Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-792/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X3 (sədirlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə,, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı (ərizəçi) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2022-ci tarixli, 2- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə iddiaçı X1 məhkəməyə ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı üzrə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ####### 2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin edilməsi və icraatın təzələnməsi haqqında qərardad qəbul etməklə, ilkin icraat üzrə araşdırmanın davam etdirilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinə iddiaçı tərəfindən cavabdehAzərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «Prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilib verilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması tələbinə dair» iddia ərizəsi ilə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin ## ####### 2021-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin etməmişdir. Bakı İnzibati Məhkəməsinin həmin qərarından iddiaçı kimi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbimin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegyasınm *-*(***)-***/**** nömrəli, ## ##### 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətim təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 2-1(103)- ***/**** nömrəli, ## ##### 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 2-1(102)- ****/**** nömrəli, ## ######## 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətim təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2022ci il tarixli, 2-1(103)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmiş həmin qərarın qəbul edilməsi ilə inzibati məhkəmə icraatı başa çatmışdır. Hazırkı iş üzrə məhkəməyə müraciət etməmişdən əvvəl və sonra belə, iddiaçıya yaşının tamam olması ilə əlaqədar prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilib verilməsinə və bununla bağlı pozulmuş hüquqlarının bərpasına köməklik göstərilməsi, eləcə də bu sahədə ictimai münasibətləri bilavasitə tənzimləyən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü və 9.4.2-ci maddələrinin, habelə digər normativ hüquqi aktların müvafiq norma və müddəalarının pensiya təyin edən inzibati orqanlar və məhkəmələr tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə, Məhkəmə-Hüquq Şurasına, habelə aidiyyəti nazirliklərə və digər orqanlara çoxsaylı müraciətləri olmuşdur. Bununla bağlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya verilmiş *-**-*/*-Q*/****-C- ***** nömrəli, ##.##.2025-ci il tarixli, cavab məktubundan məlum olmuşdur ki, müraciətə baxılmış və müəyyən edilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.4- cü maddəsinə əsasən, xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla, prokurorluq orqanlarında azı 35 il qulluq etmiş, habelə yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa, həmçinin məlum olmuşdur ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə # #### 2025-ci il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.2-ci, 1.3-cü və 1.3.1-ci maddələrinə əsasən, həmin Qanunun «Prokurorluqda qulluq keçməyə xitam verilmə əsasları» nəzərdə tutulan 29-cu maddəsinə «prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdıqda» məzmunda 29.2.10-cu maddə əlavə edilmişdir. Habelə, 32.2-ci maddəsində «yaş həddi 60» sözləri «son yaş həddi 65» sözləri ilə əvəz edilmişdir. Eyni zamanda, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə # #### 2025-ci il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin keçid müddəasına əsasən, bu Qanunun 1.3-cü maddəsi bu Qanunun qüvvəyə mindiyi gün prokurorluqda qulluqda olan və həmin gündən sonra prokurorluğa qulluğa qəbul edilən prokurorluq işçilərinə şamil edilir. Göründüyü kimi, hazırkı iş üzrə iddia tələbinə və iddiaçıya münasibətdə mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Habelə, həmin Qanunun 29-cu və 32.4-cü maddələrinin norma və müddəalarının mənasından da görünür ki, prokurorluq işçiləri yaş həddi çatanadək onların prokurorluqda qulluq keçməsinə öz xahişləri və ya digər əsaslarla xitam verilə bilər. Bu əsaslardan asılı olmayaraq, qulluğa xitam verilmə özü xüsusi rütbələrdən məhrum edilmə halı istisna olmaqla prokurorluq işçilərinə «Əmək pensiyaları haqqında» Qanunun 9.4.2-ci maddəsində nəzərdə tutulmuş güzəştli şərtlər ödənildiyi halda, yaşa görə əmək pensiyası təyin edilməsinə imkan verir. İş üzrə birinci instansiya məhkəməsinin ## ####### 2021-ci il tarixli qərarından da görünür ki, məhkəmə işin faktiki hallarını nəzərə almadan, nəticədə bu maddi hüquq normalarını iddia tələbinə münasibətdə düzgün tətbiq etməmişdir. Hazırda qeyd olunan iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2022-ci il tarixli *-l(***)-****/**** nömrəli qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı üzrə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ####### 2021-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı tətbiq edilməli normativ hüquqi aktların tətbiq edilməməsi və tətbiq edilməməli normativ hüquqi aktın tətbiq olunması və məhkəmədə həmin mübahisə həll edilərkən maddi hüquq normalarının düzgün şərh edilməməsi məsələsinə görə tam həcmdə mübahisə olunur. Belə ki, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ####### 2021-ci il tarixli 2- *(***)-****/**** nömrəli qərarından görünür ki, həmin məhkəmə instansiyası tərəfindən müvafiq məhkəmə aktı qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi hallarına yol verilmiş və tətbiq edilməli olan normativ aktlar nəzərə alınmamış və düzgün şərh edilməmiş, tətbiq edilməməli normativ aktlar tətbiq olunmuş və nəticədə Azərbaycan Respublikası Konstitusiyasının və mövcud qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən işə baxılarkən iddia ərizəsinə əlavə edilməklə məhkəməyə rəsmi qaydada təqdim olunmuş sənədləri, işin faktiki hallarını və işdə mövcud olan sübutları müqayisəli şəkildə təhlil edib araşdırmadan, iddia tələbinə münasibətdə tətbiq edilməli olan qanunun və digər normativ hüquqi aktların tələblərini nəzərə almadan, ## ####### 2021-ci il tarixli qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qeyd olunan iş üzrə ## ####### 2021-ci il tarixli qərarı ilə iddia tələbini təmin edilməməsini onunla əsaslandırılmışdır ki, «iddiaçı 17 il 6 aydan artıq müddət prokurorluq orqanlarında qulluq etməklə 35 ildən artıq ümumi iş stajına malik olsa da, onun prokurorluq orqanlarından xaric edilməsi qulluqda son yaş həddinə çatması ilə bağlı olmamışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4.2-ci maddəsi ilə nəzərdə tutulan şəxslərin dairəsinə daxil deyil. Odur ki, iddiaçının prokurorluq orqanlarının sabiq əməkdaşı kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır və bu səbəbdən də cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya əmək pensiyasının təyin olunmasından imtinası qanuna zidd qiymətləndirilmir.» Halbuki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.4.1 və 9.4.2-ci maddələrində nəzərdə tutulmuş müddəaların, həmin Qanunun 9.4-cü maddəsinin istisna barədə normativ göstərişi ilə qarşılıqlı əlaqədə mənasından da aydın olur ki, prokurorluq orqanlarında qulluq keçməyə xitam verilmə əsaslarından asılı olmayaraq, yalnız xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçilərinə xidmət illərinə və ya yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi istisna edilir. Eyni zamanda, prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, digər əsaslarla xitam verilmiş prokurorluq işçilərinə 60 yaşında güzəştli şərtlərlə əmək pensiya təyin edilməsinə qadağa və məhdudiyyət qoyan hər hansı bir norma və müddəalar nə «Əmək pensiyaları haqqında» Qanunda, nə də «Prokurorluq orqanlarında qulluq keçmə haqqmda» Qanunda nəzərdə tutulmamışdır. Beləliklə, «Əmək pensiyaları haqqında» Qanunun 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: -9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; -9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Bu Qanunun 9.4-cü maddəsinin xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla kimi imperativ tələb müəyyən edən həmin normativ göstərişinə «qoşa nöqtə» durğu işarəsi ilə tabe olan 9.4.2- ci maddəsinin tələblərinə görə də, prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Həmin Qanunun 9.4 və 9.4.2-ci maddələrinin qarşılıqlı əlaqədə mənasından da göründüyü kimi, prokurorluq orqanlarında qulluq etmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun istisna edilməsi halı yalnız xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçilərinə aid edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan bu halları nəzərə almadan iş üzrə cavabdeh pensiya təyin edən inzibati orqanın «Əmək pensiyaları haqqmda» Qanunun 9.4.2-ci maddəsinin əvvəlində təkrar olaraq işlədilən «yaşa görə» sözlərindən imtina üçün subyektiv qiymətləndirici ifadə kimi istifadə etməsi nəticədə tipik sui-istifadə amillərinə, habelə əsassız məhkəmə mübahisələrinə gətirib çıxarmışdır. «Normativ hüquqi aktlar haqqmda» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 64.6-ci maddəsinin tələblərindən görünür ki, normativ hüquqi aktda hüququn həyata keçirilməsinə imtina üçün subyektiv qiymətləndirici ifadələrdən istifadə edilməsinə yol verilmir. X5 64.8-ci maddəsinə əsasən normativ hüquqi aktda vəzifəli şəxsin öz mülahizəsindən asılı olaraq fiziki və hüquqi şəxslər üçün ümumi qaydadan istisnalar müəyyənləşdirmək imkanı nəzərdə tutula bilməz. Normativ hüquqi aktda vəzifəli şəxslərə normativ hüquqi aktla nizamlanmayan güzəştlər, habelə qadağa və məhdudiyyətlər müəyyən etmək imkanı nəzərdə tutula bilməz. «Əmək pensiyaları haqqında» Qanunda yaşa görə pensiya təyin edilməsi ilə bağlı bu güzəştli şərtlərin məhz prokurorluq orqanlarında qulluğuna xitam verilmiş prokurorluq işçiləri üçün nəzərdə tutulması halı həmin Qanunun 9.4.2-ci maddəsinin eyni məsələni tənzimləyən 9.4-cü maddəsinin normativ göstərişi ilə qarşılıqlı əlaqədə bilavasitə mahiyyətindən irəli gəlir və yaşa görə əmək pensiyası təyin edilməsi imkanını özündə ehtiva edir. Əks təqdirdə, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 29-cu maddəsində yaşa görə qulluğa xitam verilmə əsası nəzərdə tutulmadığından, «Əmək pensiyaları haqqında» Qanunun 9.4.2-ci maddəsinin mətninin əvvəlində «yaşa görə» sözlərinin təkrar olaraq işlədilməsi yuxarıda qeyd olunan Konstitusiya Qanununun 1.0.24-cü, 25.2-ci, 63-68-ci maddələrinə və digər müvafiq normalarının tələblərinə əsasən normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şərait yaranmasına kömək edən müddəaların və tipik suiistifadə amillərinin mövcudluğu kimi qiymətləndirilə bilər. Bu baxımdan, prokurorluq orqanlarında qulluğuna xitam verilmiş prokurorluq işçilərinə yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı mövcud inzibati praktika da onu deməyə əsas verir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.4.2-ci maddəsinin mətninin əvvəlində işlədilmiş «yaşa görə» sözləri məntiqi olaraq xidmət illərinə görə pensiya hüququnu, yaşa görə pensiya hüququndan fərqləndirmək məqsədi daşıdığından və müraciət formasında xitabən işlədildiyindən bu hüququn həyata keçirilməsinə imtina üçün normativ göstəriş hesab edilə bilməz. Çünki, bununla bağlı istisna və qadağalar barədə normativ göstərişlər bilavasitə həmin Qanunun 9.4-cü maddəsində göstərilmişdir. Bu hallar özü də DSMF-nun Nəsimi rayon şöbəsinin «Əmək pensiyaları haqqmda» Qanunun 9.4.2-ci maddəsinə istinad olunmaqla, prokurorluq orqanlarında güzəştli şərtlərlə pensiya hüququnun 60 yaşında yaranmasına dair hazırkı iş üzrə tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2017-ci il tarixli **/*** nömrəli yazılı bəyanat məktubu ilə də bir daha təsdiq olunur. Hətta, bu məqsədlə «Prokurorluq orqanlarında qulluq keçmə haqqmda» Qanunun 32.4-cü maddəsində «xidmət illərinə görə» sözləri «Əmək pensiyaları haqqmda» Qanununa olan müvafiq əlavə və dəyişikliklərin ## #### 2017-ci il tarixdən qüvvəyə minməsindən sonra belə, # #### 2018-ci il tarixli ****-VQD nömrəli AR Qanunu ilə olan dəyişikliklərə qədər saxlanılmış və ## #### 2018-ci il tarixdə «yaşa görə» sözləri ilə əvəz edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Bu Qanunun 13.3-cü maddəsinin tələblərinə görə də, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi hüquqi şəxslərin etimadı qanunla qorunur. Bununla əlaqədar iddiaçı onu da qeyd etməyi zəruri hesab edir ki, pensiya təyin edən orqana ona prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə müraciətinədək, bu hüquqi məsələ ümumiyyətlə məhkəmə mübahisəsinin predmetini təşkil etməmiş, habelə «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi vaxtdan hal- hazıradək olan müddətdə prokurorluq orqanlarında qulluğuna digər əsaslarla, o cümlədən intizam tənbehi qaydasında xitam verilmiş prokurorluq işçilərinə istisnasız olaraq, Qanunun 9.4.2-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Həmin məsələnin pensiya təyin edən orqana müvafiq sorğu verilməklə araşdırılması mümkün olduğu halda, işə baxan məhkəmə instansiyası işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bu halı araşdırmamışdır. Habelə, Konstitusiyanın bu normalarının mənasından da görünür ki, «hər kəs qanununla müəyyən edilmiş yaş həddinə çatdıqda» müddəası təkcə «Əmək pensiyaları haqqında» Qanunla müəyyən edilmiş pensiya yaşı həddini yox, digər dövlət orqanlarında olduğu kimi eyni zamanda prokurorluq orqanlarının özünün status qanunları ilə prokurorluq işçisinin qulluqda olmasının yaş həddini nəzərdə tutur. Bütün bunlar həmçinin onu deməyə əsas verir ki, «yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair» hazırkı ərizəyə əlavə edilmiş, işin düzgün həlli üçün həlledici material olan və işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən sonradan aşkar olunmuş yeni sübutlar və hallar, o cümlədən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 29-cu maddəsinə 29.2.10-cu maddənin «prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdıqda» müddəasının prokurorluqda qulluq keçməyə xitam verilmə əsasları kimi əlavə edilməsi və bununla əlaqədə həmin Qanunun 32.2-ci maddəsində «yaş həddi 60» sözlərinin «son yaş həddi 65» sözləri ilə əvəz edilməsi barədə əvvəlcədən mövcud olan hallar Bakı İnzibati Məhkəməsində işə baxılarkən və iş üzrə ## ####### 2021-ci il tarixli qərar qəbul edilərkən ümumiyyətlə məlum olmamışdır. Yuxarıda sadalanan yeni açılmış hallar və sübutlar ərizəçi kimi iddiaçıya müraciətləri ilə əlaqədar ünvanıma göndərilmiş ## ###### 2025-ci il tarixli müvafiq cavab məktubundan, habelə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə # #### 2025-ci il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanununun («Azərbaycan» qəzeti, # ###### 2025-ci il, Nə 161) dərc edilməsindən və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2025-ci il # #### tarixli ***-VIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2025-ci tarixli ***s nömrəli Sərəncamından sonra məlum olmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir Cavabdeh tərəfindən iddiaçının ərizəsinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iş üzrə iddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmiş və sözügedən mübahisəyə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsindən verilmiş *-**-*/*-Q*/****-C-***** nömrəli ## ###### 2025-ci il tarixli cavab məktubundan iddiaçıya məlum olmuşdur ki, Nazirlər Kabineti Aparatının rəhbərinə ünvanlanmış müraciətinə Ədliyyə Nazirliyində baxılmış və müəyyən edilmişdir ki, «Əmək pensiyaları haqqından Qanunun 9.4-cü maddəsinə əsasən, xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla, prokurorluq orqanlarında azı 35 il qulluq etmiş, habelə yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa, həmçinin məlum olmuşdur kı, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə # #### 2025-ci il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.2- ci, 1.3-cü və 1.3.1- ci maddələrinə əsasən həmin Qanunun “Prokurorluqda qulluq keçməyə xitam verilmə əsaslan” nəzərdə tutulan 29-cu maddəsinə “prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdıqda” məzmunda 29.2.10-cu maddə əlavə edilmişdir. Habelə, 32.2-ci maddəsində “yaş həddi 60” sözləri ‘‘son yaş həddi 65” sözləri ilə əvəz edilmişdir. Eyni zamanda, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə # #### 2025- ci il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin keçid müddəasına əsasən bu Qanunun 1.3-cü maddəsi bu Qanunun qüvvəyə mindiyi gün prokurorluqda qulluqda olan və həmin gündən sonra prokurorluğa qulluğa qəbul edilən prokurorluq işçilərinə şamil edilir. Göründüyü kımı hazırkı ış üzrə iddia tələbinə və iddiaçıya münasibətdə mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Habelə, həmin Qanunun 29-cu və 32.4-cü maddələrinin norma və müddəalarının mənasından da görünür kı, prokurorluq işçiləri yaş həddi çatanadək onların prokurorluqda qulluq keçməsinə öz xahişləri və ya digər əsaslarla xitam verilə bilər Bu əsaslardan asılı olmayaraq, qulluğa xitam verilmə özü xüsusi rütbələrdən məhrum edilmə halı istisna olmaqla, prokurorluq işçilərinə "Əmək pensiyaları haqqında" Qanunun 9.4.2-ci maddəsində nəzərdə tutulmuş güzəştli şərtlər ödənildiyi halda, yaşa görə əmək pensiyası təyin edilməsinə imkan verir. Bakı İnzibatı Məhkəməsinin # ####### 2021-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarındı qeyd olunmuşdur ki, iddiaçı 17 il 6 aydan artıq müddətdə prokurorluq orqanlarında qulluq etməklə, 35 ildən artıq ümumi iş stajına malik olsa da, onun prokurorluq orqanlarından xaric edilməsi qulluqda son yaş həddinə çatması ilə bağlı olmamışdır. Beləliklə də, məhkəmə hesab etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsində nəzərdə tutulan şəxslərin dairəsinə daxil deyil. Odur ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Bildirilir ki, ərizəçinin dəlilləri İPM-in 100-cü maddəsində nəzərdə tutulan kriteriyaları (sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə) ödəsə də, "yeni açılmış hallar” kimi icraatın təzələnməsinə əsas vermir. Həmçinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki və inzibati mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin. Bildirilir ki, iddiaçı İddiaçı iş üzrə icraatın təzələnməsinə dair təqdim etdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ## ###### 2025-ci il tarixli arayışı, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə # #### 2025- ci il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin keçid müddəası, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə # #### 2025-ci il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu yeni sübut və hal qismində qəbul edilə bilməz. Həmçinin sözügedən arayışlar hazırkı iş üzrə iddianın mahiyyətinə mühüm təsir edən xarakterli xüsusatları daşımır. Həmçinin bildirilir ki, ilkin məhkəmə icraatı zamanı iddiaçı İddiaçı prokuroduq orqanı işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın əsasını onun # ###### 2016-cı il tarixdə “Prokurorluq haqqında" Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci abzası və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinin tələbləri əsas tutularaq prokurorluq orqanlarından xaric edilməsi təşkil etmişdir. Yəni iddiaçı İddiaçı ərizədə qeyd etdiyi əsaslara ilkin məhkəmə icraatı zamanı baxılıb hüquqi qiymət verilmişdir. Bildirilir ki, Bakı inzibati Məhkəməsinin # ####### 2021-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında qeyd olunduğu kimi iddiaçıya məxsus iş materiallarında olan əmək kitabçasının 11-ci vərəqindən görünür ki, o, “Prokurorluq haqqında” Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci abzası və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 26.1.7-ci maddəsinin tələbləri əsas tutularaq prokurorluq orqanlarından xaric edilmişdir. Göründüyü kimi iddiaçı prokurorluq orqanlarından xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçirin intizam tənbehi qaydasında, prokurorluq orqanlarından xaric edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 9.4-cü maddəsinin tələbinə əsasən isə prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokuroluq işçiləri (9.4.1 -ci bənd), yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq elmiş prokurorluq işçilərinin (9 4 2-cı bənd) (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya münasibətdə onun 35 il prokurorluq orqanlarında qulluğu mövcud olmadığından və yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmədiyindən “Əmək pensiyaları haqqında” Qanunun 9.4cü maddəsinin 1-ci və 2-cı bəndlərinin tələbləri ödənilmir. Yuxarıda qeyd edilənləri və İPMnin 47 2-ci maddəsinin tələblərini rəhbər tutaraq *-*(***)-****/**** nömrəli inzibatı iş üzrə ərizəçi İddiaçı “yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsinə dair" ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi İddiaçı mübahisə ilə bağlı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı (ərizəçi) tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti işin faktiki halları baxımından yeni açılmış hallarla bağlı ərizə ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı (ərizəçi) apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ##.##.2025-ci il tarixli ərizəsi müvafiq səlahiyyətli məhkəmə kimi Bakı İnzibati Məhkəməsinə həm İPM-in 101-ci maddəsinin tələblərinə uyğun, həm də 103.1 və 103.2-ci maddələrində müəyyən edilmiş müddət meyarlarına riayət olunmaqla verilmişdir. Göstərilənlərə əsasən, məhkəmə qeyd olunan ərizəni mümkün sayır. Daha sonra məhkəmə Kollegiyası, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mahiyyətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İPM-in: 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 102-ci maddəsinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. 103.1-ci maddəsinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2-ci maddəsinə əsasən, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 106-cı maddəsinə əsasən, icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100- cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İnzibati prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi o halda mümkün sayıla bilər ki, icraat başa çatdıqdan sonra yeni sübutlar və ya hallar aşkar olunsun və ərizəçi həmin sübutların və ya halların ilkin məhkəmə icraatı zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. Məhkəmə Kollegiyası hesab edir ki, ərizəçinin istinad etdiyi 0# #### 2025-ci il tarixli, ***-VIIQD nömrəli Qanunla “Prokurorluq orqanlarında qulluq keçmə haqqında Qanun”a edilmiş dəyişikliklər nəticəsində prokurorluqda qulluqda olmanın son yaş həddinə çatma halının qulluğa xitam verilmə əsası kimi ayrıca nəzərdə tutulması əvvəlki hüquqi tənzimləmədən fərqli olaraq yeni normativ əsas yaratmışdır. Həmin dəyişikliklər mübahisəli hüquq münasibətlərinin yarandığı və iş üzrə məhkəmə qərarlarının qəbul edildiyi dövrdə qüvvədə olmamışdır. Qanunvericiliyə edilmiş dəyişikliklər isə yeni normativ tənzimləmə olmaqla geriyə şamil edilmir. Buna görə də, ərizəçinin iddia etdiyi kimi əvvəlki məhkəmə qərarlarında normativ boşluğa və ya yanlış hüquqi qiymətləndirməyə yol verilməsi barədə arqumentlər yeni açılmış hal kimi deyil, qəbul edilmiş məhkəmə aktlarının hüquqi əsaslandırılmasının yenidən mübahisələndirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əgər ərizəçi 2025-ci ildə qüvvəyə minmiş dəyişikliklərin onun hüquqi vəziyyətinə yeni əsas yaratdığını düşünürsə, bu halda həmin dəyişikliklər əsasında səlahiyyətli inzibati orqana yenidən müraciət etmək hüququna malikdir. Yeni normativ tənzimləmənin tətbiqi məsələsi ayrıca inzibati icraatın və mübahisə yarandığı təqdirdə yeni məhkəmə baxışının predmeti ola bilər. Həmçinin Ədliyyə Nazirliyinin müvafiq məktubu isə normativ hüquqi akt xarakteri daşımır və yeni hüquqi fakt yaratmır.Odur ki, məhkəmənin qənaətinə görə ərizəçinin dəlilləri İPM-in 100-cü maddəsində nəzərdə tutulan kriteriyaları (sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə) ödəmədiyindən, “yeni açılmış hallar” kimi icraatın təzələnməsinə əsas vermir. Belə olan halda, İPM-in 106-cı maddələrinin tələblərinə əsasən ərizə təmin edilə bilməz. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məsəhkəməsi istinad etdiyi hallarla bağlı ərizəni təmin etməməkdə haqlı olmuşdur. Həmçinin, apellyasiya şikayəti işin faktiki halları baxımından yeni açılmış hallarla bağlı ərizə ilə oxşar məzmunda əsaslandırıldığını nəzərə alan məhkəmə Kollegiyası şikayət üzrə təkrar qiymətləndirmə aparmağa lüzum görmür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-792/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-792/2026
05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver