Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-794/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*- *(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xidmət illəri nəzərə alınaraq və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş məlumat vərəqinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddaçı (nümayəndəsi və vəkili vasitəsilə) ##.##.2025-ci il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən etibarən gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-2002-ci illərdə Bakı Dövlət Universitetində ali hüquq təhsili almışdır. ##.##.2002-##.##.2020-ci illərdə prokurorluq orqanlarında (17 il 11 ay 15 gün), ##.##.2020-##.##.2023-cü illərdə Dövlət Təhlükəsizliyi Xidmətində (2 il 2 ay 27 gün), ##.##.2023-##.##.2025-ci illərdə (2 il 4 ay 22 gün) isə Dövlət Gömrük Komitəsində xüsusi rütbəli şəxs olaraq xidmət keçmişdir (cəmi 22 il 7 ay 5 gün) və ##.##.1999-cu il tarixli, ***-IQ nömrəli Qanunla təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci bəndinin 3-cü hissəsinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə qulluq keçməsinə xitam verilmişdir. Pensiya təyinatı üçün barəsində məlumat vərəqəsi сavabdeh inzibati orqana göndərilsə də, ##.##.2025-ci il tarixli “xidmət illəri tam deyil” qeydi ilə pensiya təyinatından imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 58-ci bəndinə əsasən dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir. Bundan başqa, ##.##.2024-cü il tarixə kimi qüvvədə olmuş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Iddiaçı həmin qanun qüvvədə olan dövrdə prokurorluq orqanlarında çalışaraq Dövlət Təhlukəsizlik Xidmətinə keçirilmişdir. Həmçinin, qüvvədə olan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 18.9-cu maddəsi də analoji müddəanı nəzərdə tutur. Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın (bundan sonra – “* nömrəli Qərar”) ##.##.2025-ci il tarixədək qüvvədə olan redaksiyasının 2-ci bəndinə əsasən digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” ##.##.1992-ci il tarixli *** nömrəli Qərarına (bundan sonra – “*** nömrəli Qərar”) və Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”na (bundan sonra – “* nömrəli Qərar”) uyğun həyata keçirilir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, * nömrəli Qərar gömrük orqanlarında pensiya təyin edilməsi üçün hansı xidmət illərinin nəzərə alınmalı olmasını deyil, orta aylıq əmək haqqına hesablanan fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün nəzərə alınan xidmət illərini tənzim edir. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə pensiya hüququnun müəyyən edilməsi üçün xidmət illəri *** nömrəli Qərarla hesablanır. Həmin qərarda isə xidmət illərinin hesablanması zamanı şəxslərin prokurorluq işçisi kimi qulluq illərinin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin hərbi qulluqçu kimi pensiya hüququnun olub-olmamasının, xidmət illərinin və təminat xərcliyinin müəyyənləşdirilməsi onun xidmət keçdiyi orqanın öhdəliyidir. Buna görə də pensiyanın təyin edilməsi üçün Fonda yalnız məlumat vərəqi göndərilir, həmin məlumat vərəqində göstərilmiş məlumatların (xidmət illəri və s.) hansı qaydada hesablanmasına dair hər hansı sənəd təqdim edilmir. Beləliklə, məlumat vərəqindəki məlumatların qanunauyğunluğuna görə məsuliyyəti xidmət keçilən qurum daşıyır. Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün ##.##.2026-cı il tarixinədək xidmət illəri “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992- ci il tarixli *** nömrəli Qərarına uyğun hesablanır. Qərarın adından göründüyü kimi, gömrük orqanlarının əməkdaşlarına hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün onların xidmət illəri sözügedən Qərarla müəyyən edilir. Sözügedən Qərara əsasən, gömrük orqanlarında xidmət etmiş şəxslərə pensiya təyin edilərkən yalnız onların əvvəllər Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmət keçdikləri müddətlər nəzərə alınırdı. Eyni zamanda bildirilir ki, prokurorluq işçisi kimi işlədiyi müddətin hərbi xidmət stajı ilə birləşdirilərək pensiya təyin edilməsinin mümkünlüyü məsələsi Qanunla tənzimlənib. Belə ki, Qanunun 9.5.2-ci və 9.5.3-cü maddələrinə əsasən hərbi xidmətdən yaşa, xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilir. Göründüyü kimi, 15 il hərbi xidmət müddəti olan şəxslərin hərbi xidmətə qəbul edilməzdən əvvəlki mülki iş stajı, o cümlədən mülki prokurorluq işçisi kimi qulluq illəri də əmək pensiyası təyin olunarkən nəzərə alınır və həmin iş stajlarına görə əlavə faizlər hesablanır. Deməli, pensiyanın müəyyən edilməsi mülki iş stajının, o cümlədən mülki prokurorluq işçisi kimi işlədiyi müddətin hərbi xidmət illərinə birləşdirilməsi Dövlət Gömrük Komitəsinin sözügedən məlumat vərəqələrində tərtib etdiyi kimi Qanunun 9.5.1-ci maddəsi üzrə deyil, 9.5.2-ci və 9.5.3-cü maddələri üzrə təyinat zamanı tətbiq olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3-cü bəndinin ##.##.2026-cı il tarixinədək tətbiq edilən redaksiyasına əsasən, gömrük orqanlarının əməkdaşlarının xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarlarına uyğun qaydada həyata keçirilir: - “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” ##.##.1992-ci il tarixli *** nömrəli; - “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın (bundan sonra – Qayda) təsdiq edilməsi haqqında” 2006-cı il # ###### tarixli * nömrəli. Qaydanın adından göründüyü kimi, Qayda əmək pensiyasının təyin edilərkən faiz dərəcəsinin müəyyən edilməsi üçün xidmət illərinin hesablanmasını deyil, xidmətdə olan şəxslərin xidmət illərinə görə əlavəsinin müəyyən edilməsi, o cümlədən əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin tərkibində göstərilən xidmət illərinə görə əlavənin hesablanmasını tənzimləyir. Beləliklə, həm imtina məktubunda, həm də iddia ərizəsinə etirazda hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydası aydın şəkildə göstərilmiş, hazırki qərarda da istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın əmək pensiyasına münasibətdə təyinatı və tənzimlədiyi məsələlər dəqiq şəkildə qeyd edilmişdir. Həmçinin prokurorluq orqanlarında xidmət müddətinin hansı hallarda hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi zamanı nəzərə alındığı izah edilmişdir. Lakin işə baxan məhkəmə qeyd edilən xüsusatları nəzərə almadan iddianı təmin etməklə iddiaçıya ##.##.2025-ci il tarixdən etibarən gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticənin əsaslandırdığı halların bəziləri imtina məktubu, iddia ərizəsinə etiraz və hazırki apellyasiya şikayətində göstərilən xüsusatlarla tam təkzib olunur. Belə ki, məhkəmə, iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2-ci bəndinə (gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil olan dövlər) də istinad etmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərardadında da eyni mövqe sərgiləndiyini qeyd etmişdir. Məhkəmənin bu mövqeyi ilə bağlı ilk növbədə bildirirlər ki, yuxarıda da vurğulandığı kimi, əmək pensiya hüququnun yaranmasına münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın təyinatı və tənzimlədiyi məsələlər məhkəməyə ünvanlanmış etirazda dəqiq şəkildə qeyd edilmişdir. Lakin məhkəmə qərarından həmin mövqeyin təkzib edilmə əsası tam aydın görünmür. Halbuki, məhkəmələr hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsinin Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il ## ###### tarixli Qərarı). Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərardadında da gömrük orqanlarının əməkdaşlarına pensiya təyin edilməsi üçün hərbi xidmət illərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun hesablanması barədə qəti mövqe ifadə edilməmişdir. Ən azından ona görə ki, belə bir mövqe formalaşmış olsaydı Konstitusiya Məhkəməsi tərəfindən sözügedən məsələyə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilməzdi. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu stajların qarşılıqlı tanınması bağlı qanunvericiliyin təkmilləşdirilməsi zamanı müəyyən əmsalların (müxtəlif orqanlarda xidmətin xüsusiyyətləri nəzərə alınmaqla) tətbiq edilməsini də təklif edilmişdir. Belə olan halda, məhkəmə tərəfindən prokurorluq orqanlarında xidmət müddətinin birəbir hərbi xidmət müddətinə daxil edilməsi konstitusion nəzarəti həyata keçirən orqanın mövqeyi ilə də tam uzlaşmır. Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə və onunla eyni hüquqi qüvvəyə malik əsaslandırma hissələrinə əsasən hərbi qulluqçuların və onlara bərabər tutulan şəxslərin güzəştli şərtlərlə pensiya hüququnun və faiz dərəcəsinin müəyyən edilməsi üçün xidmət illəri bir qayda olaraq Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli Qərarına uyğun hesablanır. Konstitusiya Məhkəməsi Plenumu, dövlət qulluğunun ümumi növündə stajın birə-bir hərbi xidmət müddətinə daxil edilməməsini dövlət qulluqçuları üçün Qanunda nəzərdə tutulmayan erkən pensiya hüququnun qazanılması üçün sui-istifadə hallarının yaranmasına gətirib çıxara bilməsi və sözügedən Qanunla dövlət qulluğunun ayrı-ayrı növlərinə münasibətdə müəyyən edilmiş fərqli yanaşmanın aradan qalxması səbəbi ilə izah etmişdir. Yəni, sözügedən stajların birə-bir qarşılıqlı tanınması dövlət qulluqçuları üçün Qanunda nəzərdə tutulmayan güzəştlərin yaranmasına və dövlət qulluğunun hər iki növünə münasibətdə pensiya təyin edilməsi şərtləri ilə bağlı müəyyən edilmiş fərqli yanaşmanın aradan qalxmasına səbəb ola bilər. Bu baxımdan, hesab edirlər ki, hazırki işə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərardadında göstərilən hüquqi mövqedən yanaşılmalıdır. O da nəzərə alınmalıdır ki, mübahisə predmeti olan hazırki qərarda da qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardadının çıxarılmasına əsas olan işin hallarına əsasən şəxs əvvəlcə dövlət qulluğu vəzifəsində işləmiş, sonra dövlət qulluğunun xüsusi növü sayılan Dövlət Gömrük Komitəsində xidmət keçmişdir. Bu səbəbdən adıçəkilən qərardadda dövlət qulluğunun xüsusi növündə xidmət illərinin hərbi xidmət müddətinə birə-bir daxil edilməsinə birbaşa münasibət göstərilməmişdir. Bununla belə, Qanunda prokurorluq orqanlarında xidmət edən şəxslərlə hərbi qulluqçular və onlara bərabər tutulan xüsusi rütbəli şəxslər arasında pensiyanın təyin edilməsi qaydası və şərtləri fərqləndirildiyindən hesab edirlər ki, konstitusion nəzarəti həyata keçirən məhkəmənin dövlət qulluğunun ümumi növündə stajın birə-bir hərbi xidmət müddətinə daxil edilməsini istisna edən hallara (sui-istifadə halının yaranmaması və fərqin aradan qalxmaması) dair mövqeyi hazırki işə münasibətdə də tətbiq edilməlidir. Bu zaman əsas araşdırılmalı məqam iddiaçının prokurorluq işçisi kimi qulluq illərinin hərbi xidmət müddətinə daxil edildiyi halda prokurorluq işçiləri üçün Qanunda nəzərdə tutulmayan güzəştlərin yaranıbyaranmaması və qanunvericilikdə müəyyən edilmiş fərqli tənzimlənmənin aradan qalxıb-qalxmaması halıdır. Qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, Qanunda prokurorluq orqanlarında qulluq etmiş şəxslərlə hərbi qulluqçuların (onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin) pensiya təyin edilməsi qaydası fərqləndirilmiş və pensiya təyini şərtləri müvafiq olaraq Qanunun 9.4-cü və 9.5-ci göstərilmişdir. Qanunun 9.4.1-ci maddəsinin ##.##.2017-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən prokurorluq orqanlarında azı 25 il, həmin tarixdən sonra qüvvəyə minən redaksiyasına görə azı 35 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Digər tərəfdən Qanunun 9.5.1-ci maddəsinin ##.##.2024-cü ilədək qüvvədə olan redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə ## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Qanunun 5.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. Göründüyü kimi, qanunverici tərəfindən prokurorluq orqanı işçiləri və hərbi qulluqçular üçün ayrı-ayrı pensiya təminatlarının nəzərdə tutulması, onlara pensiyanın təyin olunması zamanı tələb olunan müvafiq xidmət (qulluq) müddətinin və digər güzəştlərin bir-birindən tamamilə fərqlənməsi hər iki statusda olan şəxsə müstəqil yanaşmanı tələb edir. Həmçinin o da nəzərə alınmalıdır ki, erkən pensiya hüququ, həmin hüququn yaranması üçün yaş məhdudiyyətinin olmaması ilə yanaşı, daha az stajın tələb edilməsini də özündə ehtiva edir. Odur ki, bu və ya digər prokurorluq orqanı işçilərinin həmin orqanda işlədiyi dövrün hərbi xidmət müddətinə daxil edilməklə hərbi qulluqçu kimi pensiya hüququnun yaranması Qanunda nəzərdə tutulmayan erkən pensiya hüququnun qazanılması kimi başa düşülməlidir. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının xidməti fəaliyyəti ##.##.2002-##.##.2020-ci illərdə prokurorluq (mülki prokurorluq) orqanlarında (17 il 11 ay 15 gün), ##.##.2020-##.##.2023-cü illərdə Dövlət Təhlükəsizliyi Xidmətində (2 il 2 ay 27 gün), ##.##.2023-##.##.2025-ci illərdə (2 il 4 ay 22 gün) isə Dövlət Gömrük Komitəsində olmuşdur. Qeyd olunan məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən yanaşdıqda görünür ki, hərbi qulluqçu kimi pensiya təyinatı zamanı iddiaçının Dövlət Gömrük Komitəsində olan hərbi qulluqçu stajı ilə prokurorluq orqanlarındakı dövlət qulluğunun xüsusi növündəki stajı birə-bir hərbi xidmət müddətinə daxil edildikdə hər iki statusda olan şəxslər üçün Qanunla müəyyən edilmiş fərqlər aradan qalxmış olur. Hazırki haldan da görünür ki, 17 il 11 ay 15 gün prokurorluq orqanlarında xidmət etmiş şəxs cəmi 2 il 4 ay 22 gün Dövlət Gömrük Komitəsində xidmətdə olmaqla prokurorluğa nisbətdə aşkar şəkildə daha güzəştli pensiya təminatını nəzərdə tutan hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edir. Bu isə davamlı olaraq mülki prokurorluq əməkdaşına nisbətdə daha ağır şərtlərdə xidmət edən hərbi qulluqçu üçün nəzərdə tutulmuş “əlahiddə status”u zəiflədir, həmçinin prokurorluq əməkdaşları üçün Qanunda nəzərdə tutulmayan erkən pensiya hüququnun qazanılması üçün sui-istifadə hallarının yaranmasına gətirib çıxarır. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, hazırkı halda iddiaçının xidmət keçdiyi orqan tərəfindən müvafiq məlumat vərəqi cavabdeh inzibati orqana göndərilsə də, cavabdeh pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iddia tələbinin hüquqi əsası mövcuddur, cavabdehin imtinası əsassızdır və iddiaçıya xidmət illərinə əsasən güzəştli şərtlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə münasibəti ilə bağlı bildirilmişdir ki, həmin Qərardakı qayda (daxili işlər orqanlarında xidmət zamanı fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün güzəştli xidmət illərinin nəzərə alınması) onu nəzərdə tutur ki, güzəştli xidmət illərinin daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün nəzərə alınması qaydası pensiya təyin edilərkən əsas götürülə bilməz. Həmin qayda onu nəzərdə tutmur ki, daxili işlər orqanı əməkdaşlarının xidmət illərinə daxil edilən fasiləsiz xidmət illəri pensiya təyin edilərkən əsas götürülə bilməz. Həmin qərardakı növbəti mövqelərdən də görünür ki, güzəştli xidmət illərinin bir daha fasiləsiz xidmət illərinin tərkibində hesablanması müvafiq güzəştin pensiya təyinatı zamanı 2-ci dəfə təkrarlanması ilə nəticələnər. Bu o deməkdir ki, güzəştli xidmət illəri daxili işlər orqanı əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün nəzərə alınsa da, həmin güzəştli xidmət illəri pensiya təyinatı zamanı 2-ci dəfə təkrarlanmamalıdır. Lakin daxili işlər orqanı əməkdaşlarının xidmət illərinə daxil edilən fasiləsiz xidmət illərinin, o cümlədən güzəştli xidmət illərinin pensiya təyinatı zamanı nəzərə alınması istisna edilmir. Əslində həmin hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun iddiasına dair mülki iş üzrə Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2011-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair ##.##.2012-ci il tarixli qərarındakı hüquqi mövqe ilə uzlaşır. Belə ki, həmin qərardakı hüquqi mövqeyə əsasən "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquqmühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər. Həmin hüquqi mövqedən belə nəticə hasil olur ki, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsində nəzərdə tutulan qayda, yəni prokurorluq orqanından digər orqana keçən işçinin xidmət illərinin nəzərə alınması qaydası güzəştli şərtlərlə pensiya təyin edilməsinə də aiddir, yəni iddiaçı, prokurorluq orqanından gömrük orqanına keçmişdirsə, onun prokurorluq orqanlarında qulluq illəri gömrük orqanında xidmət illərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı da nəzərə alınmalıdır. Hətta hesab edilsə ki, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsi ləğv edilmişdir və hazırda həmin müddəanın əks olunduğu 18.9-cu maddəsi yalnız rütbə və ixtisas dərəcəsinin verilməsi məqsədləri üçün nəzərə alınır, belə olan halda belə, iddiaçıya münasibətdə ##.##.2024-cü il tarixədək qüvvədə olmuş "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsi tətbiq edilməklə onun prokurorluq orqanlarında qulluq illəri gömrük orqanında xidmət illərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı nəzərə alınmalıdır. Çünki iddiaçı ##.##.2024-cü il tarixədək prokurorluq orqanlarından gömrük orqanlarına keçirilmiş və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsinin ləğv edilməsi Konstitusiyanın 149cu maddəsinin 7-ci hissəsinə əsasən hüquqi vəziyyəti yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsini şərtləndirir. Odur ki, iddiaçının prokurorluq orqanlarında qulluq illəri gömrük orqanında xidmət illərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı nəzərə alınmalı və ona gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Həmçinin qeyd edilmişdir ki, eyni hakimiyyət qoluna aid olan bir icra orqanı digərini təftiş etmək səlahiyyətinə malik deyil. Belə ki, NK-nın ##.##.2007ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın 3-cü bəndinə əsasən iddiaçı barəsində təminat xərcliyinə dair məlumat vərəqi bir inzibati orqan tərəfindən əmək pensiyası təyinatı üçün cavabdeh inzibati orqana ötürülmüşdür. Lakin cavabdeh inzibati orqan həmin məlumat vərəqini təftiş etmiş, digər inzibati orqanın inzibati fəaliyyətini şübhə altına almışdır. Halbuki, "Inzibati icraat haqqında" Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, subordinasiya baxımından bərabər səviyyəli inzibati orqanların bir-birinin qərarlarını təftiş etmək səlahiyyəti yoxdur, onlar arasında səlahiyyəti mübahisəsinə yol verilmir. Bu baxımdan məlumat vərəqi etibarlı sənəd olduğundan ona uyğun əmək pensiyası təyin edilməlidir. Ali Məhkəmənin Inzibati Kollegiyasının (sədrlik edən hakim Səyyad Kərimov) ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən icra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. O cümlədən nəzərə çatdırılmışdır ki, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsi ##.##.2024-cü il tarixdə ləğv edilsə də, eyni norma (prokurorluq orqanlarındakı qulluq illərinin dövlət qulluğu və ya dövlət qulluğunun xüsusi növündəki qulluq (xidmət) illərinə daxil edilməsi) 18.9-cü maddədə təsbit edilmişdir. Prokurorluq orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların prokurorluq orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir. Həmçinin nəzərə çatdırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərardadında qeyd edilmişdir ki, hərbi qulluqçu kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajı birə-bir hərbi xidmət müddətinə daxil edilməsi zamanı dövlət qulluğu ilə qulluğun xüsusi növündə xidmətin ağır şərtlərinə görə müəyyən edilmiş fərq aradan qalxmış olur, bu isə davamlı olaraq daha ağır şərtlərdə xidmətə görə nəzərdə tutulmuş "əlahiddə status"u zəiflədə, həmçinin dövlət qulluqçuları üçün erkən pensiya hüququnun qazanılması üçün suiistifadə halının yaranmasına gətirib çıxara bilər. Digər tərəfdən, dövlət qulluqçusu qulluğun xüsusi növünə qəbul edildikdə, pensiya məqsədləri üçün dövlət qulluğunun qulluq stajının qulluğun xüsusi növündə qulluq illərinin hesablanması zamanı ümumiyyətlə nəzərə alınmaması ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsi Plenumu tərəfindən pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydalarının müəyyən əmsallar əsasında (müxtəlif orqanlarda xidmətin xüsusiyyətləri nəzərə alınmaqla) təkmilləşdirilməsi Nazirlər Kabinetinə tövsiyə edilmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, belə təkmilləşdirilmə həyata keçirilərkən pensiya təyin edilməsi üçün dövlət qulluğu stajı və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin, o cümlədən hərbi xidmət müddətlərinin müəyyən əmsallar əsasında qarşılıqlı tanınmasının (müxtəlif orqanlarda xidmətin xüsusiyyətləri nəzərə alınmaqla) mümkünlüyü məsələsi nəzərdən keçirilə bilər. Həmçinin, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardadının çıxarılmasına əsas olan işin hallarına əsasən şəxs əvvəlcə dövlət qulluğu vəzifəsində işləmiş, sonra dövlət qulluğunun xüsusi növü sayılan Dövlət Gömrük Komitəsində xidmət keçmiş, ona Dövlət Gömrük Komitəsi xüsusi rütbəli şəxsi kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu qərardadında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajının birə-bir hərbi xidmət müddətinə daxil edilməsini dövlət qulluqçuları üçün pensiya hüququndan sui-istifadəyə gətirib çıxara bilən hal kimi qiymətləndirmişdir. Lakin Konstitusiya Məhkəməsi Plenumu qərardadda hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi pensiya təyinatı zamanı dövlət qulluğunun xüsusi növündə qulluq illərinin hərbi xidmət illərinə, yaxud dövlət qulluğunun bir xüsusi növündə qulluq illərinin digər xüsusi növdə qulluq illərinə staj olaraq birə-bir daxil edilməsini dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərin pensiya hüququndan sui-istifadəsinə gətirib çıxara bilən hal kimi qiymətləndirməmişdir. Bu səbəbdən dövlət qulluğunun xüsusi növündə qulluğun hərbi xidmət kimi daha ağır şərtlərlə xidmət olması və həmin xidmətin özünün "əlahiddə status"a malik olması, onların ümumi dövlət qulluğundan fərqli olaraq daha əlverişli şərtlərlə pensiya hüququna layiq olması nəticəsinə gəlmək olur. Hazırki işin hallarına əsasən də iddiaçı əvvəlcə dövlət qulluğunun xüsusi növü hesab edilən prokurorluq orqanlarında (17 il 11 ay 15 gün) xüsusi rütbəli şəxs olaraq qulluq keçmiş, sonra hərbi xidmət hesab edilən Dövlət Təhlükəsizliyi Xidmətində (2 il 2 ay 27 gün) həqiqi hərbi xidmətdə olmuş, daha sonra isə dövlət qulluğunun digər xüsusi növü sayılan Dövlət Gömrük Komitəsində xüsusi rütbəli şəxs olaraq xidmət keçmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun qərardadındakı hüquqi mövqelər onun hüquqi vəziyyətinə aid ola bilməz və onun dövlət qulluğunun xüsusi növündə qulluğu (prokurorluqda qulluq) və hərbi xidməti dövlət qulluğunun digər xüsusi növündə (gömrük orqanlarında) qulluğun "əlahiddə status"u zəiflədən, həmçinin xüsusi rütbəli şəxs (gömrük işçisi) kimi erkən pensiya hüququ qazanması halı kimi qiymətləndirilə bilməz. Odur ki, iddiaçının prokurorluq orqanlarında qulluq illəri gömrük orqanında xidmət illərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı nəzərə alınmalı və ona gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 58-ci bəndində birbaşa göstərilmişdir ki, digər dövlət orqanlarında (o cümlədən hüquqmühafizə orqanlarında) xüsusi növdə işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların həmin orqanlardakı xidmət (qulluq) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir. Iddiaçı ##.##.2002-##.##.2020-ci illərdə prokurorluq orqanlarında (17 il 11 ay 15 gün), daha sonra isə DTX və Gömrük Komitəsində xidmət keçmiş, ümumi xidmət müddəti 22 il 7 ay 5 gün təşkil etmişdir. Bu müddət "Əmək pensiyaları haqqında" Qanunun 20.17-ci maddəsi və müvafiq xidmət sahələri üzrə qanunvericilikdə nəzərdə tutulan 20 illik minimum xidmət stajı tələbi tam üstələyir. Bundan başqa, AR Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərarında xüsusi olaraq qeyd edilmişdir ki, dövlət qulluğunun xüsusi növündə xidmət edən şəxslərin (prokurorluq, ədliyyə, gömrük və s.) xidmət illərinin qarşılıqlı tanınmaması və ya pensiya təminatında fərqli yanaşmanın tətbiqi şəxsin hüquqi statusuna və qazanılmış hüquqların müdafiəsi prinsipinə ziddir. Iddiaçının prokurorluq orqanlarındakı xidməti dövlət qulluğunun xüsusi növü hesab olunur və onun gömrük orqanlarında xidmət edən digər vəzifəli şəxslərlə eyni pensiya hüququna malik olması qanunvericiliyin ruhuna tam uyğundur. Həmçinin, AR Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası"nın 2-ci bəndi prokurorluq orqanlarındakı xidmət illərinin gömrük stajına daxil edilməsini imperativ norma kimi müəyyən edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm də "Əmək pensiyaları haqqında" Qanunun 1.0.3-cü maddəsinə əsaslanır ki, bura hərbi qulluqçularla yanaşı xüsusi rütbəli şəxslər (o cümlədən gömrük işçiləri) də daxildir. Iddiaçının prokurorluqdakı xidməti zamanı xüsusi rütbə daşıması və xidmətinin xüsusi növ olması faktı onun pensiya təminatının məhz bu güzəştli şərtlərlə aparılmasını zəruri edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü arqumentlər iddiaçının qanuni mənafelərini məhdudlaşdırmağa yönəlmiş uğursuz bir cəhddir. Beləliklə göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının tələbi qanuni və əsaslıdır, cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri isə qanunsuz və əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması, cavabdehin apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: Iş materiallarında olan iddiaçının əmək kitabçasına əsasən iddiaçı ##.##.2002- ##.##.2020-ci illərdə prokurorluq orqanlarında, ##.##.2020-##.##.2023-cü illərdə Dövlət Təhlükəsizlik Xidmətində, ##.##.2023-##.##.2025-ci illərdə isə Dövlət Gömrük Komitəsində xüsusi rütbəli şəxs olaraq xidmət keçmişdir. Iddiaçı xidmətdən buraxılanadək xüsusi rütbəli şəxs kimi 22 il 7 ay 5 gün təqvim ili üzrə stajı olmuşdur. Həmin stajın 17 il 11 ay 15 günü prokurorluq orqanlarında qulluğa aiddir. Pensiya təyinatı üçün iddiaçı barəsində məlumat vərəqi aidiyyatı qurum tərəfindən elektron sistem üzərindən cavabdeh inzibati orqana ##.##.2025-ci il tarixdə ötürülmüş, lakin ##.##.2025-ci il tarixli “xidmət illəri tam deyil” qeyd ilə əmək pensiyası təyinatından imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*/*- Ə******/**** nömrəli məktubunda qeyd olunmuşdur ki, * nömrəli Qərar gömrük orqanlarında pensiya təyin edilməsi üçün hansı xidmət illərinin nəzərə alınmalı olmasını deyil, orta aylıq əmək haqqına hesablanan fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün nəzərə alınan xidmət illərini tənzim edir. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə pensiya hüququnun müəyyən edilməsi üçün xidmət illəri, bir qayda olaraq, *** nömrəli Qərarla hesablanır. Iddiaçının təqdim xidmət illəri 20 ildən az təşkil etdiyindən onun barəsində tərtib edilmiş məlumat vərəqəsi geri qaytarılmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. - 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentin ## ###### 2006-cı il *** nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 3.3-cü maddəsinə əsasən Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. - 9.5.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır (“Əmək pensiyaları haqqında” Qanunun ##.##.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası). - 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. ##.##.2024-cü il tarixdən qüvvəyə minmiş “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə ## ###### 2023-cü il tarixli ****- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu: - 5.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: - 4.3-cü bəndinə əsasən xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə *** nömrəli Qərara və * nömrəli Qərara uyğun həyata keçirilir. * nömrəli Qərarın 2-ci bəndinə əsasən digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir (##.##.2025-ci il tarixədək qüvvədə olan redaksiyası). Apellyasiya şikayətinin dəlillərinə münasibət: Işin faktiki hallarından görünür ki, iddiaçının hazırkı tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” * nömrəli # ###### 2006-cı il tarixli Qərarına əsasən prokurorluq orqanlarında qulluq illərinin gömrük orqanlarında pensiya təyin edilməsi zamanı xidmət vaxtına nəzərə alınması ilə bağlıdır. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının prokurorluq orqanlarında qulluq illəri gömrük orqanlarında pensiya təyin edilməsi zamanı xidmət vaxtına nəzərə alına bilməz, çünki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il # ###### tarixli * nömrəli Qərarı gömrük orqanlarında pensiya təyin edilməsi üçün hansı xidmət illərinin nəzərə alınmalı olmasını deyil, orta aylıq əmək haqqına hesablanan fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün nəzərə alınan xidmət illərini tənzim edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni mahiyyət etibarilə əsaslı hesab edir. Məhkəmə kollegiyası əvvəla onu diqqətə çatdırır ki, Dövlət qulluğu haqqında Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət sayılır. Həmin Qanunun 1.1.2-ci maddəsində isə qeyd edilmişdir ki, dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə hesab edilir. Göründüyü kimi, qanunvericiliklə dövlət qulluğunun iki növü fərqləndirilmişdir, dövlət qulluğunda xidmət və dövlət qulluğunun xüsusi növündə xidmət. Hazırkı inzibati iş üzrə iddiaçı ##.##.2002-##.##.2020-ci illərdə prokurorluq orqanlarında, ##.##.2020-##.##.2023-cü illərdə Dövlət Təhlükəsizlik Xidmətində, ##.##.2023-##.##.2025-ci illərdə isə Dövlət Gömrük Komitəsində xüsusi rütbəli şəxs olaraq xidmət keçmişdir. Belə ki, iddiaçının 22 il 7 ay 5 gün dövlət qulluğunun xüsusi növündə xidmətinə görə stajının mövcudluğu mübahisələndirilmir. Iddiaçı 22 il 7 ay 5 gün xüsusi rütbəli şəxs kimi xidmətdə olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının ##.##.2020-##.##.2023-cü illərdə Dövlət Təhlükəsizlik Xidmətində çalışdığı illəri pensiya təyin edilməsi üçün gömrük orqanlarında xidmət illərinə daxil etsə də, prokurorluq orqanlarında xidmət illərini nəzərə almır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3-cü bəndinin ##.##.2026-cı il tarixinədək tətbiq edilən redaksiyasına əsasən, gömrük orqanlarının əməkdaşlarının xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarlarına uyğun qaydada həyata keçirilir: 1) “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” *** nömrəli ## ###### 1992-ci il tarixli; 2) “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” * nömrəli # ###### 2006-cı il tarixli. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin * nömrəli Qərarın 2-ci bəndinə əsasən digər hüquq mühafizə orqanlarının rəis heyəti vəzifələrində və məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. Konstitusiya Məhkəməsi Plenumunu “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı Inzibati Məhkəməsinin müraciətinə dair ##.##.2026-cı il tarixli qərardadında eyni hüquqi mövqe sərgilənmişdir. O da diqqətə çatdırılır ki, Nazirlər Kabinetinin 2025-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə 1992-ci il ## ###### tarixli *** nömrəli və 2007-ci il ## ###### tarixli *** nömrəli qərarlara dəyişikliklər edilmişdir. Həmin dəyişiklik 2026-cı il ######ın #-dən qüvvəyə minmişdir. Həmin Qərarın 2-3-cü hissəsində hərbi və xüsusi rütbəli şəxslərin 2026-cı il # ###### tarixinədək xidmət müddətinin (qulluq illərinin) hesablanmasının 1992-ci il ## ###### tarixli *** nömrəli Qərara uyğun olaraq həyata keçirilməsi müəyyən edilmişdir. Lakin qeyd edilməlidir ki, sözügedən Nazirlər Kabinetinin 2025-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə dəyişiklik ##.##.2026-cı il tarixdə qüvvəyə minib, iddiaçı barəsində məlumat vərəqəsi isə ##.##.2025-ci il tarixdə inzibati orqana təqdim edilmişdir. Bu səbəbdən yuxarıda göstərilən qaydada hesablanma həyata keçilirməlidir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ###### 2023-cü il tarixli qərarı ilə vahid formalaşmış məhkəmə təcrübəsinə əsasən * nömrəli qərara əsasən gömrük orqanlarında xidmət illəri dövlət qulluğu stajına daxil edilir və bunun üzərindən pensiya hüququ təmin edilməlidir. Bu səbəbdən iddiaçının məhkəmə hakimiyyəti orqanı hesab edilən prokurorluq və digər hüquq mühafizə orqanı hesab edilən dövlət təhlükəsizlik orqanlarında işlədiyi müddət pensiya təyinatı zamanı gömrük orqanlarında fasiləsiz xidmət illərinə daxil edilməli və ona gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ##.##.2020-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə əsasən ** nömrəli Qərardakı qayda (daxili işlər orqanlarında xidmət zamanı fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün güzəştli xidmət illərinin nəzərə alınması) onu nəzərdə tutur ki, güzəştli xidmət illərinin daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün nəzərə alınması qaydası pensiya təyin edilərkən əsas götürülə bilməz. Güzəştli xidmət illərinin bir daha fasiləsiz xidmət illərinin tərkibində hesablanması müvafiq güzəştin pensiya təyinatı zamanı ikinci dəfə təkrarlanması ilə nəticələnər. Göründüyü kimi, güzəştli xidmət illəri daxili işlər orqanı əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün nəzərə alınsa da, həmin güzəştli xidmət illəri pensiya təyinatı zamanı ikinci dəfə təkrarlanmamalıdır. Lakin daxili işlər orqanı əməkdaşlarının xidmət illərinə daxil edilən fasiləsiz xidmət illərinin, o cümlədən güzəştli xidmət illərinin pensiya təyinatı zamanı nəzərə alınması istisna edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun iddiasına dair mülki iş üzrə Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2011-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair ##.##.2012-ci il tarixli qərarındakı hüquqi mövqe ilə eynidir. Belə ki, həmin qərara görə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2024-cü il tarixədək qüvvədə olmuş 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər. Beləliklə, qeyd edilənlərdən belə aydın olur ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsində nəzərdə tutulan qayda, yəni prokurorluq orqanından digər orqana keçən işçinin xidmət illərinin nəzərə alınması qaydası güzəştli şərtlərlə pensiya təyin edilməsinə də aiddir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsi ##.##.2024-cü il tarixdə ləğv edilsə də, eyni norma (prokurorluq orqanlarındakı qulluq illərinin dövlət qulluğu və ya dövlət qulluğunun xüsusi növündəki qulluq (xidmət) illərinə daxil edilməsi) 18.9-cu maddədə təsbit edilmişdir. Prokurorluq orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların prokurorluq orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli yuxarıda göstərilən Qərardadında qeyd edilmişdir ki: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3 və 1.0.4-cü maddələrinə əsasən həmin Qanunun məqsədləri üçün “hərbi qulluqçular” dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər, “xüsusi rütbəli şəxslər” dedikdə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslər başa düşülür. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir (3.3-cü maddə). Həmin Qərardadın sonrakı bəndələrində o da göstərilmişdir ki: “Eyni zamanda, dövlət qulluğunun xüsusi növündə xidmət keçmə belə xidmətin xüsusiyyətlərindən irəli gələrək “Dövlət qulluğu haqqında” Qanunun müəyyən normaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Bu xüsusiyyətlər onların xidməti fəaliyyəti ilə bağlıdır. Dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslər digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərirlər ki, bura xidmətin xarakteri, sağlamlıq və həyat üçün risklər, xüsusi vəzifələr və öhdəliklər aiddir. Bu səbəbdən qanunverici onların hüquqi statusunu differensiallaşdıraraq, həm imtiyazlar, həm də məhdudiyyətləri nəzərdə tutur. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumu da xüsusi rütbəli şəxsləri ayrı kateqoriyaya salaraq mövqeyini bu cür sərgiləmişdir ki, hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə staj, yəni dövlət qulluğunun xüsusi növündə staj dövlət qulluğunun digər növündə stajdan fərqlənir. Bununla belə Konstitusiya Məhkəməsi hazırkı işə aidiyyəti olmasa da, mövqeyini o cür sərgiləmişdir ki, pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilməlidir. Belə təkmilləşdirilmə həyata keçirilərkən pensiya təyin edilməsi üçün dövlət qulluğu stajı və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin, o cümlədən hərbi xidmət müddətlərinin müəyyən əmsallar əsasında qarşılıqlı tanınmasının (müxtəlif orqanlarda xidmətin xüsusiyyətləri nəzərə alınmaqla) mümkünlüyü məsələsi nəzərdən keçirilə bilər. Doğrudur hazırki vaxtadək bu cür tənzimlənmə yoxdur. Amma kollegiya onu diqqətə çatdırır ki, belə olan halda isə adı çəkilən tənzimlənmənin hələki mövcud olmaması iddiaçının sosial təminat hüququnun pozuntusuna səbəb ola bilməz. O da diqqətə çatdırılmalıdır ki, hətta sözügedən Qərardadda mövqe dövlət qulluğunun ümumi növündə stajla xüsusi növündə stajının bir birinə aid edilməsi ilə bağlı olmuşdur. Hazırki halda isə iddiaçı hər zaman dövlət qulluğunun xüsusi növündə, bütün iş stajında xüsusi rütbəli vəzifədə xidmət etmişdir. Cavabdehin mövqeyi ilə məsələyə yanaşılması ən azından iddiaçının sosial təminat hüququ, etimad hüququna münasibətdə ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq təkrarən diqqətə çatdırır ki, Konstitusiya Məhkəməsi Plenumu qərardadda hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi pensiya təyinatı zamanı dövlət qulluğunun xüsusi növündə qulluq illərinin hərbi xidmət illərinə, yaxud dövlət qulluğunun bir xüsusi növündə qulluq illərinin digər xüsusi növdə qulluq illərinə staj olaraq birə-bir daxil edilməsini dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərin pensiya hüququndan sui-istifadəsinə gətirib çıxara bilən hal kimi qiymətləndirməmişdir. Bu səbəbdən dövlət qulluğunun xüsusi növündə qulluğun hərbi xidmət kimi daha ağır şərtlərə xidmət olması və həmin xidmətin özünün “əlahiddə status”a malik olması, onların ümumi dövlət qulluğundan fərqli olaraq daha əlverişli şərtlərlə pensiya hüququna layiq olması nəticəsinə gəlmək olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün və haqlı sayaraq bildirir ki, iddiaçının prokurorluq orqanlarında qulluq illəri gömrük orqanında xidmət illərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı nəzərə alınmalı və ona gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun güzəştli iş stajının mövcudluğu iş materialları və məhkəmə araşdırması ilə sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (IPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (IPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («Inzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-794/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-794/2026
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver