılmışdır. ##.##.2006-cı il tarixdən öz ərizəsi ilə işdən azad olunmuşdur. ##.##.2006-cı il tarixdən “Azərneftyağ Neft Emalı” zavodunun * nömrəli sexinin * nömrəli paylayıcı sahəsində 3-cü dərəcəli əmtəə əməliyyatçısı peşəsində işə qəbul edilmiş, ##.##.2008-ci il tarixdən çirkab suların təmizlənməsi üzrə * nömrəli sexinin * nömrəli paylayıcı sahəsində texnoloji nasosların 3-cü dərəcəli maşinisti, ##.##.2008-ci il tarixdən həmin sexdə neft tutucuları və kanalizasiya sahəsində 3-cü dərəcəli, daha sonra 4-cü və 5-ci dərəcəli əmtəə operatoru işləmişdir. ##.##.2010-cu il tarixdən * saylı sexin Məşəl təsərrüfatında texnoloji qurğuların 5-ci dərəcəli operatoru peşəsində işləmişdir. ARDNŞnin və ANQSİHİ RK-na ##.##.2014-cü il tarixli əmrqərarı ilə “Azərneftyağ Neft Emalı” zavodunun ##.##.2015-ci il tarixdən Heydər Əliyev adına Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilmiş və iddiaçı da həmin zavoda keçirilməklə ##.##.2015-ci il tarixdən zavodun çirkab sularının bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə * nömrəli sahəsində texnoloji qurğuların 5-ci dərəcəli operatoru peşəsinə keçirilmişdir. ##.##.2022-ci il tarixdən Ümumizavod təsərrüfatı üzrə ** nömrəli istehsalatın Məşəl təsərrüfatı üzrə xidmət sahəsinə texnoloji qurğuların 5-ci dərəcəli operatoru peşəsinə keçirilmiş və hal-hazırda həmin işdə işləyir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşının tamam olduğu ## ###### 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1980-83-cü illərdə Bakı Maliyyə- Kredit Texnikumunda təhsil almışdır. 1984-cü ilin aprel ayından 1986-cı ilin may ayına qədər 2 il 1 ay müddətində hərbi xidmətdə olmuşdur. ##.##.1986-cı il tarixdən Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin Toxuculuq fabrikində 4-cü dərəcəli bəzəkləyici peşəsində işəməyə başlamış, ##.##.1989-cü il tarixdən köçürmə qaydasında “Rəşad-1” kooperativinə mühasib vəzifəsinə keçirilmiş, daha sonra baş mühasibin müavini, “xxxx” kiçik müəssisənin baş mühasibi, “xxxx” müəssisəsinin baş mühasibi, “xxxx” firmasının baş mühasibi vəzifələrində işləmişdir. ##.##.2002-ci il tarixdən “Azərneftyağ” İB-də daxili mühafizə dəstəsində 5-ci dərəcəli nəzarətçi peşəsində işləməyə başlamış, ##.##.2003-cü il tarixdən “Azərneftyağ” İB “Azərneftyağ Neft Emalı” zavodu adlandırılmışdır. ##.##.2006-cı l tarixdən öz ərizəsi ilə işdən azad olunmuşdur. ##.##.2006-cı il tarixdən “Azərneftyağ Neft Emalı” zavodunun * nömrəli sexinin * nömrəli paylayıcı sahəsində 3-cü dərəcəli əmtəə əməliyyatçısı peşəsində işə qəbul edilmiş, ##.##.2008-ci il tarixdən çirkab suların təmizlənməsi üzrə * nömrəli sexinin * nömrəli paylayıcı sahəsində texnoloji nasosların 3-cü dərəcəli maşinisti, ##.##.2008-ci il tarixdən həmin sexdə neft tutucuları və kanalizasiya sahəsində 3-cü dərəcəli, daha sonra 4-cü və 5-ci dərəcəli əmtəə operatoru işləmişdir. ##.##.2010-cu il tarixdən * saylı sexin Məşəl təsərrüfatında texnoloji qurğuların 5-ci dərəcəli operatoru peşəsində işləmişdir. ARDNŞnin və ANQSİHİ RK-na ##.##.2014-cü il tarixli əmr-qərarı ilə “Azərneftyağ Neft Emalı” zavodunun ##.##.2015-ci il tarixdən Heydər Əliyev adına Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilmiş və iddiaçı da həmin zavoda keçirilməklə ##.##.2015-ci il tarixdən zavodun çirkab sularının bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə * nömrəli sahəsində texnoloji qurğuların 5ci dərəcəli operatoru peşəsinə keçirilmişdir. ##.##.2022-ci il tarixdən Ümumizavod təsərrüfatı üzrə ** nömrəli istehsalatın Məşəl təsərrüfatı üzrə xidmət sahəsinə texnoloji qurğuların 5-ci dərəcəli operatoru peşəsinə keçirilmiş və hal-hazırda həmin işdə işləyir. İddiaçının 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdə ümumi iş stajı 42 il 8 ay 3 gün, güzəştli iş sahələrində iş stajı isə 18 il 1 ay 10 gün olmuşdur. Ona görə də, iddiaçı güzəştli şərtlərlə pensiyanın təyin edilməsinə dair cavabdeh orqana müraciət etmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi, Heydər Əliyev adına Neft Emalı Zavodunun ##.##.2007-ci il tarixli əmrində iddiaçının işlədiyi peşələrin güzəştli iş sahəsi kimi nəzərdə tutulmadığına istinad edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş siyahısının tətbiqi dairəsi idarə müəssisə və təşkilatların əmrləri və ya qərarları ilə məhdudlaşdırıla və genişləndirilə bilməz. İddiaçı 2015-ci ilə qədər ayrıca və müstəqil müəssisə olan “Azərneftyağ” Neft Emalı zavodunda işləmişdir. Onun işlədiyi peşənin adı başqa bir müəssisə olan Heydər Əliyev adına Neft Emalı Zavodunun təsdiq etdiyi siyahıda ola bilməzdi. İddiaçı ##.##.2008-ci ildən başlayarq indiyə qədər eyni işdə, eyni şəraitdə işləmişdir. Odur ki 2007-ci ilin yanvar ayından qüvvədə olan siyahının 2015- ci ilə qədər ona aid olduğu kimi, 2015-ci ildən sonra da ona aid olmalıdır.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının təqdim etdiyi SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun ##.##.2024-cü il tarixli arayışında ##.##.2006- ##.##.2008-ci il və ##.##.2008- ##.##.2010-cu il tarixləri arasındakı dövrlər ərzində * nömrəli sexdə (çirkab suların təmizlənməsi sexi) əmtəə operatoru, ##.##.2008- ##.##.2008-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə texnoloji nasosların maşinisti, ##.##.2010-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində çirkab suların təmizlənməsi sexinin * nömrəli sahəsində (məşəl təsərrüfatı) və ** nömrəli sahəsində (məşəl təsərrüfatı üzrə xidmət sahəsi) texnoloji qurğu operatoru vəzifələrində işlədiyi qeyd olunub. Mərkəzi filialın aidiyyəti müətəxəssisləri tərəfindən çoxsaylı araşdırmalar zamanı sözügedən sex və sahələrdə işləyən işçilərin vəzifələrinin əmək funksiyalarının ##.##.2015-ci il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli ilə qərarı ilə təsdiq edilmiş siyahıda nəzərtdə tutulan eyni adlı vəzifələrin əmək funksiyalarına uyğun olmadığı müəyyən edilib. Belə ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun ##.##.2007-ci il tarixli “Zərərli iş şəraitinə görə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin siyahısı”nda sözügedən sex və sahələrdə işlədiyi əmtəə operatoru, texnoloji nasosların maşinisti, qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə texnoloji nasosların maşinisti vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyarı hüququ verən vəzifələrə aid olmadığı göstərilib. Bununla əlaqədar, işlədiyi çirkab suların təmizlənməsi sexinin, məşəl təsərrüfatı və məşəl təsərrüfatı üzrə xidmət sahəsinin Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 10.5-ci bölməsində nəzərdə tutulmuş sahələrdən hansına aid olması, həmçinin çalışdığı texnoloji qurğuların operatoru, əmtəə operatoru və qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə texnoloji nasosların maşinisti vəzifələrinin texniki-istehsalat göstəricilərinə görə həmin istehsalatlarda nəzərdə tutulan vəzifələrə aid olubolmaması, Heydər Əliyev adına Neft Emalı Zavodunun ##.##.2007-ci il tarixli “Zərərli iş şəraitinə görə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin siyahısı”nda qeyd olunan məlumatların nəzərə alınıb-alınmaması barədə məlumatların göndərilməsi barədə sözügedən zavoda sorğu verilmişdir. Sorğuya cavab olaraq Heydər Əliyev adına Neft Emalı Zavodunun ##.##.2007-ci il tarixli “Zərərli iş şəraitinə görə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin siyahısı”nın 2015-ci ildə “Azərneftyağ” neft emalı zavodunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna birləşdirildikdən sonra qüvvəsini itirdiyi, çirkab suların təmizlənməsi sexinin, məşəl təsərrüfatı və məşəl təsərrüfatı üzrə xidmət sahəsində işlədiyi texnoloji qurğu operatoru və texnoloji nasos maşinisti peşələrinin Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 10.5-ci bölməsinə əsasən güzəştli şərtlərlə pensiya almaq hüququ verdiyi bildirilib. Buna görə də yalnız ##.##.2015-ci il tarixdən sonra sözügedən sex və sahədə işlədiyi müddət güzəştli iş stajı hesab olunur. Göstərilən səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (10 il – ##.##.2015- ##.##.2024-cü il tarixləri arasındakı dövr) təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
18.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 -ci maddələrinə əsasən) 19.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 20.Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 21.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi dövr 12 il 6 aydan az təşkil etdiyindən güzəştli iş stajı olmadığı üçün ona 60 yaşdan pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
22. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçının 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixə 25 ildən artıq, 42 il 8 ay 3 gün ümumi iş stajı olduğu sübut olunur.
23. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal isə iddiaçının güzəştli iş stajı ilə bağlı olmuş, Heydər Əliyev adına Neft Emalı Zavodunun ##.##.2007-ci il tarixli əmrində iddiaçının işlədiyi peşələrin güzəştli iş sahəsi kimi nəzərdə tutulmadığına, həmin əmrin isə ##.##.2015-ci il tarixədək qüvvədə olduğuna istinad edərək, buna görə də iddiaçının güzəştli iş stajının ##.##.2015-ci il tarixindən hesablandığına istinad edilmişdir.
24. Belə ki, işdə olan Heydər Əliyev adına Neft Emalı Zavodu tərəfindən iddiaçıya verilmiş ##.##.2024-cü il tarixli zərərli iş şəraiti haqqında arayışda göstərilmişdir ki, İddiaçı ##.##.2006-cı il tarixdən ##.##.2008-ci il tarixədək * nömrəli sex, * nömrəli su paylayan sahəsində əmtəə əməliyyatçısı, ##.##.2008-ci il tarixdən ##.##.2008-ci il tarixədək * saylı (çirkab suların təmizlənməsi) sex, * saylı sahədə texnoloji nasosların maşinisti, ##.##.2008-ci il tarixdən ##.##.2009-cu il tarixədək * saylı (çirkab suların təmizlənməsi) sex, neft tutucuları və kanalizasiya sahəsində əmtəə operatoru, ##.##.2009-cu il tarixdən ##.##.2010-cu il tarixədək * nömrəli sex, məşəl təsərrüfatında əmtəə operatoru, ##.##.2010-cu il tarixdən ##.##.2014-cü il tarixədək * nömrəli sexdə məşəl təsərrüfatında texnoloji qurğu operatoru, ##.##.2014-cü il tarixdən ##.##.2015-ci il tarixədək * nömrəli sahə, məşəl təsərrüfatında texnoloji qurğu operatoru, ##.##.2015-ci il tarixdən ##.##.2022-ci il tarixdən * nömrəli sahə, məşəl təsərrüfatında texnoloji qurğu operatoru, ##.##.2022-ci il tarixdən hal-hazıradək ** nömrəli istehsalat, məşəl təsərrüfatı üzrə xidmət sahəsi, texnoloji qurğu operatoru kimi zərərli vəzifələrdə işləmişdir. Həmin arayışın qeyd hissəsində Heydər Əliyev adına Neft Emalı Zavodunda mövcud ştat cədvəlində olan əmtəə əməliyyatçısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli qərarının XII bölməsinin 3-cü yarımbölməsi, 2130301a-16085 kodu ilə təsdiq edilmiş əmtəə operatoru peşəsi ilə eynilik təşkil etdiyi qeyd edilmişdir.
25. Eyni zamanda işin apellyasiya baxışı zamanı Heydər Əliyev adına Neft Emalı Zavodu tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı ##.##.2006-cı il tarixindən ##.##.2010-cu il tarixinədək Çirkab suların təmizlənməsi sexinin, məşəl təsərrüfatı və məşəl təsərrüfatı üzrə xidmət sahəsində əmtəə əməliyyatçısı (operatoru), əmtəə operatoru və texnoloji nasos maşinisti peşələrində çalışmışdır. Bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-16085, XII bölmənin 3-cü yarımbölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007ci il tarixli, ** nömrəli Qərarının 10.5. (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinə əsasən güzəştli şərtlərlə pensiya almaq hüququ verir.
26. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş və ##.##.2024-cü il tarixə 18 il 1 ay 10 gün güzəştli iş stajı mövcud olmuşdur. 27.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 28.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gü.ndən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.