Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-789/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının qəyyumu X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2005- ci il təvəllüdlü övladı İddiaçı ##.##.2024-cü il tarixdə təyin olunmuş birinci dərəcə əlilliyin, ##.##.2023-cü il tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illərdir ki, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, “uşaq autizmi, kanner sindromu, ağır kəmağıllılıq (kəskin imbesillik), kobud nitq və qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” xəstəliyi vardır. Məhz buna görə də ona ##.##.2023-cü il tarixdən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. ##.##.2005-ci il təvəllüdlü İddiaçı Suraxanı Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısının ##.##.2024-cü il tarixli, *** saylı sərəncama əsasən fəaliyyət qabiliyyətsiz ##.##.2005-ci il təvəllüdlü İddiaçı qəyyumu təyin edilmişdir. ##.##.2023-cü il tarixində İddiaçı ikinci dərəcəli əlillik təyin edilsə də, onun xəstəliyi və xəstəliyə uyğun diaqnozu birinci dərəcəli əlilliyə uyğun gəlir və ona birinci dərəcəli əlilliyin təyin edilməsini şərtləndirir. Bununla bağlı cavabdehə müraciət edilmiş, ##.##.2005-ci il təvəllüdlü İddiaçı ##.##.2023-cü il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin dəyişdirilməsi və həmin tarixdən etibarən ona birinci dərəcəli əlilliyin təyin edilməsi tələb edilmiş, ##.##.2024-cü il tarixindən ona birinci dərəcəli əlillik təyin edilmişdir. Lakin ##.##.2023-cü il tarixdən bərpa edilməmişdir. Belə olan halda hüquqları kobud surətdə pozulmuşdur. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, səhiyyə müəssisəsinin S********LUS nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında 7.1.1.3 bəndinə əsasən orqanizmin funksiyalarının 80% pozulmasına görə müddətsiz əlillik təyinatı əsaslı olaraq aparılmışdır. Əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. , ağır kəmağıllıq (kəskin imbesillik). kobud nitq və davranış pozuntuları ilə. IQ=22 uşaq autizmi. kanner sindromu. daim kənar şəxslərin himayəsinə ehtiyyac var.) diaqnozun uyğunluq təşkil etməsi və 7.2.3 bəndinə əsasən orqanizmin funksiyalarının 85% pozulmasına görə müddətsiz əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 7.2.3 bəndinə əsasən orqanizmin funksiyalarının 85% pozulmasına görə müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İddiaçı X2 ##.##.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan iddiaçı X2 əsl iddiaçı İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə əsl olmayan iddiaçı X2 əsl iddiaçı İddiaçı ilə əvəz edilmiş və X2 iddiaçı İddiaçı qanuni nümayəndəsi qismində tanınmışdır Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin həmin qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia tələbi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının qəyyumu apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə qiymətləndirilmiş və ##.##.2024-cü il tarixində ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.Həmin qərarın iddiaçıya göndərilməsi barədə sübut yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən mövqeyini belə əsaslandırmışdır ki, “...İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə qiymətləndirilmiş və ##.##.2024-cü il tarixində ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İddiaçı həmin faiz dərəcəsinin ##.##.2023-cü il tarixdən tətbiq edilməli olduğu qənaətindədir. İddiaçı isə hazırki iddia tələbi ilə ##.##.2025ci il tarixdə məhkəməyə müraciət etmişdir.. iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni sonuncu qərar qəbul olunduğu müddətdən 4 ay vaxt keçdikdən sonra, yəni ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüşdür...” Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını qanuni və əsaslı hesab etmir. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə qiymətləndirilmiş və ##.##.2024-cü il tarixində ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İddiaçı həmin faiz dərəcəsinin ##.##.2023-cü il tarixdən tətbiq edilməli olduğu qənaətindədir və hazırki iddia tələbi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin apellyasiya baxışı zamanı iş materiallarından, o cümlədən tərəflərin məhkəmə Kollegiyasının verdiyi suallara cavabından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə qiymətləndirilmiş və ##.##.2024-cü il tarixində ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.Həmin qərarın iddiaçıya göndərilməsi barədə sübut yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, 1-8-10/2- ***/**** saylı məktubu ilə təqdim edilmiş “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalda göstərilmişdir ki, “16. Göstərilən xüsusata münasibətdə qeyd edilməlidir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır.” Məhkəmə Kollegiyası işin faktiki hallarından və yuxarıda istinad edilən hüquq normalarından çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” ilə bağlı tələblər pozulmuşdur. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2-1(3-6)-789/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-789/2026
05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver